Ölən olmasa da...
.jpg)
Göygöl rayonunda yol qəza hadisələri baş verib. Lent.az-ın Gəncəbasar müxbirinin Göygöl Rayon Polis Şöbəsindən aldığı məlumata görə, fevralın 27-də Gəncə-Şəmkir yolunun Göygöl rayon Quşqara kəndi ərazisində 1980-ci il təvəllüdlü Nuriyev Alik Firuddin oğlunun idarə etdiyi "QAZ-33021" markalı, 60 BX 716 dövlət nömrə nişanlı avtomobillə 1982-ci il təvəllüdlü Məmmədov Emin Qərib oğlunun idarə etdiyi "VAZ-21074" markalı, 20 CJ 645 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Nəticədə "VAZ 21074" markalı avtomobilin sərnişini Kərimova Gülnurə Əli qızı xəsarət alıb.
Srağagün rayon ərazisində daha bir yol qəzası qeydə alınıb. 1985-ci il təvəllüdlü Göygöl rayon Topalhasanlı kənd sakini Əliyev Asif Füzuli oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə 1964-cü il təvəllüdlü Alışov Zaur Şükür oğlunun idarə etdiyi "VAZ-21015" markalı AH-334 nömrə nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşüb. Hər iki faktla bağlı araşdırma aparılır.