02 Mart 2010-cı il, N 301(1199)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3668)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2440)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2259)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1362)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
ATV başqa televiziyalara nümunə göstərildi
Deputat və ziyalıların nümayəndəsi başqa telekanallarda da bədii şuranı zəruri sayır
Aynur Camalqızı: "Çox müsbət hal olardı ki, digər televiziya kanalları da bu təcrübədən bəhrələnsin"
   
   Eldəniz Quliyev: "Bədii şuraların üzvləri ilk növbədə televiziya estetikasını bilməlidir"

   
   
   Yerli telekanallarda hələ ciddi islahatlara başlanmasa da, bu sahədə müəyyən canlanma nəzərə çarpır. Artıq ATV kanalında bədii şura yaradılıb. Şurada, bir neçə millət vəkililə yanaşı, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu da təmsil olunur.
   Məlumdur ki, müxtəlif vaxtlarda əksər ziyalılar televiziyalarda bədii şuranın yaradılmasına ehtiyac yarandığını və bu şuranın teleməkandakı neqativliklərin aradan qalxmasına təkan verəcəyini deyirdi.
   ATV-də bədii şuranın yaradılmasını ölkə ziyalıları olduqca müsbət qarşılayır. Onlar hesab edir ki, digər televiziyalar da bu müsbət təcrübəni tətbiq etməkdən çəkinməməlidir.
   Mütəxəssislər bildirir ki, bədii şura televiziyaların həyatında mühüm rol oynaya bilər. Bu həm telekanallarda bayağı, şit proqramların qarşısını alar, həm də milli-mənəvi dəyərlərə bağlı olan verilişlərin televiziya kanallarında üstünlük təşkil etməsinə gətirib çıxarar.
   Millət vəkili Aynur Camalqızı (Quliyeva) "Bakı-Xəbər"ə bildirdi ki, ATV-də bədii şuranın yaradılmasını müsbət hal hesab edir. Onun fikrincə, başqa telekanallar da bədii şura yaratmağa maraq göstərməlidir":Şübhəsiz ki, ATV-nin bu təcrübəsi olduqca müsbət bir təcrübədir. Bilirsiz ki, sovet dönəmində də bu təcrübə olub. Yeganə televiziya olan Azərbaycan Televiziyasında bədii şura fəaliyyət göstərirdi. Təcrübə də göstərir ki, bədii şuranın mövcudluğu böyük effekt verib. Yəni müğənnilərinin efir mədəniyyətindən tutmuş, sənətçi kimi peşəkarlığına, ifa etdiyi mahnının mətninin və musiqisinin səviyyəsinə qədər hər şey qiymətləndirilirdi. Təbii ki, bu qiymətləndirmənin də böyük rolu vardı. Bədii şuranın sayəsində Azərbaycan çox böyük sənətkarlar qazanıb. Bu, bir növ, həm də məktəb rolunu oynayıb. İndiki vəziyyətdə də televiziyalarda musiqi ilə, şou ilə bağlı problemlər var. Bunlara nəzər saldıqda düşünürsən ki, bu gözəl təcrübədən indi niyə bəhrələnməyək? Bir müddət öncə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin televiziyalarla bağlı yazdığı tənqidi məqalədən sonra bəzi telekanallar tərəfindən buna müsbət reaksiyalar hiss olunmağa başladı.
   Bunun da bir bariz nümunəsini ATV telekanalında gördük. Şirkət rəhbərliyi öz fəaliyyətinə yenidən nəzər saldı, bir sıra qəbul olunmayan şou proqramları bağladı. Eyni zamanda da bədii şura yaradıldı. Milli Məclis üzvlərindən də o şuraya üzvlər seçildi.
   Çox müsbət hal olardı ki, digər televiziya kanalları da bu təcrübədən yararlansın. Əminəm ki, bədii şuranın televiziyalarımızın şit-bayağı musiqidən təmizlənməsində, musiqiyə, sənətə dəxli olmayan adamların efirə buraxılmamasında müəyyən dərəcədə rolu ola bilər".
   Azərbaycan Ziyalı Hərəkatının rəhbəri, kinodramaturq Eldəniz Quliyev isə bizimlə söhbətində dedi ki, əvvəllər də müxtəlif yaradıcılıq ocaqlarında bədii şuralar fəaliyyət göstərib, lakin çox zaman bu şuralar həqiqətə işləməyib: "O vaxt da bədii şura vardı. Bu şuralar uğurlu seçim üçün süzgəc rolunu oynamalı, yaxşını efirə buraxıb, pisləri kənarda saxlamalı idi.
   Amma heç o vaxt da şuralar obyektiv fəaliyyət göstərmirdi. Onda da tanışlıq, "mən ölüm" rol oynayırdı idi. Hesab edirəm ki, müasir televiziyalarda da ya bədii şura, ya məsləhət kollektivi, ya obyektiv ekspert qrupu olmalıdır ki, televiziyaların işinə nəzarət edə bilsin. Şura üzvləri millət vəkili olmaya da bilər, vacib deyil ki, döşündə nişan gəlib orada otursun.
   Bədii şuraların üzvləri ilk növbədə televiziya estetikasını bilməlidir. Milli-mənəvi dəyərlərin, əxlaqi prinsiplərin, İslami dəyərlər sistemininin yaradıcılıqda əks olunmasında maraqlı olmalıdır. Üçüncüsü isə, şura üzvü televiziya sahəsinin peşəkarı olmalıdır ki, televiziya haqda anlayışı olsun".
   
İradə SARIYEVA
Suraxanıda Almaz Tağıyeva, Keşlədə Şəhriyar Eyvazov dəm qazından boğuldu
Fevralın 28-də Bakıda iki nəfər dəm qazından boğularaq ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib. APA-nın məlumatına görə, hadisələrdən biri Nizami rayonunda qeydə alınıb.
   Rayonun Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4/40A ünvanında yaşayan 1993-cü il təvəllüdlü Şəhriyar Eyvazov hamamda çimərkən dəm qazından boğularaq ölüb.
   Digər olay paytaxtın Suraxanı rayonunda baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Almaz Tağıyeva yaşadığı evdə dəm qazından boğularaq dünyasını dəyişib. Yeni Suraxanı qəsəbəsinin sakini, 74 yaşlı Kamil Sultanov isə dəm qazı zəhərlənməsilə xəstəxanaya yerləşdirilib.
   Hər üç faktla bağlı araşdırma aparılır.
   
FHN-çilər Zaqatalada Hüseyn Qarayevin evini tam yanmaqdan xilas etdi
Zaqatala rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Yanğından Mühafizə Hissəsindən (YMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi rayonun Car kəndində, Qarayev Hüseyn Əsəbəli oğluna məxsus bir mərtəbəli, dörd otaqlı evdə baş verib.
   Hadisə yerinə dərhal FHN-nin Zaqatala YMH-nin iki yanğın söndürən maşını cəlb edilib. Zaqatala YMH-nın baş vermiş yanğın hadisəsindən vaxtında xəbər tutması nəticəsində H.Qarayevə məxsus evin tamamilə yanıb sıradan çıxmasının qarşısı alınıb.
   Yanğın nəticəsində bir otağın yanar konstruksiyaları və həmin otaqda olan əşyalar yanaraq yararsız vəziyyətə düşüb. Zaqatala YMH əməkdaşlarının səyi nəticəsində yanğının digər otaqlara keçməsinin qarşısı alınıb. Yanğın baş verən zaman evdə heç kim olmayıb. İlkin ehtimala görə, yanğına səbəb odun sobasının yanar vəziyyətdə qalması olub.
   Hadisə ilə əlaqədar Zaqatala YMH-də araşdırma aparılır.
   
Bakıda 6 nəfərlik oğru dəstəsi evləri, maşınları qarət edirmiş
Nizami polisi uğurlu əməliyyat keçirdi
Bakıda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
   Məlumata görə, fevralın 27-dən 28-nə keçən gecə Bakı şəhər sakini Valeh Məmmədova məxsus B.Nuriyev küçəsində yerləşən mağazadan qapını sındırmaq yolu ilə sənaye malları və Bakı şəhər sakini Ramal Hüseynova məxsus Q.Qarayev prospektində yerləşən ofisdən nooutbuk, DVD, fotoaparat və mobil telefon oğurlanıb.
   Nizami Rayon Polis İdarəsinin 24-cü və 25-ci Polis bölmələri əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törədən Bakı şəhər sakinləri Bəhruz Kərimli, Rauf Abbasov, Kamil Dadaşov, Kamran Əhmədov, İlqar Həsrətov və qardaşı Vüqar fevralın 28-də tutulublar.
   Aparılan əməliyyat tədbirləri nəticəsində onların fevralın 4-də Özbəkistan küçəsində Bakı şəhər sakini Məftun Alıyevə məxsus "VAZ-2109" markalı avtomaşından açıq qapıdan daxil olmaqla maqnitofon oğurladığı da müəyyən edilib.
   
