02 Mart 2010-cı il, N 301(1199)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3657)
"Mən baldırlarımı açıb göstərmirəm" (3555)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2490)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2438)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2258)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1755)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1360)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1343)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Olimpiadaya məsul şəxslər istefaya!
Rusiyanın Vankuverdəki uğursuzluğu Medvedyevi özündən çıxardı
Rusiyanın Vankuverdə keçirilən Qış Olimpiya Oyunlarında uğursuz çıxış etməsi ölkə prezidenti Dmitri Medvedyevi hiddətləndirib.
   Milli.Az "Life News"a istinadən xəbər verir ki, "Vahid Rusiya" partiyasının rəhbərliyi ilə keçirdiyi görüşdə Kreml sahibi başa çatmış Olimpiadada ölkəsinin çıxışını da dəyərləndirib: "Olimpiadaya hazırlığa görə məsuliyyəti kim daşıyırsa, indi də məsuliyyət daşımalıdır. Məsul şəxslər cəsarətli olmalı və istefa ərizəsi yazmalıdır. Bacarmırlarsa, biz kömək edərik".
   O, məsuliyyət daşıyanların kimlər olduğuna da işarə edib: bunlar idman federasiyaları və İdman Nazirliyidir. Medvedev hesab edir ki, Vankuver Olimpiadası Rusiyada idmançıların hazırlıq prosesinə köklü dəyişikliklər edilməsinin vacibliyini üzə çıxarıb: "Biz uzun müddət Sovet İttifaqının imkanları ilə hərəkət etmişik və günlərin birində bu imkanlar tükənib". Medvedev Sovet İttifaqının idman məktəbini ideallaşdırmağa ehtiyac olmadığını da söyləyib.
"Neftçi"nin sabiq baş məşqçisi Gede Liviya çempionatında
"Neftçi"nin sabiq baş məşqçisi Hans-Yurgen Gede özünə yeni iş yeri tapıb. Fanat.az xəbər verir ki, alman məşqçi Liviya çempionatında çalışmağa başlayıb. Belə ki, Gede Liviyanın "Tahhadi" klubuna baş məşqçi təyin edilib. Liviyalılar onunla iki illik anlaşma imzalayıb.
   Gedenin yeni komandası Liviyanın ikinci divizionunda çıxış edir. Komanda Liviya Premyer Liqasını 2007/08 mövsümündə tərk edib. "Tahhadi" 4 dəfə Liviya çempionu (1967, 1977, 1997) olub, 1 dəfə ölkə Super Kubokunu (1997) qazanıb və 1999-cu ildə kubokun finalında oynayıb. Bu komanda 1967 və 1978-ci illərdə Afrika Çempionlar Kubokuna qatılıb. Qeyd edək ki, Gede ötən il Myanmarın "Okktaha" klubunda çalışırdı. Bir müddət əvvəl onu bu klubdan da qovublar. Onu da nəzərinizə çatdıraq ki, Gedeni ölkəmizə Berti Foqts gətirmişdi. Bir müddət milli komandada köməkçi-məşqçi işləyən alman daha sonra "Neftçi"nin baş məşqçisi təyin olundu. O, ölkəmizdə qalmaqalçı kimi tanınıb. Belə ki, Rəşad Sadıqov, Aleksandr Çertoqanov, Georgi Adamiya, Elnur Allahverdiyev, və Levent Kartopu komandadan kənarlaşdıran Gede daha sonra özü də qovuldu. Bir müddət əvvəl isə o, "Neftçi"dən FİFA-ya şikayət edərək, komandanı 100 min dollar cərimə etdirib.
Lüksemburqda Azərbaycan yığmasına sürpriz hazırlayırlar
Lüksemburq yığması martın 3-də Azərbaycan milli komandası ilə oyuna sürpriz hazırlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Quy Hellers yığmamız üçün taktiki yenilik hazırlayıb.
   Lüksemburqlu həmkarlarımızın fikrincə, onların komandası hücum futbolu nümayiş etdirməklə çoxlarını təəccübləndirəcək. Dünya çempionatının seçmə mərhələsi ilə müqayisədə tam fərqli oyun göstərəcək meydan sahibləri son iki yoxlama görüşündə də bu yeniliyi sınaqdan çıxarıb. Almaniyanın "Ayntraxt" (Trir) və Fransanın "Mets" klubları ilə görüşlərə əsasən belə qənaətə gələn həmkarlarımız ön xətdəki fəallığın artacağına sevinir. Bütün bunlara baxmayaraq, Lüksemburq millisinin meydana 1, yoxsa 2 hücumçu ilə çıxacağı hələ dəqiqləşməyib. Bu Hellersin neçə mərkəz müdafiəçisinə güvənəcəyindən asılı olacaq. Qeyd edək ki, martın 3-də "Josi Bartel" stadionunda keçiriləcək qarşılaşma Bakı avxtı ilə saat 23:00-da başlayacaq.
Fatih Təkkə "Rubin"də 9-u istədi, amma 10-u aldı
Türkiyəli futbolçu Fatih Təkkə yeni klubu "Rubin"in heyətində 10 nömrəli forma ilə çıxış edəcək. "Sport-Ekspress" xəbər verir ki, Rusiya çempionu ilə müqavilə imzalamış hücumçu 9 nömrəli futbolkanı istəsə də, sonda 10 nömrə ilə kifayətlənməli olub. Buna səbəb hazırda 9 nömrəli futbolkanın Salukvadzeyə məxsus olmasıdır.
Vaqif Cavadov "Tvente"dən ayrılır
Azərbaycan milli komandası İordaniyada keçirilən təlim-məşq toplanışını başa vuraraq Lüksemburqa yola düşüb. Fanat.az xəbər verir ki, martın 3-də Lüksemburq yığması ilə keçiriləcək yoldaşlıq oyununun hazırlığında iştirak etmək üçün daha bir futbolçu - Vaqif Cavadov millinin düşərgəsinə qoşulacaq.
   Qeyd edək ki, srağagün "Anji"nin üzvü Mahir Şükürov da yığmanın düşərgəsinə yollanıb.
   
