İranda bir qrup vəhhabi həbs olundu
İran xüsusi xidmət orqanları ölkənin Qərbi Azərbaycan ostanında fəaliyyət göstərən radikal dini qruplaşmanın xeyli üzvünü həbs edib.
Lent.az-ın "Tehran Times"a istinadən verdiyi məlumata görə, İranın Təhlükəsizlik Nazirliyi dünən əməliyyatla bağlı rəsmi açıqlama yayıb. Məlumatda bildirilib ki, həbs olunanlar vəhhabi olub və onlar gəncləri silahlı çıxışlara, dövlət əleyhinə təxribatlar törətməyə cəlb edirmiş.
Saxlanan vəhhabilər, həmçinin, ayrı-ayrı fərdlərə qarşı terror hücumları hazırlamaqda təqsirləndirilir. Həbslər zamanı vəhhabi qrupundan 6 ədəd "Kalaşnikov" avtomatı, tapançalar və xeyli sayda döyüş sursatı aşkarlanıb.