   
Suraxanı və Qaradağ icra hakimiyyətləri sahibsiz heyvanlara sığınacaq yeri verilməsinə razı oldular
Mənsurə Rəsulzadənin apardığı danışıqlar nəticə verib
Bütün humanizm norma və prinsiplərinə və Azərbaycanın beynəlxalq öhdəliklərinə zidd olaraq, Bakıda sahibsiz heyvanların məhv edilməsi davam edir.
   "31 may 2007-ci ildə Azərbaycan heyvanat aləminin müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulub. Lakin sahibsiz itlərin amansızcasına məhvinə son qoyulmayıb. Bakıda yalnız itləri güllələməklə məşğul olan şəhər xidmətinin adı dəyişdirilib", deyə "Alyans" Canlı Aləm və Etika İctimai Birliyinin rəhbəri Mənsurə Rəsulzadə şənbə günü "Heyvanlara mərhəmət" mövzusunda keçirilən mətbuat konfransında bildirib. Onun fikrincə, sahibsiz itlərin və pişiklərin məhvi humanizmə ziddir. O, xarici təcrübəyə uyğun olaraq, sahibsiz heyvanlar üçün klinika və sığınacaqlar yaratmağı təklif edir. Bu sığınacaqlarda xəstə və şikəst heyvanlar saxlana bilər.
   "Lakin bu təşəbbüsün hökumətin dəstəyinə ehtiyacı var. QHT artıq ilkin olaraq paytaxtın Suraxanı və Qaradağ rayon icra hakimiyyətlərilə danışıqlar aparıb və onlar belə sığınacaqlar üçün yer ayırmağa hazırdır" - deyə Rəsulzadə bildirib. Onun fikrincə, hazırkı sanitar xidmətdə ("it qutusu") islahat aparıla bilməz. Orada işləyən insanlar heyvanları öldürməyə öyrəşiblər və insafsız metodlarla işləyir. "Bu düzgün deyil, itləri güllələyirlər, sonra isə ölü və yaralı heyvanları birlikdə krematoridə yandırırlar", deyə Rəsulzadə bildirib. Buna görə Nazirlər Kabineti yanında yeni xidmət yaradılmalıdır. Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova sahibsiz heyvanların müdafiəsinin əhəmiyyətini qeyd edib. Bu, sanitariya nöqteyi-nəzərdən vacibdir. Belə ki, sahibsiz pişiklər azaldılarsa, paytaxtda siçovullar kütləvi yayılacaq.
   Onun sözlərinə görə, sahibsiz heyvanlara qarşı mübarizə xidmətinin nümayəndələri pişikləri yığaraq Balaxanı zibilliyinə aparır. "Bu çox pisdir: sağlam pişikləri zibilliyə atırlar, burada onlar müxtəlif xəstəliklərə yoluxur və bu xəstəliklərin yayılma mənbəyinə çevrilir" - deyə Hüseynova bildirib.
   O hesab edir ki, Bakının sanitar müdafiəsi üçün təxminən 1,7 mln. it və pişik lazımdır, yəni şəhər əhalisinin yarısı qədər. Hüseynova qeyd edib ki, bəzən insanlar küçə heyvanlarının aqressivliyilə əlaqədar sanitar xidməti çağırır. Onun sözlərinə görə, aqressiyanın səbəbi aclıqdır və o, şəhər sakinlərini heyvanları qida qalıqları ilə yemləməyə çağırıb. Ekoloq Əliheydər Məmmədov qeyd edib ki, sanitar xidmət hər gün 50-100 iti məhv edir. Şəhərdə güllələmə təhlükəlidir, çünki təsadüfən insanlar da yaralana bilər.
   Heyvan müdafiəçiləri prezident İlham Əliyevin ünvanına yazılmış ərizəyə imzatoplama kampaniyasına başlayıb. Müraciətdə dövlətin heyvanların müdafiəsi üzrə tədbirlər görməsi və bu məsələ ilə bağlı xüsusi qanun qəbul edilməsi təklifi yer alıb.
   
TURAN
Şirvanlı Oqtay Xudatov APA-nın Polis Şöbəsinə istinadən yaydığı məlumatı təkzib etdi
"Bu hadisənin mənə dəxli yoxdur"
Qəzetimizin 24.02.2010-cu il tarixli sayında dərc edilmiş "Nar Mobile"ın Şirvan şöbəsinə pulla işçi yığan dələduz tutuldu" başlıqlı yazıda bildirilmişdi ki, Şirvanda vətəndaşları aldadaraq pullarını mənimsəyən şəxs istintaqa cəlb edilib.
   Qeyd edək ki, məlumatı APA-nın Mil-Muğan bürosu Şirvan Şəhər Polis Şöbəsinə istinadən yaymışdı. Məlumatda bildirilirdi ki, Şirvan şəhər sakini Xudatov Oqtay Mirzə oğlu müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərdən "Nar Mobile" Şirvan şəhər şöbəsinin "Betta" MMC təhlükəsizlik idarəsinə mühafizəçi vəzifəsinə işə düzəldəcəyini vəd edərək, onlardan müxtəlif məbləğdə pul alaraq aldadıb. O, Şirvan sakinləri Rəşad Xəlilovdan 400 manat, Kərim Dadaşovdan 700 manat, Rəşid Musayevdən 600 manat və Elvin Rəsulovdan 600 manat alıb. Fevralın 18-də Oqtay Xudatov əməliyyat axtarış tədbirləri nəticəsində qohumunun toyunda yaxalanaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, bütün bu məlumatlar etibarlılığı şübhə doğurmayan APA tərəfindən, özü də Şirvan Şəhər Polis Şöbəsinə istinadən yayılıb. Amma dünən dələduzluqda ittiham olunan Oqtay Xudatov redaksiyamıza gələrək, barəsində yazılanları təkzib etdi. Bizə təqdim etdiyi ərizəsində O.Xudatov bildirir ki, bu hadisənin ona heç bir aidiyyəti yoxdur: "Bu hadisənin mənə heç bir dəxli yoxdur və mənimlə bağlı heç bir cinayət işi açılmayıb. APA-nın verdiyi məlumata istinadən qəzetinizdə dərc olunan yazı həqiqətə uyğun olmadığı üçün təkzib verməyinizi xahiş edirəm".
   O.Xudatovun ərizəsində göstərilənlər təəccüblü olmaqla yanaşı, hansı tərəfin məlumatının həqiqət olması barədə qəti hökm çıxarmaq da bizim üçün çətindir. Yəqin ki, ölkənin nüfuzlu agentliyi öz imkanlarından istifadə edərək Şirvan Şəhər Polis Şöbəsilə məsələni bir daha dəqiqləşdirəcək. Biz müstəqil qəzet olaraq, O.Xudatovun dediklərilə bağlı Polis Şöbəsinin də məlumatlarını, mövqeyini dərc etməyə hazırıq.
   
Eldar XƏYAL
Yevlaxlı Güləli Oğuz və Şəkidə mal-heyvan oğurlayırmış
Yevlax rayon sakini Oğuz və Şəki rayonlarında mal-qara oğruluğu ilə məşğul olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Oğuz Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.
   Məlumata görə, Oğuz rayonu Tayıflı kənd sakini Adıyev Ərzuman Məmmədəli oğlu yaşadığı evin həyətində tikilmiş tövlədən bir baş dana oğurlanması barədə Oğuz RPŞ-ə ərizə ilə müraciət edib. Ə.Adıyevin ərizəsi əsasında Oğuz RPŞ-nın axtarış əməliyyat qrupunun keçirdiyi axtarış-əməliyyat tədbirləri zamanı məlum olub ki, hadisəni törədən Yevlax rayon sakini Olanudze Güləli Əziz oğlu olub. Oğuz RPŞ-dən bildirilir ki, G.Olanudze fevralın 26-da keçən gecə Şəki rayonu, Turan qəsəbə sakini Nadir Abdurahmanova məxsus 7 baş qoyunu oğurlayıb. Şəki RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində G.Olanudze tutularaq istintaqa təhvil verilib.
   Onun rayon ərazisində törədilmiş digər oğruluq hadisələrində iştirak edib-etmədiyi araşdırılacaq.
   
