Gəncədə 17 məktəbin qazı kəsilib
Gəncədə 17 məktəbə mavi yanacağın verilişi dayandırılıb. Buna səbəb Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinə məktəblərin təhlükəsizlik şəraitilə bağlı rəsmi sənədin gəlməməsidir.
Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Təhsil İdarəsindən məlumat verilib. Məlumat Gəncə şəhər Qaz İstismarı İdarəsindən də təsdiqlənib. İdarə rəisi Elxan Məmmədov Lent.az-a bildirib ki, sənədlər təqdim edildikdən sonra qazın verilişində heç bir məhdudiyyət olmayacaq.