.jpg)
Astara rayonunda bıçaqlanma hadisəsi baş verib. Astara Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə fevralın 27-də rayonun Ərçivan kəndində baş verib.
Qonşuluqda yaşayan kənd sakinləri Mehman İbrahimovun Elbrus Əliyev və onun oğlu Etibar Əliyevlə torpaq üstündə başlanan mübahisəsi sonda bıçaqlanma ilə nəticələnib.
Mehman İbrahimovun Etibar Əliyevə vurmaq istədiyi bıçaq zərbəsi araya girən ikincinin həyat yoldaşı, 1964təvəllüdlü Zəhra Əliyevanın kürək nahiyəsindən dəyib. Z.Əliyeva ağır vəziyyətdə əvvəl Astara Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Lakin onun həyatı təhlükədə olduğundan, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb və hazırda orada həkimlərin nəzarəti altındadır. Hadisənin digər üç iştirakçısı da müxtəlif bədən xəsarətləri alsalar da, onların stasionar müalicəyə cəlb edilməsinə ehtiyac olmayıb.
Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır