Əgər martın 4-də...
.jpg)
Türkiyə Xarici İşlər Nazirliyi martın 4-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində müzakirə ediləcək uydurma "erməni soyqırımı"na dair qərar layihəsilə bağlı Vaşinqtona rəsmi xəbərdarlıq ünvanlayıb.
APA-nın "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, Türkiyə XİN-in sözçüsü Burak Özügərgin layihənin komitənin gündəminə daxil edilməsini təəssüf hissilə qarşıladıqlarını açıqlayıb: "Əsassız soyqırım iddialarına dəstək verən 252 saylı qərar layihəsinin Amerika Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin gündəminə alınmasını təəssüflə qarşıladıq. Bu mövqeyimizi müxtəlif səviyyəli ABŞ səlahiyyətlilərinə bildirdik. Komitənin Türkiyə ilə ABŞ arasındakı ikitərəfli əlaqələrə zərər verəcək və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində səyləri axsadacaq layihəni rədd etməsini gözləyirik. Komitə üzvlərinin layihənin qəbulunun ABŞ-Türkiyə əlaqələrinə və Cənubi Qafqazdakı sülh, sabitlik cəhdlərinə verəcəyi zərəri dərk etdiyinə və bu baxımdan məsuliyyət hissilə addım atacaqlarına inanmaq istəyirik".