01 Mart 2010-cı il, N 300(1198)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3633)
"Mən baldırlarımı açıb göstərmirəm" (3545)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2465)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2431)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2251)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2030)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1736)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1645)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1350)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1341)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
"Müsavat ətrafında birlik" fikri top atəşinə tutuldu

Əvəz Temirxan: "Müsavat intriqalara baş vurduğu halda onun ətrafında heç bir birlik olmamalıdır"

   

   Fuad Qəhrəmanlı: "Bu cür fikirlər qarşı tərəfdə bir qıcıq yaratmaq, birliklə bağlı münaqişəli durum yaratmaqdan ibarətdir"

   

   Əli Orucov: "Hər hansı partiya ətrafında birlikdən danışmaq zərərlidir"


   

   Son dövrlər müxalifətin parlament seçkiləri ərəfəsi birliyinin yaradılması istiqamətində müxtəlif fikirlər ortaya atılır. Bu istiqamətdə hələlik uğursuz alınan ən müxtəlif təklif və ideyalar irəli sürülüb. Bu arada Müsavat Partiyasının funksionerləri belə bir rəyə gəlib ki, birlik Müsavat ətrafında yaradılmalıdır. Onların fikrincə, demokratik qüvvələrin xalqdan dəstək almasının yeganə yolu məhz bundan keçir.

   Son illər, 2000-ci və 2005-ci illərin parlament, 2008-ci ilin prezident seçkilərində Müsavatın əldə etdiyi uğurlara əsasən bu partiyada belə qənaətə gəlinib ki, Müsavat hansı formada seçkilərdə iştirak edirsə, seçicilərin əksəriyyəti məhz həmin formata səs verir. Buradan da onlar belə nəticəyə gəliblər ki, ən uğurlu format siyasi qüvvələrin Müsavat Partiyası ətrafında birləşərək yaratdığı formatdır. Bu düşüncədə olanlara görə, ən böyük resursa malik siyasi qüvvə də Müsavatdır. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da mətbuata açıqlamasında bildirib ki, Azərbaycan seçicisi həmişə konkret bir qüvvəyə səs verib: "2000-ci ildən bu günədək Müsavat Partiyası hansı seçkidə iştirak edibsə, həmin qüvvə məhz Müsavat olub. Protest elektoratının seçkilərdə Müsavat Partiyasına səs verdiyi faktdır. 2010-cu ilin parlament seçilərində də protest elektoratı Müsavat Partiyasına səs verəcək. Müsavat seçkiyə təkbaşına qatılsa, seçicilərin əksəriyyətinin Müsavat Partiyasına, hansısa blokda seçkiyə qatılarsa isə həmin bloka səs verəcəyi şübhəsizdir. Bu baxımdan, blokun Müsavat Partiyasının ətrafında toplaşması və ya ümumi birliyin yaranması kimi modellər seçilməlidir". A.Hacılı həmçinin vurğulayıb ki, konkret olara, "Azadlıq" bloku və Müsavat Partiyası seçkidə ayrı-ayrılıqda iştirak edəcəksə, protest elektoratı Müsavat Partiyasını seçəcək.

   Bu açıqlama, söz yox ki, müxalifətdə olan digər qüvvələrin heç də ürəyincə olmayacaq. Bunu aydınlaşdırmaq üçün müxalifətdəki digər partiya təmsilçilərinin də məsələyə münasibətini öyrəndik.