"Xəzər-Lənkəran"ın futbolçusu yığmadan kənarlaşdırıldı
"Xəzər-Lənkəran" klubunun futbolçusu Denis Kalinkov Moldova milli komandasından kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu martın 3-də Qazaxıstanla yoldaşlıq görüşündə iştirak etməyəcək. Moldovalıların yeni baş məşqçisi Qabi Balint Türkiyədə keçiriləcək yoldaşlıq görüşünə çağırdığı Kalinkovun adını sonradan siyahıdan çıxarıb. Buna səbəb Denisin zədədən sonra tam sağalmamasıdır. Hücumçu "Xəzər-Lənkəran"ın heyətində Unibank Premyer Liqasında "Standard"la ev oyununda (0:0) aldığı zədədən sonra müalicə olunur.
   
"Mançester Yunayted" İngiltərə Liqa Kubokuna sahib çıxdı
"Mançester Yunayted" klubu bu mövsümdə ilk kubokunu əldə edib. Aleks Ferqyusonun baş məşqçisi olduğu kollektiv İngiltərə Liqa Kuboku uğrunda final qarşılaşmasında "Aston Villa"nı 2:1 hesabı ilə məğlub edərək bu titula sahib çıxıb.
   Oyunda ilk olaraq Ceyms Milner "Aston Villa"nı önə keçirsə də, sonradan Maykl Ouen və Ueyn Runinin qolları sayəsində "Mançester Yunayted" qələbəni təmin edib.
   Xatırladaq ki, "Mançester Yunayted" ötən mövsüm də, İngiltərə Liqa Kubokunu qazanmışdı.
   
"Fənər" bu heyət və bu məşqçi ilə çempion ola bilməz"
Rıdvan Dilmən keçmiş klubu barədə bədbin danışdı
"Bundan sonra "Fenərbaxça"nın çempion olmasına imkan yoxdur. "Fənər" bu heyət və bu məşqçi ilə çempion ola bilməz". Bunu "Fənərbaxça" klubunun keçmiş oyunçusu, idman icmalçısı Rıdvan Dilmən deyib.
   Dilmən bu fikirlərini "Fənərbaxça" komandası "İBBspor" komandasına 1:2 məğlub olduqdan sonra TV proqramında bu oyunu şərh edərkən deyib. Rıdvan Dilmən həmçinin əlavə edib ki, belə fikirləşməsinin səbəbi sadəcə axırıncı oyun deyil. "Fənərbaxça" son 8 ildə həyata keçirdiyi səhv transferləri gözdən keçirməlidir. Bu komandadan Aleks, Emre və Gökhanı çıxsaq geriyə heç nə qalmaz".
   Qeyd edək ki, Türkiyənin 4 ən böyük futbol komandalarından biri olan "Fənərbaxça" fevral ayında qarşılaşdığı oyunların heç birindən qalib ayrılmayıb.
   
Kapello "Yuventus"a dönə bilər
İngiltərə millisinin italiyalı baş məşqçisi Fabio Kapello keçmiş iş yerinə qayıda bilər.
   "Tuttosport" qəzetinin yazdığına görə, yayda keçiriləcək futbol üzrə dünya çempionatından sonra onun yenidən "Yuventus" klubunu çalışdırması mümkündür. Xatırladaq ki, 2004-2006-cı illərdə "Qoca sinyora"ya rəhbərlik etmiş Kapello bu klubla 2 dəfə İtaliya çempionluğunu qazanıb. Təcrübəli mütəxəssis "Milan", "Roma" və "Real" (Madrid) klublarına da rəhbərlik edib və onların hər biri ilə milli çempionatda birinci olmağı bacarıb.
   