Salyanda toqquşan iki "06"dan birinin sürücüsü öldü
Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan Rayon Polis Şöbəsindən məlumat verilib.
   Məlumata görə, fevralın 28-də axşam saatlarında, Salyan-Şirvan magistralında Salyan rayonu Kürsəngi kənd sakini, 1954-cü il təvəllüdlü Nəsrullayev Qulam Həmdulla oğlunun idarə etdiyi "VAZ 2106" markalı, 52 BC 502 dövlət nömrə nişanlı avtomobillə Şirvan sakini, 1969-cu il təvəllüdlü Teymurov Teymur Telman oğlunun idarə etdiyi "VAZ 2106" markalı 18 BA 699 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində birincinin sürücüsü Həmdulla Nəsrullayev hadisə yerində dünyasını dəyişib. Onun sərnişinləri - 1957-ci il təvəllüdlü Nəsrullayeva Bəyim Qulam qızı və 1963-cü il təvəllüdlü Nəsrullayev Yadulla Həmdulla oğlu müxtəlif xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
   
   
Bələdiyyə sədrlərinin 30 faizi qanunsuzluğa meyllənib
Ekspertlər göstərilən rəqəmi olduqca ciddi təhlükənin əlaməti sayır
Əliməmməd Nuriyev: "Bir çox hallarda qərar qəbul edilərkən qanunvericilik normalarına əməl edilmir" Mirəli Hüseynov: "Görünür, idarə edən şəxslərin peşəkarlığı onlara məsuliyyəti tam dərk etməyə imkan vermir"
Bələdiyyələrlə İş Mərkəzinin mətbuata verdiyi məlumata görə, fəaliyyəti prosesində qanun pozuntusuna yol verdiyinə görə 674 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəmələrə göndərilib. Onlardan 526-sı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana bələdiyyə aktlarının surətlərini vaxtında təqdim etmədiyinə görə məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub.
   10 bələdiyyə sədri araşdırmaların aparılmasına maneəçilik törətdiyinə görə məsuliyyətə cəlb olunub. 20 bələdiyyə başçısı barəsində isə təkrar inzibati məsuliyyət tədbirləri tətbiq edilib. Hazırda ölkədə 1718 bələdiyyə fəaliyyət göstərir. Kiçik bələdiyyələr ləğv edilənədək isə onların sayı 2700-dən çox idi. Bu o deməkdir ki, ölkədə ən azı 2700 bələdiyyə sədri olub. Bunlardan 674 nəfəri barəsində inzibati xəta protokolunun tərtib edilməsi isə heç də bələdiyyələrə başuculığı gətirmir. Bu hal onu göstərir ki, bələdiyyə sədrlərinin hardasa 20-25 faizi həmin xətalara yol verib ki, onlar barəsində belə tədbirlər görülüb. Vəziyyətin belə olması bələdiyyə üzvlərinin əksəriyyətinin qeyri-peşəkar olmasından xəbər verir. Belə ki, bir çox hallarda özünüidarə orqanlarının rəhbərləri bu və ya digər qərar qəbul edərkən qanunvericiliyə əsaslanmağı belə özünə rəva görmür. Nəticədə də qanunu pozur. Onların bələdiyyə aktlarının surətlərini müvafiq qurumlara vaxtında təqdim etməməsi də məsuliyyət hissinin zəif olduğunu göstərir. Yəni peşəkarlıq səviyyəsinin aşağı olması və məsuliyyət hissinin olmamasının nəticəsi olaraq xeyli sayda bələdiyyə sədri barəsində müxtəlif tip cəzalar tətbiq edilib. Görəsən, ekspertlər nə düşünür, vəziyyətin belə acınacaqlı olmasının kökündə nə dayanır?
   Yerli Demokratiyaya Dəstək QHT Koalisiyasının koordinatoru Mirəli Hüseynovun fikrincə, burada xüsusilə iki amil özünü göstərir. Onun dediyinə görə, bələdiyyə sədrlərinin peşəkarlığının aşağı səviyyədə olması və müəyyən addımları zorən atmağa məcbur edilmələri vəziyyətin belə olmasına gətirib çıxarıb: "Bu qədər bələdiyyə sədri barəsində inzibati xəta protokolu tərtib edilibsə, müəyyən inzibati tədbirlər müəyyən edilibsə, deməli məsələnin ciddiliyi göz önündədir. Bu onu göstərir ki, yerli özünüidarədə kifayət qədər ciddi problemlər var. Yəni bələdiyyə sədrləri ya öz vəzifələrini kifayət qədər icra edə bilmir, ya da onlara nəzarət yetərli deyil. Hər halda, rəqəmin özü çox şeydən xəbər verir. Görünür, idarə edən şəxslərin peşəkarlığı onlara məsuliyyətlərini tam dərk etməyə imkan vermir. Ya peşəkarlıq aşağıdır, ya da daşıdıqları məsuliyyətin yükünü tam dərk edə bilmirlər. Belə hal, həm də, ölkədə bələdiyyə idarəsinə münasibətin göstəricisidir. Hazırda Azərbaycanda bütün sahələrdə korrupsiya halları var. Amma nədənsə, korrupsiya halları və bununla bağlı görülən inzibati və cəza tədbirləri daha çox bələdiyyə orqanlarına münasibətdə baş verir. Düşünürəm ki, məsələyə bir aspektdən yanaşmaq doğru deyil. Belə vəziyyət, eyni zamanda, hökumətin bələdiyyə institutuna münasibətindən qaynaqlanan bir haldır. Yəni burada təkcə bələdiyyə üzvlərini qınamaq düzgün olmaz. Bir çox hallarda bələdiyyə sədrləri müəyyən addımları zorən atmağa məhkumdur, buna məcbur edilirlər. Azərbaycandakı mövcud idarəçilik sistemi bələdiyyələri bir çox hallarda zərbə altına qoyur. Bu gün faktiki olaraq bələdiyyələr icra hakimiyyətinin təsiri altındadır. Belə halda özünüidarə orqanları öz iradələrinə uyğun qərarlar qəbul edə bilmir. İndiki halda bələdiyyələr qanuna uyğun şəkildə fəaliyyət göstərmək iqtidarında deyil. Onlar bu və ya digər səbəbdən qanunu pozmaq zorundadır. Göstərilən rəqəm də bələdiyyə institutunun acınacaqlı vəziyyətini göstərən bir rəqəmdir".
   Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev vəziyyətin belə olmasının başlıca günahını bələdiyyə sədrlərinin əksəriyyətinin peşəkar olmamasında görür: "Artıq inzibati nəzarəti həyata keçirən qurum bu proseslərə tam surətdə sahib olub. Yəni bu prosesləri gözəl bilir. Ədliyyə Nazirliyi yanında Bələdiyyələrə Məsləhət Mərkəzi fəaliyyət göstərir. Ümumiyyətlə, bələdiyyə orqanlarının fəaliyyətinə nəzarəti Ədliyyə Nazirliyinin müvafiq strukturu həyata keçirir. Onlar bələdiyyələrin bilavasitə fəaliyyətinə deyil, onların qəbul etdiyi qərarlara inzibati nəzarəti həyata keçirirlər. Hesab edirəm ki, bu qurum bələdiyyə orqanları tərəfindən qəbul edilən qərarları daha diqqətlə araşdırdığından, bu qədər bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Bələdiyyələrdə qərarların qəbulu ilə bağlı proses bir çox hallarda kollegial şəkildə həyata keçirilmir. Qərarlar bəzən sadəcə olaraq bələdiyyə sədrinin özü tərəfindən qəbul edilir. Bu zaman bələdiyyə başçısının qeyri-peşəkarlığı mühüm rol oynayır. Bir çox hallarda qərar qəbul edilərkən qanunvericilik normalarına əməl edilmir. Bu onu göstərir ki, bələdiyyələr və onların rəhbərləri özləri barədə qəbul edilən qanunları yaxşı bilmir. Onun nəticəsi olaraq da çox sərt qərarlar qəbul edirlər. Torpaq ayrılması prosesində bələdiyyə orqanları mühüm funksiyalara malikdir, amma bu zaman da onlar tərəfindən əksər halda təkbaşına qərarlar qəbul edilir və bu zaman normativ aktların tələblərinə əməl olunmur. Daha çox şəxsi maraqlar üstün tutulur. Nəticədə belə qərarlar müvafiq strukturlarla razılaşdırılmayan qərar olur. Çünki qərar qəbul edilərkən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Bəzən sədrlər bu amilə diqqət yetirmir. Eyni zamanda, bələdiyyə vəsaitindən səmərəli istifadə etmək sahəsində də problemlər yaşanır. Bütün bunlar bələdiyyə orqanlarının və onların sədrlərinin öz fəaliyyətində qanunsuz qərarlar qəbul etməsinə şərait yaradır. Bir çox hallarda sədrlər səlahiyyət həddini aşır, korrupsiya hüquq pozuntularına yol verirlər. Təkcə məsuliyyətə cəlb olunmaqla məsələ bitməməlidir. Bələdiyyələr kollegial orqan kimi fəaliyyət göstərməli, onun üzvləri üçün çoxsaylı treninqlər təşkil edilməlidir. Bu baxımdan hesab edirəm ki, bələdiyyə üzvlərinin səriştəsinin artırılması istiqamətində geniş treninq proqramları həyata keçirilməlidir".
   
