02 Mart 2010-cı il, N 301(1199)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3657)
"Mən baldırlarımı açıb göstərmirəm" (3555)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2490)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2438)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2258)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1755)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1360)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1343)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Rusiyadan Azərbaycana göndərilən pul hər gün 26 faiz azalır
Cəmi 20 dəqiqəyə...
Ötən il Rusiyadan Azərbaycana pul köçürmələrinin gündəlik həcmi orta hesabla 1,8 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 26% azdır. Bu məlumat Rusiya Mərkəzi Bankı tərəfindən açıqlanıb. Məlumatda o da qeyd olunur ki, 2008-ci ildə pul köçürmələrinin gündəlik həcmi orta hesabla 2,4 milyon dollara bərabər olub.
   İl ərzində Azərbaycana pul köçürmələri üçün aparılan əməliyyatları sayı təxminən 1 milyondan çox olub və hər əməliyyat zamanı orta hesabla 660 dollar məbləğində vəsait köçürülüb. Halbuki, 2008-ci ildə bu göstərici 825 dollara bərabər olub.
   Bununla yanaşı, Rusiya Mərkəzi Bankının verdiyi məlumata görə, 2009-cu ildə Azərbaycanla şimal qonşumuz arasındakı pul köçürmələrinin ümumi dövriyyəsi 721 milyon dollar səviyyəsində olub. Bu müddətdə Azərbaycandan Rusiyaya 60 milyon dollar, Rusiyadan ölkəmizə isə 661 milyon dollar məbləğində pul köçürmələri həyata keçirilib. Rusiyaya bir köçürmənin orta məbləği 605 dollar, Azərbaycana isə bir əməliyyatın orta məbləği təxminən 660 dollar təşkil edib.
   2008-ci ildə pul köçürmələrinin ümumi dövriyyəsi 2009-cu illə müqayisədə 23% və ya 215 milyon dollar çox - 936 milyon dollar səviyyəsində olub. Həmin il Rusiyaya 49 milyon dollar, əksinə isə 887 milyon dollar göndərilib. "İqtisadi forum" jurnalının məlumatına görə isə, pul köçürmələri "Anelik", BLIZKO, "Coinstar Money Transfer", "Contact", "İnterExpress", "Migom", "MoneyGram", "PrivatMoney", "UNIStream", "Western Union", A"ziyaEkspress", ALLUR, "Blits", "Bıstraya Poçta", "Quta Sprint", "Zolotaya Korona", "Lider" sistemləri vasitəsilə həyata keçirilib. Rusiyadan MDB ölkələri arasında ən çox Özbəkistana pul göndərilib. Ötən il Özbəkistana göndərilən pul köçürmələrinin həcmi 2,05 milyard dollar təşkil edib. Bundan başqa, Tacikistana , Ukraynaya, Qırğızıstana, Ermənistana, Moldovaya da böyük məbləğlərdə pul köçürülüb. Rusiyadan göndərilən pul köçürmələrinin həcminə görə MDB ölkələri arasında 7-ci olan Azərbaycan bir əməliyyatla göndərilən vəsaitin orta həcminə görə liderdir. Növbəti yerdə Ermənistan, Gürcüstan və Özbəkistan gəlir.
   Beləliklə, aydın görünür ki, qlobal maliyyə böhranının Rusiyaya vurduğu ziyan orada yaşayan azərbaycanlıların da qazancını azaldıb. Qeyd edək ki, 2008-ci ilin payızında başlayan iqtisadi böhranın ən ciddi təsir etdiyi ölkələrdən biri məhz Rusiyadır. İllik iqtisadi eniş, rəsmi məlumatlara görə, 10 faizdən artıq olub və bu, dünya ölkələri arasında ən acınacaqlı göstəricilərdən biridir. Böhranın ən ciddi təsir etdiyi təbəqələrdən biri də miqrantlardır. Xatırladaq ki, Rusiyada xeyli azərbaycanlı miqrant yaşayır. Onların vəziyyətinin pisləşməsinə təsir edən amillərdən biri isə ötən il Moskvada "Çerkizov" bazarının bağlanması olub. Bununla belə, Rusiyada olan azərbaycanlı miqrantlar gələcəyə ümidlidir.
   Ekspertlər bildirir ki, Rusiyada işləyən azərbaycanlıları iki yerə bölmək olar: böyük bizneslə məşğul olan iş adamları və müxtəlif bazarlarda meyvə-tərəvəz, xırdavat alveri edənlər. Rusiya rəsmiləri deyir ki, artıq böhranın ən pis hissəsi arxadadır və artım başlayıb. Öz işində hələlik əsasən bunu hiss etməyən miqrantlara görə, əsası odur ki, iş yerləri açılıb məvaciblər verilsin. Çünki bu halda həmin pullar gec-tez ticarətə gələcək.
   Onu da qeyd edək ki, Rusiyadan xaricə göndərilən pul köçürmələrinin 90 faizi MDB ölkələrinin payına düşür. Bu vəsaitin böyük hissəsi tikinti sektoru və ticarət sahəsində qazanılırdı. Rusiya Mərkəzi Bankı isə xarici ölkələrə göndərilən vəsaitin tam yarısının qeyri-leqal yolla qazanıldığını bildirir. Hesablamalara görə, Rusiyada yaşayan azərbaycanlıların rəsmi və qeyri-rəsmi kanallarla il ərzində ölkəyə göndərdiyi pulların məbləği 2 milyard dollardan çoxdur. Amma son bir ildə Rusiya iqtisadiyyatında baş verən tənəzzül miqrantların qzancına ciddi mənfi təsir göstərib. İndi Rusiyada işləyən əksər miqrantlar özlərini birtəhər dolandırır, vətənə pul göndərmək isə arxa plana keçib.
   Qeyd edək ki, Azərbaycanın xarici ölkələrlə pul köçürmələri sahəsində əlaqələri genişdir. İndi Rusiyanın istənilən mərkəzi şəhərlərindən birində işləyən azərbaycanlı Azərbaycanın hər hansı bir rayonunda yaşayan yaxınına 20 dəqiqə ərzində köçürmə yolu ilə pul göndərə bilir. Bu işlə Azərbaycanda kommersiya bankları məşğul olur.
   Onu da bildirək ki, banklar vasitəsilə pul köçürmələrinin vaxtı və qiyməti müxtəlifdir. Məsələn, qonşu ölkədən göndərilən pulu 20 dəqiqə sonra da almaq olar. Amma bunun üçün bəzən göndərilən pulun 5%-i qədər banka xidmət haqqı ödəmək lazım gəlir. 1% ödəməklə isə pulu 2-3 günə də almaq olur. Bu, həmin xidməti göstərən yerli bankın peşəkarlığından asılıdır.
   Sonda onu da xatırladaq ki, Rusiya bu il üçün miqrant kvotasını xeyli azaldıb. Rusiya Federal Miqrant Bürosunun rəqəmlərinə görə, hazırda bu ölkədə 15 milyon miqrant yaşayır.
   Onların böyük əksəriyyəti keçmiş SSRİ ölkələrindən gəlib. Bir qisim miqrantlar isə bu ölkədə qaçaq yolla işləyir.
   
Tahir TAĞIYEV
Lənkəranın Biləsər sakini özünü asdı
APA-nın cənub bürosunun xəbərinə görə, rayonun Biləsər kənd sakini, 1951-ci il təvəllüdlü Mirzağa Höccət oğlu Ağayev yaşadığı evin həyətində ağacdan özünü asıb.
   Ailə üzvləri səhər tezdən onun meyitini ağacdan asılı vəziyyətdə tapıblar. İntiharın səbəbləri bəlli deyil.
   Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Təhsil Nazirliyinin Şura üzvləri "Pedaqogika" Nəşriyyatının direktoruna cinayət işi açılmasını tələb edir
Dünən Yasamal Rayon Məhkəməsində hakim Xaqani Tağıyevin sədrliyilə "Pedoqogika" nəşriyyatının direktoru Əlövsət Osmanlıya qarşı iş üzrə hazırlıq iclası keçirilib.
   İddia xüsusi ittiham qaydasında Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri tərəfindən verilib.
   İddiaya səbəb Osmanlının bu ilin əvvəllərində "Azadlıq" qəzetində "Mərdanovun qaragüruhçuları" başlıqlı məqaləsi olub. Məqalədə ölkədə dərc olunan dərsliklər və təhsil naziri Mərdanov tənqid edilir.
   İddiaçılar Osmanlının 147.1-ci (böhtan) maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.
   İclasda hakim jurnalistlərə yalnız fotoçəkiliş aparmağa icazə verib, "Azadlıq" radiosunun əməkdaşını isə, səs yazdığına görə, iddiaçı tərəfin vəkilinin etirazı əsasında məhkəmə zalından çıxarıb.
   Cavabdeh tərəfin vəkili gəlmədiyinə görə iclas martın 5-dək təxirə salıb.
   
