02 Mart 2010-cı il, N 301(1199)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
Gündəm
Goranda incidilmiş Milli Ordumuzun əsgəri özünü asdı
Mərhumun dayısı Mehdi Ataşov əsgərə işgəncə verildiyini iddia edir
ƏN ÇOX OXUNANLAR
"Mən baldırlarımı açıb göstərmirəm" (623)
Azərbaycanın bütün hərbi obyektlərinin şəkilləri İnternetdə... (415)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (409)
"Taleh açarı", ya "Tale açarı"? (401)
"Tale açarı" lotereya biletlərinin satışı astronomik sürətlə artır (387)
Türkiyə-Ermənistan sərhədlərinə dair yeni məxfi sənəd... (386)
İpoteka krediti ətrafında yeni olaylar cərəyan edir (367)
Universitetlər Xocasən və Qobuya köçürülür... (365)
Şəhid gizirimizin meyiti hələ də təmas xəttindədir (350)
Polşa prezidentinin ölümü ilə bağlı ilk sensasiyalı bəyanat... (348)
SORĞU
Bu aşıqlardan hansını üstün bilirsiniz?
Aşıq Telli
Aşıq Namiq
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Martda qlobal maliyyə böhranının ikinci mərhələsi gözlənir
Bir neçə fond Nyu-Yorkda avroya qarşı gizli sövdələşmə əldə edib

Bilindiyi kimi, dünyanın maliyyə bazarlarında son dövrlərdə ən çox diqqət cəlb edən məsələlərdən biri də avronun ucuzlaşmasıdır. Bu məsələ Azərbaycana da təsir göstərdiyindən, avro ətrafında baş verənlər ölkəmizdə də xüsusi diqqətlə izlənir. Düzdür, bu proses sadə əhali üçün kifayət qədər qabarıq şəkildə özünü büruzə verməsə də, dövlət olaraq, Azərbaycana müəyyən həddə təsir edir və bu da, ilk növbədə, valyuta ehtiyatlarının bir hissəsinin məhz avro ilə saxlanması ilə əlaqədardır.

   Məhz belə bir vaxtda məlum olub ki, dünyada maliyyə əməliyyatlarının gedişinə nəzarət edən bir neçə tanınmış fond Nyu-Yorkdakı restoranların birində avronun taleyilə bağlı müzakirə aparmaq üçün qapalı görüş keçiriblər. "The Wall Street Journal" qəzetinin yazdığına görə, Yunanıstandakı böhran şəraitində avronun ucuzlaşmasından narahat olan görüş iştirakçıları bu valyutaya qarşı gizli sövdələşməyə girib.

   Qəzetin məlumatına görə, görüşdə "SAC Capital Advisors", "Soros Fund Management" və başqa fondlar iştirak edib. Görüşdə iştirak edən fond rəhbərləri avronun ucuzlaşma ssenarilərini müzakirə edib və qərara gəliblər ki, Avropa valyutası dolların səviyyəsinə düşə bilər.

   Görüşdə, həmçinin, dünya iqtisadiyyatının mövcud durumu müzakirə edilib. "SAC Capital Advisors" fondunun rəhbəri Aaron Koenin sözlərinə görə, yunan böhranının istənilən nəticəsi avronun ucuzlaşmasını şərtləndirəcək. "Brigade Capital" fondunun rəhbəri Donald Morqan, öz növbəsində, qeyd edib ki, Yunanıstandakı böhran Amerikanın bələdiyyə və xəzinə kağızlarına təsir göstərəcək. "Greenlight Capital" prezidenti Devid Anxorn hesab edir ki, inflyasiyanın güclənməsi fonunda qızıl bahalaşacaq. Hazırda isə avronun taleyilə bağlı dünyanın tanınmış maliyyə institutları müxtəlif proqnozlar verir.