   ALP-nin sədr əvəzi Əvəz Temirxanın fikrincə, Müsavatın birliyinin əsasında onun öz şəxsi maraqları durur: " Dəfələrlə demişəm ki, Müsavat Partiyası böyük birlik görüntüsünü Azərbaycanda demokratik şəraitin yaradılması uğrunda deyil, məhz öz partiyası üçün daha çox mandat almaq naminə yaradır. Onlar müxalifətin qalib gəlməsi və ya əhəmiyyətli uğur qazanması yolunda yox, yalnız öz maraqları naminə mübarizə aparır. Bunu da artıq özləri etiraf edirlər. Müsavat ətrafında uğur birliyinin yaradılması fikri isə tamamilə əsassızdır. Əslində 1998-ci ilin SİDSUH təcrübəsi göstərir ki, müxalifət kiminsə birinci və ya ikinci olmasını əsas tutmadığı, bərabər şəkilli birlik olduğu halda müəyyən uğur qazanır. Hesab edirəm ki, SİDSUH dövrü müxalifətin Əliyevlər dönəmində ən güclü variantı olub. Ondan sonrakı, istər 2000-ci, istərsə də 2003 və 2005-ci illər dönəmi isə göstərdi ki, Müsavatla birlikdə olanda uğur olur, amma həlledici məqamda Müsavat rəhbərliyi prinsipiallıq göstərə bilmir. Müsavatdakı sıravilərin fədakarlığına isə heç bir şübhəm yoxdur. Amma rəhbərlik ardıcıl, qətiyyətli və cəsarətli ola bilmir. Bu bir xarakterdir, onu dəyişmək artıq mümkün deyil. 2000-ci ildə Müsavata 15 partiya dəstək verirdi, 24 faizlik nəticə ilə parlament seçkilərində birinci yeri tutdu. Həlledici məqamda - beynəlxalq təşkilatların nümayəndələri Bakıda olan ərəfədə noyabrın 9-da Azad Qadın heykəlinin yanında icazəsiz mitinq keçirməyi qərara aldıq. Müsavat isə mandat gözlədiyindən tərəddüd etdi. Ona görə də onlar mitinqi noyabrın 18-nə keçirdi. Belə halda olduğu artıq, bütün ehtiraslar söndüyündən, sonrakı müqavimət bir effekt vermədi. 2003-cü ildə Müsavata mübarizəni davam etdirmək üçün qanun çərçivəsində hər cür dəstək verməyə hazır olduğumuzu bildirdim. Səhəri gün meydanda vəhşicəsinə döyülənlərdən biri də mən idim. Amma Müsavat başqanı ay yarım evindən çıxmadı. Heç olmasa Levon Ter-Petrosyandan nümunə götürərdi, o 2008-ci ildə fevralında uduzsa da, iki ildir ki, mübarizəni davam etdirir. Musəvi keçən ilin ortalarında uduzdurulub, amma mübarizəsi bu gün də davam edir. İsa Qəmbər isə təəssüf ki, bu nümunəni göstərə bilmədi. 2005-ci ildə Müsavat rəhbərliyi oturaq mitinqlərdən imtina etdi. Oturaq mitinqləri tez keçirsəydik, situasiya bəli olar, beynəlxalq ictimaiyyətə təsir üçün vaxt resursumuz olardı. Amma Müsavat başqanı buna getmədi. 2003-cü ildə onlar bu rejimin legitimliyinin tanınması üçün mübarizəni dayandırdılar, 2005-ci ildə isə saxta parlamentə getməklə onu legitimləşdiriblər. Hesab edirəm ki, Müsavat intriqalara baş vurduğu halda onun ətrafında heç bir birlik olmamalıdır".

   AXCP sədrinin müavini Fuad Qəhrəmanlı zənn edir ki, Müsavatda səslənən bu cür fikirlər daha çox birliyin baş tutmamasına xidmət edir: "Burada söhbət hər hansı siyasi qüvvə ətrafında birlik yaradılmasından deyil, onların bərabərhüquqlu birgə əməkdaşlıq modelindən gedir. Birlik Müsavat ətrafında yaradılmalıdır fikri isə o deməkdir ki, burada şərt qoyulur və hər hansı birlikdən daha çox, öz üstünlüklərini digərlərinə qəbul etdirmək mənası daşıyır. Ancaq kimin üstün olmasını seçki müəyyən edir. Bu günə qədər ölkədə keçirilən seçkilər, təəssüf ki, qeyri-demokratik olduğundan, siyasi qüvvələr arasında güc nisbətini müəyyənləşdirmək bir qədər çətindir. 1995 və 2000-ci illərin parlament seçkilərində AXCP parlamentdə təmsil olunmaq imkanı əldə etmişdi, Müsavat isə seçkidən kənarda qalmışdı. 2005-ci ildə isə alınan birgə səslər nəticəsində Müsavat parlamentdə təmsil olunmaq imkanı qazandı. AXCP, parlamentdə təmsil olunub-olunmamasından asılı olmayaraq, keçirilən kütləvi aksiyalarda əsas təşkilatçı kimi çıxış edərək böyük güc nümayiş etdirib. Bu cür fikirlərin səslənməsi qarşı tərəfdə bir qıcıq yaradıb, birliklə bağlı münaqişəli durum yaratmaqdan ibarətdir. Bu, birliyə xidmət edən sağlam mövqe də deyil. Siyasi qüvvələr bərabər şərtlər əsasında birliyi gerçəkləşdirməlidir. Bunun da optimal variantını "Azadlıq" bloku hesab edirik. Yaxşı olardı ki, Müsavat Partiyası "mən güclüyəm" davası aparmadan birliklə bağlı səmimi addımlar atsın".

