.jpg)
Dünən Gənc Tamaşaçılar Teatrında Azərbaycan Dövlət İnformasiya Agentliyi - "AzərTAc"ın 90 illiyinə hərs edilmiş mərasim keçirilib.
Agentlik 1 mart 1920-ci ildə Azərbaycan Demokratik Respublikası hökuməti tərəfində yaradılıb, sonradan - Sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib. Mərasimdə yerli jurnalist birliyi və ictimaiyyət nümayəndələri, habelə Rusiya, Türkiyə, Çin, Yaponiya, Xorvatiya, Belarus, Ukrayna, Qazaxıstan və s. ölkələrin dövlət informasiya agentliklərindən qonaqlar iştirak edib. Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov respublika prezidentinin təbrikini mərasim iştirakçılarına çatdırıb. O, "AzərTAc"ın milli özünüdərkin inkişafında böyük rolu olduğunu qeyd edib. "Bu gün dünya və ölkə xəbərləri auditoriyaya, əsasən "AzərTAc" vasitəsilə, milli təfəkkür prizmasından yayımlanır" - deyə o bildirib.