Rüfət SULTAN
Apelyasiya Məhkəməsi 32 kiloqram civə satan dəstənin cəzasını azaltdı
Azərbaycan paytaxtında civə alverilə məşğul olan mütəşəkkil dəstə üzvlərinin apelyasiya şikayətinə baxılıb.
   Trend News-un məlumatına görə, dünən Bakı Apelyasiya Məhkəməsində civə alverində təqsirləndirilən Hidayət Mamoyev, İmran Pircanov, Sədiyar Məmmədov, Rafiq Əliyev, Firdovsi Məmmədov, Bilal Həziyev, Xanlar Süleymanov və Əmiraslan İbrahimovun apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü dəyişdirilib. İbrahimovun, Əliyevin, Abışovun və Firdovsi Məmmədovun barəsində 1 il, Süleymanovun barəsində isə 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmün digər hissəsi isə dəyişdirilmədən saxlanıb. Ağır Cinayətətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Hidayət Mamoyev və İmran Pircanov hər birinə 4 il şərti cəza verilməklə, məhkəmə zalından azad olunmuşdu. Sədiyar Məmmədova 6, Rafiq Əliyev, Firdovsi Məmmədov, Bilal Həziyev, Xanlar Süleymanov, Əmiraslan İbrahimovun hər birinə 2 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Təqsirləndirilən şəxslər bu il iyulun 25-də 32 kiloqrama yaxın zəhərli kimyəvi maddəni satmaq istəyərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi (240.3.2) maddəsilə təqsirli bilinib.
Şağan Əlillər Pansionatının baş həkimi həbs oluna bilər(?)
Arif Məmmədovun adı üç yüz min manat yeyintidə hallanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağandakı Müharibə Əlilləri Pansionatında ciddi yeyinti faktları aşkarlanıb. Bu barədə "OLAYLAR"a pansionatdakı mənbələrdən məlumat verilib.
   Mənbənin məlumatına görə, bir müddət öncə pansionatda nazirliyin başladığı yoxlama nəticəsində ciddi yeyinti faktları aşkarlanıb. Yoxlama nəticəsində 300 min manat yeyinti faktı və digər özbaşınalıqlar ortaya çıxıb. Mənbə bildirir ki, pansionatın baş həkimi yoxlama qrupunu pulla ələ almaq istəsə də, baş tutmayıb. Yoxlama qrupu baş həkimin rüşvətini rədd edib və faktları olduğu kimi qeyd edib. Mənbənin dediyinə görə, yoxlama nəticəsində tərtib edilən akt birbaşa nazirliyə təqdim olunub. Nazirlikdə hazırda faktların araşdırılması aparılır. Məlumata görə, pansionatın baş həkimi Arif Məmmədov artıq müəssisədən uzaqlaşdırılmaq üzrədir. Yoxlama qrupunun aşkarladığı ciddi faktlar, həmçinin, baş həkim Arif Məmmədovun həbsinə də səbəb ola bilər.
   Qeyd edək ki, bir müddət əvvəl pansionatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəfil yoxlamalara başlaması barədə məlumat vermişdik. Məlumatda bildirilirdi ki, pansionatda yoxlamalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlillərdən daxil olan şikayətlər əsasında başlanıb. Şikayətlər birbaşa əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov tərəfindən nəzarətə götürülüb və nazir pansionata ən inandığı şəxslərdən ibarət yoxlama qrupu göndərib. Elə bu məqsədlə də pansionatın baş həkimi Arif Məmmədov yoxlama qrupunu ələ ala bilməyib. Məlumatda o da bildirilirdi ki, fəaliyyətində ciddi qanun pozuntuları aşkarlandığından, Arif Məmmədov həmin yoxlama qrupunu ələ almaq üçün pansionatın kollektivindən pul yığmağa başlayıb. Mənbə bildirirdi ki, Arif Məmmədov pansionatda müavinlərinin hər birindən 300 manat, həkimlərdən 150-200 manat, tibb bacılarından 100 manat, aşbaz və digər işçilərdən isə 50 manatdan yığıb. Lakin sonradan Arif Məmmədovun yığdığı rüşvət barədə də yoxlama qrupuna məlumat verildiyindən, baş həkimin vəziyyəti daha da pisləşib.
   
Balakənin Tülü kəndində qayın öz keçmiş yeznəsini bıçaqladı
Rüstəm Akubayev xəstəxanaya aparıldı
Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.
   Məlumata görə, hadisə Tülü kəndinə məxsus çöl sahəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü, Poçtbinə kənd sakini İsmayılov Sabir Abdurahman oğlu ilə onun bacısının keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Tülü kənd sakini Akubayev Rüstəm Xəlil oğlu arasında mübahisə baş verib. Daha sonra mübahisə davaya çevrilib. S.İsmayılov üzərində gəzdirdiyi bıçaqla R.Akubayevin bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi endirib. R.Akubayev Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır hesab edilir. Balakən RPŞ əməkdaşlarının keçirdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində S.İsmayılov tutularaq istintaqa təhvil edilib. S.İsmayılov barəsində cinayət işi başlayıb, istintaq aparılır.
   
Bakıxanovda Vəfadar Quliyevin evini qarət edən tutuldu
Bakıxanov qəsəbəsində ev qarət edən şəxs bir ay sonra tutuldu. Bu barədə məlumatı "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən veriblər.
   Hadisə fevralın 9-da Bakıxanov qəsəbəsi, Q.Qarayev küçəsində baş verib. Həmin küçədə yaşayan paytaxt sakini Vəfadar Quliyevin mənzilindən açar seçmə yolu ilə məişət cihazları oğurlanıb. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş Samid Ağayev fevralın 27-də saxlanıb.
   
