Azərbaycan kommunistlərini parlament seçkisinə Rauf Qurbanovun qərargahı aparacaq
Azərbaycan Kommunist Partiyası (AKP) bu il keçiriləcək parlament seçkilərində iştirak barədə qərar qəbul edib.
Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, AKP Mərkəzi Komitəsinin Rəyasət Heyətinin iclasında parlament seçkilərilə bağlı iş planı müzakirə edilərək təsdiqlənib. Seçkilərlə əlaqədar AKP-nin seçki qərargahı və mərkəzi seçki fondu yaradılıb. Partiyanın sədri Rauf Qurbanov seçki qərargahının, AKP MK Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Nizami Abbasov isə seçki fondunun rəhbəri seçilib.