.jpg)
Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib. ANS PRESSin bölgə müxbirinin verdiyi məlumata görə, hadisə srağagün gecə rayonun Qaraman kəndində baş verib.
21 yaşlı kənd sakini Babayev Şükran Şöhrət oğlu sirkə turşusu içərək canına qəsd etmək istəyib. Yaxınları tərəfindən təcili olaraq mərkəzi rayon xəstəxanasına çatdırılan Ş.Babayevin həyatını xilas etmək mümkün olub.
Hazırda xəstəxananın terapiya şöbəsində müalicə olunan xəstənin səhhəti normallaşıb. Hadisəyə səbəb zərərçəkənin sevdiyi qızın başqa şəxslə nişanlanması olub.