.jpg)
Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına məxsus əsgərləri daşıyan maşının aşması nəticəsində ölən və yaralanan hərbi qulluqçuların adları məlum olub.
Bu barədə APA-ya Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib.
Qəza nəticəsində Daxli Qoşunların Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsinin əsgəri, 2009-cu ildə Ağdaş Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1990-cı il təvəllüdlü Fərzəliyev Fərhad Nadir oğlu hadisə yerindəcə dünyasını dəyişib.
Maşında olan digər hərbi qulluqçular - 1991-ci il təvəllüdlü Məmmədov Rahib Kamal oğlu, 1991-ci il təvəllüdlü Həsənov Cavid Zakir oğlu, 1991-ci il təvəllüdlü Qasımov Tofiq Əlifağa oğlu, 1991-cı il təvəllüdlü Həsənov Bahəddin Aydın oğlu, 1991-ci il təvəllüdlü Hüseynov Bəhruz Bəhram oğlu, 1990-cı il Abdullayev Tural Arif oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Söhrab Zöhrab oğlu, 1991-ci il təvəllüdlü Hacıyev Nihat Nadir oğlu, 1990-cı il təvəllüdlü Talıbzadə Kamal Rais oğlu müxtəlif dərəcəli bədən xəsarətlərilə Daxili Qoşunların hospitalına yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisə fevralın 26-da paytaxtın Qaradağ rayonu ərazisində baş verib. DQ şəxsi heyətini daşıyan maşın yolun əks istiqamətilə hərəkət edən marşrut avtobusu ilə toqquşub. Zərbənin təsirindən şəxsi heyəti daşıyan maşın aşıb. İlkin məlumata görə, qəzanın baş verməsinə yolun sürüşkənliyi səbəb olub.