Yanukoviç prezidentliyə Milli Antikorrupsiya Komitəsi ilə başladı
Ukrayna prezidenti Viktor Yanukoviç ölkədə Milli Antikorrupsiya Komitəsinin yaradılması barədə Fərman imzalayıb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Adı çəkilən sənəd prezidentin İnternet saytında dərc olunub.
Xatırladaq ki, prezidentliyə namizəd kimi, Yanukoviç seçicilərə ölkədə iqtisadi islahatlar həyata keçirməyə və korrupsiya ilə mübarizə aparmağa söz verib.
Fevralın 25-də prezident kürsüsü ilə vidalaşan Viktor Yuşşenko isə dövlət başçısı olduğu müddət ərzində ölkədə korrupsiya ilə mübarizə apara bilmədiyini etiraf edib.
Fərmana əsasən, yeni yaradılmış Komitəyə prezident özü rəhbərlik edəcək. Qurumun icraçı katibliyinə isə Ukraynanın Milli təhlükəsizlik və müdafiə şurasının katibi Raisa Boqatıryova təyin edilib.