"Rahat həyat" MTK sədri Novruz Aslanova 84 min manat "atıb"
Bakının Nərimanov rayonu ərazisində özünü şirkət rəhbəri kimi təqdim edən şəxs külli miqdarda dələduzluq edib. Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Tovuz rayon sakini Novruz Aslanov polisə şikayət edərək, Bakı şəhər sakini, 30 yaşlı Emin Novruzov tərəfindən aldadıldığını bildirib. Keçirilən tədbirlər nəticəsində E.Novruzov müyyənləşdirilərək istintaqa cəlb olunub. Məlum olub ki, E.Novruzov 2006-cı ildə özünü "Rahat Həyat" MTK-nın sədri kimi təqdim edərək, N.Aslanovdan külli miqdarda pul alıb. O, saxta müqavilə bağlayaraq, N.Aslanovun 84.600 manat pulunu mənimsəyib. Faktla bağlı E.Novruzov barəsində Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya istifadə etmə) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.