01 Mart 2010-cı il, N 300(1198)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3657)
"Mən baldırlarımı açıb göstərmirəm" (3555)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2490)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2438)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2258)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1755)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1360)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1343)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Çörəyin qiyməti düşə bilər
Dünyada başlanmış prosesin Azərbaycanda yerində saymasının səbəbləri düşündürücüdür
Bilindiyi kimi, son bir neçə ayda ölkə gündəmində dəfələrlə qaldırılan məsələlərdən biri də çörəyin qiymətinin aşağı salınması olub. Bu təklif həm də onunla əsaslandırılıb ki, dünya bazarında taxılın qiyməti ucuzlaşıb. Lakin həm dünya bazarlarında taxılın ucuzlaşmasına, həm də ölkə daxilində bu məhsulun istehsalının artmasına baxmayaraq, indiyə qədər çörəyin qiyməti hələ də aşağı salınmayıb.
   Bu arada isə məlum olub ki, yaxın 12-18 ayda dünya bazarlarında buğda təklifi artacaq və bununla da qiymətin aşağı düşməsi davam edəcək. BMT-nin Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertləri qeyd edir ki, ümumilikdə yeni məhsulun yığılması da nəzərə alınmaqla, buğdanın dünya üzrə ehtiyatlarının gələcəkdə artımı müşahidə ediləcək. Artıq Hindistan, Çin, AB və Cənubi Amerika ölkələrində istehsal edilən məhsulların yaxın vaxtlarda bazara daxil olması gözlənir. 2010-cu ilin iyun ayının yekunları üzrə buğda ehtiyatı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 28% artaraq 183,5 milyon tona çata bilər.
   Qeyd edək ki, yaxın bir neçə ildə dünyanın əsas ticarət məkanı olan Çikaqonun SWOT birjasında buğdanın bir buşelinin qiyməti 4,8 dollardan 4-4,25 dollara düşə bilər FAO ekspertlərinin hesablamalarına görə, cari il yanvar ayının yekunlarına əsasən, buğdanın qiymət indeksi hər ton üçün 2009-cu ildəki 174 dollardan 170 dollara düşüb. Xatırladaq ki, 2008-ci ildə buğdanın bir tonunun orta qiyməti bundan, növündən asılı olaraq, 2-3 dəfə baha olub. Lakin ötən dövr ərzində qiymət əhəmiyyətli dərəcədə ucuzlaşıb və indi də ucuzlaşmaqda davam edir. Məhz bu da, ekspertlərə görə, Azərbaycanda yenidən çörəyin qiymətinin aşağı salınması məsələsini gündəmə qaytaracaq əsas faktor olacaq.
   Xatırladaq ki, ötən ilin son rübündə bu məsələ kənd təsərrüfatı naziri İsmət Abbasov tərəfindən gündəmə gətirilib. Həmin vaxt nazir qeyd edib ki, çörəyin ucuzlaşması məsələsi gündəmdədir və çörəkbişirmə sənayesində çalışan sahibkarlar qiymətlərə yenidən baxmalıdır. Belə mövqedən çıxış edən nazir dediklərini əsaslandırmaq üçün kifayət qədər tutarlı arqumentlər də səsləndirib: "Dünya bazarında və Azərbaycanda istehsal olunan buğdanın qiyməti təxminən 2 dəfə ucuzlaşıb. Belə olan halda çörəyin də qiymətinin ucuzlaşması üçün ciddi əsaslar var".
   Lakin ötən il bu istiqamətdə edilən təşəbbüslər hər hansı ciddi nəticə vermədi. Onu da xatırladaq ki, Azərbaycanın ərzaq buğdasına tələbatı 1 milyon 600 min tondur. Ötən il isə 2 milyon 130 min tondan çox ərzaq buğdası istehsal olunub. İndi ölkənin xeyli buğda ehtiyatı var və yuxarıda qeyd olunduğu kimi, dünya bazarlarında taxıl get-gedə ucuzlaşmaqdadır. Məhz bütün bunlara əsasən ekspertlər çörəyin qiymətinin aşağı salınmasını zəruri hesab edir.
   Araşdırmalar göstərir ki, indi Azərbaycana gətirilən taxılın da qiymətində ucuzlaşma müşahidə olunur. Bu şəraitdə çörəyin qiymətinin aşağı düşməməsini isə əksər çörəkbişirmə sexlərində çörəyin maya dəyərinin artması ilə izah edirlər. Bildirirlər ki, taxıl ucuzlaşsa da, unun topdansatış qiyməti bahalaşan xətt üzrə inkişaf edib. Ekspertlər qeyd edir ki, əslində burada da kifayət qədər paradoks var. Çünki həm idxal olunan, həm də yerli buğda xeyli aşağı qiymətə alınırsa və ucuzlaşırsa, deməli, unun və beləliklə də çörəyin qiyməti müvafiq olaraq enməlidir. Lakin son dövrlərdə ölkəmizdə unun yalnız bahalaşması müşahidə olunub. Digər məlumatlara görə, bir müddət əvvəl çörək istehsalı ilə məşğul olan zavodlar qiymət endiriminə getməyə hazır olsalar da, analoji işlə məşğul olan digər hüquqi və fiziki şəxslər bunun qəti əleyhinə çıxıb.
   
   Ekspertlər isə qeyd edir ki, istənilən halda, məsələyə dövlət səviyyəsində müdaxilə olunmasına ehtiyac yaranıb. İlk növbədə ona görə ki, normal iqtisadi prosesdə taxıl bazarında qiymətlər ucuzlaşırsa, bu, çörək sənayesinə də təsir etməlidir.
   Belə mövqedən çıxış edən iqtisadçılar qiymətlərin xronikasına xüsusi diqqət yetirir. Qeyd olunur ki, hələ 2008-ci ilin birinci yarısının sonlarına yaxın dünya bazarında taxılın qiyməti maksimum həddə - 1 tonu 350-400 ABŞ dollarına çatmışdı. Lakin qlobal iqtisadi böhrandan sonra indi dünya bazarında, növündən asılı olaraq, taxılın son qiymətləri orta hesabla 60-170 dollar arasındadır. Yəni qiymətdə əhəmiyyətli enmə baş verib və bu proses təbii olaraq Azərbaycana da təsirsiz ötüşməməlidir.
   Hələlik isə faktdır ki, yuxarıda göstərilənlər fonunda unun bahalaşması və çörəyin qiymətinin ucuzlaşmaması daha çox süni xarakter daşıyır. Onu da bildirək ki, hökumət hələ də yerlərdə taxıl istehsalı ilə məşğul olan fermerlərə müxtəlif subsidiyalar verir.
   Bu isə elə fermerlər üçün də taxılın istehsalının ucuz başa gəlməsinə şərait yaradır. İndi isə əsas məsələ yaradılan taxıl bolluğundan sadə əhalinin faydalanmasını təmin etməkdir və bunun əsas yolu da unun, çörəyin qiymətinin aşağı salınmasından keçir. Çörəyin hökumət tərəfindən qiymətinin də tənzimlənən mallar siyahısına salınması məsələsi müxtəlif vaxtlarda gündəmə gətirilib və bu, bu gün də aktualdır.
   
Tahir TAĞIYEV
Banklarda problemli kredit borcu olan bəzi müştərilərə yeni münasibət başlayıb
"Onsuz da ondan yaxşısını tapmayacaq"
Xammal-Əmtəə Birjasının baş direktoru: "...gözlədikləri gəliri əldə edə bilmirlər"
Qlobal maliyyə böhranının başlanmasından sonra problemli kreditlərin həcminin durmadan artmasının yaratdığı fəsadlardan biri də banklar və müştərilər arasında ziddiyyətlərin çoxalmasıdır. Söhbət, konkret olaraq, götürdüyü krediti qaytara bilməyən müştərilərə banklar tərəfindən göstərilən müxtəlif təsirlərdən, eyni zamanda bankların kredit şərtlərini xeyli sərtləşdirməsindən gedir.
   Lakin aparılan araşdırmalar göstərir ki, belə vəziyyət indi bankların özünə də xeyir etmir. Çünki hər iki halda bankların müştəriləri sürətlə azalır ki, bu da nəticə etibarilə bankların qazancına təsirsiz ötüşmür. Elə bu səbəbdən son dövrlər bəzi banklar problemli krediti olan, lakin potensial sayılan müştərilərə daha loyal yanaşmağa üstünlük verməyə başlayıb.
   Bunun digər səbəbləri haqda danışmazdan əvvəl bildirək ki, son illər Azərbaycanda formalaşan praktikaya görə, məbləği 5 mindən artıq olan kreditlər üçün girov qoyulmalıdır. Bank eksperti Elnur Ağayev bildirir ki, 5 min manata qədər lombard kreditləri, qızıl və zinət əşyaları, eyni zamanda hər hansı hüquqi şəxslərin qiymətli kağızları, avtokreditlərdə avtomobillər, 10 mindən artıq kreditlərdə isə daşınmaz əmlakın girov qoyulması şərtdir.
   Kredit normal qaytarılırsa, girovu yada salan olmur, müddət başa çatan kimi əmlak girovluqdan çıxır və narahatlıq başa çatır. Amma bu, necə deyərlər, müsbət ssenaridir. Reallıqda isə dünyadakı böhran və satışların azalması sahibkarların işini çətinləşdirib və ölkədə iş adamlarının kredit qaytarmasında çətinliklər hələ ötən ilin əvvəlindən başlayıb.
   Respublika Xammal-Əmtəə Birjasının baş direktoru Telman Allahverdiyev İctimai Televiziyaya açıqlamasında bildirir ki, kreditlərin qaytarılmasında zaman-zaman problemlər yaranır: "Böhranla bağlı malların dəyərinin və istehsalın dəyərinin aşağı düşməsi, alıcılığın aşağı düşməsi səbəbindən problemlər yarandı ki, həmin kreditləri qaytara bilmədilər. İş adamları gözlədiyi gəliri əldə edə bilmir, ona görə də kreditlərin qaytarılmasında müəyyən problemlər yaranır".
   Amma qeyd olunduğu kimi, indi bankların bir hissəsi girovu ələ keçirməyə tələsmir. Əvvəla, indi əmlakın özünü pula çevirmək o qədər də asan deyil, banka isə kredit yalnız pul şəklində qayıtmalıdır. İkincisi, bankirlər etiraf edir ki, müştərinin günahı yoxdursa, yəni, məsələn, o məsuliyyətlidir, amma problem böhrana görə yaranıbsa, bank belə müştərini itirmək istəmir. Onsuz da ondan yaxşısını tapmayacaq. Ona görə də, krediti qaytara bilməyənlərə güzəştlər edilir. Kreditin müddəti uzadılır, işlərini qaydaya salmaq üçün onlara vaxt verilir.
   Bəzən hətta məhkəmədə barışıq sazişi imzalanır. Məsələn, məlumatlara görə, banklardan biri girov kimi öz sərəncamına keçirdiyi evi il yarımdan sonra yenidən həmin müştəriyə qaytarıb, təbii ki, kredit tam bağlanmaq şərtilə. Amma bu baş verməsə, iş hərracadək uzanır. Bəziləri əmlakın doğrudan da əldən çıxacağını görüb, bu mərhələdə krediti qaytarmağa başlayır.
   Yeri gəlmişkən, banka girov qoyulan əmlakın satılması nə qədər xoşagəlməz olsa da, faciə deyil. Xüsusilə də onu sahibkarın özü sata bilirsə. Bank müştərisi, krediti qaytara bilmədiyinə görə, banka çatası əmlakı özü də sata bilər - bir şərtlə ki, krediti tam qaytarsın. Qanuna görə, bu məsələdə seçim hüququ bankların əlində olsa da, ölkə banklarının əksəriyyəti pullarını geri almaq xatirinə müştərinin öz əmlakını satmasına mane olmur.
   Banklarda o da bildirilir ki, hazırda problemlər ən çox biznes kreditlərində, yəni 10 min manatdan yuxarı olan məbləğlərdə yaşanır. Kreditin qayıtmayacağından şübhələnən bank müştəriyə müxtəlif vasitələrlə təsir etməyə başlayır.
   Ona bildiriş göndərilir və banka dəvət olunur. Bundan sonra da müştəri vəziyyəti düzəltməsə, əvvəlcə ona xəbərdarlıq məktubu göndərilir və sonra müştəri müvafiq qanunlara əsasən məhkəməyə verilir.