   
Azərbaycanda zorlamaya görə axtalanma cəzasının əleyhdarları etiraz etdi
Zorakı şəxsin daş-qalaq edilməsi təklifi də var
Çingiz Qənizadə, Rəbiyyət Aslanova, Azad İsazadə danışdı, Gültəkin Hacıyeva problemi aktual saymadı
Azərbaycanda zorlama xarakterli cinayət əməlinə görə cəzanın yuxarı həddinin 20 il müəyyənləşdirilməsi və bu cinayəti törədən şəxslərin cərrahi yolla axtalanması təklif olunur. Bəzi deputatlar bunun səbəbini son vaxtlar Azərbaycanda bu qəbildən olan cinayətlərin sayının artması ilə əlaqələndirir. Onlar hesab edirlər ki, dünyanın bir çox ölkələrində, xüsusilə də ABŞ-da oxşar cinayətlərə görə cəzalar sərtdir.
   Dünyanın əksər ölkələrində bu və ya digər cinayət hallarının çoxaldığı zaman həmin cinayətlərə görə tətbiq olunan cəza növləri, bir qayda olaraq, sərtləşdirilir.
   Son vaxtlar Azərbaycanda şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlərin artımı cəmiyyətdə narahatlıq yaradır. Təəssüflər olsun ki, bu cinayətin qurbanları sırasında, qadınlarla yanaşı, azyaşlı qızlar və oğlanlar da var. Cəzanın tətbiqinə tərəfdar olanlar hesab edir ki, axtalanma cəzası tətbiq olunarsa, bu qəbildən olan cinayətlərin sayı azalar. Azərbaycan Cinayət Məcəlləsində şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlər sırasında 5 növ cinayət yer alır və həmin cinayətlərə görə 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onu da qeyd edək ki, cəzanın məqsədi şəxsin islah edilməsi, tərbiyələndirilməsidir. Cəza insan ləyaqətini, şəxsiyyətini alçaltmamalıdır. Bu prizmadan yanaşdıqda, o zaman cinayət məsuliyyətinin prinsipləri də dəyişdirilməlidir.
   Lakin dünyanın bir sıra ölkələrində bu cinayətlərə görə əlavə cəza növü kimi axtalanma cəzası da tətbiq olunur. Bir müddət əvvəl İtaliyanın daxili işlər naziri zorlanmış qadınların sayının durmadan artmasının səbəbkarı olan kişilərin axtalanmasını təklif edirdi. O, özünün uzunmüddətli təcrübəsi əsasında bu cür cinayətkarları reabilitasiya etməyin mümkün olmadığını və bu səbəbdən də problemin qarşısını almaq üçün təcavüzkar kişiləri "axtalamaqdan" başqa bir yol qalmadığını iddia edirdi.
   Polşada isə ötən il seksual cinayətlərdə təqsirli bilinənlərin kimyəvi axtalanması barədə qanun qəbul edilib. Yeni qanun 15 yaşadək uşaqları və ya yaxın qohumlarını zorlayan cinayətkarların axtalanmasını məcburi edir. Qanun, həmçinin, uşaqbazların və ya qan qohumları (valideynlər, övladlar, bacı və qardaşlar) ilə cinsi əlaqədə təqsirli bilinənlərin azadlıqdan məhrumetmə müddətinin artırılmasını nəzərdə tutur. Qanuna görə, pedofiliyaya istənilən formada haqq qazandırılması cinayət hesab edilir və iki il müddətinədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni cəza internet vasitəsilə 15 yaşadək uşaqları yoldan çıxaran şəxsləri də gözləyir.
   Bu ölkədə cinayət məsuliyyətinə cəlb olunan şəxslərə ya asetat siproteron veriləcək, ya da hər ay leupropelin iynəsi vurulacaq. Bu preparatlar kişi cinsi hormonlarının təsirini azaldır. İsraildə bu məqsədlə "Dekapeptil" istifadə edilir ki, bu da qeyri-təbii seksual ehtiyacları azaldır. Kimyəvi axtalanmada cinayətkarın qanına kişi hormonu olan testesteronun miqdarını sıfıra endirən inyeksiyanın yeridilməsi nəzərdə tutulur. Bu əməliyyatdan sonra azadlığa çıxsa belə, uşaqbazı cinayətkarlığa sürükləyən əvvəlki "vərdiş" tamamilə aradan qalxır. Ötən il Rusiyanın Cinayət Məcəlləsinə düzəlişlər layihəsi Dövlət Dumasının müzakirəsinə təqdim edilmişdi. Layihədə pedofillərə (uşaqbazlara) qarşı kimyəvi üsulla kastrasiya (axtalanma) cəzası nəzərdə tutulur. Axtalanmanın 14 yaşına qədər uşaqları zorlamağa, 12 yaşına qədər uşaqlarla cinsi əlaqəyə, eləcə də azyaşlılara qarşı seksual xarakterli zorakı hərəkətlərə görə tətbiq edilməsi nəzərdə tutulurdu. Rusiyada bu qanunun qəbul olunmasının tərəfdarları hesab edir ki, pedofiliya psixikanın pozulması ilə əlaqədar müalicəsi olmayan xəstəlikdir. Azadlığa buraxılmış pedofillərin 97%-i yenidən öz cinayətkar əməllərini təkrarlayır. Onlar heç vaxt cəmiyyətin tamhüquqlu üzvü olmayacaq xəstə və təhlükəli adamlardır. Almaniyada isə kimyəvi axtalanmaya ildə 6 nəfər uşaqbaz məruz qalır. Fransada da uşaqbazlar bu cür cəzalandırılır. Psixoloq Azad İsazadə deyir ki, zorlama cinayəti insanın psixikası ilə bağlıdır. Onun sözlərinə görə, bu problem insanın beyninin problemidir. "Tam psixoloji sağlam insan belə bir cinayət törədə bilməz. Onun psixoloji problemi olmalıdır, ya da narkotikin, alkoqolun təsirindən bu cinayəti törədə bilər. Həmçinin cinsi zəifliyi olan insan özünün zəif olmadığını sübut etmək üçün bu cinayətə əl ata bilər" - psixoloq vurğulayıb.
   İsazadənin fikrincə, axtalanma cəzasının tətbiqi problemin həllinə kömək etməyəcək.
   "Zorlamanın formaları da fərqlidir. Başqa vasitələrlə də zorlamaq mümkündür. Zəmanət vermək olmaz ki, həmin şəxsə bu cəzanı verməklə, o başqa vasitələrlə bu cinayəti törətməyəcək. Əksinə, belə şəxslər daha da aqressiv olacaq" - deyə psixoloq bildirib.
   Hüquq müdafiəçisi Çingiz Qənizadə hesab edir ki, Azərbaycan qanunvericiliyində bu növ cinayətlərə görə kifayət qədər ağır cəza nəzərdə tutulub. O, axtalanma cəzasının Azərbaycanda tətbiqini mümkünsüz sayır.
   "Biz sivil ölkədə yaşayırıq və Avropaya inteqrasiya olunuruq. Orta Asiya adət-ənələrinə xas cəzanın bizim cəza sistemimizdə tətbiq edilməsi mümkün deyil. Azərbaycanda bu qəbildən olan cinayətlərə görə cəzalar kifayət qədər sərtdir. Cinayət qanunvericiliyimiz adamöldürməyə görə 7-12 il həbs cəzası nəzərdə tutursa, bu qəbildən olan cinayətlərə görə 8-15 il həbs nəzərdə tutulub. Bu zaman milli dəyərlər, mentalitet də nəzərə alınıb. Ona görə də, bu cinayətlərə görə cəzaların sərtləşdirilməsi məqsədəmüvafiq deyil" - deyə hüquq müdafiəçisi vurğulayıb.
   Qənizadənin fikrincə, cəzaları sərtləşdirməklə insanları tərbiyə etmək mümkün deyil. O qeyd edir ki, cəmiyyətdə belə cinayətlərə hər zaman meyl edənlər olub. Qənizadə, bu cinayətlərin sayının azalması yolu kimi, daha çox maarifləndirməyə ehtiyac olduğunu deyir. Hüquq müdafiəçisi Azərbaycanda bu növ cinayətlərin sayının artmasına televiziyalarda əxlaqsızlığın, mənəviyyatsızlığın təbliğinin səbəb olduğunu deyir.
   "Televiziyalarda şou verlişlərində şou-biznesin nümayəndəsi olan xanımların geyimi, şəxsi həyatı təbliğ edilir. Bu isə kişilərin psixologiyasına pis təsir göstərir. Hesab edirəm ki, Milli Proqram qəbul olunmalı, milli-əxlaqi dəyərləri təbliğ edən verilişlər hazırlanmalıdır" - Qənizadə vurğulayıb. Millət vəkili Rəbiyyət Aslanova da hesab edir ki, zorlama cinayətlərinə görə Cinayət Məcəlləsində kifayət qədər ağır cəzalar nəzərdə tutulub. Əlavə cəza kimi axtalanmanı qeyri-mümkün hesab edən millət vəkilinin fikrincə, bu cəzanın tətbiqi insan hüquqlarının kobud şəkildə pozuntusu deməkdir. "Mənəviyyat baxımından da bu cəzanın tətbiqi doğru deyil. Bu cəza ilə heç nəyə nail olmaq olmaz. Bəşəriyyət belə cəzalardan uzaqlaşıb. İnsanı alçaldan cəzalar yolverilməzdir" - millət vəkili bildirib. Onun fikrincə, belə cinayəti törədən şəxslərin sonradan islahı, cəmiyyətə normal insan adaptasiyası mümkün ola bilər. "Amma axtalanarsa, onun cəmiyyətə, insanlara qarşı aqressiyası, nifrəti, qəzəbi yaranar və həmin şəxs sonradan daha ağır cinayətlər törədər" - Aslanova vurğulayıb.
   Ali Məhkəmənin hakimi Müzəffər Ağazadənin sözlərinə görə, hansısa cinayətin qarşısını almaq üçün cəzanı sərtləşdirmək heç zaman müsbət nəticə verməyib. O qeyd edib ki, bu qəbildən olan cinayətlərə görə cəzanın həddini 20 ilə qaldırsaq, bütün cinayət qanunvericiliyi dəyişməlidir. "Ən ağır cinayət qəsdən adamöldürmə hesab olunur. Bu cinayətə görə cəzanın yuxarı həddi 15 ildir. Eyni zamanda, şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlərə görə nəzərdə tutulan cəzanın maksimal həddi 15 ildir. Mənim fikrimcə, qəsdən adamöldürmə cinayətinə görə, cəzalar sərtləşdirilməli və cəzanın yuxarı həddi 20 il müəyyən edilməlidir" -Ağazadə vurğulayıb.
   Hakim axtlanmanın tətbiqilə şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlərin sayının azaldılmasına nail olunacağı fikrilə razı deyil və hesab edir ki, həmin cəzanın tətbiqi arzuolunmaz nəticələrə səbəb olar.
   "Axtalanma insanın xarici görünüşünü də dəyişdirir. Kişidə qadınlaşma gedir. Həmçinin bu cəza verilən insan daha da aqressivləşir" - Ağazadə bildirib. Millət vəkili Gültəkin Hacıyeva isə, bu məsələni aktual hesab etmədiyindən, məsələyə münasibət bildirməyib. Şəriətdə axtalanmanın olmadığını deyən ilahiyyatçı-ekspert Ramil Vəkilovun sözlərinə görə, şəriətdə bu qəbildən olan cinayəti törədən şəxslərə - ailəli kişiyə rəcm (daş-qalaq), subay kişiyə isə şallaqlanma cəzası nəzərdə tutulub. Vəkilov hesab edir ki, axtalanmanın tətbiqi qorxusu insanların bu qəbildən olan cinayətlərə meylinin azalmasına təsir edə bilər. Bir qrup ekspert hesab edir ki, heç bir məhkəmə səhvlərdən sığortalanmayıb və bu cinayətdə ittiham olunan şəxslər sonradan bəraət alarsa, həmin şəxsin itirilmiş sağlamlığını qaytarmaq mümkün olmayacaq. Bu baxımdan da axtalanmanın tətbiqi mümkün hesab olunmur.
   
