.jpg)
"Müsavat Partiyasının hər bir üzvü kimi, mənim də partiyanın başqanlığına iddialı olmaq hüququm var. Bu barədə fikirlərimi mətbuata açıqlamışam".
Bunu APA-ya açıqlamasında Müsavat Divanının üzvü Vurğun Əyyub deyib. V.Əyyub bildirib ki, partiyanın qurultayı bu ilin sonunda keçiriləcək və qarşıdan daha mühüm olan parlament seçkiləri gəldiyi üçün başqanlıq iddiasını gerçəkləşdirmək istiqamətində hər hansı iş aparmaq və geniş danışmağı məqsədəuyğun saymır: "Partiyanın Nizamnaməsi hər bir üzvə başqanlığa namizəd olmaq hüququ verirsə, mənim belə bir iddiam niyə də olmasın? Amma bu barədə məqamı yetişəndə konkret qərar verəcəyəm".
V.Əyyub Müsavat Partiyasının parlament seçkilərilə bağlı mövqeyini açıqladığını da əlavə edib: "Biz açıq şəkildə bildirmişik ki, Rəsulzadə - Elçibəy yolunda olan, real strukturlara malik partiyalarla seçkidə birgə iştirakın tərəfdarıyıq".
Azərbaycan Liberal Partiyası ilə əməkdaşlığın mümkün olub-olmadığına gəldikdə, V.Əyyub bəyan edib ki, ALP Rəsulzadə-Elçibəy xəttində olub-olmadığını özü müəyyənləşdirməlidir.