   Məsələn, "Deutsche Bank"ın analitiklərinin fikrincə, növbəti aylarda Federal Ehtiyat Sisteminin uçot dərəcələrini qaldıracağı ehtimalının artması fonunda Avropa valyutası dollara nisbətdə 6% ucuzlaşa bilər. "İqtisadi forum" jurnalının məlumatına görə, Almaniyanın maliyyə agentliyinin direktoru Karl Haynz Daubanın fikrincə, Avrozonanın üzv ölkələrindən biri müflis olarsa, avronun onillik təcrübəsi sona yetər, birlik isə dağılar. Daubanın fikrilə həmrəy olduğunu bildirən Nyu-Yorkdakı "Westpac Banking Corp"un baş valyuta strateqi Riçard Franuloviç bu hadisələrin ağır olacağını, o cümlədən, avronun taleyinin ürəkaçan olmayacağını deyərək, Yunanıstanın xilasının vacib olduğu qeyd edib. Qeyd edək ki, ötən ilin noyabrından bəri Yunanıstandakı maliyyə problemləri fonunda avro 10% ucuzlaşıb

   Yuxarıda qeyd olunduğu kimi isə, avro ətrafında baş verənlər Azərbaycana da təsirsiz ötüşmür. Çünki Azərbaycanın valyuta ehtiyatları dollar, avro və digər xarici dövlətlərə məxsus pullarla diversifikasiya olunur. Lakin hələlik görünən odur ki, Azərbaycan valyuta ehtiyatlarının strukturunda radikal dəyişiklik etməyə tələsmir. Mərkəzi Bankın sədri Elman Rüstəmov bununla bağlı aşağıdakıları qeyd edib: "Bu gün valyuta ehtiyatlarının, o cümlədən investisiyaların strukturunda radikal dəyişiklik gözlənilmir. Bunun üçün fundamental əsas da yoxdur". Elman Rüstəmovun sözlərinə görə, hazırda hökumətdə və Mərkəzi Bankda valyuta ehtiyatlarının strukturu haqqında müzakirə aparılır.

   Mərkəzi Bankın sədri nin qlobal maliyyə böhranının hələ başa çatmadığını da vurğulayıb: "Bunun Azərbaycana təsiri də var. Amma bu təsiri neytrallaşdırmaq üçün ölkənin kifayət qədər makroiqtisadi dayaqları var". Xatırladaq ki, Mərkəzi Bankın valyuta ehtiyatının strukturunda ABŞ dolları 85%, avro 10%, ingilis funtu isə 5% paya malikdir.

   Hələlik isə dünya miqyasında müşahidə olunan proses odur ki, avro yaxın perspektivdə tam sıradan çıxa bilər. Onu da bildirək ki, artıq avrozona ölkələrində maliyyə böhranı dözülməz həddə çatıb. Avropa İttifaqına üzv ölkələr durumdan çıxış yolları axtarır. Çünki mart ayında qlobal maliyyə böhranının ikinci dalğası gözlənir. Bununla yanaşı, dünyada bir çox ölkələrin mərkəzi bankları tərəfindən avronun alışının kəskin azalmasının ardınca investorlar öz aktivlərindəki avrodan imtina etməyə başlayıb.

   Mərkəzi bankların ehtiyatlarında avro nominalında olan vəsaitlərin artım tempi ötən ilin III rübündə 12 faizdən 6 faizə düşüb. Analitiklərin fikrincə, mərkəzi banklar tərəfindən avroya tələbatın azalması bazar iştirakçılarına da təsirini göstərib.

   Avronun ucuzlaşması, qeyd olunduğu kimi, əsas etibarilə, avrozonada Yunanıstanın timsalında baş verən problemlərlə bağlıdır. Hökumətin büdcə xərclərinin ixtisarı ilə bağlı planları epizodik olaraq avronun bahalaşmasını təmin etsə də, ümumilikdə bu valyutanın məzənnəsində ucuzlaşma müşahidə edilir.

