.jpg)
Azərbaycan üçün Vankuver Qış Olimpiya Oyunları başa çatıb.
Milli.Az-ın verdiyi xəbərə görə, yarışda ölkəmizi təmsil edən idmançılar çıxışı başa vurublar. Ölkəmizi təmsil edən dağ xizəkçisi Sedrik Nots slalom növündə yarışan qüvvəsini sınayıb. Nots yürüşün əvvəlində müvazinətini itirərək, çıxışını dayandırıb və finişə çata bilməyib.
Qeyd edək ki, bundan öncə qadın dağ xizəkçimiz Qaya Bassani-Antivari də slalom yürüşündə eyni səbəbdən, ikinci mərhələyə yüksələ bilməyib. Antivari olimpiadanı 57-ci, Nots isə 72-ci yerdə başa vurub.