RAMİL
Müstəqil məhkəmə-tibbi ekspertizanın yaradılması uğrunda mübarizə başladı
Mətləb Mütəllimli: "Bəzən ikinci dəfə rəy veriləndə birincidən fərqlənir"
Mətbuatın yazdığına görə, Azadlıq və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatının sədri Mətləb Mütəllimli Azərbaycanda müstəqil tibbi ekspertizanın yaradılması ilə bağlı layihə həyata keçirir.
   Bundan da məqsəd bu sahədə olan boşluğu aradan qaldırmaqdır. Adətən məhkəmə-hüquq sistemində ekspertiza, o cümlədən tibbi ekspertiza rəylərindən geniş istifadə olunur. Hakimlərin bu və ya digər məsələ barədə yekun qərara gəlməsində ekspertiza rəylərinin də böyük əhəmiyyəti var. Onu da qeyd edək ki, Azərbaycanda məhkəmə ekspertizası funksiyasını hələlik bir instansiya - dövlət ekspertizası həyata keçirir. Bu isə, bəzi ekspertlərə
   görə, müstəqil tibbi ekspertizanın yaradılmasını vacib edir. Qeyd edək ki, bu məsələ dünya miqyasında heç də yeni deyil. Sivil Qərb ölkələrində, Rusiya, Gürcüstan, hətta Ermənistanda xeyli müddətdir ki, müstəqil tibbi ekspertizalar fəaliyyət göstərir. Azərbaycanda bu sahədə gözlənilən yeniliyi dəyərləndirmək və onun hansı effekt verəcəyini öyrənmək üçün M.Mütəllimli ilə əlaqə saxladıq. O, vətəndaşların hüquqlarının müdafiəsi baxımından belə bir institutun yaradılmasının vacib olduğunu qeyd etdi: "Bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda hələlik müstəqil tibbi ekspertiza yoxdur. Bu da cinayət və mülki proseslərdə çox böyük çətinliklər yaradır. Hələlik yalnız dövlət tibb müəssisələri tibbi ekspertiza rəyləri verir. Çox vaxt da bu rəylər qeyri-obyektiv olur. Hesab edirəm ki, ölkəmizdə də belə bir müstəqil və alternativ tibbi ekspertiza olmalıdır. Bunun üçün də dövlət orqanları müvafiq qərar qəbul etməlidir. Bu sahədə Milli Məclisin, ya da Nazirlər Kabinetinin qərarı, müstəqil ekspertizanın əsasnaməsi olmalıdır. Belə bir müstəqil ekspertizanın yaranması insanların hüquqlarının qorunmasında böyük rol oynaya bilər. Dövlət tibb ekspertizasında kütləvi halda qanun pozuntuları olur. Həmin ekspertizanın saxta rəyləri də məhkəmələrdə əksər hallarda sübut kimi təqdim olunur. Halbuki, bir çox hallarda bu rəylər qeyri-obyektivliyilə seçilir. Vətəndaşların isə bundan şikayət etmək imkanı olmur. Hətta şikayət etsələr də, məhkəmə yenə də dövlət nəzarətində olan tibbi ekspertiza orqanlarına müraciət edir və onların da rəyləri, təbii ki, əvvəlkindən fərqlənmir. Ona görə də Azərbaycanda müstəqil ekspertiza institutunun yaranması böyük zərurətdir və belə bir institutun yaranması yolunda bütün imkanlardan istifadə edəcəyik. Eyni zamanda, Azərbaycanın tanınmış hüquqşünasları və rəsmilərinə də bununla bağlı müraciət olunub. Onlar da bu sahədə səylərini əsirgəməyəcək. Layihə artıq qəbul olunub. Tanınmış hüquqşünaslar - Namizəd Səfərov, Qurban Məmmədov, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Novella Cəfəroğlu da belə bir institutun ölkəmizdə yaradılmasını vacib sayır. Gündəlik olaraq şahidik ki, vətəndaşlar belə bir institutun olmamasından böyük əziyyət çəkir. Cəmiyyət bu məsələnin mahiyyətini biləndən sonra, sözsüz ki, onun tərəfdarı olacaq. Bizi burada əsas maraqlandıran hökumətin göstərəcəyi reaksiyadır. Bu məsələ müzakirə olunanda hökumətin tibbi ekspertizasının direktor müavini müstəqil ekspertizanın yaranmasına ehtiyac olmadığını bildirib. O, həmçinin vurğulayıb ki, bəzən ikinci dəfə rəy veriləndə birincidən fərqli olur. Yəni özləri də belə halların olduğunu etiraf edir. Amma bu yaxınlarda Maştağada psixi xəstələrin müalicə olunduğu xəstəxanada olarkən bir qadının mənzilini əlindən almaq üçün onun əsassız olaraq dəlixanaya salındığının şahidi oldum. Polis mayorunu şərləyib həbsxanaya salıblar. Ekspertin rəyinə görə, bu adam 29 il ərzində ağır vəziyyətdə olub. Dövlətin tibbi ekspertizası bəzən istintaqın əlində alətə çevrilir və ondan onlar çox məharətlə istifadə edirlər.
   Azərbaycanda bu sahədə hələ də köhnə sovet psixologiyası hökm sürür. Müstəqil ekspertizanın yaradılması çox sadə prosesdir. Bizdə müxtəlif sahələrdə hüquqşünaslar, həkimlər lisenziya əsasında fəaliyyət göstərir. Bu sahədə bizdə həm hüquq fakültəsini, həm tibb Universitetini bitirən, Moskvada tibbi ekspertiza kursunu keçən mütəxəssis var.
   O, lisenziya ala bilər və bundan sonra artıq onun da rəyi dövlət tibbi ekspertizanın rəyinə bərabər hesab olunur. Həyatda hər şey ola bilər, dövlət ekspertizası ilə müstəqil ekspertizanın rəylərində fərq olarsa, hakim təkrar ekspertizadan keçirə bilər. Lisenziyası olan və dövlət qulluğunda işləməyən həkimlər müstəqil ekspert qismində çıxış edə bilərlər. Lakin onlar dövlət qulluğunda qalsalar, heç vaxt müstəqil ola bilməzlər".
   
Rüfət SULTAN
Bəzi dini cərəyanlar fəaliyyət meydanlarını qanunsuz genişləndirir
Yaqut Əliyeva: "Yahova şahidləri" Bakı və Sumqayıt üzrə qeydiyyatdan keçdiyi üçün onun digər bölgələrdə fəaliyyəti qanuna ziddir"
Fəaliyyəti qadağan olunmuş dini cərəyanların Azərbaycanda mövcudluğu sirr deyil. Belə cərəyanlar gizli şəkildə toplantılar keçirməklə öz təriqətlərini yaymaqla məşğuldurlar.
   Digər tərəfdən, bəzi sektalar hətta siyasi dairələrə, dövlət qurumlarına da nüfuz etməkdədir. Bununla bağlı vəziyyət elə bir həddədir ki, hələ bir neçə il öncə milli təhlükəsizlik naziri Eldar Mahmudov MTN kursantları qarşısında çıxış edərək məsələyə toxunmuşdu. "Biz radikal dini cərəyanların sıralarımıza nüfuz etməsinin qarşısını almalıyıq" deyən E.Mahmudov bununla bağlı MTN işçilərinin ayıq-sayıq olmasının vacibliyini qeyd etmişdi.
   Bəzi dini cərəyanlar, hətta qeyri-hökumət təşkilatları təsis edərək, onun vasitəsilə dövlət xadimlərini, tanınmış şəxsləri öz tərəflərinə çəkir.
   Belə təşkilatlardan biri xristian təmayüllü "San Myon Mun"dur. Bundan başqa "Babtistlər", "Yahova şahidləri", İslamyönümlü "Nurçular", "Vəhhabilər" və digər dini cərəyanların siyasi çevrələrə nüfuz etməsi barədə rəsmi və qeyri-rəsmi məlumatlar yayılır.
   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, bəzi dini cərəyanlar qanunları pozur. Belə ki, regionlarda fəaliyyətinə qadağa qoyulan cərəyanlar bu qadağalara məhəl qoymur.
   Bir neçə gün öncə "Yahova şahidləri" dini sektasının üzvlərinin əsas sığınacaq yeri olan Gəncədə 76 nəfər sekta üzvünün gizli toplantı yeri aşkar edilib. Onlar arasında qadın və azyaşlılar da olub.
   "Yahova şahidləri"nin Gəncədə saxlanması artıq ənənəvi hal alıb. Bir müddət öncə icmanın bir qrup üzvü Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qərb bölgəsi üzrə şöbə əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində saxlanmışdı.
   Dövlət Komitəsinin qərb bölgəsi üzrə şöbəsinin rəisi Firdovsi Kərimovun sözlərinə görə, saxlanan "Yahova şahidlərı" arasında Bakı sakinləri də olub. "2005-ci ildə Gəncə şəhərində onların sayı 43 nəfər idi. İcma üzvləri son zamanlar təbliğatı gücləndirdiyi üçün sıraları genişlənib.
   Onlar son zamanlar qapı-qapı gəzərək kitablar paylayırlar. İcma daim bir yerdə fəaliyyət göstərmədiyi ucun biz onların qarşısını çətinliklə alırıq".
   "Yahova şahidləri" Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. Lakin onun Bakı və Sumqayıtdan kənarda fəaliyyətinə qadağa qoyulub.
   Komitənin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyevanın sözlərinə görə, "Yahova şahidləri"nin qeydiyyatı Bakı və Sumqayıt şəhərlərində olduğu üçün, onların ölkənin digər bölgələrində fəaliyyət göstərməsi qanuna ziddir: "Yahova şahidləri" qeydiyyatdan keçərkən onların fəaliyyət ərazisi olaraq Bakı və Sumqayıt şəhərləri göstərilib. Başqa rayonlarda fəaliyyət göstərmək istəyirlərsə, dini icma olaraq yenidən qeydiyyatdan keçməlidirlər. Hər hansı bir rayon və ya qəsəbədə fəaliyyət göstərmək istəyən "Yahova şəhidləri" sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hüquq şöbəsinə təqdim etməlidir".
   Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 534 dini icmadan 32-si qeyri-İslam təmayüllüdür. Onların arasında yəhudilər, katoliklər, pravoslavlar da var.
   Qeydiyyatdan keçməyən, lakin qanunsuz fəaliyyət göstərən cərəyanların siyahısının hazırlanması çətindir. Qeydiyyatdan keçmiş xristian təmayüllü cərəyanlar əsasən bunlardır: Rus Pravoslav kilsəsi, Bakı Xəzəryanı Provaslav Dini İcması, Bakı şəhəri Malakan Ruhani Xristian Dini İcması, Sumqayıt şəhəri Malakan Ruhani Xristian Dini İcması, Qobustan rayonu Mimili kəndi Malakan Ruhani Xristian Dini İcması və s.
   Yəhudi icmalarına isə Avropa Yəhudilərinin Bakı Dini İcması, Quba rayonu Qırmızı Qəsəbə Dağ Yəhudilərinin Dini İcması, Bakı Şəhəri Dağ Yəhudiləri Dini İcması, Gürcü Yəhudilərinin Bakı Dini İcması və s. aiddir.
   Qeydiyyatdan keçmiş 534 dini icmanın bir neçəsi daha aktiv fəaliyyət göstərir. "Yahova şahidləri", "Babtistlər"in fəaliyyəti göz önündə olduğundan, onlar daha fəal görünür. "Babtistlər"ə daha çox Sumqayıt şəhərində rast gəlmək mümkündür. Çünki onlar həmin şəhərdə qeydiyyatdan keçib. "Babtistlər" Sumqayıtda qeydiyyatdan keçdiyi üçün onlar yalnız bu ərazidə fəaliyyət göstərə bilər.
   Amma "Babtistlər"ə respublikanın digər ərazilərində, Şimal və Qərb bölgələrində də rast gəlmək mümkündür.
   
