Təhsil Nazirliyinin Şura üzvləri "Pedaqogika" Nəşriyyatının direktoruna cinayət işi açılmasını tələb edir
.jpg)
Dünən Yasamal Rayon Məhkəməsində hakim Xaqani Tağıyevin sədrliyilə "Pedoqogika" nəşriyyatının direktoru Əlövsət Osmanlıya qarşı iş üzrə hazırlıq iclası keçirilib.
İddia xüsusi ittiham qaydasında Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri tərəfindən verilib.
İddiaya səbəb Osmanlının bu ilin əvvəllərində "Azadlıq" qəzetində "Mərdanovun qaragüruhçuları" başlıqlı məqaləsi olub. Məqalədə ölkədə dərc olunan dərsliklər və təhsil naziri Mərdanov tənqid edilir.
İddiaçılar Osmanlının 147.1-ci (böhtan) maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.
İclasda hakim jurnalistlərə yalnız fotoçəkiliş aparmağa icazə verib, "Azadlıq" radiosunun əməkdaşını isə, səs yazdığına görə, iddiaçı tərəfin vəkilinin etirazı əsasında məhkəmə zalından çıxarıb.
Cavabdeh tərəfin vəkili gəlmədiyinə görə iclas martın 5-dək təxirə salıb.