İsmayıllı sakini Taleh
Məmmədov dayısını güllələyib
İsmayıllı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 26-dan 27-nə keçən gecə rayon sakini Taleh Məmmədov dayısı, 33 yaşlı Bədəl Məhsumova ov tüfəngilə atəş açıb. Çiyin nahiyəsindən güllə yarası alan B.Məhsumov xəstəxanaya yerləşdirilib. Hadisəni törədən T.Məmmədov yaxalanaraq məsuliyyətə cəlb edilib. İlkin araşdırmalara görə, hadisə ailə münaqişəsi zəminində baş verib.