Eldar XƏYAL
Bakıda Nizami küçəsindəki məşhur "İvanovka" ərzaq mağazası olan bina sökülür
Şənbə günü Nizami (Torqovaya) küçəsində ikimərtəbəli memarlıq binasının sökülməsinə başlanıb. Burada bir neçə mağaza və bank filialı yerləşirdi.
   Artıq onillərdir bu binada ən məşhur obyekt İsmayıllı rayonunun eyniadlı kəndinə aid "İvanovka" ərzaq mağazası idi.
   Həmişə olduğu kimi, şəhər hakimiyyəti ictimaiyyətə söküntülərin səbəbi və öz planları barədə məlumat vermir. Heç kim sökülən binanın yerində nə olacağını bilmir. Bakı şəhər meriyasından şərh almaq cəhdləri nəticə verməyib.
   
TURAN
Penitensiar sistemə nəzarət üzrə İctimai Komitə 37 xəstə məhkumla görüşüb
Azərbaycanın ədliyyə naziri yanında penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin növbəti iclası keçirilib.
   Komitədən APA-ya verilən məlumata görə, iclasda İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev görülən işlər haqqında məlumat verərək, qurumun fəaliyyət istiqamətlərinə dair təkliflər əsasında Fəaliyyət Planı layihəsinin hazırlandığını bildirib. O, həmçinin, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində İctimai Komitənin üzvü Şahin Camalovla birgə həyata keçirdikləri başçəkmə haqqında məlumat verərək, xəstələrin saxlanma vəziyyəti, personalın iş şəraitilə ətraflı tanış olunduğunu, müalicə alan 37 məhkum ilə görüş keçirildiyini, başçəkmənin nəticəsi üzrə müvafiq rəyin Ədliyyə Nazirliyinə təqdim edildiyini diqqətə çatdırıb.
   İctimai Komitənin 2010-cu il üzrə Fəaliyyət Planının layihəsi müzakirəyə çıxarılıb. Məlumata görə, layihə penitensiar müəssisələrdə islah və tərbiyə işlərində iştirak, monitorinq və təlimlərin keçirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, təşkilati işlər və ictimai əlaqələrin qurulması sahəsində 29 istiqamət üzrə tədbirləri əhatə edir. İctimai Komitənin üzvləri Sahib Məmmədov, Səidə Qocamanlı, İradə Cavadova, Zəlihə Tahirova, Elmira Ələkbərova, Nazir Quliyev tərəfindən Fəaliyyət Planının layihəsinə müxtəlif təkliflər irəli sürülüb.
   İclasda Ədliyyə Nazirliyinin nümayəndələri iştirak edib, Fəaliyyət Planının təkmilləşdirilməsi və icrası ilə bağlı müvafiq təklif və tövsiyələr veriblər. Müzakirələrdən sonra İctimai Komitənin 2010-cu il üçün Fəaliyyət Planı müzakirələr zamanı səslənən təkliflər nəzərə alınmaqla qəbul edilib.
   
Şəkərli diabet xəstələri hansı imtiyazlara malikdir?
Anar Qədirli: "Müalicə tam dövlət proqramı çərçivəsində pulsuzdur"
Rasif Bağırov: "İmtiyaz yalnız bəzi dərman vasitələrinin pulsuz verilməsindən ibarətdir"
Azərbaycanda xeyli sayda insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Narahatedici məqam ondan ibarətdir ki, ilbəil həmin xəstəlikdən əziyyət çəkənlərin sayında artım müşahidə olunur. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, hazırda Azərbaycanda 100 min nəfər diabet xəstəsi var.
   O da məlumdur ki, qanuna görə, bir sıra dərmanlar şəkərli diabetdən əziyyət çəkənlərə pulsuz verilməlidir. Ümumilikdə şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların hansı imtiyazlardan istifadə etdiyi maraq doğurur. Bu imtiyazlar nədən ibarətdir? Sözügedən məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli ilə əlaqə saxladıq. A.Qədirlinin "Bakı-Xəbər"ə açıqlamasına görə, şəkərli diabet xəstələri üçün dövlət proqramı var: "Şəkərli diabetdən əziyyət çəkən xəstələrə həmin dövlət proqramı çərçivəsində müalicə və müayinə məsələlərində kömək göstərilir. Yəni həmin xəstələrə tam pulsuz özünü müayinə etmək üçün qlükometrlər paylanıb. Həmin xəstələr harada qeydiyyatdadırsa, oradan özünə aid müalicə dərmanlarını alır. Eyni zamanda, müalicə tam dövlət proqramı çərçivəsində pulsuzdur". Kardioloq Rasif Bağırov indiki dövrdə şəkərli diabetin əmələ gəlməsinə şərait yaradan faktorların həddən çox olduğunu bildirdi: "Birincisi, hər hansı bir insanda şəkərli diabetin yaranmasında genetik faktor varsa, bununla belə, ətraf və yaşadığı mühitin təsirinin də genetik faktorunu sürətləndirmək imkanı var. Misal üçün, ola bilər ki, insanın özündə şəkərli diabetin yaranması üçün genetik faktor olsun. Ancaq insan özü bilərəkdən onun qarşısını almaq üçün müəyyən qabaqlayıcı tədbirləri həyata keçirsə, mümkündür ki, həmin insan şəkərli diabetə tutulmasın. Ancaq mövcud həyat şəraiti şəkərli diabetə genetik meylli olanları, daha tez bu mərəzə düçar edir. Həmçinin, həddən artıq əsəb gərginliyilə keçən həyat, müəyyən qəbul olunan qida məhsullarının orqanizmdə şəkəri tənzimləyən insulyar aparata mənfi təsirlərinin nəticəsi də yeni-yeni şəkər xəstələrinin meydana çıxmasına şərait yaradır".
   R.Bağırovun fikrincə, bəzən şəkərli diabet xəstələri qeydiyyata durmaq istəyərkən onlara bürokratik əngəllər yaradılır: "Xəstə gedib hansısa poliklinikada qeydiyyata düşərək pulsuz dərmanla təmin olunmalıdır. Həmin o dərmanla təmin olunma məsələsi pulsuz olduğuna görə, çox vaxt xəstələrə müxtəlif süni maneələr yaradılır. Yəni hazırda əlində laboratoriyanın məlumatı olan xəstə, görürsən ki, qeydiyyata düşə bilmir. Həmin xəstəni göndərirlər ki, get xəstəxanadan keç, filan yerdən keç və s. Halbuki, həmin xəstəni istənilən poliklinika yoxlayaraq, onda şəkərli diabetin olub-olmadığını müəyyən edə bilər. Digər tərəfdən, şəkərli diabet xəstələrinə verilən pulsuz dərmanlar qiymətinə görə ucuz olsun deyə, ən aşağı keyfiyyətə malik olur. Bu dərmanlar da çox vaxt xəstəyə müsbət təsir göstərmədiyinə görə, xəstə başqa yerdən pulla dərman almağa məcbur olur. Şəkərli diabet xəstələri üçün imtiyaz yalnız bəzi dərman vasitələrinin pulsuz verilməsindən ibarətdir. Həmin xəstələrin başqa heç bir imtiyazı yoxdur".
   