TURAN
Qəçrəşdə "Baba ocağı" restoranının ərazisi sürüşdü
Quba rayonunun Qəçrəş kəndində, "Baba ocağı" restoranının yerləşdiyi ərazidə torpaq sürüşməsi baş verib.
   Milli.Az xəbər portalı Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, torpaq sürüşməsi təxminən 150-200 kv.m. ərazini əhatə edib. Nəticədə, bir neçə ağac sürüşmə sahəsində olan metal konstruksiyadan quraşdırılmış köşklərin üzərinə aşıb, köşklər yararsız hala düşüb. Xəsarət alan olmayıb.
   
Gəncədə 17 məktəbin qazı kəsilib
Gəncədə 17 məktəbə mavi yanacağın verilişi dayandırılıb. Buna səbəb Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinə məktəblərin təhlükəsizlik şəraitilə bağlı rəsmi sənədin gəlməməsidir.
   Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Təhsil İdarəsindən məlumat verilib. Məlumat Gəncə şəhər Qaz İstismarı İdarəsindən də təsdiqlənib. İdarə rəisi Elxan Məmmədov Lent.az-a bildirib ki, sənədlər təqdim edildikdən sonra qazın verilişində heç bir məhdudiyyət olmayacaq.
   
   
MTN Bakıda "Russ-İsland" müəssisəsinin fırıldağını açdı
Bir gürcü və bir azərbaycanlı birləşərək 50 adama 22 min dollar "atıb"
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olan şəxslər ifşa olunaraq yaxalanıb.
   Bu barədə APA-ya MTN-in İctimai Əlaqələr Mərkəzindən bildirilib. Məlumata görə, Gürcüstan Respublikasının vətəndaşı, 1976-cı il təvəllüdlü Malaşvili Şalva Semyonoviç və Azərbaycan Respublikasının vətəndaşı, 1968-ci il təvəllüdlü Hüseynov Yaşar İsmayıl oğlu cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini Rusiyanın və İslandiyanın "Russ-İsland" adlı birgə müəssisəsinin Bakı ofisinin, həmçinin İnterpolun və Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edərək, xeyli sayda vətəndaşa müxtəlif sahələrdə işləmək üçün İslandiyaya göndəriləcəklərini vəd edib və onların külli miqdarda pul vəsaitlərini ələ keçiriblər.
   Özünü Aleksandr Malaşevski kimi təqdim edən Şalva Malaşvilinin və Yaşar Hüseynovun "Russ-İsland" birgə müəssisəsinin adından istifadə edərək dələduzluqla məşğul olduqları müəyyən edilib, onların kirayələdiyi ofisdə və Şalva Malaşvilinin yaşadığı mənzildə məhkəmənin qərarı ilə keçirilən baxış zamanı həmin şəxslərin törətdiyi cinayət əməllərini təsdiqləyən sənədlər və dəlillər aşkar edilərək götürülüb. Müəyyən edilib ki, Şalva Malaşvili 2009-cu il dekabr ayının əvvəllərində Bakıda Yaşar Hüseynovla tanış olub. Şalva Malaşvili özünü Yaşar Hüseynova Rusiya Federasiyasının və Çexiya Respublikasının vətəndaşı kimi təqdim edib, Beynəlxalq Polis Assosiasiyasının Gürcüstan bölməsinin əməkdaşı olduğunu bildirib və ona Gürcüstanda hazırladığı saxta vəsiqəsini göstərib. Sonra Şalva Malaşvili və Yaşar Hüseynov cinayət əlaqəsinə girərək, Azərbaycan vətəndaşlarının pullarını ələ keçirmək üçün guya onları işə düzəltmək adı ilə İslandiyaya göndərəcəkləri barədə sövdələşiblər. Şalva Malaşvili və Yaşar Hüseynov Yasamal rayonunda ofis kimi işlətdikləri Abdulla Şaiq küçəsi 214 saylı evdəki kompüterdə "Russ-İsland" birgə müəssisəsinin adından elanlar hazırlayaraq şəhərin müxtəlif yerlərində asıb, habelə bu elanları qəzetdə də yerləşdiriblər. Müraciət edən vətəndaşlara Şalva Malaşvili özünü İnterpolun və ya Beynəlxalq Polis Assosiasiyasının Gürcüstan bölməsinin işçisi, Yaşar Hüseynov isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib. Onlar vətəndaşlara İslandiyada müxtəlif sahələrdə işləmək üçün aylıq 1800-4500 ABŞ dolları məbləğində əmək haqqı verildiyini, müəssisə ilə əmək müqaviləsi bağlandıqdan sonra aviabilet üçün 450 ABŞ dollarının əvvəlcədən ödəniləcəyini, aviabiletə görə pulun qalan hissəsinin isə İslandiyada işlədikləri 6 ay ərzində əmək haqlarından hissə-hissə tutulacağını bildiriblər. Vətəndaşlar Şalva Malaşvili və Yaşar Hüseynov tərəfindən təqdim olunmuş saxta əmək müqavilələrini imzalayıb və saxta aviabiletləri alaraq əvvəlcədən qeyd olunan məbləği onlara ödəyiblər. Beləliklə, Şalva Malaşvili və Yaşar Hüseynov 2010-cu ilin yanvar ayının 15-dən fevral ayının 23-nə qədər olan dövr ərzində işə düzəlmək məqsədilə müraciət etmiş 50 nəfər fiziki şəxsi aldadaraq, hər birindən 450 ABŞ dolları almaqla, ümumilikdə 22 min 500 ABŞ dolları məbləğində onlara ziyan vurublar.
   Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrilə cinayət işi başlanıb, Şalva Malaşvili və Yaşar Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. İşin bütün hallarının araşdırılması, bu cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi və ifşası üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Şalva Malaşvilinin və Yaşar Hüseynovun qanunsuz hərəkətlərinin yuxarıda göstərilənlərlə məhdudlaşmadığı ehtimal olunduğundan, onların hüquqazidd əməllərindən zərər çəkmiş digər vətəndaşlardan Milli Təhlükəsizlik Nazirliyinə və onun ərazi orqanlarına müraciət etmələri xahiş olunur. Əlaqə telefonu: 405-99-99 və 405-84-87
   