   
Tahir TAĞIYEV
Oxunub: 84 Geri gayıt
Digər xəbərlər
Ekspert Azərbaycan banklarında başlanan bir prosesin onların öz xeyrinə olacağını deyir
Akif Nəsirli: "Banklar mövcud durumdan çıxmağa səy etsəydi..."
Martda qlobal maliyyə böhranının ikinci mərhələsi gözlənir
Bir neçə fond Nyu-Yorkda avroya qarşı gizli sövdələşmə əldə edib
 
 SON XƏBƏRLƏR
2010-03-02 Sumqayıtda Mirzəyevlər və Rzayevlər ailəsi "qaz faciəsinə" düşdü
2010-03-02 Masallı Rayon Polis Şöbəsinin rəisi işdən çıxarıldı
2010-03-02 Ərdoğanın milyon yarım pulu, yarım milyon alacağı var
2010-03-02 Mart ayında 14 gün iş olmayacaq
2010-03-02 Zaqatalada 74 yaşlı diş həkimi öz venasını kəsib intihar etdi
2010-03-02 Eynulla Fətullayev həyatına sui-qəsd planı hazırlandığını iddia edir
2010-03-02 Türkiyəli polkovnik 6 ay Səfər Əbiyevə müşavirlik edəcək
2010-03-02 İlham Əliyev Çilidə zəlzələ qurbanlarına başsağlığı verdi
2010-03-02 Baş Mühafizə İdarəsinin əməkdaşı Əzizbəyovda "Mercedes"ini aşırdı
2010-03-02 "Rahat həyat" MTK sədri Novruz Aslanova 84 min manat "atıb"
2010-03-02 "Bakı Ağac Emalı" Səhmdar Cəmiyyəti yandı
2010-03-02 Avropa Şurasının insan haqları üzrə komissarı Naxçıvana getməyə hazırlaşır
2010-03-02 Hüquq müdafiəçiləri Tomas Hammarberqə 14 saylı həbsxananın rəisi Ərşad Rüstəmovdan şikayət etdilər
2010-03-02 Mətbuat Şurası bu həftə bir fırıldaqçı baş redaktorun işinə baxacaq
2010-03-02 ADR-in yaratdığı "AzərTAc"ın 90 yaşı tamam oldu
2010-03-02 Redaktorlar Birliyi adlı qurum mövcuddurmu?
2010-03-02 Səfər Əbiyevin bəyanatı ilə prezidentin kursu arasında ziddiyyət, ya...
2010-03-02 Azərbaycan Prezident Administrasiyasından İranın hərəkətlərinə rəsmi reaksiya...
2010-03-02 Azərbaycan kommunistlərini parlament seçkisinə Rauf Qurbanovun qərargahı aparacaq
2010-03-02 Terrorçunun əlaltılarını Bakıya təhvil verən Gürcüstan Elmarın qatillərini niyə vermir?
2010-03-02 Deputat Rövşən Rzayevin "Qarabağ səfərinə" QAT-dan etiraz gəldi
2010-03-02 Müstəqillik dövründə Azərbaycanda qətlə yetirilmiş 10-cu jurnalist?
2010-03-02 Qara maskada 4 min manat qaçıran iki zabratlını tutdular
2010-03-02 "Reket baş redaktor" Yeni Günəşlidə bir saunanı aylıq hesaba otuzdurub
2010-03-02 Ev istəyən məcburi köçkünlər Tərtərdə yolu bağladılar
2010-03-02 Gəncədə 17 məktəbin qazı kəsilib
2010-03-02 Qəçrəşdə "Baba ocağı" restoranının ərazisi sürüşdü
2010-03-02 Təhsil Nazirliyinin Şura üzvləri "Pedaqogika" Nəşriyyatının direktoruna cinayət işi açılmasını tələb edir
2010-03-02 Lənkəranın Biləsər sakini özünü asdı
2010-03-02 Rusiyadan Azərbaycana göndərilən pul hər gün 26 faiz azalır
2010-03-02 Ekspert Azərbaycan banklarında başlanan bir prosesin onların öz xeyrinə olacağını deyir
2010-03-02 Martda qlobal maliyyə böhranının ikinci mərhələsi gözlənir
