.jpg)
"Barselona" futbol klubu "Malaqa" üzərində qələbə qazanmaqla İspaniya çempionatında liderliyini bərpa edib. 24-cü turun qarşılaşması "Barselona"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komanda ilk qolu oyunun 68-ci dəqiqəsində vurub. Pedro Rorices fərqlənib. 81-ci dəqiqədə isə qonaqlar Valmiro Valyadonun qolu ilə hesabı bərabərləşdiriblər. Lakin Lionel Messinin 84-cü dəqiqədə vurduğu qol "Barselona"nı xal itkisindən xilas edib. Bu qələbədən sonra 61 xal toplayan "Barselona" "Real"ı iki xal üstələyib və yenidən liderliyə yüksəlib. Üçüncü pillədəki "Valensiya"nın 46 xalı var.