   Burda çətini məhkəmənin borcu təsdiqləməsidir. Bundan sonra qətnamənin icrasına başlanır və müştərinin qoyduğu əmlak hərraca çıxarılaraq satılır.
   Ən maraqlı problem kiçik, yəni girovsuz kreditlərdə yaranır. Bu zaman bankın davranışı fərqli olur. Belə olanda müştərinin iş yerinə xəbər verilir və işlədiyi orqana kredit borcları barəsində məlumat ötürülür, müştərinin gəlirlərinin birbaşa kreditə yönəlməsi barədə həmin təşkilata müraciət olunur.
   Amma qeyd edildiyi kimi, bəzən krediti qaytarmaq üçün müştəriyə vaxt verilir. Bu zaman bankın problemli kreditlər komitəsi məsələni araşdırır. Qərar müsbət olarsa, müştəriyə 1 aydan 6 aya kimi və maksimum 3 dəfə vaxt verilə bilər. Belə güzəştlər ən çox mövsümi bizneslə məşğul olanlara verilir.
   
Tahir TAĞIYEV
 
 
 SON XƏBƏRLƏR
2010-03-01 Göygöl rayonunda iki yol qəzası...
2010-03-01 İrana taxta aparan "KamAZ" Ələt-Astara yolunda "Jiquli"ilə toqquşdu
2010-03-01 Çilidə zəlzələ zamanı həbsxanadan 209 məhbus qaçıb
2010-03-01 Çilidə zəlzələ qurbanlarının sayı 300-ü keçib
2010-03-01 Qaradağda əsgər dolu maşın aşıb
2010-03-01 Hacıqabul Bələdiyyəsi yanıb
2010-03-01 İranda bir qrup vəhhabi həbs olundu
2010-03-01 Ərçivanda torpaq davasında araya girən qadına bıçaq vuruldu
2010-03-01 Hövsan südçülük savxozunda qadın özünü qardaşının tüfəngi ilə güllələdi
2010-03-01 İsmayıllı sakini Taleh Məmmədov dayısını güllələyib
2010-03-01 21 yaşlı göyçaylı oğlan sirkə içib intihara cəhd etdi
2010-03-01 Türkmənistan "Nabukko" kəməri üçün yenə şirinləşib
2010-03-01 Başbuğ-Ərdoğan görüşünün müəmması...
2010-03-01 Kəmaləddin Heydərov yunanıstanlı həmkarı ilə Afinada saziş imzaladı
2010-03-01 Semnebinin şansdan danışdığı vaxt atəşkəsin pozulması halları artır
2010-03-01 İlham Əliyev Xocalı ilə bağlı işin birinci mərhələsinin bitdiyini elan etdi
2010-03-01 Rusiya narkotikə görə Azərbaycan sərhədlərinə əlavə qüvvə yerləşdirə bilər
2010-03-01 Avropa-Azərbaycan Cəmiyyəti Londonda Xocalı ilə bağlı bir illik unikal internet aksiyasına başladı
2010-03-01 Vurğun Əyyub Müsavat başqanlığına iddiasını bəyan etdi
2010-03-01 ABŞ Konqresində Xocalı qətliamının ssenarisinin detalları sadalandı
2010-03-01 Qulu Məhərrəmli 1992-ci ildə Xocalıda çəkdiyi ilginc kadrlarla nə etdi?