   AMİP sədrinin müavini Əli Orucov da bildirdi ki, bu termini heç bir siyasi qüvvə qəbul edə bilməz: "Danışıqlar aparılırsa, yalnız müxalifətin ümumi birliyindən söhbət gedə bilər. Yoxsa hansısa bir partiya ətrafında birliyin yaradılması absurd məsələdir və baş tutan deyil. Əksinə, həmin fikir birliyə əngəl törədən amildir. Nəticələrə gəldikdə isə, AMİP 1998-ci ildə böyük təcrübəyə malik Heydər Əliyevi seçkilərdə faktiki udmuşdu, əlimizdə 2 mindən çox protokolun nəticəsi də vardı. Onların dedikləri isə sadəcə sözlərdir. Əsas hədəf kimi müxalifət birliyindən söhbət getməlidir, hər hansı partiya ətrafında isə birlikdən danışmaq zərərlidir".

   
Həsən İSLAMOV
Oxunub: 198 Geri gayıt
Digər xəbərlər
Rövşən Rzayev Dağlıq Qarabağa bir qrup deputat aparır
Fuad Muxtarov müxalifətdə agent söhbətlərindən qeyzləndi
"Bu söhbəti ortaya atanlar da agentdir"
Müsavatın Gənclər Təşkilatının sədri başqanlığa heç bir namizədi dəstəkləməyəcək
Tural Abbaslı: "Onlar biz yaşda olanda dövləti idarə edə bilirdilərsə..."
Tahir Kərimli prezidenti müdafiə edən partiyaların birliyinə qoşulmağa hazırdır
"YAP-da münasibətləri tənzimləməyə çalışırıq, ancaq..."
Saakaşvili Rusiyanı qıcıqlandıran daha bir bəyanat verdi
Saakaşvili müxalifəti dinlədiyini etiraf etdi
"Ancaq daxili işlər nazirinin qulaqları ilə yox..."
"Müsavat ətrafında birlik" fikri top atəşinə tutuldu
 