General-mayorun qudası iş adamı "Şəmkirli Saşa"ya güllə atdı
Şahbaz Süleymanova basqın edən "Qoca" ləqəbli şəxsin kimliyi müəyyənləşib
"Şəmkirli Saşa" kimi tanınan Şahbaz Süleymanov silahlı hücuma məruz qalıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.
   Məlumatda bildirilir ki, hadisə fevralın 28-dən martın 1-nə keçən gecə Yasamal rayonu ərazisində baş verib. Ş.Süleymanov Hüseyn Cavid parkının yaxınlığındakı "Mercedes" markalı avtomobilində olarkən ona tapançadan atəş açılıb. Ş.Süleymanovun başına tuşlanan güllə təsadüf nəticəsində avtomobildə quraşdırılmış monitora dəyib.
   Məlumata görə, hadisəni hazırda axtarışda olan "Qoca" ləqəbli şəxs törədib.
   Bildirilir ki, uzun müddət Rusiyada yaşayan tanınmış iş adamı, "Şəmkir" Futbol Klubunun sabiq prezidenti Ş.Süleymanovla "Qoca" ləqəbli şəxs arasında pul üstündə mübahisə yaranıb. Belə ki, "Şəmkirli Saşa" borc aldığı böyük məbləğdə pulu qaytardıqdan sonra ondan əlavə faiz tələb olunub. Tələb olunan pulu vermədikdə isə ona tapançadan atəş açılıb.
   Hadisə yerinə ölkənin hüquq-mühafizə orqanlarının yüksək rütbəli əməkdaşları gəlib. Hadisəni törədən şəxsin saxlanması haqda göstəriş verilib və bu istiqamətdə əməliyyat-axtarış tədbirləri keçirilir. Hadisə yerindən tapança gilizi götürülüb.
   Qeyd edək ki, "Şəmkirli Saşa", uzun illərdir, avtomobildə yaşayır. Şəkər xəstəliyindən əziyyət çəkən Ş.Süleymanovun bir müddət əvvəl ayaqları da kəsilib.
   Baş verən hadisə ilə bağlı daha maraqlı məlumat isə "Şəmkirli Saşa"ya atəş açan "Qoca" ləqəbli şəxsin Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Elxan Həsənovun qudası olduğunun bildirilməsidir.
   Yasamal Rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynov APA-ya faktı təsdiqləyib. O, hadisəni törədən şəxsin artıq saxlandığını və faktla bağlı araşdırma aparıldığını deyib. M.Hüseynov hadisəni həqiqətən də "Qoca" ləqəbli şəxsin törətdiyini də bildirib. Polis rəisi, faktla bağlı araşdırma aparıldığı üçün, əlavə məlumat verməyib.
Ev istəyən məcburi köçkünlər Tərtərdə yolu bağladılar
Ağdamın icra başçısının müavini etirazçıların hərəkətini necə izah etdi?
Tərtərin Qarağacı kəndi ərazisində məskunlaşmış məcburi köçkünlər Borsunlu - Hindarx yolunu bağlayıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, aksiya keçirən məcburi köçkünlər onlara yeni evlərin tikilməsini tələb edir. Onlar 1994-cü ildə Ağdam rayonunun Şotlanlı kəndindən köçkün düşüblər və həmin vaxtdan da Borsunlu - Hindarx magistral avtomobil yolunun hər iki tərəfində palçıq və çiy kərpicdən, qarğıdan tikilmiş komalarda məskunlaşıblar. Aksiya iştirakçıları APA-nın Qarabağ bürosuna bildiriblər ki, Ağdam Rayon İcra Hakimiyyətinin məsul işçiləri aksiya yerinə gəlib problemi müzakirə edənə qədər yol bağlı olacaq.
   Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımov APA-nın Qarabağ bürosuna bildirib ki, köçkünlərin cəhdi əbəsdir: "Əvvəla, hər hansı problem magistral yolu bağlayıb, digər vətəndaşların hüquqlarını pozmaqla həll olunmur. Həmin köçkünlərə yeni evlərin inşasına, sözügedən ərazidə məskunlaşmış köçkünlərin yeni evlərlə təmin olunmasına gəlincə, bu, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan Dövlət Proqramına daxil edilməyib".
"Reket baş redaktor" Yeni Günəşlidə bir saunanı aylıq hesaba otuzdurub
"Baş redaktor" adı məlum saunanın mətbuat xidməti rolunu da öz üstünə götürüb
Qəzetimizin ötən saylarında adları Mətbuat Şurasının qara siyahısına düşmüş "qəzetlər"in baş redaktorlarının jurnalistikanın heç bir etik prinsipinə sığmayan hərəkətləri barədə yazmışdıq. Qeyd etmişdik ki, "reket" baş redaktorlar arasında müxbirlərin telefon danışıqlarını dinləyən, qanunla qadağan olunmuş biznes fəaliyyətilə məşğul olanlar var.
   Bəziləri ali məktəblərə qanunsuz yollarla tələbə qəbul etdirir, hərbi hissələrə əsgər saldırır, imtahan-məqbul yazdırır, bir qismi işədüzəltmə bürosu kimi fəaliyyət göstərir və s.
   Əldə etdiyimiz məlumatlara görə, "reket" baş redaktorlardan biri, hətta əxlaqsızlıq yuvasına çevrilmiş sauna biznesinə də girişib. Daha doğrusu, belə saunalardan birinin rəhbərliyini aylıq hesaba otuzdurub. "Hər ay filan qədər verməlisən, yoxsa polisə şikayət edərək obyekti bağlatdıracam" deyən "baş redaktor"a hər ay nəzərdə tutulan qədər "susmaq haqqı" verilir. Hesaba otuzdurulan sauna Yeni Günəşli qəsəbəsində yerləşir. Məlumatlara görə, "baş redaktor" sauna rəhbərliyində təmsil olunan şəxslər və onların fəaliyyəti haqqında öz qəzetində mütəmadi olaraq yazıb. Sauna rəhbərliyi isə sonda məcburiyyət qarşısında qalaraq "baş redaktor"la razılığa gəlib. Razılığa əsasən, hər ay sauna rəhbərliyi "baş redaktor"un "maaş"ını ödəyir, ikinci isə öz növbəsində yazıları dayandırır və hətta bu saunanı mediadan mühafizə edir. Yəni saunanın mətbuat xidməti rolunda çıxış edir.
   Bu yerdə Mətbuat Şurasının "reket qəzetlər"ə qarşı apardığı mübarizəyə haqq qazandırmamaq olmur. Gəlin düşünək, bizə belə "qəzetlər" və "baş redaktorlar" lazımdırmı? Əlbəttə ki, xeyr. Əyri yollarla müəyyən müddətə, məsafəyə qədər pul qazanmaq olar, amma uzaq məsafə qət etmək əsla mümkün deyil.
   Həmin "baş redaktorun" adı və başqa bəzi məqamlar barədə dəqiq məlumatımız var. Hələ araşdırma aparırıq.
   Sauna rəhbərliyilə "baş redaktor" arasında işbirliyinin detallarını öyrənmək istiqamətində araşdırmalarımızı davam etdirəcəyik və məlumat verəcəyik.
   
Eldar XƏYAL
Azərbaycanlı "arvadım bakirə deyildi" iddiası ilə Avropa Məhkəməsinə çıxdı
Bakıda yaşanan, lakin xəbər tutmadığınız ailə dramından dəhşətə gələcəksiniz
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı daha bir işi icraata götürüb. Lent.az-ın xəbərinə görə, bu, M.R. (şəxsi həyata müdaxilə hesab oluna biləcəyini nəzərə alaraq, şəxsin ad və soyadının yalnız baş hərflərini veririk) adlı, 1972-ci ildə anadan olmuş kişidir.
   Bakı şəhər sakini olan M.R.-nın azərbaycanlı vəkilinin hazırladığı iddia ərizəsindən belə məlum olur ki, o, 1 sentyabr, 2000-ci ildə evlənib. M.R. həyat yoldaşı ilə təxminən üç ay birlikdə yaşayıb. İddiaçı bildirir ki, nikahdan üç ay sonra arvadını boşamaq istəyib. Həmin vaxt arvadı artıq hamilə imiş. Lakin M.R. uşağın atası olmadığına əmin imiş. Belə ki, o, toy gecəsi ailə qurduğu qızın bakirə olmadığını bilib. Bundan sarsılan M.R. həmin qadınla nə həmin vaxt, nə də sonra cinsi əlaqədə olub. Bu səbəbdən də, qadının hələ dünyaya gətirmədiyi uşağın atası olmadığına əmin olub. M.R.-nın qənaətincə, arvadı ailə quranadək başqa şəxslə cinsi əlaqədə olub, uşağın atası isə ailə qurandan sonrakı müddətdə qadının yaxınlıq etdiyi şəxsdir (həmin şəxslərin əslində eyni adam olduğu ehtimal edilir).
   M.R. qadından üç ay sonra ayrılıb. Lakin sənəd üzərində ər-arvad kimi qalıblar. 21 iyun 2001-ci il tarixdə M.R.-nın sənəd üzərində həyat yoldaşı sayılın qadının oğlu olur. Həmin uşaq da sənəd üzərində M.R.-nın oğlu sayılır.
   M.R. Əzizbəyov Rayon Məhkəməsinə müraciət edərək, nikahın etibarsızlığı və atalığın mübahisələndirilməsi barədə qərar çıxarmağı xahiş edib. 27 may 2002-ci il tarixdə Səhiyyə Nazirliyinin eksperti atalıqla bağlı rəyini açıqlayıb. Rəyə əsasən, qadının dünyaya gətirdiyi oğlanın atasının M.R. olması istisna deyil. Yəni rəydə tam dəqiqlik olmur. 20 may 2003-cü ildə isə Səhiyyə Nazirliyinin ekspertləri DNT analizi nəticəsində dəqiqləşdirib ki, oğlanın atası M.R. deyil.
   Əzizbəyov Rayon Məhkəməsi iki fərqli ekspertiza rəyini dəqiqləşdirməkdən ötrü növbəti dəfə ekspertiza keçirilməsini istəyib. Səhiyyə Nazirliyinin DNT testi əsasında məhkəməyə təqdim etdiyi rəyə əsasən, uşağın atası M.R. deyil.
   DNT testinin nəticələrinə əsaslanan Əzizbəyov Rayon Məhkəməsi M.R.-nın uşağın bioloji atası olmadığı qənaətinə gələrək, onun iddiasını təmin edib. Bu, 11 may 2006-cı il tarixdə baş verib.
   Lakin qərarla razılaşmayan M.R.-nın ailə qurduğu qadın 4 sentyabr 2007-ci ildə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Bakı Apelyasiya Məhkəməsi işə həmin baxaraq Əzizbəyov rayon Məhkəməsinin qərarını ləğv edib. 20 noyabr 2007-ci il tarixdə isə Azərbaycan Ali Məhkəməsi Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
   Bundan sonra isə M.R. Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Məhkəmə işi icraata götürərək Azərbaycan hökumətinə sorğu göndərib.
   
Qara maskada 4 min manat qaçıran iki zabratlını tutdular
Canilər Nargilə Sultanovanın pulunu xərcləyə bilmədi
Bakıda qara maskalı şəxslər mağazada oğurluq edib. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
   Məlumatda bildirilir ki, qara maskada olan 2 naməlum şəxs paytaxtın N.Hacıyev küçəsində yerləşən ərzaq mağazasında Bakı şəhər sakini Nargilə Sultanovanın, içərisində 4 000 manat və danışıq kartı olan çantasını götürərək hadisə yerindən qaçıblar.
   Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlər, Zabrat qəsəbə sakinləri Zakir Ələkbərov və Mirzəbala Seyidzadə fevralın 28-də tutularaq istintaqa təhvil verilib.
   
