01 Mart 2010-cı il, N 300(1198)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3666)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2439)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2259)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1361)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Azərbaycanın bütün hərbi obyektlərinin şəkilləri İnternetdə...
Rəşid Hacılı: "İnternet qlobusundakı görüntüləri hərbi sirrin yayılması kimi qiymətləndirmək olmaz"
"www.milkafkaz.net" saytında Azərbaycanın hərbi hava bazalarının Kosmosdan çəkilmiş şəkillərinin yerləşdirilməsi mətbuatda hərbi sirrin yayılması kimi izah edilir.
   Saytda, həmçinin, hərbi hava qüvvələrinin aeredromlarının Kosmosdan çəkilmiş fotoşəkilləri də yerləşdirilib. Fotoşəkillərdə aeredromlarda təyyarələrin özü, bazalar, uçuş zolaqları açıq-aşkar göstərilib. "Milaz" İnformasiya Agentliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin bütün bazalarında neçə qırıcının saxlanıldığını fotoşəkillərlə verib.
   Hər iki sayt fotoşəkilləri "Google" saytından götürdüyünü qeyd edir. Qeyd edək ki, "Google" saytı "www.mars.google.com" saytını 2007-ci ildən başlayaraq İnternet istifadəçilərinin ixtiyarına verib. Həmin saytda dünyanın əksər yerlərinə virtual səyahət etmək olar. Hərbi bazalar, aeredromlar, döyüş bölgələri, hətta səngərlər belə İnternetdəki qlobusda göstərilir.
   İnternet qlobusunda Azərbaycan və Ermənistanın da hərbi obyektləri yerləşdirilib. Mətbuatda qeyd olunub ki, Azərbaycanla bağlı fotolar Rusiya xüsusi xidmət orqanlarının sifarişilə çəkilərək saytda yerləşdirilib.
   Müharibə şəraitində olan bir ölkənin hərbi obyektlərinin fotolarının İnternet qlobusunda yerləşdirilməsi ölkəmizə qarşı təzyiq kimi də qiymətləndirilir. Media Hüququ İnstitunun rəhbəri Rəşid Hacılının fikrincə, İnternet qlobusundakı görüntüləri hərbi sirrin yayılması kimi qiymətləndirmək olmaz. Çünki həmin şəkillər Azərbaycan hökumətinin razılığı ilə çəkilib: "Kosmosdan Azərbaycandakı hərbi obyektləri çəkmək mümkündürsə, deməli bu artıq sirr deyil. Çünki əksər inkişaf etmiş ölkənin Kosmosda güclü peykləri var".
   R.Hacılı həmçinin qeyd etdi ki, hansısa mətbu orqan İnternetdəki dislokasiyanı öz səhifələrində dərc etsə, ona qarşı heç bir iddia qaldırıla bilməz: "Google" da məlumatları hansısa mənbədən götürüb. İlkin mənbəni axtarmaq lazımdır. Məncə, bu işlə hökumət qurumları məşğul olmalıdır. Yəqin ki, aidiyyəti qurumlar məsələdən xəbərdardır. Bu vaxta qədər hansısa tədbir görülməyibsə, deməli burada təhlükəli məqam yoxdur". Ekspertlər isə bildirir ki, hərbi obyektlərin fotoşəkilləri "Milaz" saytında 2008-ci ildə yerləşdirilib. Rusiya xüsusi xidmət orqanları tərəfindən aparılan bu çəkiliş müharibə şəraitində olan bir ölkə üçün təhdiddir.
   İnternet qlobusunda bu cür şəkillərin yerləşdirilməsinə İran, Pakistan, Hindistan, Çin kimi ölkələr etiraz edib. Ekspertlər hesab edir ki, Azərbaycan kəşfiyyət orqanları məsələni araşdırmalı və lazımi tədbirlər görməlidir.