2010-03-02 Hulusi Kılıc Azərbaycan-Türkiyə qaz danışıqlarına dair bir yanlışa düzəliş etdi
2010-03-02 Türkiyədən ABŞ-a "soyqırım dartışmalarında" iştirak üçün iki dəstə deputat getdi
2010-03-02 HƏMAS liderinin qətli ilə bağlı yeni məqamlar açıldı
2010-03-02 Azərbaycan qazının müştərisi artdıqca "Nabukko" kəməri havayı bir şeyə çevrilir
2010-03-02 Elmira Süleymanova illik hesabatını 5 dövlət qurumuna göndərdi
2010-03-02 Türkiyə ilə Ermənistan arasında körpünün bərpasına başlanıb
2010-03-02 Türkiyə ABŞ-a rəsmi rəsmi xəbərdarlıq göndərdi
2010-03-02 İqtidaryönlü partiyalar müvafiq dairələrdə öz namizədlərini YAP-la razılaşdıracaq
2010-03-02 AMİP deyəsən hələ uzun müddət sədrsiz qalacaq
2010-03-02 Martın 28-də vaxtı bir saat irəli çəkəcəyik
2010-03-02 Neftçala sakini Fəxrəddin Abdullayev Səbaildə özünü asıb
2010-03-02 Şəkərli diabet xəstələri hansı imtiyazlara malikdir?
2010-03-02 Penitensiar sistemə nəzarət üzrə İctimai Komitə 37 xəstə məhkumla görüşüb
2010-03-02 Bakıda Nizami küçəsindəki məşhur "İvanovka" ərzaq mağazası olan bina sökülür
2010-03-02 Bəzi dini cərəyanlar fəaliyyət meydanlarını qanunsuz genişləndirir
2010-03-02 Müstəqil məhkəmə-tibbi ekspertizanın yaradılması uğrunda mübarizə başladı
2010-03-02 Bakıxanovda Vəfadar Quliyevin evini qarət edən tutuldu
2010-03-02 Balakənin Tülü kəndində qayın öz keçmiş yeznəsini bıçaqladı
2010-03-02 Apelyasiya Məhkəməsi 32 kiloqram civə satan dəstənin cəzasını azaltdı
2010-03-02 Bələdiyyə sədrlərinin 30 faizi qanunsuzluğa meyllənib
2010-03-02 Çili yığmasının oyunları zəlzələyə görə təxirə salındı
2010-03-02 Runi İngiltərə-Misir matçında iştirak edə bilməyəcək
2010-03-02 Kapello "Yuventus"a dönə bilər
2010-03-02 "Fənər" bu heyət və bu məşqçi ilə çempion ola bilməz"
2010-03-02 "Mançester Yunayted" İngiltərə Liqa Kubokuna sahib çıxdı
2010-03-02 "Xəzər-Lənkəran"ın futbolçusu yığmadan kənarlaşdırıldı
2010-03-02 Vaqif Cavadov "Tvente"dən ayrılır
2010-03-02 Fatih Təkkə "Rubin"də 9-u istədi, amma 10-u aldı
2010-03-02 Lüksemburqda Azərbaycan yığmasına sürpriz hazırlayırlar
2010-03-02 "Neftçi"nin sabiq baş məşqçisi Gede Liviya çempionatında
2010-03-02 Olimpiadaya məsul şəxslər istefaya!
2010-03-02 Salyanda toqquşan iki "06"dan birinin sürücüsü öldü
2010-03-02 Yevlaxlı Güləli Oğuz və Şəkidə mal-heyvan oğurlayırmış
2010-03-02 Şirvanlı Oqtay Xudatov APA-nın Polis Şöbəsinə istinadən yaydığı məlumatı təkzib etdi
2010-03-02 Suraxanı və Qaradağ icra hakimiyyətləri sahibsiz heyvanlara sığınacaq yeri verilməsinə razı oldular
2010-03-02 Bakıda 6 nəfərlik oğru dəstəsi evləri, maşınları qarət edirmiş
2010-03-02 FHN-çilər Zaqatalada Hüseyn Qarayevin evini tam yanmaqdan xilas etdi
2010-03-02 Suraxanıda Almaz Tağıyeva, Keşlədə Şəhriyar Eyvazov dəm qazından boğuldu
 
 
 
Copyright (c) Bakı Xəbər 2009