Müstəqillik dövründə Azərbaycanda qətlə yetirilmiş 10-cu jurnalist?
Təəssüf ki, Elmar Hüseynova "ehtiyatlı ol" demədik
"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin ildönümünə həsr olunmuş tədbir keçirilib. "Yeni Nəsil" Jurnalistlər birliyinin sədri Arif Əliyev tədbirdə çıxış edərək bildirib ki, E.Hüseynov Azərbaycanın müstəqilliyindən sonra qətlə yetirilmiş 10-cu jurnalistdir.
   O, ötən 5 il ərzində qatillərin tapılmadığını deyib. A.Əliyev deyib ki, qətlin 5 illiyilə əlaqədar martın 1-dən 10-dək Elmar Hüseynov ongünlüyü elan olunur. Bu müddətdə Elmar Hüseynovun xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək.
   Ümid Partiyasının sədri İqbal Ağazadə Elmar Hüseynovun qətlinin ilk növbədə ağır cinayət olduğunu deyib: "Təəssüf ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu cinayətin sifarişçilərini, həyata keçirənləri məhkəmə qarşısına çıxara bilmədilər. Digər tərəfdən, cinayətin motivi də bəlli deyil. Qətlin motivini araşdırmaq hüquq-mühafizə orqanlarının bir nömrəli vəzifəsidir. Prosesin 5 il davam etməsi ciddi narahatlıq yaradır. Əslində, Elmara atılan güllə mətbuata atılmış güllədir".
   Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında bildirib ki, E.Hüseynov Azərbaycan jurnalistikasında şücaət rəmzidir. O, E.Hüseynovun qatillərinin tapılması ilə bağlı məsələdə o qədər də pessimist olmadığını vurğulayıb: "Bu qətl bizə bir dərs olmalıdır. Elmar çox kəskin yazırdı və o zaman bizim heç birimiz onu qorumaq barədə düşünmədik, ona "ehtiyatlı ol" demədik".
   Ə.Amaşov E.Hüseynov qətlə yetiriləndən sonra Mətbuat Şurasının onun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış etdiyini, lakin bu təkliflərin birmənalı qarşılanmadığını vurğulayıb. Norveçin Azərbaycandakı səfiri Yon Ramberq isə çıxışında Elmar Hüseynovun Norveç səfirliyinin dostu olduğunu deyib. O, E.Hüseynovun qətlinə Azərbaycan hakimiyyətinin də sərt reaksiya verdiyini və İlham Əliyevin bu hadisəni Azərbaycan üçün ləkə adlandırdığını qeyd edib: "Mən də ümid edirəm ki, onun qatilləri tapılacaq".
Deputat Rövşən Rzayevin "Qarabağ səfərinə" QAT-dan etiraz gəldi
Akif Nağı: "Ermənistan rəhbərliyi barışmaz mövqe tutduğu şəraitdə belə səfərlərin heç bir mənası yoxdur"
Bu günlərdə millət vəkili Rövşən Rzayev mətbuata açıqlamasında bildirib ki, yaxın vaxtlarda azərbaycanlı deputat qrupu Dağlıq Qarabağa səfər edə bilər. Onun sözlərinə görə, bu səfər Moskvada Azərbaycan və Ermənistan arasında aparılan danışıqların davamı kimi həyata keçiriləcək. Hələlik səfərin dəqiq vaxtı bəlli deyil.
   Artıq bir neçə ildir ki, xalq diplomatiyası çərçivəsində Ermənistan və Azərbaycan millət vəkillərinin, tanınmış elm və mədəniyyət işçilərinin belə görüşləri təşkil olunur. Onlar indiyə kimi bir neçə dəfə Bakı-Xankəndi-İrəvan istiqamətində səfərlərdə olub. Lakin ölkədə bu tip görüş və səfərlərə birmənalı deyil. Bir çoxları belə hesab edir ki, indiki şəraitdə xalq diplomatiyasının heç bir əhəmiyyəti yoxdur və o əslində xeyirdən çox ziyana xidmət edir. Amma digərlərinin fikrincə, tərəflər arasında etimad mühitinin formalaşması üçün belə görüşlərin əhəmiyyəti böyükdür. Onu da qeyd edək ki, Ermənistan-Azərbaycan ziyalılarının görüşünün təşkilatçısı qismində Rusiya çıxış edir. İlk olaraq belə təşəbbüs məhz onlar tərəfindən gəlib.
   Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı indiki halda xalq diplomatiyasının Azərbaycana uğur gətirməyəcəyini düşünür. Bu səbəbdən də o, hələ də belə səfərlərin əleyhinədir: "Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cərəyan edən proseslər daha da pisləşib. Hazırkı durum həmin səfərin həyata keçirilməsini mümkünsüz edən vəziyyətdədir. Çünki Ermənistan mövqeyindən geri çəkilmək istəmir. Ermənistanın terrorçu prezidenti və müdafiə naziri açıq şəkildə bəyan edir ki, Qarabağ məsələsində heç bir güzəştə getməyə hazır deyillər, hətta Türkiyə ilə danışıqlarda Qarabağ məsələsinin hansısa formada ortaya gəlməsinə belə etiraz edirlər. Ermənistan rəhbərliyinin bu cür barışmaz mövqe tutduğu bir şəraitdə belə səfərlərin həyata keçirilməsinin heç bir mənası yoxdur. Daha doğrusu, bu hal Ermənistanın maraqlarına uyğundur. Ona görə də əksinə, "xalq diplomatiyası"nda iştirak edənlər başa düşməlidir ki, bununla erməni siyasətinə xidmət edirlər. Bu yolla onlar erməniləri düzgün yola gətirə bilməyəcəklər. Ona görə də öz təşəbbüslərindən geri çəkilməlidirlər. Hesab edirəm ki, belə hallar yolverilməzdir. Dağlıq Qarabağda az-çox qalan ermənilər heç nəyi həll etmir. Onların ixtiyarında heç nə yoxdur. Yəni Ermənistan hökumətinin belə ixtiyarı öz əlində deyil. Onlar Rusiyanın diqtəsilə hərəkət edir. Bu səbəbdən də orada hansısa ictimai rəy və təzyiqin, ictimai qrupların heç bir rolu yoxdur ki, gedib onlarla danışıqlar aparasan. Bu xalq diplomatiyası Rusiya tərəfindən idarə olunan və Ermənistandakı quldur rejimi tərəfindən həyata keçirilən bir siyasətdir. Onlar ictimai rəylə hesablaşmır. Ona görə də orada ictimai rəyi formalaşdırmaq, hesab edirəm ki, mümkünsüzdür. İkinci tərəfdən, buradan gedənlər orada öyrədilmiş adamlarla görüşürlər. Kənardan kimləsə təmasa girməyə isə imkan verilmir. Nədən bizim insanlarımız bunu başa düşmür? Rusiya və Ermənistan bu siyasətlə belə bir görüntü yaratmağa çalışır ki, guya İrəvan işğalçı deyil, Azərbaycanın ziyalılarını, səfirlərini də qəbul edirlər. Bu siyasət Ermənistanın maraqlarına xidmət edir. Ermənilərin törətdiyi cinayətlərdən sükutla keçməyə hesablanan bir siyasətdir. Bu günlərdə Xocalı soyqırımının ildönümü oldu. faciəni törədən, Sarkisyan və Ohanyan indi də Ermənistana başçılıq edir. Onları hansı dilə tutmaqla, hansı xalq diplomatiyası ilə yola gətirmək olar? Bunun ancaq bir yolu var, onlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.
   Səfər baş tutarsa, həmişə olduğu kimi, buna kəskin etirazımızı bildirəcəyik. Hələlik bu istiqamətdə real addım atdıqları hiss olunmur. Bu baş verərsə, təpkilərimiz də hökmən olacaq. Hesab edirəm ki, belə təpkilər ciddi təsir göstərir. Səfərə gedənlərin əksəriyyəti sonradan peşmançılıq keçirir. Onlar mətbuatda dəfələrlə etiraf ediblər ki, ora getməyin heç bir mənası yoxdur, biz ora məğlub və qonaq tərəfin nümayəndəsi kimi gedirik. Ötən il bu istiqamətdə jurnalistlərin də təşəbbüsü olub. Moskvada azərbaycanlı və erməni jurnalistləri görüşüb Qarabağa səfər etməyi planlaşdırmışdılar. Təpkilərimizdən sonra bu proses də dayandı. Təkcə QAT-ın deyil, cəmiyyətin də ciddi etirazları olsa, belə səfərlərin qarşısı alınacaq".
   