2010-03-01 Rövşən Rzayev Dağlıq Qarabağa bir qrup deputat aparır
2010-03-01 Fuad Muxtarov müxalifətdə agent söhbətlərindən qeyzləndi
2010-03-01 Müsavatın Gənclər Təşkilatının sədri başqanlığa heç bir namizədi dəstəkləməyəcək
2010-03-01 Tahir Kərimli prezidenti müdafiə edən partiyaların birliyinə qoşulmağa hazırdır
2010-03-01 Banklarda problemli kredit borcu olan bəzi müştərilərə yeni münasibət başlayıb
2010-03-01 ABŞ-Koreya düşmənçiliyinə son qoyula bilər
2010-03-01 Yanukoviç prezidentliyə Milli Antikorrupsiya Komitəsi ilə başladı
2010-03-01 Səddam Hüseynin iyirmi min zabiti yenidən xidmətə qayıdır
2010-03-01 Viktor Yanukoviç Rusiya ilə gömrük ittifaqının əleyhinə çıxdı
2010-03-01 PKK düşərgələrindən qaçan 6 terrorçu təslim oldu
2010-03-01 Saakaşvili Rusiyanı qıcıqlandıran daha bir bəyanat verdi
2010-03-01 Saakaşvili müxalifəti dinlədiyini etiraf etdi
2010-03-01 "Müsavat ətrafında birlik" fikri top atəşinə tutuldu
2010-03-01 Ramil Qasımovun "Amil" marketində pornokaset satılırmış
2010-03-01 Sumqayıtdakı "Rəsulallah" mağazasında 125 qanunsuz kitab tapıldı
2010-03-01 Banklar bütün POS terminalların cəmi 9 faizini rayonlarda quraşdırıb
2010-03-01 Paytaxtda və kəndlərdə aptek açılması üçün eyni məbləğdə rüsum narazılıq doğurub
2010-03-01 Bakıda oğurluqla məşğul olan iki gürcü həbs edilib
2010-03-01 Salyanda 16 yaşlı yeniyetmə nahar yeməyindən sonra özünü asdı
2010-03-01 Pəhriz xəstələrini saxta "pəhriz" və "çovdar" çörəkləri ilə öldürənlər...
2010-03-01 Dirrik və dirilik vəhdət dədir
2010-03-01 Messinin bir qolu "Barselona"nı liderliyə yüksəltdi
2010-03-01 "Çelsi" son dörd oyunda üçüncü dəfə məğlub oldu
2010-03-01 Premyer Liqanın formatı dəyişdirilə bilər
2010-03-01 Azərbaycan üçün Qış Olimpiya Oyunları bitdi
2010-03-01 Sabiq futbolçusu "Bakı"dan transfer vərəqini ala bilmir
2010-03-01 Mahir Şükürov "Anji"dən ayrıldı
2010-03-01 Mariya Stadnikin oğurlanan bürünc medalının qiyməti açıqlandı
2010-03-01 "Neftçi"nin yeni baş məşqçisi Böyükağa Hacıyev ola bilər
2010-03-01 "Portsmut" müflis oldu
2010-03-01 Kürdəmirdə İkram adlı şəxs qeyri-qanuni yaşadığı qadını boğaraq öldürüb
2010-03-01 Sumqayıtda dəniz kənarından silah-sursat tapılıb
2010-03-01 Beyləqanlı Şəfiqə Zabratda əxlaqsızlıq yuvası düzəldib
2010-03-01 Bakıda süni gözəlləşdirici harmonal dərmanlara aludəçilik artır
2010-03-01 Astaranın Şahağacı kəndində meyit tapıldı
2010-03-01 Ekspertlər turizm sektorunun gələcəyindən narahatdır
2010-03-01 Lənkəran Teatrı "Şeytanın oyunları" ilə gəlir
2010-03-01 Məhkəmə bu gün Tarkan barədə qərar verəcək
2010-03-01 İncəsənət Universitetinin müəlliməsi Türkdilli dövlətlərin kino festivalından qayıdıb
2010-02-26 Keşlədəki binada yanğın zamanı Nurullayevlər xəsarət aldı
2010-02-26 Məşhur alim İhsan Doğramaçı 95 yaşında vəfat edib
2010-02-26 İsmayıllının Soltankənd məktəbi yandı
2010-02-26 Sulutəpədə 27 yaşlı Əfsanə Əkbərova dəm qazından boğulub ölüb
2010-02-26 İran səfiri Təbrizdəki konsulluğun qarşısında Azərbaycan bayrağının yandırılması xəbərini təkzib etdi
2010-02-26 Səfər Əbiyev Fransa səfirinə üç tutarlı kəlmə dedi
2010-02-26 Neftçalanın Astanlı kəndində "Azərenerji"nin yerli rəisinin üstünə tüfəng çəkdilər
2010-02-26 NZS-də ev sahibi oğrunu yaxalayıb polisə verdi
2010-02-26 "Ağdaş" MMC-nin Belarusun Qomel şəhərindəki "Ruslan" kafesi yandırıldı
2010-02-26 8 marta görə əlavə istirahət günləri verilməyəcək
 
 
 
Copyright (c) Bakı Xəbər 2009