Qara maskada 4 min manat qaçıran iki zabratlını tutdular
Canilər Nargilə Sultanovanın pulunu xərcləyə bilmədi
Bakıda qara maskalı şəxslər mağazada oğurluq edib. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, qara maskada olan 2 naməlum şəxs paytaxtın N.Hacıyev küçəsində yerləşən ərzaq mağazasında Bakı şəhər sakini Nargilə Sultanovanın, içərisində 4 000 manat və danışıq kartı olan çantasını götürərək hadisə yerindən qaçıblar.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlər, Zabrat qəsəbə sakinləri Zakir Ələkbərov və Mirzəbala Seyidzadə fevralın 28-də tutularaq istintaqa təhvil verilib.