Rüfət SULTAN
Terrorçunun əlaltılarını Bakıya təhvil verən Gürcüstan Elmarın qatillərini niyə vermir?
MTN rəsmisi Elmar Hüseynovun qətlindən danışdı
Milli Təhlükəsizlik Nazirliyi İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev "Media forum" saytının jurnalist Elmar Hüseynovun qətlinin istintaqı haqda suallarını cavablandırıb.
   Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaq işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.
   Adam oğurluğu, çoxsaylı qətllərə görə ömürlük azadlıqdan məhrumetmə cəzası almış Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov öz məhkəməsində Elmarı onun dəstəsinin qətlə yetirdiyini və cinayətin o vaxtkı iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişilə icra olunduğunu bildirsə də, hələ bu məsələyə aydınlıq gəlməyib.
   - "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli üzrə aparılan istintaqda hər hansı yenilik varmı?
   İstintaq qrupu bu sahədə hüquqi yardım göstərilməsi üçün Gürcüstanın Baş Prokurorluğuna dəfələrlə vəsatətlər də göndərib. Qrup üzvləri dəfələrlə həmin ölkəyə ezam olunub. Cinayəti törətmiş şəxslər məlumdur. Bunlar barəcində beynəlxalq axtarış elan olunmuş Tahir Xubanov və Teymuraz Əliyevdir. Həmin şəxslərin tutularaq Azərbaycana təhvil verilməsi üçün Gürcüstanın Baş Prokurorluğuna da müraciətlər edilib. Lakin Gürcüstan tərəfi, həmin şəxslərin öz vətəndaşları olduğunu əsas gətirərək, onların verilməsindən imtina edib. Hazırda İnterpol dünyanın 180-dən artıq ölkəsində Tahir Xubanov və Teymuraz Əliyev barədə qırmızı xətlə beynəlxalq axtarış aparır. Onların istintaqa cəlb edilməsi üçün mümkün olan bütün tədbirlər görülür.
   - Gürcüstan tərəfi iş üzrə Azərbaycanla geniş və dərindən əməkdaşlıq edirmi? İnterpolun Milli Mərkəzi Bürosunun rəisi Sahib Mirzəyev APA-ya açıqlamasında deyib ki, Tahir Xubanov və Teymuraz Əliyev Gürcüstanda gizlənir. İstintaq qrupu bu məlumatı təsdiqləyirmi?
   - Bu məlumatı kimin və hansı mənbəyə istinadla verdiyini bilmirəm. İndi istintaq gedir və mən fikirlərimi bildirdim.
   - Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun Elmar Hüseynovun qətli üzrə dindirilməsi və hadisə yerinə çıxarılması haqda məlumatlar vardı. İstintaq bu versiya üzrə araşdırmalarını davam etdirirmi?
   - Mən bundan artıq şərh verə bilmərəm.
   - 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında törədilən qırğına görə Gürcüstan vətəndaşları ittiham olunur. Rəsmi məlumata görə də, akademiyada insanları Gürcüstan vətəndaşı Fərda Qədirov qətlə yetirib. Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəni törətməkdə şübhəli bilinən digər Gürcüstan vətəndaşlarını tez bir zamanda istintaqa cəlb etdi və Azərbaycana gətirdi. Gürcüstan tərəfi isə onları təhvil verməkdən imtina etmədi. Necə olur ki, Gürcüstan Azərbaycanın qətldə ittiham etdiyi Tahir Xubanov və Teymuraz Əliyevi təhvil verməkdən imtina edir? Sizə elə gəlmirmi ki, burada biz ziddiyyət var?
   - Mən bu ziddiyyəti müəyyənləşdirməyi sizin öhdənizə buraxıram. Hazırda istintaq hərəkətləri gedir. Sizə məsləhət görərdim, istintaqın yekunlarını gözləyək.
   
Xəbər xidməti
Azərbaycan kommunistlərini parlament seçkisinə Rauf Qurbanovun qərargahı aparacaq
Azərbaycan Kommunist Partiyası (AKP) bu il keçiriləcək parlament seçkilərində iştirak barədə qərar qəbul edib.
   Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, AKP Mərkəzi Komitəsinin Rəyasət Heyətinin iclasında parlament seçkilərilə bağlı iş planı müzakirə edilərək təsdiqlənib. Seçkilərlə əlaqədar AKP-nin seçki qərargahı və mərkəzi seçki fondu yaradılıb. Partiyanın sədri Rauf Qurbanov seçki qərargahının, AKP MK Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Nizami Abbasov isə seçki fondunun rəhbəri seçilib.
   
Azərbaycan Prezident Administrasiyasından İranın hərəkətlərinə rəsmi reaksiya...
Əli Həsənov "Səhər" telekanalının ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirməyə xidmət etdiyini dedi
"İranla Azərbaycan qonşu, mədəniyyəti, dili, dini, yaşam tərzi bir-birinə yaxın olan dövlətlərdir. Bizim müştərək dövlətçiliyimiz olub. İranla normal münasibətlər qurmaq Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biridir".
   APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin Təbrizdəki konsulluğu qarşısında Azərbaycan bayrağının yandırılması barədə sualı cavablandırarkən deyib.
   Ə.Həsənov İran tərəfində də, bəzən Azərbaycan ətrafında fəaliyyət göstərən qüvvələr sırasında da iki ölkə arasında münasibətlərin normal olmamasını istəyənlərin olduğunu bildirib: "Onlar bu münasibətləri korlamaq istiqamətində fəaliyyət göstərir.
   Biz Azərbaycan dövləti olaraq, belə cəhdlərə qarşıyıq. Bu cəhdlərin qarşısını almaq üçün fəaliyyət göstəririk". Şöbə müdiri bütün bunları dövlətlə bağlamağın düzgün olmadığını vurğulayıb: "Bununla belə, təəssüflər olsun ki, bəzən İran tərəfindən belə cəhdlərə qarşı yetərincə tədbirlər görülmür. Xüsusilə qeyd etmək lazımdır ki, İranın "Səhər" telekanalı Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, qonşu dövlətin həyatındakı prosesləri inkar etməyə, onun mahiyyətini dəyişməyə və saxtalaşdırmağa xidmət edir.
   Belə cəhdlərə qarşı da biz dövlət olaraq öz səsimizi qaldırır, İranın lazımı instansiyalarına bununla bağlı iradlarımızı bildiririk".
Səfər Əbiyevin bəyanatı ilə prezidentin kursu arasında ziddiyyət, ya...
"Azərbaycan müdafiə nazirinin bəyanatına siyasi şərh verməyə ehtiyac yoxdur, o özü verdiyi bəyanatın məsuliyyətini bilir"
"Müdafiə naziri özü verdiyi bəyanatın məsuliyyətini bilir. Ona görə də bu bəyanata siyasi şərh verməyə ehtiyac yoxdur".
   APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiya ictimai-siyasi şöbənin müdiri Əli Həsənov verib. Müdafiə naziri Səfər Əbiyevin bəyanatına münasibət bildirən Əli Həsənov qeyd edib ki, "Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi, Azərbaycanın ərazi bütövlüyü istiqamətində aparılan danışıqların potensialının bitmədiyini düşünür və ona görə də bu danışıqlarda iştirak edir. Amma Azərbaycan nə zaman hiss etsə ki, danışıqlar potensialı tükənib, danışıqlar yalnız danışıq xətrinə aparılır, o zaman Azərbaycan özünün ixtiyarında olan bütün vasitələrlə özünün ərazi bütövlüyünü, suveren və pozulmuş hüquqlarını bərpa etmək istiqamətində addımlar atacaq". Prezident Administrasiyasının rəsmisi Dağlıq Qarabağ münaqişəsi ilə danışıqların hazırda Praqa prosesi çərçivəsində və "Madrid prinsipləri" ətrafında aparıldığını deyib: "ATƏT həmsədrlərinin təklifləri hər iki respublikaya təqdim olunub və bu təkliflər ətrafında fikir mübadiləsi aparılır. Lakin danışıq aparan tərəflər bundan artıq məlumat verməyib. Bundan sonrakı proseslər necə olacaq, hansı mərhələdə bu təkliflərin razılaşdırılması gözlənir, bu barədə bundan artıq heç nə bilmirəm". Qeyd edək ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Fransanın Azərbaycandakı səfiri Qabriel Kelleri qəbul edən zaman Dağlıq Qarabağ münaqişəsilə bağlı fikirlərini diqqətə çatdırıb.
   Nazir qeyd edib ki, 15 il ərzində diplomatlar bu problemlə əlaqədar konkret bir nəticə ortaya qoya bilməyib. Artıq Azərbaycan daha 15 il də gözləyə bilməz. İndi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır. İşğalçı Ermənistan Azərbaycan torpaqlarını azad etməzsə, Cənubi Qafqazda böyük müharibənin başlaması qaçılmazdır.
Redaktorlar Birliyi adlı qurum mövcuddurmu?
Aydın Quliyev: "Son bir neçə ildə Redaktorlar Birliyinin toplanıb-toplanmadığı haqda məlumatım yoxdur"
   
   Yadigar Məmmədli: "Redaktorlar Birliyi Mətbuat Şurası yaradılana qədər fəaliyyət göstərib"
   
   Mətanət Əliyeva: "Xəbərim yoxdur"

   
   Bir neçə il bundan əvvəl Azərbaycanda Redaktorlar Birliyi adında qurumun tez-tez toplandığının və jurnalistlərin üzləşdiyi problemlərlə bağlı bir sıra məsələləri müzakirə etdiyinin şahidi olurduq. Son illər sözügedən qurumun fəaliyyət göstərib-göstərmədiyi ümumiyyətlə məlum deyil.
   Ancaq mətbuat səyfələrində hələ də Redaktorlar Birliyinin hansısa məsələni müzakirə etməsi haqda informasiyalar dərc edilir. Maraqlıdır, Redaktorlar Birliyi adlı qurum mövcuddurmu?
   "Bakı-Xəbər" qəzetinin baş redaktoru sözügedən qurumun fəaliyyət göstərməsinin məlum olmadığını bildirdi: "Onu qeyd edim ki, illər əvvəl Redaktorlar Birliyi fəaliyyət göstərirdi. Həm də aktiv fəaliyyət göstərirdi. Ancaq son bir neçə ildə Birliyin toplanıb-toplanmadığı haqda məlumatım yoxdur məncə, bu qurum daha yoxdur". "İmpuls" qəzetinin baş redaktoru Mətanət Əliyeva da bir vaxtlar belə bir qurumun fəaliyyət göstərdiyini bildirdi: "Ancaq bu Redaktorlar Birliyinin konkret nə iş gördüyü və nəyəsə nail olmaları yadımda deyil. Yaxud da jurnalistlərin hansısa problemini həll etməsini görməmişəm. Digər tərəfdən, bir sıra redaktorlar xüsusi maraqlar əsasında ora toplaşırdı, nəinki mətbuatın problemlərini həll etməklə bağlı. Ancaq özlərinə ayid problemləri həll etmək istəyirdilər. Deməyim odur ki, şahidi olmamışam ümumilikdə Redaktorlar Birliyi mətbuatın hansısa problemini qaldırsın və nəyəsə nail olsun. Şəxsən mən bir neçə il bundan əvvəl bunun şahidi olmamışım. Hazırda bu qurumun fəaliyyət göstərib-göstərməməsindən tsə xəbərim yoxdur".
   Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin sözlərinə görə, ara-sıra redaktorların, jurnalist təşkilatı rəhbərlərinin toplaşması o demək deyil ki, sözügedən qurum fəaliyyət göstərir: "Məsələn, biz bu yaxınlarda ona görə toplandıq ki, martın birinci ongünlüyünü mərhum Elmar Hüseynovun xatirəsinə həsr edək. Eyni zamanda, bununla bağlı bir sıra tədbirlər keçirək. Redaktorlar Birliyi Mətbuat Şurası yaradılana qədər fəaliyyət göstərib. Hazırda Redaktorlar Birliyi haqqında danışan belə yoxdur. Çünki 2003-cü ildə Mətbuat Şurası yaradılandan sonra format dəyişdi. Ona qədər sözügedən qurum ona görə var idi ki, redaktorlar bir qurumda birləşir, bir yerə yığışıb qərar verirdilər. Düzdür, Redaktorlar Birliyinin bir statusu yox idi, amma həmin redaktorların, KİV-lərin çəkisi böyük olduğuna görə, bir araya gəlib müəyyən məsələlərlə bağlı qərarlar verirdilər. Həmçinin, müxtəlif tədbirlər həyata keçirirdilər. Sonra format dəyişdi, Redaktorlar Birliyində olanlar və olmayanlar Mətbuat Şurasının təmsilçisi oldular. Ondan sonra Redaktorlar Birliyinin hər hansı toplantısı olmayıb".
   
Vidadi ORDAHALLI
ADR-in yaratdığı "AzərTAc"ın 90 yaşı tamam oldu
Dünən Gənc Tamaşaçılar Teatrında Azərbaycan Dövlət İnformasiya Agentliyi - "AzərTAc"ın 90 illiyinə hərs edilmiş mərasim keçirilib.
   Agentlik 1 mart 1920-ci ildə Azərbaycan Demokratik Respublikası hökuməti tərəfində yaradılıb, sonradan - Sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib. Mərasimdə yerli jurnalist birliyi və ictimaiyyət nümayəndələri, habelə Rusiya, Türkiyə, Çin, Yaponiya, Xorvatiya, Belarus, Ukrayna, Qazaxıstan və s. ölkələrin dövlət informasiya agentliklərindən qonaqlar iştirak edib. Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov respublika prezidentinin təbrikini mərasim iştirakçılarına çatdırıb. O, "AzərTAc"ın milli özünüdərkin inkişafında böyük rolu olduğunu qeyd edib. "Bu gün dünya və ölkə xəbərləri auditoriyaya, əsasən "AzərTAc" vasitəsilə, milli təfəkkür prizmasından yayımlanır" - deyə o bildirib.
   
TURAN
Mətbuat Şurası bu həftə bir fırıldaqçı baş redaktorun işinə baxacaq
"Pul aldı, əvəzinə vəsiqə təklif etdi"
Azərbaycanın Mətbuat Şurası dörd qəzetlə bağlı şikayətə baxacaq. "Şuranın şikayətlər komissiyasına dörd qəzetlə bağlı şikayət daxil olub və komissiyanın bu həftə keçiriləcək iclasında məsələ müzakirəyə çıxarılacaq".
   Bu sözləri bazar ertəsi Trend News-a Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə deyib. Hüseynzadənin sözlərinə görə, şikayətlərdən biri qəzetlərdən birinin rəhbərliyinin vətəndaşlara fırıldaq gəlməsi haqdadır. "Adını çəkmək istəmədiyim həmin qəzetin rəhbəri bir nəfərdən işə düzəldəcəyini vəd verərək müəyyən miqdarda pul alıb. Vədinə əməl etmədikdə isə həmin şəxsə qəzetin vəsiqəsini pul əvəzinə təklif edib" - icraçı katib əlavə edib. Onun fikrincə, bəzi qəzet təsisçiləri vəsiqə alverilə məşğul olmaqdan da çəkinmir. "Bu cür problemlərin həlli üçün kütləvi informasiya vasitələrinin yenidən qeydiyyatdan keçməsinə və bu zaman şuranın da rəyinin müəyyən qədər nəzərə alınmasına ehtiyac var" - Hüseynzadə vurğulayıb.
   
Hüquq müdafiəçiləri Tomas Hammarberqə 14 saylı həbsxananın rəisi Ərşad Rüstəmovdan şikayət etdilər
Bakıda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Tomas Hammarberq dünən Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Komitəsinin üzvləri - hüquq müdafiəçiləri Arzu Abdullayeva, Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Çingiz Qənizadə ilə görüşüb.
   Arzu Abdullayevanın sözlərinə görə, insan haqları ilə bağlı problemlər əsas müzakirə mövzusu olub: "Bütün sahələrə toxunulub. Yalnız söz azadlığının boğulmasından, mediaya olan təzyiqlərdən deyil, eyni zamanda vətəndaşların mülkiyyət, sosial hüquqlarının pozulmasından, həbsxanalardakı vəziyyətdən, siyasi məhbuslara edilən təzyiqlərdən də danışdıq.
   Hətta 14 saylı müəssisənin rəhbəri Ərşad Rüstəmovun məhbuslara tətbiq etdiyi işgəncə hallarından, alçaldıcı metodlardan söz açdıq. Bildirdik ki, içəridə olarkən keçmiş siyasi məhbus Mirzə Sakitə qarşı da belə təxribatlar hazırlanıb. Eynulla Fətullayevin işi barədə də ətraflı məlumat verdik" - deyə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin mətbuat xidmətinin məlumatında qeyd edilib.
   
TURAN
Avropa Şurasının insan haqları üzrə komissarı Naxçıvana getməyə hazırlaşır
Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberqin Azərbaycana səfəri başlayıb. Avropa Şurasının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, T.Hammarberq artıq Bakıdadır.
   Qonaq Azərbaycan prezidenti, xarici işlər, ədliyyə, daxili işlər nazirləri, baş prokuror, ombudsman, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşəcək. O, Naxçıvan Muxtar Respublikasına da gedəcək. Səfər martın 5-nə qədər davam edəcək. T.Hammarberq səfərin yekunları ilə bağlı mətbuat konfransı keçirəcək.
   
   
   
Goranda incidilmiş Milli Ordumuzun əsgəri özünü asdı
Mərhumun dayısı Mehdi Ataşov əsgərə işgəncə verildiyini iddia edir
Azərbaycan Ordusunun əsgəri intihar edib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Goranda yerləşən "N" saylı hərbi hissəsində baş verib. Əsgər Elçin Abduləzimov özünü asıb.
   Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya açıqlamasında faktı təsdiqləyib. O, baş vermiş hadisə ilə bağlı Tərtər Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlandığını və araşdırmaların davam etdirildiyini bildirib.
   Sumqayıt Şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Elçin Abduləzimovun intihar səbəbləri məlum deyil. Əsgərin dayısı Mehdi Əli oğlu Ataşovun ANS PRESS-ə verdiyi məlumata görə, E.Abduləzimov zabit və çavuşlar tərəfindən incidilib və onun özünə qəsd etməsinə səbəb də bu olub.
   Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev isə "Azadlıq" Radiosuna deyib ki, faktla bağlı açılmış cinayət işi yekunlaşmayana qədər faciənin səbəbləri haqqında danışmaq tezdir: "Biz ailənin faciəsini də başa düşürük, ailə üzvlərinin bu cür ittihamlarını da. Onlar itki veriblər. Amma gəlin istintaqın nəticəsini gözləyək". E.Abduləzimovun hərbi xidməti başa vurmasına 3 ayı qalıbmış.
   