Vidadi ORDAHALLI
Neftçala sakini Fəxrəddin Abdullayev Səbaildə özünü asıb
Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə fevralın 28-də E.Əzizov küçəsi 46 ünvanında qeydə alınıb.
   Həmin ünvanda yaşayan Neftçala sakini, 1956-cı il təvəllüdlü Fəxrəddin İmamqulu oğlu Abdullayev özünü yaşadığı evin həyətindəki ağacdan asıb. İntiharın səbəbləri hələlik bəlli deyil. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.
   
Martın 28-də vaxtı bir saat irəli çəkəcəyik
Mart ayının 28-də Azərbaycanda yay vaxtına keçilir. Bu barədə "APA-Economics"ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.
   F.Talıblının sözlərinə görə, Nazirlər Kabinetinin 1997-ci ildə qəbul etdiyi qərara əsasən, mart ayının sonuncu bazar günü saat 04:00-da saatların əqrəbi 1 saat irəli çəkilir. Bununla da Azərbaycanda yay vaxtına keçilir.
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-03-02 Sumqayıtda Mirzəyevlər və Rzayevlər ailəsi "qaz faciəsinə" düşdü
2010-03-02 Masallı Rayon Polis Şöbəsinin rəisi işdən çıxarıldı
2010-03-02 Ərdoğanın milyon yarım pulu, yarım milyon alacağı var
2010-03-02 Mart ayında 14 gün iş olmayacaq
2010-03-02 Zaqatalada 74 yaşlı diş həkimi öz venasını kəsib intihar etdi
2010-03-02 Eynulla Fətullayev həyatına sui-qəsd planı hazırlandığını iddia edir
2010-03-02 Türkiyəli polkovnik 6 ay Səfər Əbiyevə müşavirlik edəcək
2010-03-02 İlham Əliyev Çilidə zəlzələ qurbanlarına başsağlığı verdi
2010-03-02 Baş Mühafizə İdarəsinin əməkdaşı Əzizbəyovda "Mercedes"ini aşırdı
2010-03-02 "Rahat həyat" MTK sədri Novruz Aslanova 84 min manat "atıb"
2010-03-02 "Bakı Ağac Emalı" Səhmdar Cəmiyyəti yandı
2010-03-02 Avropa Şurasının insan haqları üzrə komissarı Naxçıvana getməyə hazırlaşır
2010-03-02 Hüquq müdafiəçiləri Tomas Hammarberqə 14 saylı həbsxananın rəisi Ərşad Rüstəmovdan şikayət etdilər
2010-03-02 Mətbuat Şurası bu həftə bir fırıldaqçı baş redaktorun işinə baxacaq
2010-03-02 ADR-in yaratdığı "AzərTAc"ın 90 yaşı tamam oldu
2010-03-02 Redaktorlar Birliyi adlı qurum mövcuddurmu?
2010-03-02 Səfər Əbiyevin bəyanatı ilə prezidentin kursu arasında ziddiyyət, ya...
2010-03-02 Azərbaycan Prezident Administrasiyasından İranın hərəkətlərinə rəsmi reaksiya...
2010-03-02 Azərbaycan kommunistlərini parlament seçkisinə Rauf Qurbanovun qərargahı aparacaq
2010-03-02 Terrorçunun əlaltılarını Bakıya təhvil verən Gürcüstan Elmarın qatillərini niyə vermir?
2010-03-02 Deputat Rövşən Rzayevin "Qarabağ səfərinə" QAT-dan etiraz gəldi
2010-03-02 Müstəqillik dövründə Azərbaycanda qətlə yetirilmiş 10-cu jurnalist?
2010-03-02 Qara maskada 4 min manat qaçıran iki zabratlını tutdular
2010-03-02 "Reket baş redaktor" Yeni Günəşlidə bir saunanı aylıq hesaba otuzdurub
2010-03-02 Ev istəyən məcburi köçkünlər Tərtərdə yolu bağladılar
2010-03-02 Gəncədə 17 məktəbin qazı kəsilib
2010-03-02 Qəçrəşdə "Baba ocağı" restoranının ərazisi sürüşdü
2010-03-02 Təhsil Nazirliyinin Şura üzvləri "Pedaqogika" Nəşriyyatının direktoruna cinayət işi açılmasını tələb edir
2010-03-02 Lənkəranın Biləsər sakini özünü asdı
2010-03-02 Rusiyadan Azərbaycana göndərilən pul hər gün 26 faiz azalır
2010-03-02 Ekspert Azərbaycan banklarında başlanan bir prosesin onların öz xeyrinə olacağını deyir
2010-03-02 Martda qlobal maliyyə böhranının ikinci mərhələsi gözlənir
2010-03-02 Hulusi Kılıc Azərbaycan-Türkiyə qaz danışıqlarına dair bir yanlışa düzəliş etdi
2010-03-02 Türkiyədən ABŞ-a "soyqırım dartışmalarında" iştirak üçün iki dəstə deputat getdi
2010-03-02 HƏMAS liderinin qətli ilə bağlı yeni məqamlar açıldı
2010-03-02 Azərbaycan qazının müştərisi artdıqca "Nabukko" kəməri havayı bir şeyə çevrilir
2010-03-02 Elmira Süleymanova illik hesabatını 5 dövlət qurumuna göndərdi
2010-03-02 Türkiyə ilə Ermənistan arasında körpünün bərpasına başlanıb
2010-03-02 Türkiyə ABŞ-a rəsmi rəsmi xəbərdarlıq göndərdi
2010-03-02 İqtidaryönlü partiyalar müvafiq dairələrdə öz namizədlərini YAP-la razılaşdıracaq
2010-03-02 AMİP deyəsən hələ uzun müddət sədrsiz qalacaq
2010-03-02 Martın 28-də vaxtı bir saat irəli çəkəcəyik
2010-03-02 Neftçala sakini Fəxrəddin Abdullayev Səbaildə özünü asıb
2010-03-02 Şəkərli diabet xəstələri hansı imtiyazlara malikdir?
2010-03-02 Penitensiar sistemə nəzarət üzrə İctimai Komitə 37 xəstə məhkumla görüşüb
2010-03-02 Bakıda Nizami küçəsindəki məşhur "İvanovka" ərzaq mağazası olan bina sökülür
2010-03-02 Bəzi dini cərəyanlar fəaliyyət meydanlarını qanunsuz genişləndirir
2010-03-02 Müstəqil məhkəmə-tibbi ekspertizanın yaradılması uğrunda mübarizə başladı
2010-03-02 Bakıxanovda Vəfadar Quliyevin evini qarət edən tutuldu
2010-03-02 Balakənin Tülü kəndində qayın öz keçmiş yeznəsini bıçaqladı
2010-03-02 Apelyasiya Məhkəməsi 32 kiloqram civə satan dəstənin cəzasını azaltdı
2010-03-02 Bələdiyyə sədrlərinin 30 faizi qanunsuzluğa meyllənib
2010-03-02 Çili yığmasının oyunları zəlzələyə görə təxirə salındı
2010-03-02 Runi İngiltərə-Misir matçında iştirak edə bilməyəcək
2010-03-02 Kapello "Yuventus"a dönə bilər
2010-03-02 "Fənər" bu heyət və bu məşqçi ilə çempion ola bilməz"
2010-03-02 "Mançester Yunayted" İngiltərə Liqa Kubokuna sahib çıxdı
2010-03-02 "Xəzər-Lənkəran"ın futbolçusu yığmadan kənarlaşdırıldı
2010-03-02 Vaqif Cavadov "Tvente"dən ayrılır
2010-03-02 Fatih Təkkə "Rubin"də 9-u istədi, amma 10-u aldı
2010-03-02 Lüksemburqda Azərbaycan yığmasına sürpriz hazırlayırlar
2010-03-02 "Neftçi"nin sabiq baş məşqçisi Gede Liviya çempionatında
2010-03-02 Olimpiadaya məsul şəxslər istefaya!
2010-03-02 Salyanda toqquşan iki "06"dan birinin sürücüsü öldü
2010-03-02 Yevlaxlı Güləli Oğuz və Şəkidə mal-heyvan oğurlayırmış
2010-03-02 Şirvanlı Oqtay Xudatov APA-nın Polis Şöbəsinə istinadən yaydığı məlumatı təkzib etdi
2010-03-02 Suraxanı və Qaradağ icra hakimiyyətləri sahibsiz heyvanlara sığınacaq yeri verilməsinə razı oldular
2010-03-02 Bakıda 6 nəfərlik oğru dəstəsi evləri, maşınları qarət edirmiş
2010-03-02 FHN-çilər Zaqatalada Hüseyn Qarayevin evini tam yanmaqdan xilas etdi
2010-03-02 Suraxanıda Almaz Tağıyeva, Keşlədə Şəhriyar Eyvazov dəm qazından boğuldu
 
 
 
Copyright (c) Bakı Xəbər 2009