Runi İngiltərə-Misir matçında iştirak edə bilməyəcək
"Mançester Yunayted" futbol klubunun hücumçusu Ueyn Runi zədələnib.
   Futbolçu İngiltərə Liqa Kubokunun "Aston Villa" ilə final qarşılaşmasında ayaq əzələ bağını dartıb. Futbolçunun martın 3-də baş tutacaq İngiltərə - Misir matçında forma geyinməyəcəyi artıq dəqiqləşib.
   Xatırladaq ki, "Mançester Yunayted" Ueyn Runinin də qol vurduğu final oyununda "Aston Villa"nı məğlub edərək Liqa Kubokuna sahib çıxmışdı.
   
Çili yığmasının oyunları zəlzələyə görə təxirə salındı
Futbol üzrə Çili yığma komandası zəlzələ səbəbindən Kosta-Rika və Şimali Koreya milliləri ilə keçirəcəyi yoldaşlıq görüşlərini təxirə salıb. Qeyd edək ki, hər iki görüş bu həftə baş tutmalı idi.
   2009-cu ilin noyabr ayında Çili komandasının Almaniya kollektivi ilə hazırlıq oyunu təxirə salınmışdı. Buna səbəb isə Almaniya kollektivinin qapıçısı Robert Enkenin intihar etməsi idi.
   Xatırladaq ki, Çili ərazisində zəlzələ fevralın 27-də baş vermişdi. Təbii fəlakət nəticəsində 700-dən çox insan dünyasını dəyişib.
   