RAMİL
"Bakı Ağac Emalı" Səhmdar Cəmiyyəti yandı
Fevralın 28-də Bakı şəhəri, Binəqədi rayonunda "Bakı Ağac Emalı" Səhmdar Cəmiyyətinə məxsus, ümumi sahəsi 380kv.m. olan mebel sexində laminat materialları və taxta yonqarı 50kv.m. sahədə yanıb.
   Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
   
"Rahat həyat" MTK sədri Novruz Aslanova 84 min manat "atıb"
Bakının Nərimanov rayonu ərazisində özünü şirkət rəhbəri kimi təqdim edən şəxs külli miqdarda dələduzluq edib. Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Tovuz rayon sakini Novruz Aslanov polisə şikayət edərək, Bakı şəhər sakini, 30 yaşlı Emin Novruzov tərəfindən aldadıldığını bildirib. Keçirilən tədbirlər nəticəsində E.Novruzov müyyənləşdirilərək istintaqa cəlb olunub. Məlum olub ki, E.Novruzov 2006-cı ildə özünü "Rahat Həyat" MTK-nın sədri kimi təqdim edərək, N.Aslanovdan külli miqdarda pul alıb. O, saxta müqavilə bağlayaraq, N.Aslanovun 84.600 manat pulunu mənimsəyib. Faktla bağlı E.Novruzov barəsində Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya istifadə etmə) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
   
Baş Mühafizə İdarəsinin əməkdaşı Əzizbəyovda "Mercedes"ini aşırdı
Bakının Əzizbəyov rayonu ərazisində polis əməkdaşı yol qəzasında ölüb. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, saat 04:20-də Mərdəkan qəsəbəsində Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Əzizbəyov rayon mühafizə bölməsinin əməkdaşı Əhməd Aslanov idarə etdiyi "Mercedes-220" markalı avtomobili aşırıb.
   Sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Əzizbəyov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb ölma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
   
   
İlham Əliyev Çilidə zəlzələ qurbanlarına başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev Çili prezidenti, xanım Mişel Baçelet Xeriyaya başsağlığı verib.
   APA-nın məlumatına görə, dövlət başçısı baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissilə qarşıladığını qeyd edib və başsağlığı verib. Qeyd edək ki, fevralın 27-də Çilinin Konsepsion şəhəri yaxınlığında, Sakit okeanda baş verən 8,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 700-ü keçib, xeyli sayda yaralı var. Zəlzələ ilə əlaqədar ətraf ərazilərdə sunami təhlükəsi elan edilib.
   
Türkiyəli polkovnik 6 ay Səfər Əbiyevə müşavirlik edəcək
Türkiyə Silahlı Qüvvələrinin polkovniki Azərbaycan müdafiə nazirinin məsləhətçisi təyin olunub.
   APA-nın Türkiyənin "Afyonhaber" portalına istinadən verdiyi məlumata görə, Afyon vilayətində jandarma alayının komandiri, polkovnik Ünal Ödəmiş bu günlərdə vəzifəsini icra etmək üçün Bakıya gələcək.
   Afyonda bir sıra əməliyyatların təşkilində iştirak etmiş polkovnik Ü.Ödəmiş Azərbaycanda 6 ay müdafiə naziri Səfər Əbiyevin məsləhətçisi vəzifəsində çalışacaq.
   Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti isə türkiyəli polkovnikin müdafiə nazirinin məsləhətçisi təyin olunması barədə xəbəri təkzib edib.
   
Eynulla Fətullayev həyatına sui-qəsd planı hazırlandığını iddia edir
"...məni də öldürmək istəyirlər"
Terrorla hədələmə ittihamı ilə 8,5 il müddətinə həbs edilmiş "Realnıy Azerbaydjan" qəzetinin redaktoru Eynulla Fətullayev DİN, Penitensiar Xidmət rəhbərlərinə, habelə "Amnesty İnternational", "Sərhədsiz reportyorlar" və Jurnalistləri Müdafiə Komitəsinə müraciət ünvanlayıb.
   Jurnalist iddia edir ki, ona qarşı həyata keçirilmiş "heroin əməliyyatı" onu məhv etmək planlarının tərkib hissəsini təşkil edir.
   Baş redaktor daha sonra yazır ki, "Artıq ilk addım atılıb, mənim çox təhlükəli narkotik maddələrdən istifadə etdiyim açıqlanıb. Sonrakı addım üçün zəmin hazırlanıb. Növbəti narkotik doza ölümcül ola bilər. Bakı İstintaq Təcridxanasında, başqa dustaqlardan fərqli olaraq, təhlükəsizliyimin yüksək səviyyədə təmin edilməsi də müəyyən qədər real təhlükədən xəbər verir. Kameramın qarşısına bir zabitdən savayı heç kim buraxılmır, nəzarətçilərə isə kamerama yaxınlaşmaq yasaq olunub. Kameramın yemək vermək üçün nəzərdə tutulan pəncərəsinin svarkalanıb-qıfıllanması da təhlükəsizlik tədbirlərindəndir. "Bu cür təhlükəsizlik tədbirləri hansı səbəbdən həyata keçirilir" -sualıma isə "təxribat ola bilər" cavabını almışam. Hamı mənə qarşı növbəti təxribat gözləyir, çünki "heroin əməliyyatı"nın çirkin təxribat olduğu hamıya məlumdur. Döyüş meydanına çıxarkən nə etdiyimi dərk edirdim. Həqiqət və ideallarım uğrunda mübarizədə bütün qurbanlara və məhrumiyyətlərə hazıram. Fəqət dövlətin də cəmiyyət qarşısında götürdüyü öhdəliklərinə riayət etməsi vacibdir".
   
Xəbər xidməti
Zaqatalada 74 yaşlı diş həkimi öz venasını kəsib intihar etdi
Zaqatala rayonunda 74 yaşlı şəxs intihar edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Prokrorluğundan məlumat verilib.
   Məlumata görə, hadisə Zaqatala şəhərində qeydə alınıb. Rayonda uzun müddət diş həkimi işləyən, 1936-cı il təvəllüdlü Zaqatala şəhər sakini Zurayev Tinov Abakar oğlu qolunun vena damarını kəsib. T.Zurayevin intihar etməsinin səbəbi məlum deyil. Faktla bağlı Zaqatala Rayon Prokrorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
   
Mart ayında 14 gün iş olmayacaq
Tək Novruzda 9 gün istirahət edəcəksiniz
Martın 8-i və martın 20-si də daxil olmaqla, ayın son həftəsi Azərbaycanda qeyri-iş günü olacaq. Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib. Ümumilikdə Azərbaycanın qüvvədə olan Əmək Məcəlləsinə əsasən, 8 mart - Beynəlxalq Qadınlar günü həftənin bazar ertəsinə düşdüyündən iş günü olmayacaq. Nazirlər Kabinetinin 2009-cu ilin noyabr ayında qəbul etdiyi qərara əsasən martın 20, 21, 22, 23 və 24-ü Azərbaycanda Novruz bayramı hesab olunur və qanunvericiliyə uyğun olaraq həmin günlər iş günü hesab edilmir. Lakin Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı növbəti iş gününə keçirilir. Martın 20-si və 21-i həftənin şənbə və bazar günlərinə düşdüyündən, martın 25-i və 26-sı da qeyri-iş günü hesab olunur. Təqvimə əsasən, martın 27-si şənbə, 28-i isə bazar günləridir və həmin günlər də qeyri-iş günüdür. Bununla, Novruz bayramı ilə əlaqədar olaraq, Azərbaycanda 9 gün qeyri-iş günü sayılır. Digər istirahət günləri də nəzərə alınsa, ay ərzində Azərbaycanda 14 gün iş olmayacaq.
Ərdoğanın milyon yarım pulu, yarım milyon alacağı var
Onun 500.000 alacağı da var. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 1 mart 2010-cu il tarixi üçün gəlirlərini açıqlayıb.
   Milli.Az xəbər portalı Türkiyə Nazirlər Kabinetinin internet saytına istinadən xəbər verir ki, baş nazirin daşınmaz əmlakı iki torpaq sahəsindən ibarətdir. Torpaq sahələrinin birinin ərazisi 376 kv.metr, digəri isə 2000 kv.metrdir. Rəcəb Tayyib Ərdoğanın bank hesablarında şirkət paylarının satış gəliri, pensiya və millət vəkili maaşlarının cəmi kimi 2.366.109,95 türk lirəsi (1.528.157.13 dollar) toplanıb. Bundan başqa, baş nazirin 500.000 lirə (322.980 dollar) alacağı var.
Masallı Rayon Polis Şöbəsinin rəisi işdən çıxarıldı
Masallı Rayon Polis Şöbəsində kadr dəyşikliyi edilib.
   Belə ki, rayonun Polis Şöbəsinin rəisi Dövlət Səfərbəyli vəzifəsindən çıxarılıb. Onun yerinə Qəbələ Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əkbər Yusifov təyin olunub. D.Səfərbəyli isə sərəncama göndərilib. Daxili İşlər Nazirliliyinin mətbuat xidməti Milli.Az-a məlumatı təsdiqləyib.
   
