.jpg)
Vaqif Sadıqovun istefasından sonra "Neftçi"nin baş məşqçi postuna bir neçə əcnəbi namizəd göstərilsə də, komandaya müvəqqəti rəhbər təyin olundu.
Məlumat üçün diqqətinizə çatdıraq ki, komanda mövsümün sonuna qədər Arif Əsədova tapşırıldı və çempionat başa çatandan sonra "Neftçi"nin yeni baş məşqçisi təyin ediləcək. Yayılan məlumatlara görə, "Neftçi"nin yeni baş məşqçisi Böyükağa Hacıyev ola bilər. Fanat.az-a daxil olan məlumata görə, klub rəhbərliyinə yaxın olan mütəxəssis hazırda bu posta real namizədlərdən biridir. Lakin hazırda "Standard"la müqaviləsi olan Hacıyevin "Neftçi"yə keçidi mümkün deyil. Bu səbəbdən klub rəhbərliyi yayı gözləmək qərarına gəlib. Çünki Böyükağa bəyin Sumqayıt klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Maraqlıdır ki, "Neftçi"nin baş məşqçi postuna namizəd olduğu deyilən digər iki mütəxəssis - Naci Şensoy və Bülent Uyğunun da yaya qədər müqaviləsi var.