Runi İngiltərə-Misir matçında iştirak edə bilməyəcək
"Mançester Yunayted" futbol klubunun hücumçusu Ueyn Runi zədələnib.
Futbolçu İngiltərə Liqa Kubokunun "Aston Villa" ilə final qarşılaşmasında ayaq əzələ bağını dartıb. Futbolçunun martın 3-də baş tutacaq İngiltərə - Misir matçında forma geyinməyəcəyi artıq dəqiqləşib.
Xatırladaq ki, "Mançester Yunayted" Ueyn Runinin də qol vurduğu final oyununda "Aston Villa"nı məğlub edərək Liqa Kubokuna sahib çıxmışdı.