Sumqayıtda Mirzəyevlər və Rzayevlər ailəsi "qaz faciəsinə" düşdü
Ər-arvad Mirzəyevlər hamamda boğuldular, Rzayevlər isə...
Sumqayıtda bir ailənin iki üzvü dəm qazından boğularaq ölüb, başqa bir ailənin 9 üzvü isə zəhərlənib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
   Hadisə Katec qəsəbəsi, 17-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evində baş verib. Orada yaşayanlar, 1955-ci il təvəllüdlü Sahib Mirzəyev və onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Leyla Mirzəyeva hamamda çimərkən dəm qazından boğularaq ölüb. Daha bir olay isə martın 1-i, saat 04.00 radələrində Sumqayıtın "Qurd dərəsi" bağlar massivində qeydə alınıb. 1742 saylı bağ evində yaşayanlar - 1967-ci il təvəllüdlü Şahin Rzayev, onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Aidə Rzayeva, onların övladları, 17 yaşlı Günay, 16 yaşlı Aysel, 10 yaşlı Kənan və həmin evdə yaşayanlar - 1971-ci il təvəllüdlü Cəlil Cavadov, onun həyat yoldaşı, 1977-ci il təvəllüdlü Afət Cavadova, övladları, 12 yaşlı Sərxan və 10 yaşlı İsfəndiyar dəm qazı zəhərlənməsilə həkimə müraciət edib. Araşdırmalar nəticəsində zəhərlənməyə yaşayış evində elektrik generatorunun işlək vəziyyətdə qalması ilə evə dəm qazının dolmasının səbəb olduğu müəyyənləşdirilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparır.
   
 
 
 SON XƏBƏRLƏR
2010-03-02 Sumqayıtda Mirzəyevlər və Rzayevlər ailəsi "qaz faciəsinə" düşdü
2010-03-02 Masallı Rayon Polis Şöbəsinin rəisi işdən çıxarıldı
2010-03-02 Ərdoğanın milyon yarım pulu, yarım milyon alacağı var
2010-03-02 Mart ayında 14 gün iş olmayacaq
2010-03-02 Zaqatalada 74 yaşlı diş həkimi öz venasını kəsib intihar etdi
2010-03-02 Eynulla Fətullayev həyatına sui-qəsd planı hazırlandığını iddia edir
2010-03-02 Türkiyəli polkovnik 6 ay Səfər Əbiyevə müşavirlik edəcək
2010-03-02 İlham Əliyev Çilidə zəlzələ qurbanlarına başsağlığı verdi
2010-03-02 Baş Mühafizə İdarəsinin əməkdaşı Əzizbəyovda "Mercedes"ini aşırdı
2010-03-02 "Rahat həyat" MTK sədri Novruz Aslanova 84 min manat "atıb"
2010-03-02 "Bakı Ağac Emalı" Səhmdar Cəmiyyəti yandı
2010-03-02 Avropa Şurasının insan haqları üzrə komissarı Naxçıvana getməyə hazırlaşır
2010-03-02 Hüquq müdafiəçiləri Tomas Hammarberqə 14 saylı həbsxananın rəisi Ərşad Rüstəmovdan şikayət etdilər
2010-03-02 Mətbuat Şurası bu həftə bir fırıldaqçı baş redaktorun işinə baxacaq
2010-03-02 ADR-in yaratdığı "AzərTAc"ın 90 yaşı tamam oldu
2010-03-02 Redaktorlar Birliyi adlı qurum mövcuddurmu?
2010-03-02 Səfər Əbiyevin bəyanatı ilə prezidentin kursu arasında ziddiyyət, ya...
2010-03-02 Azərbaycan Prezident Administrasiyasından İranın hərəkətlərinə rəsmi reaksiya...
2010-03-02 Azərbaycan kommunistlərini parlament seçkisinə Rauf Qurbanovun qərargahı aparacaq
2010-03-02 Terrorçunun əlaltılarını Bakıya təhvil verən Gürcüstan Elmarın qatillərini niyə vermir?
2010-03-02 Deputat Rövşən Rzayevin "Qarabağ səfərinə" QAT-dan etiraz gəldi
2010-03-02 Müstəqillik dövründə Azərbaycanda qətlə yetirilmiş 10-cu jurnalist?
2010-03-02 Qara maskada 4 min manat qaçıran iki zabratlını tutdular
2010-03-02 "Reket baş redaktor" Yeni Günəşlidə bir saunanı aylıq hesaba otuzdurub
2010-03-02 Ev istəyən məcburi köçkünlər Tərtərdə yolu bağladılar
2010-03-02 Gəncədə 17 məktəbin qazı kəsilib
2010-03-02 Qəçrəşdə "Baba ocağı" restoranının ərazisi sürüşdü
2010-03-02 Təhsil Nazirliyinin Şura üzvləri "Pedaqogika" Nəşriyyatının direktoruna cinayət işi açılmasını tələb edir
2010-03-02 Lənkəranın Biləsər sakini özünü asdı
2010-03-02 Rusiyadan Azərbaycana göndərilən pul hər gün 26 faiz azalır
2010-03-02 Ekspert Azərbaycan banklarında başlanan bir prosesin onların öz xeyrinə olacağını deyir
2010-03-02 Martda qlobal maliyyə böhranının ikinci mərhələsi gözlənir
2010-03-02 Hulusi Kılıc Azərbaycan-Türkiyə qaz danışıqlarına dair bir yanlışa düzəliş etdi
2010-03-02 Türkiyədən ABŞ-a "soyqırım dartışmalarında" iştirak üçün iki dəstə deputat getdi
2010-03-02 HƏMAS liderinin qətli ilə bağlı yeni məqamlar açıldı
2010-03-02 Azərbaycan qazının müştərisi artdıqca "Nabukko" kəməri havayı bir şeyə çevrilir
2010-03-02 Elmira Süleymanova illik hesabatını 5 dövlət qurumuna göndərdi
2010-03-02 Türkiyə ilə Ermənistan arasında körpünün bərpasına başlanıb
2010-03-02 Türkiyə ABŞ-a rəsmi rəsmi xəbərdarlıq göndərdi
2010-03-02 İqtidaryönlü partiyalar müvafiq dairələrdə öz namizədlərini YAP-la razılaşdıracaq
2010-03-02 AMİP deyəsən hələ uzun müddət sədrsiz qalacaq
2010-03-02 Martın 28-də vaxtı bir saat irəli çəkəcəyik
2010-03-02 Neftçala sakini Fəxrəddin Abdullayev Səbaildə özünü asıb
2010-03-02 Şəkərli diabet xəstələri hansı imtiyazlara malikdir?
2010-03-02 Penitensiar sistemə nəzarət üzrə İctimai Komitə 37 xəstə məhkumla görüşüb
2010-03-02 Bakıda Nizami küçəsindəki məşhur "İvanovka" ərzaq mağazası olan bina sökülür
2010-03-02 Bəzi dini cərəyanlar fəaliyyət meydanlarını qanunsuz genişləndirir
2010-03-02 Müstəqil məhkəmə-tibbi ekspertizanın yaradılması uğrunda mübarizə başladı
2010-03-02 Bakıxanovda Vəfadar Quliyevin evini qarət edən tutuldu
2010-03-02 Balakənin Tülü kəndində qayın öz keçmiş yeznəsini bıçaqladı
2010-03-02 Apelyasiya Məhkəməsi 32 kiloqram civə satan dəstənin cəzasını azaltdı
2010-03-02 Bələdiyyə sədrlərinin 30 faizi qanunsuzluğa meyllənib
2010-03-02 Çili yığmasının oyunları zəlzələyə görə təxirə salındı
2010-03-02 Runi İngiltərə-Misir matçında iştirak edə bilməyəcək
2010-03-02 Kapello "Yuventus"a dönə bilər
2010-03-02 "Fənər" bu heyət və bu məşqçi ilə çempion ola bilməz"
2010-03-02 "Mançester Yunayted" İngiltərə Liqa Kubokuna sahib çıxdı
2010-03-02 "Xəzər-Lənkəran"ın futbolçusu yığmadan kənarlaşdırıldı
2010-03-02 Vaqif Cavadov "Tvente"dən ayrılır
2010-03-02 Fatih Təkkə "Rubin"də 9-u istədi, amma 10-u aldı
2010-03-02 Lüksemburqda Azərbaycan yığmasına sürpriz hazırlayırlar
2010-03-02 "Neftçi"nin sabiq baş məşqçisi Gede Liviya çempionatında
2010-03-02 Olimpiadaya məsul şəxslər istefaya!
2010-03-02 Salyanda toqquşan iki "06"dan birinin sürücüsü öldü
2010-03-02 Yevlaxlı Güləli Oğuz və Şəkidə mal-heyvan oğurlayırmış
2010-03-02 Şirvanlı Oqtay Xudatov APA-nın Polis Şöbəsinə istinadən yaydığı məlumatı təkzib etdi
2010-03-02 Suraxanı və Qaradağ icra hakimiyyətləri sahibsiz heyvanlara sığınacaq yeri verilməsinə razı oldular
2010-03-02 Bakıda 6 nəfərlik oğru dəstəsi evləri, maşınları qarət edirmiş
2010-03-02 FHN-çilər Zaqatalada Hüseyn Qarayevin evini tam yanmaqdan xilas etdi
2010-03-02 Suraxanıda Almaz Tağıyeva, Keşlədə Şəhriyar Eyvazov dəm qazından boğuldu
 
 
 
Copyright (c) Bakı Xəbər 2009