.jpg)
Sumqayıtda qadağan olunmuş dini ədəbiyyatın satışı ilə məşğul olan mağaza sahibi polis tərəfindən saxlanıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər sakini Asif İsmayılova məxsus "Rəsulallah" mağazasında axtarış aparılıb. Axtarış zamanı oradan 125 ədəd yayılması qadağan olunmuş dini ədəbiyyat aşkar edilərək götürülüb.
Mağaza sahibi A.İsmayılov isə polis tərəfindən saxlanıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib.