01 Mart 2010-cı il, N 300(1198)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3669)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2440)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2259)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1362)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
"Portsmut" müflis oldu
Premyer Liqa klubu milyonlarla borca görə dağıla bilər
İngiltərənin "Portsmut" futbol klubu Premyer Liqa tarixində ilk dəfə "bankrot" olduğunu bəyan edib. Lent.az-ın "CNN"ə istinadən verdiyi məlumata görə, "Portsmut" borclarını ödəmək qabiliyyətində olmadığını rəsmən açıqlayıb.
   Klubun Britaniyanın vergi xidmətinə 12 milyon funt, digər kreditorlara isə 70 milyon funtdan çox borcu var. İndi rəhbərlik kreditorlara borcları ödəməyə qadir olan yeni imkanlı təşkilat tapmalarından ötrü klubu daxili inzibatçılara verib. Bu cəhdlər uğurla nəticələnməsə, müvəqqəti administrasiya komandanı dağıdacaq. "Portsmut"un əmlakı isə borcları ödəmək məqsədilə satılacaq.
   Azarkeşlərindən "Pompey" ləqəbi alan "Portsmut" klubu 1898-ci ildən mövcuddur. Son 7 mövsümdə bu klub Premyer Liqada çıxış edir. Lakin hazırda turnir cədvəlinin sonuncu pilləsindədir. Komandanın baş məşqçisi İsrail yığmasının və "Çelsi" klubunun sabiq çalışdırıcısı Avram Qrantdır. Reqlamentə əsasən, "bankrot" elan olunacağı halda, "Portsmut" 9 xaldan məhrum olacaq. Bu isə komandanın gələn mövsüm faktiki aşağı liqaya enəcəyi deməkdir.
"Neftçi"nin yeni baş məşqçisi Böyükağa Hacıyev ola bilər
Vaqif Sadıqovun istefasından sonra "Neftçi"nin baş məşqçi postuna bir neçə əcnəbi namizəd göstərilsə də, komandaya müvəqqəti rəhbər təyin olundu.
   Məlumat üçün diqqətinizə çatdıraq ki, komanda mövsümün sonuna qədər Arif Əsədova tapşırıldı və çempionat başa çatandan sonra "Neftçi"nin yeni baş məşqçisi təyin ediləcək. Yayılan məlumatlara görə, "Neftçi"nin yeni baş məşqçisi Böyükağa Hacıyev ola bilər. Fanat.az-a daxil olan məlumata görə, klub rəhbərliyinə yaxın olan mütəxəssis hazırda bu posta real namizədlərdən biridir. Lakin hazırda "Standard"la müqaviləsi olan Hacıyevin "Neftçi"yə keçidi mümkün deyil. Bu səbəbdən klub rəhbərliyi yayı gözləmək qərarına gəlib. Çünki Böyükağa bəyin Sumqayıt klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Maraqlıdır ki, "Neftçi"nin baş məşqçi postuna namizəd olduğu deyilən digər iki mütəxəssis - Naci Şensoy və Bülent Uyğunun da yaya qədər müqaviləsi var.
Mariya Stadnikin oğurlanan bürünc medalının qiyməti açıqlandı
Azərbaycan güləşçisinin evindən ümumilikdə 57200 dollar dəyərində oğurluq edilib
Azərbaycanın qadın güləşi üzrə dünya və ikiqat Avropa çempionu Mariya Stadnikin Ukraynanın Lvov şəhərindəki mənzilindən oğurlanan 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc medalının satış qiyməti müəyyənləşib.
   Lent.az-ın "kp.ua"ya istinadən verdiyi məlumata görə, Ukraynanın "qara bazarı"nda bir olimpiya medalının qiyməti ən azı 3 min dollardır. Ən yüksək satış məbləği kimi isə 10 min dollar göstərilir. Olimpiya medalının məbləği idman növündən və onun əyarından asılıdır. 48 kq çəki dərəcəsindəki təmsilçimiz olimpiadada qızıl və ya gümüş yox, bürünc medal qazandığından, oğrular onun medalının 10 min dollardan aşağı məbləğə sata bilərlər. Qeyd edək ki, Mariya Stadnikin əri Ukraynanın sərbəst güləş üzrə yığma komandasının 66 kq çəki dərəcəsindəki lideri, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Andrey Stadnikdir. Andrey Stadnik Lvovun Sixov rayon milis şöbəsinə qarət olunması barədə şikayət edib. Ukraynanın əməkdar idman ustası mənzilindən ümumilikdə 57200 ABŞ dolları dəyərində oğurluğun edildiyini yazıb. O bildirib ki, oğrular qapının qıfılını qıraraq, 4700 dollarlıq zinət əşyaları, 25000 dollar dəyərində 8 kişi qol saatı, 5000 dollarlıq məişət texnikası, 2 olimpiya medalı, alkoqol içkiləri, qadın və kişi ətirləri, "Fort-12 CM" tipli rezin güllələr üçün qurğu aparıblar. Hazırda milis cinayətkarları axtarır. Oğurlanan olimpiya medallarından biri Andrey Stadnikə, digəri isə Mariya Stadnikə məxsusdur.
Mahir Şükürov "Anji"dən ayrıldı
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov "Anji" klubundan ayrılıb. Apasport.az saytının xəbərinə görə, müdafiəçi milli komandanın düşərgəsinə qatılmaq üçün Lüksemburqa yollanıb.
   Qeyd edək ki, yığma komandamız martın 3-də yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə 23:00-da) Lüksemburqla yoldaşlıq görüşü keçirəcək.
   
Sabiq futbolçusu "Bakı"dan transfer vərəqini ala bilmir
"Bakı" klubunun sabiq futbolçusu Aleksandr Tomaş FİFA-ya şikayət edib. "Sportline.bg"nin verdiyi məlumata görə, hazırda Bolqarıstanın "Slaviya" komandasının üzvü sayılan müdafiəçi ikiqat Azərbaycan çempionunu özünə məxsus transfer vərəqini verməməkdə günahlandırıb. Tomaş "Bakı"dan transfer vərəqini ala bilmədiyi üçün hələ yeni klubunda debüt edə bilməyib. O, ən yaxşı yalnız ikinci dövrədə oynaya biləcək.
   Qeyd edək ki, "Bakı" rəhbərliyi Aleksandr Tomaşla müqaviləni 2009-cu ilin sonlarında baş məşqçi Bülənt Korkmazın istəyilə qarşılıqlı anlaşma yolu ilə pozub.
Azərbaycan üçün Qış Olimpiya Oyunları bitdi
Azərbaycan üçün Vankuver Qış Olimpiya Oyunları başa çatıb.
   Milli.Az-ın verdiyi xəbərə görə, yarışda ölkəmizi təmsil edən idmançılar çıxışı başa vurublar. Ölkəmizi təmsil edən dağ xizəkçisi Sedrik Nots slalom növündə yarışan qüvvəsini sınayıb. Nots yürüşün əvvəlində müvazinətini itirərək, çıxışını dayandırıb və finişə çata bilməyib.
   Qeyd edək ki, bundan öncə qadın dağ xizəkçimiz Qaya Bassani-Antivari də slalom yürüşündə eyni səbəbdən, ikinci mərhələyə yüksələ bilməyib. Antivari olimpiadanı 57-ci, Nots isə 72-ci yerdə başa vurub.
   
Premyer Liqanın formatı dəyişdirilə bilər
2010-2011-ci il mövsümündən futbol üzrə Unibank Premyer Liqasının formatı dəyişdirilə bilər. Lent.az-ın məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev idman jurnalistləri ilə görüşündə bildirib.
   Musayev konkret qərarın cari mövsüm yekunlaşdıqdan sonra qəbul olunacağını vurğulayıb: "Açığı, bu haqda AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədovla birgə söhbətimiz olub. Əvvəlcə istəyirdik ki, martın 5-də keçiriləcək AFFA Konfransında və İcraiyyə Komitəsinin iclasında bu məsələni müzakirə edək. Lakin sonradan qərara aldıq ki, hazırkı sistemin özünü doğruldub-doğrultmadığını müəyyənləşdirmək üçün cari mövsümün sonunadək gözləyək. Çempionat yekunlaşdıqdan sonra AFFA-nın növbədənkənar iclasını çağırıb, növbəti mövsümün formatı ilə bağlı qərar verəcəyik". Qeyd edək ki, görüşdə idman jurnalistlərinin hamısı hazırkı "6-lıq" sisteminin özünü doğrultmadığını PFL prezidentinin diqqətinə çatdırıblar.
   
"Çelsi" son dörd oyunda üçüncü dəfə məğlub oldu
"Zadəganlar"ın 2 oyunçusu meydandan qovuldu, qapısında isə 4 top gördü
İngiltərə çempionatının lideri, Londonun "Çelsi" klubu ölkə çempionatının 28-ci turunda "Mançester Siti"yə məğlub olub. "Stemford Bric"dəki qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
   Oyunda hesabı 42-ci dəqiqədə Frenk Lempard açıb. Amma heç üç dəqiqə keçməmiş "Mançester Siti" hesabı bərabərləşdirib. Birinci hissənin sonuncu dəqiqəsində Karlos Teves təkbaşına "Çelsi"nin müdafiə xəttinin öhdəsindən gəlib və topu istehzalı şəkildə qapıçı İlariunun yanından qapının uzaq güncünə göndərib.
   51-ci dəqiqədə isə "Mançester Siti" hesabda irəli çıxıb. Əks-hücumu Kreyq Bellami qola çevirib. 76-cı dəqiqədə Culiano Belletti öz cərimə meydançasının yaxınlığında uğursuz oynayıb və topu oğurlayan Qaret Barrinin qarşısını yalnız qayda pozuntusu ilə ala bilib. Hakim Mayk Din qayda pozuntusunu sonuncu ümid kimi istifadə edən Bellettini meydançadan qovub. Teves isə 11 metrlik cərimə zərbəsi sayəsində həm dubl edib, həm də komandasının üstünlüyünü iki topa çatdırıb. Tezliklə "Çelsi" meydançada 9 nəfərlə qalıb. Mixal Ballak Tevesə arxadan müdaxilə edib və hakim ona qırmızı kart göstərərək, Belletinin arxasınca göndərib. Oyunun 87-ci dəqiqəsində "Mançester Siti" daha bir qol vurub. Bu dəfə də Kreyq Bellami fərqlənib.
   Qalan dəqiqələr ərzində Karlo Ançelottinin yetirmələri yalnız hesab arasındakı fərqi azalda biliblər. Lakin Frenk Lempardın penaltidən vurduğu qol oyunun ümumi mənzərəsini dəyişməyib. Bu, Çempionlar Liqasında "İnter"lə qarşılaşma da daxil olmaqla "Çelsi"nin son dörd oyundakı üçüncü məğlubiyyətidir. Buna baxmayaraq, komanda 61 xalla turnir cədvəlinə liderliyi davam etdirir.
   
Messinin bir qolu "Barselona"nı liderliyə yüksəltdi
"Barselona" futbol klubu "Malaqa" üzərində qələbə qazanmaqla İspaniya çempionatında liderliyini bərpa edib. 24-cü turun qarşılaşması "Barselona"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komanda ilk qolu oyunun 68-ci dəqiqəsində vurub. Pedro Rorices fərqlənib. 81-ci dəqiqədə isə qonaqlar Valmiro Valyadonun qolu ilə hesabı bərabərləşdiriblər. Lakin Lionel Messinin 84-cü dəqiqədə vurduğu qol "Barselona"nı xal itkisindən xilas edib. Bu qələbədən sonra 61 xal toplayan "Barselona" "Real"ı iki xal üstələyib və yenidən liderliyə yüksəlib. Üçüncü pillədəki "Valensiya"nın 46 xalı var.
 
 
 SON XƏBƏRLƏR
2010-03-01 Göygöl rayonunda iki yol qəzası...
2010-03-01 İrana taxta aparan "KamAZ" Ələt-Astara yolunda "Jiquli"ilə toqquşdu
2010-03-01 Çilidə zəlzələ zamanı həbsxanadan 209 məhbus qaçıb
2010-03-01 Çilidə zəlzələ qurbanlarının sayı 300-ü keçib
2010-03-01 Qaradağda əsgər dolu maşın aşıb
2010-03-01 Hacıqabul Bələdiyyəsi yanıb
2010-03-01 İranda bir qrup vəhhabi həbs olundu
2010-03-01 Ərçivanda torpaq davasında araya girən qadına bıçaq vuruldu
2010-03-01 Hövsan südçülük savxozunda qadın özünü qardaşının tüfəngi ilə güllələdi
2010-03-01 İsmayıllı sakini Taleh Məmmədov dayısını güllələyib
2010-03-01 21 yaşlı göyçaylı oğlan sirkə içib intihara cəhd etdi
2010-03-01 Türkmənistan "Nabukko" kəməri üçün yenə şirinləşib
2010-03-01 Başbuğ-Ərdoğan görüşünün müəmması...
2010-03-01 Kəmaləddin Heydərov yunanıstanlı həmkarı ilə Afinada saziş imzaladı
2010-03-01 Semnebinin şansdan danışdığı vaxt atəşkəsin pozulması halları artır
2010-03-01 İlham Əliyev Xocalı ilə bağlı işin birinci mərhələsinin bitdiyini elan etdi
2010-03-01 Rusiya narkotikə görə Azərbaycan sərhədlərinə əlavə qüvvə yerləşdirə bilər
2010-03-01 Avropa-Azərbaycan Cəmiyyəti Londonda Xocalı ilə bağlı bir illik unikal internet aksiyasına başladı
2010-03-01 Vurğun Əyyub Müsavat başqanlığına iddiasını bəyan etdi
2010-03-01 ABŞ Konqresində Xocalı qətliamının ssenarisinin detalları sadalandı
2010-03-01 Qulu Məhərrəmli 1992-ci ildə Xocalıda çəkdiyi ilginc kadrlarla nə etdi?
2010-03-01 Rövşən Rzayev Dağlıq Qarabağa bir qrup deputat aparır
2010-03-01 Fuad Muxtarov müxalifətdə agent söhbətlərindən qeyzləndi
2010-03-01 Müsavatın Gənclər Təşkilatının sədri başqanlığa heç bir namizədi dəstəkləməyəcək
2010-03-01 Tahir Kərimli prezidenti müdafiə edən partiyaların birliyinə qoşulmağa hazırdır
2010-03-01 Banklarda problemli kredit borcu olan bəzi müştərilərə yeni münasibət başlayıb
2010-03-01 ABŞ-Koreya düşmənçiliyinə son qoyula bilər
2010-03-01 Yanukoviç prezidentliyə Milli Antikorrupsiya Komitəsi ilə başladı
2010-03-01 Səddam Hüseynin iyirmi min zabiti yenidən xidmətə qayıdır
2010-03-01 Viktor Yanukoviç Rusiya ilə gömrük ittifaqının əleyhinə çıxdı
2010-03-01 PKK düşərgələrindən qaçan 6 terrorçu təslim oldu
2010-03-01 Saakaşvili Rusiyanı qıcıqlandıran daha bir bəyanat verdi
2010-03-01 Saakaşvili müxalifəti dinlədiyini etiraf etdi
2010-03-01 "Müsavat ətrafında birlik" fikri top atəşinə tutuldu
2010-03-01 Ramil Qasımovun "Amil" marketində pornokaset satılırmış
2010-03-01 Sumqayıtdakı "Rəsulallah" mağazasında 125 qanunsuz kitab tapıldı
2010-03-01 Banklar bütün POS terminalların cəmi 9 faizini rayonlarda quraşdırıb
2010-03-01 Paytaxtda və kəndlərdə aptek açılması üçün eyni məbləğdə rüsum narazılıq doğurub
2010-03-01 Bakıda oğurluqla məşğul olan iki gürcü həbs edilib
2010-03-01 Salyanda 16 yaşlı yeniyetmə nahar yeməyindən sonra özünü asdı
2010-03-01 Pəhriz xəstələrini saxta "pəhriz" və "çovdar" çörəkləri ilə öldürənlər...
2010-03-01 Dirrik və dirilik vəhdət dədir
2010-03-01 Messinin bir qolu "Barselona"nı liderliyə yüksəltdi
2010-03-01 "Çelsi" son dörd oyunda üçüncü dəfə məğlub oldu
2010-03-01 Premyer Liqanın formatı dəyişdirilə bilər
2010-03-01 Azərbaycan üçün Qış Olimpiya Oyunları bitdi
2010-03-01 Sabiq futbolçusu "Bakı"dan transfer vərəqini ala bilmir
2010-03-01 Mahir Şükürov "Anji"dən ayrıldı
2010-03-01 Mariya Stadnikin oğurlanan bürünc medalının qiyməti açıqlandı
2010-03-01 "Neftçi"nin yeni baş məşqçisi Böyükağa Hacıyev ola bilər
2010-03-01 "Portsmut" müflis oldu
2010-03-01 Kürdəmirdə İkram adlı şəxs qeyri-qanuni yaşadığı qadını boğaraq öldürüb
2010-03-01 Sumqayıtda dəniz kənarından silah-sursat tapılıb
2010-03-01 Beyləqanlı Şəfiqə Zabratda əxlaqsızlıq yuvası düzəldib
2010-03-01 Bakıda süni gözəlləşdirici harmonal dərmanlara aludəçilik artır
2010-03-01 Astaranın Şahağacı kəndində meyit tapıldı
2010-03-01 Ekspertlər turizm sektorunun gələcəyindən narahatdır
2010-03-01 Lənkəran Teatrı "Şeytanın oyunları" ilə gəlir
2010-03-01 Məhkəmə bu gün Tarkan barədə qərar verəcək
2010-03-01 İncəsənət Universitetinin müəlliməsi Türkdilli dövlətlərin kino festivalından qayıdıb
2010-02-26 Keşlədəki binada yanğın zamanı Nurullayevlər xəsarət aldı
2010-02-26 Məşhur alim İhsan Doğramaçı 95 yaşında vəfat edib
2010-02-26 İsmayıllının Soltankənd məktəbi yandı
2010-02-26 Sulutəpədə 27 yaşlı Əfsanə Əkbərova dəm qazından boğulub ölüb
2010-02-26 İran səfiri Təbrizdəki konsulluğun qarşısında Azərbaycan bayrağının yandırılması xəbərini təkzib etdi
2010-02-26 Səfər Əbiyev Fransa səfirinə üç tutarlı kəlmə dedi
2010-02-26 Neftçalanın Astanlı kəndində "Azərenerji"nin yerli rəisinin üstünə tüfəng çəkdilər
2010-02-26 NZS-də ev sahibi oğrunu yaxalayıb polisə verdi
2010-02-26 "Ağdaş" MMC-nin Belarusun Qomel şəhərindəki "Ruslan" kafesi yandırıldı
2010-02-26 8 marta görə əlavə istirahət günləri verilməyəcək
 
 
 
Copyright (c) Bakı Xəbər 2009