Avropa Şurasının insan haqları üzrə komissarı Naxçıvana getməyə hazırlaşır
Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberqin Azərbaycana səfəri başlayıb. Avropa Şurasının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, T.Hammarberq artıq Bakıdadır.
Qonaq Azərbaycan prezidenti, xarici işlər, ədliyyə, daxili işlər nazirləri, baş prokuror, ombudsman, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşəcək. O, Naxçıvan Muxtar Respublikasına da gedəcək. Səfər martın 5-nə qədər davam edəcək. T.Hammarberq səfərin yekunları ilə bağlı mətbuat konfransı keçirəcək.