 SON XƏBƏRLƏR
2010-03-01 Göygöl rayonunda iki yol qəzası...
2010-03-01 İrana taxta aparan "KamAZ" Ələt-Astara yolunda "Jiquli"ilə toqquşdu
2010-03-01 Çilidə zəlzələ zamanı həbsxanadan 209 məhbus qaçıb
2010-03-01 Çilidə zəlzələ qurbanlarının sayı 300-ü keçib
2010-03-01 Qaradağda əsgər dolu maşın aşıb
2010-03-01 Hacıqabul Bələdiyyəsi yanıb
2010-03-01 İranda bir qrup vəhhabi həbs olundu
2010-03-01 Ərçivanda torpaq davasında araya girən qadına bıçaq vuruldu
2010-03-01 Hövsan südçülük savxozunda qadın özünü qardaşının tüfəngi ilə güllələdi
2010-03-01 İsmayıllı sakini Taleh Məmmədov dayısını güllələyib
2010-03-01 21 yaşlı göyçaylı oğlan sirkə içib intihara cəhd etdi
2010-03-01 Türkmənistan "Nabukko" kəməri üçün yenə şirinləşib
2010-03-01 Başbuğ-Ərdoğan görüşünün müəmması...
2010-03-01 Kəmaləddin Heydərov yunanıstanlı həmkarı ilə Afinada saziş imzaladı
2010-03-01 Semnebinin şansdan danışdığı vaxt atəşkəsin pozulması halları artır
2010-03-01 İlham Əliyev Xocalı ilə bağlı işin birinci mərhələsinin bitdiyini elan etdi
2010-03-01 Rusiya narkotikə görə Azərbaycan sərhədlərinə əlavə qüvvə yerləşdirə bilər
2010-03-01 Avropa-Azərbaycan Cəmiyyəti Londonda Xocalı ilə bağlı bir illik unikal internet aksiyasına başladı
2010-03-01 Vurğun Əyyub Müsavat başqanlığına iddiasını bəyan etdi
2010-03-01 ABŞ Konqresində Xocalı qətliamının ssenarisinin detalları sadalandı
2010-03-01 Qulu Məhərrəmli 1992-ci ildə Xocalıda çəkdiyi ilginc kadrlarla nə etdi?
2010-03-01 Rövşən Rzayev Dağlıq Qarabağa bir qrup deputat aparır
2010-03-01 Fuad Muxtarov müxalifətdə agent söhbətlərindən qeyzləndi
2010-03-01 Müsavatın Gənclər Təşkilatının sədri başqanlığa heç bir namizədi dəstəkləməyəcək
2010-03-01 Tahir Kərimli prezidenti müdafiə edən partiyaların birliyinə qoşulmağa hazırdır
2010-03-01 Banklarda problemli kredit borcu olan bəzi müştərilərə yeni münasibət başlayıb
2010-03-01 ABŞ-Koreya düşmənçiliyinə son qoyula bilər
2010-03-01 Yanukoviç prezidentliyə Milli Antikorrupsiya Komitəsi ilə başladı
2010-03-01 Səddam Hüseynin iyirmi min zabiti yenidən xidmətə qayıdır
2010-03-01 Viktor Yanukoviç Rusiya ilə gömrük ittifaqının əleyhinə çıxdı
2010-03-01 PKK düşərgələrindən qaçan 6 terrorçu təslim oldu
2010-03-01 Saakaşvili Rusiyanı qıcıqlandıran daha bir bəyanat verdi
2010-03-01 Saakaşvili müxalifəti dinlədiyini etiraf etdi
2010-03-01 "Müsavat ətrafında birlik" fikri top atəşinə tutuldu
2010-03-01 Ramil Qasımovun "Amil" marketində pornokaset satılırmış
2010-03-01 Sumqayıtdakı "Rəsulallah" mağazasında 125 qanunsuz kitab tapıldı
2010-03-01 Banklar bütün POS terminalların cəmi 9 faizini rayonlarda quraşdırıb
2010-03-01 Paytaxtda və kəndlərdə aptek açılması üçün eyni məbləğdə rüsum narazılıq doğurub
2010-03-01 Bakıda oğurluqla məşğul olan iki gürcü həbs edilib
2010-03-01 Salyanda 16 yaşlı yeniyetmə nahar yeməyindən sonra özünü asdı
2010-03-01 Pəhriz xəstələrini saxta "pəhriz" və "çovdar" çörəkləri ilə öldürənlər...
2010-03-01 Dirrik və dirilik vəhdət dədir
2010-03-01 Messinin bir qolu "Barselona"nı liderliyə yüksəltdi
2010-03-01 "Çelsi" son dörd oyunda üçüncü dəfə məğlub oldu
2010-03-01 Premyer Liqanın formatı dəyişdirilə bilər
2010-03-01 Azərbaycan üçün Qış Olimpiya Oyunları bitdi
2010-03-01 Sabiq futbolçusu "Bakı"dan transfer vərəqini ala bilmir
2010-03-01 Mahir Şükürov "Anji"dən ayrıldı
2010-03-01 Mariya Stadnikin oğurlanan bürünc medalının qiyməti açıqlandı
2010-03-01 "Neftçi"nin yeni baş məşqçisi Böyükağa Hacıyev ola bilər
2010-03-01 "Portsmut" müflis oldu
2010-03-01 Kürdəmirdə İkram adlı şəxs qeyri-qanuni yaşadığı qadını boğaraq öldürüb
2010-03-01 Sumqayıtda dəniz kənarından silah-sursat tapılıb
2010-03-01 Beyləqanlı Şəfiqə Zabratda əxlaqsızlıq yuvası düzəldib
2010-03-01 Bakıda süni gözəlləşdirici harmonal dərmanlara aludəçilik artır
2010-03-01 Astaranın Şahağacı kəndində meyit tapıldı
2010-03-01 Ekspertlər turizm sektorunun gələcəyindən narahatdır
2010-03-01 Lənkəran Teatrı "Şeytanın oyunları" ilə gəlir
2010-03-01 Məhkəmə bu gün Tarkan barədə qərar verəcək
2010-03-01 İncəsənət Universitetinin müəlliməsi Türkdilli dövlətlərin kino festivalından qayıdıb
2010-02-26 Keşlədəki binada yanğın zamanı Nurullayevlər xəsarət aldı
2010-02-26 Məşhur alim İhsan Doğramaçı 95 yaşında vəfat edib
2010-02-26 İsmayıllının Soltankənd məktəbi yandı
2010-02-26 Sulutəpədə 27 yaşlı Əfsanə Əkbərova dəm qazından boğulub ölüb
2010-02-26 İran səfiri Təbrizdəki konsulluğun qarşısında Azərbaycan bayrağının yandırılması xəbərini təkzib etdi
2010-02-26 Səfər Əbiyev Fransa səfirinə üç tutarlı kəlmə dedi
2010-02-26 Neftçalanın Astanlı kəndində "Azərenerji"nin yerli rəisinin üstünə tüfəng çəkdilər
2010-02-26 NZS-də ev sahibi oğrunu yaxalayıb polisə verdi
2010-02-26 "Ağdaş" MMC-nin Belarusun Qomel şəhərindəki "Ruslan" kafesi yandırıldı
2010-02-26 8 marta görə əlavə istirahət günləri verilməyəcək
 
 
 
Copyright (c) Bakı Xəbər 2009