.jpg)
Ukrayna Rusiya, Belarus və Qazaxıstanın yaratdığı gömrük ittifaqına daxil olmayacaq. APA-nın "Ukrainskaya pravda"ya istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezident administrasiyası rəhbərinin müavini İrina Akimova deyib.
O bildirib ki, gömrük ittifaqından danışan Viktor Yanukoviç deyil, Yuliya Timoşenko olub: "Viktor Fyodoroviç həm inauqurasiya çıxışında, həm də seçkiqabağı çıxışlarında aydın və dəqiq vurğuladı ki, beynəlxalq əməkdaşlıqda istənilən yeni addım yalnız mövcud müqavilələrin pozulmaması şərtilə mümkündür.
Gömrük ittifaqı Ukraynanın Dünya Ticarət Təşkilatına üzvlüyünə zidd olduğu və üzvlüyü çox mürəkkəb hala gətirəcəyi üçün bu gün də, sabah da, ondan sonra da bu məsələ gündəmə gələ bilməz".
İ.Akimova Ukraynanın digər MDB ölkələrinin Dünya Ticarət Təşkilatına üzvlüyünə dəstək verəcəyini və bu təməl üzərində öz gömrük siyasətini quracağını söyləyib.