   Ola bilsin ki, bütün bunlar Azərbaycan tərəfilə razılaşdırılıb. Yüksək səviyyədə razılıq olmadan hansısa saytın belə çəkilişlər aparması inandırıcı görünmür. O üzdən hərbi ekspertlər düşünür ki, internet qlobusunda Azərbaycan hərbi obyektlərinin fotolarının yerləşdirilməsi də, ola bilsin, təbliğat məqsədi daşıyır.
   
Eldar XƏYAL
Qulu Məhərrəmli 1992-ci ildə Xocalıda çəkdiyi ilginc kadrlarla nə etdi?
Telejurnalist Xocalının ilk milis rəisinin yazdıqlarına izah verdi
Qulu Məhərrəmli: "Lentlər arxivdə bir müddət saxlandıqdan sonra məhv edildi"
1990-cı ilin yanvar hadisələrindən sonra Orta Asiyadan Azərbaycana qayıdan Xocalının ilk milis rəisi Sabir Məmmədov soyqırım ərəfəsindəki proseslərlə bağlı öz xatirələrini "Bakı-Xəbər" qəzetinin ötən sayında dərc etdirib.
   Yazıda diqqət çəkən məqamlardan biri də S.Məmmədovun tanınmış telejurnalist Qulu Məhərrəmlilə bağlı fikirləridir. Keçmiş polis rəisi bildirir ki, həmin ərəfədə Xorcalıya gələnlər orada camaatın ağır vəziyyətdə - çörəksiz, silahsız, işıqsız olmasının şahidi olub: "Jurnalist Qulu Məhərrəmli və onunla gələn yoldaşları Xocalının bir çox yerlərini gəzərək, camaatdan müsahibə götürüb lentə alırdılar. Lentə çəkilən görüntülər bir-iki dəfə hissə-hissə televiziya vasitəsilə yayımlandı. Lakin hələ bu günə kimi bir dəfə də tam yayımlanmayıb. Bilmirəm, Qulu Məhərrəmli o çəkilişləri Xocalı günündə nə üçün efirə vermir?".
   Məsələyə aydınlıq gətirmək üçün dünən Qulu Məhərrəmlinin özü ilə əlaqə saxladıq.
   Q.Məhərrəmli təəssüflə bildirdi ki, çəkilişlərin bir hissəsi əldə yoxdur: "Oradakı çəkilişlərin hamısı efirə verilib. AzTV-nin "Xəbərlər" proqramında bizim çəkdiklərimiz yayımlandı. O zaman AzTV-nin sədri Məmməd Murad idi. Onun göstərişilə bizi Xocalıya göndərmişdilər. Özümüz şəxsən problemin içində olduq. 10 gün Xocalıdan çıxa bilmədik.
   Çəkilişləri böyük çətinliklə aparırdıq. Xocalının aereportunda çəkilişlər apardıq, müsahibələr götürdük. O lentlər bu gün də qalır. Çəkdiklərimizi, AzTV-nin tərkibində bir kanal fəaliyyət göstərirdi, orada yayımladıq.
   Bir neçə gün bundan qabaq mən özümdə saxladığım lentləri ATV-yə verdim. Orada yayımladılar. Lentlər qalıb, amma tam həcmdə yox. Lentlər arxivdə bir müddət saxlandıqdan sonra məhv edildi. Tərkibində gümüş olduğu üçün o lentlər uzun müddət saxlanmır. Bəlkə də indi axtarılsa, o lentlər tapıla bilər. "Xəbərlər" proqramı üçün çəkdiyimiz kadrların lentləri məqsədli şəkildə məhv edilməyib. Sadəcə, qayda belə idi".
   Q.Məhərrəmli bildirdi ki, çəkilişləri efirdə yayımlamaq üçün hər hansı çətinliklə üzləşməyib: "Hansısa çətinliklə üzləşmədim. "Xəbərlər" proqramının redaktoru mənim tələbə yoldaşım idi. Yəni xüsusi təzyiq yox idi. Bir daha qeyd edim ki, bizi Xocalıya Məmməd Muradın özü göndərmişdi. Bizim Xocalıda 10 gün mühasirədə qalmağımızın özü ciddi mesaj idi".