   
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-03-02 Sumqayıtda Mirzəyevlər və Rzayevlər ailəsi "qaz faciəsinə" düşdü
2010-03-02 Masallı Rayon Polis Şöbəsinin rəisi işdən çıxarıldı
2010-03-02 Ərdoğanın milyon yarım pulu, yarım milyon alacağı var
2010-03-02 Mart ayında 14 gün iş olmayacaq
2010-03-02 Zaqatalada 74 yaşlı diş həkimi öz venasını kəsib intihar etdi
2010-03-02 Eynulla Fətullayev həyatına sui-qəsd planı hazırlandığını iddia edir
2010-03-02 Türkiyəli polkovnik 6 ay Səfər Əbiyevə müşavirlik edəcək
2010-03-02 İlham Əliyev Çilidə zəlzələ qurbanlarına başsağlığı verdi
2010-03-02 Baş Mühafizə İdarəsinin əməkdaşı Əzizbəyovda "Mercedes"ini aşırdı
2010-03-02 "Rahat həyat" MTK sədri Novruz Aslanova 84 min manat "atıb"
2010-03-02 "Bakı Ağac Emalı" Səhmdar Cəmiyyəti yandı
2010-03-02 Avropa Şurasının insan haqları üzrə komissarı Naxçıvana getməyə hazırlaşır
2010-03-02 Hüquq müdafiəçiləri Tomas Hammarberqə 14 saylı həbsxananın rəisi Ərşad Rüstəmovdan şikayət etdilər
2010-03-02 Mətbuat Şurası bu həftə bir fırıldaqçı baş redaktorun işinə baxacaq
2010-03-02 ADR-in yaratdığı "AzərTAc"ın 90 yaşı tamam oldu
2010-03-02 Redaktorlar Birliyi adlı qurum mövcuddurmu?
2010-03-02 Səfər Əbiyevin bəyanatı ilə prezidentin kursu arasında ziddiyyət, ya...
2010-03-02 Azərbaycan Prezident Administrasiyasından İranın hərəkətlərinə rəsmi reaksiya...
2010-03-02 Azərbaycan kommunistlərini parlament seçkisinə Rauf Qurbanovun qərargahı aparacaq
2010-03-02 Terrorçunun əlaltılarını Bakıya təhvil verən Gürcüstan Elmarın qatillərini niyə vermir?
2010-03-02 Deputat Rövşən Rzayevin "Qarabağ səfərinə" QAT-dan etiraz gəldi
2010-03-02 Müstəqillik dövründə Azərbaycanda qətlə yetirilmiş 10-cu jurnalist?
2010-03-02 Qara maskada 4 min manat qaçıran iki zabratlını tutdular
2010-03-02 "Reket baş redaktor" Yeni Günəşlidə bir saunanı aylıq hesaba otuzdurub
2010-03-02 Ev istəyən məcburi köçkünlər Tərtərdə yolu bağladılar
2010-03-02 Gəncədə 17 məktəbin qazı kəsilib
2010-03-02 Qəçrəşdə "Baba ocağı" restoranının ərazisi sürüşdü
2010-03-02 Təhsil Nazirliyinin Şura üzvləri "Pedaqogika" Nəşriyyatının direktoruna cinayət işi açılmasını tələb edir
2010-03-02 Lənkəranın Biləsər sakini özünü asdı
2010-03-02 Rusiyadan Azərbaycana göndərilən pul hər gün 26 faiz azalır
2010-03-02 Ekspert Azərbaycan banklarında başlanan bir prosesin onların öz xeyrinə olacağını deyir
2010-03-02 Martda qlobal maliyyə böhranının ikinci mərhələsi gözlənir
2010-03-02 Hulusi Kılıc Azərbaycan-Türkiyə qaz danışıqlarına dair bir yanlışa düzəliş etdi
2010-03-02 Türkiyədən ABŞ-a "soyqırım dartışmalarında" iştirak üçün iki dəstə deputat getdi
2010-03-02 HƏMAS liderinin qətli ilə bağlı yeni məqamlar açıldı
2010-03-02 Azərbaycan qazının müştərisi artdıqca "Nabukko" kəməri havayı bir şeyə çevrilir
2010-03-02 Elmira Süleymanova illik hesabatını 5 dövlət qurumuna göndərdi
2010-03-02 Türkiyə ilə Ermənistan arasında körpünün bərpasına başlanıb
2010-03-02 Türkiyə ABŞ-a rəsmi rəsmi xəbərdarlıq göndərdi
2010-03-02 İqtidaryönlü partiyalar müvafiq dairələrdə öz namizədlərini YAP-la razılaşdıracaq
2010-03-02 AMİP deyəsən hələ uzun müddət sədrsiz qalacaq
2010-03-02 Martın 28-də vaxtı bir saat irəli çəkəcəyik
2010-03-02 Neftçala sakini Fəxrəddin Abdullayev Səbaildə özünü asıb
2010-03-02 Şəkərli diabet xəstələri hansı imtiyazlara malikdir?
2010-03-02 Penitensiar sistemə nəzarət üzrə İctimai Komitə 37 xəstə məhkumla görüşüb
2010-03-02 Bakıda Nizami küçəsindəki məşhur "İvanovka" ərzaq mağazası olan bina sökülür
2010-03-02 Bəzi dini cərəyanlar fəaliyyət meydanlarını qanunsuz genişləndirir
2010-03-02 Müstəqil məhkəmə-tibbi ekspertizanın yaradılması uğrunda mübarizə başladı
2010-03-02 Bakıxanovda Vəfadar Quliyevin evini qarət edən tutuldu
2010-03-02 Balakənin Tülü kəndində qayın öz keçmiş yeznəsini bıçaqladı
2010-03-02 Apelyasiya Məhkəməsi 32 kiloqram civə satan dəstənin cəzasını azaltdı
2010-03-02 Bələdiyyə sədrlərinin 30 faizi qanunsuzluğa meyllənib
2010-03-02 Çili yığmasının oyunları zəlzələyə görə təxirə salındı
2010-03-02 Runi İngiltərə-Misir matçında iştirak edə bilməyəcək
2010-03-02 Kapello "Yuventus"a dönə bilər
2010-03-02 "Fənər" bu heyət və bu məşqçi ilə çempion ola bilməz"
2010-03-02 "Mançester Yunayted" İngiltərə Liqa Kubokuna sahib çıxdı
2010-03-02 "Xəzər-Lənkəran"ın futbolçusu yığmadan kənarlaşdırıldı
2010-03-02 Vaqif Cavadov "Tvente"dən ayrılır
2010-03-02 Fatih Təkkə "Rubin"də 9-u istədi, amma 10-u aldı
2010-03-02 Lüksemburqda Azərbaycan yığmasına sürpriz hazırlayırlar
2010-03-02 "Neftçi"nin sabiq baş məşqçisi Gede Liviya çempionatında
2010-03-02 Olimpiadaya məsul şəxslər istefaya!
2010-03-02 Salyanda toqquşan iki "06"dan birinin sürücüsü öldü
2010-03-02 Yevlaxlı Güləli Oğuz və Şəkidə mal-heyvan oğurlayırmış
2010-03-02 Şirvanlı Oqtay Xudatov APA-nın Polis Şöbəsinə istinadən yaydığı məlumatı təkzib etdi
2010-03-02 Suraxanı və Qaradağ icra hakimiyyətləri sahibsiz heyvanlara sığınacaq yeri verilməsinə razı oldular
2010-03-02 Bakıda 6 nəfərlik oğru dəstəsi evləri, maşınları qarət edirmiş
2010-03-02 FHN-çilər Zaqatalada Hüseyn Qarayevin evini tam yanmaqdan xilas etdi
2010-03-02 Suraxanıda Almaz Tağıyeva, Keşlədə Şəhriyar Eyvazov dəm qazından boğuldu
 
 
 
Copyright (c) Bakı Xəbər 2009