Rövşən Rzayev Dağlıq Qarabağa bir qrup deputat aparır
Azərbaycan deputatlarının Dağlıq Qarabağa səfəri gözlənir. "Hazırda Dağlıq Qarabağa gedəcək nümayəndə heyətinin tərkibinin genişləndirilməsi istiqamətində müzakirələr aparılır.
Səfərin tarixi barədə, hələ ki, dəqiq razılaşma yoxdur". Bu sözləri şənbə günü Trend News-a millət vəkili Rövşən Rzayev bildirib. Rzayevin sözlərinə görə, deputatlarla yanaşı, Dağlıq Qarabağa ictimaiyyət nümayəndələrindən ibarət qrupun da səfəri nəzərdə tutulur.
Azərbaycan və Ermənistan parlamentlərinin üzvləri bundan əvvəl Rusiyanın paytaxtı Moskva şəhərində görüşmüşdülər. Növbəti belə bir görüşün başqa dövlətin ərazisində keçirilməsinə gəldikdə, Rzayev deyib ki, onlar belə görüşlərin yalnız Dağlıq Qarabağda keçirilməsinə maraqlıdır və bunun üçün səylərinin davam etdirəcəklər.