   
Eldar XƏYAL
ABŞ Konqresində Xocalı qətliamının ssenarisinin detalları sadalandı
Qətliamdan əvvəl şəhərin işıq və suyunun kəsildiyini Amerikada da bilirlər
ABŞ-ın Pensilvaniya ştatından olan konqresmen Bill Şuster, Texas ştatından olan konqresmen Solomon Ortiz və Nyu York ştatından olan konqresmen Maykl Mak-Mehan Xocalı faciəsinin ildönümü ilə əlaqədar nümayəndələr Palatasında çıxış edib.
   APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, konqresmen Bill Şuster qeyd edib ki, 1992-ci ilin fevral ayının 26-da Azərbaycanın Xocalı şəhərində baş vermiş faciə nəticəsində şəhər və şəhərin sakinləri tamamilə məhv edilib. Həmin vaxt bu faciə haqqında Amerikanın "Boston Globe", "Washington Post", "New York Times", "Financial Times", Avropa və Rusiyanın KİV-də geniş məlumat verilib. "Bu faciədən 18 il keçəndən sonra dünya ictimaiyyəti Xocalı məsələsinə çox az diqqət yetirir" - deyə o vurğulayıb. B.Şuster Xocalı haqda danışaraq, bu şəhərin qısa coğrafiyasını və faciənin tarixini xatırladıb. "Azərbaycan şəhəri olan Xocalı bu gün Ermənistanın işğalı altındadır. Xocalı şəhəri, 7.000 nəfərdən ibarət əhalisinin əksəriyyətini etnik azərbaycanlılar təşkil etməklə yanaşı, Dağlıq Qarabağ bölgəsinin ən böyük şəhəri hesab olunurdu. Xocalı qırğınını etnik ermənilərin silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi vasitəsilə törədib" - deyə konqresmen əlavə edib.
   Azərbaycanın Amerikanın strateji tərəfdaşı və dostu olduğunu qeyd edən B.Şuster bütün həmkarlarını bəşəriyyətə qarşı cinayət olan Xocalı qırğınının qurbanlarını yad etməyə çağırıb.
   Konqresmen Solomon Ortiz öz çıxışında qeyd edib ki, ermənilər Xocalıya hücum etməzdən əvvəl şəhəri bir müddət su və elektrik təchizatını kəsərək blokada da saxlayıblar. Şəhərə quru ilə nəqliyyat vasitələri gedib-gəlməyib. Ermənilər dinc əhaliyə şəhəri tərk etmək üçün dəhliz açacaqlarını desələr də, faciə axşamı həmin dəhliz vasitəsilə şəhəri Ağdam istiqamətində tərk edən insanlar ermənilərin vəhşi hücumuna məruz qalıb. Nəticədə 613 dinc sakin öldürülüb, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca insanlar olub. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla 487 insan yaralanıb, 1275 insan isə əsir götürülüb. Konqresmen Maykl Mak-Mehan öz həmkarlarının çıxışlarına dəstək olaraq Xocalı faciəsinin dəhşətləri haqqında danışıb. O, xüsusilə ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilən vəhşilikləri qeyd edib.
   
Vurğun Əyyub Müsavat başqanlığına iddiasını bəyan etdi
"Müsavat Partiyasının hər bir üzvü kimi, mənim də partiyanın başqanlığına iddialı olmaq hüququm var. Bu barədə fikirlərimi mətbuata açıqlamışam".
   Bunu APA-ya açıqlamasında Müsavat Divanının üzvü Vurğun Əyyub deyib. V.Əyyub bildirib ki, partiyanın qurultayı bu ilin sonunda keçiriləcək və qarşıdan daha mühüm olan parlament seçkiləri gəldiyi üçün başqanlıq iddiasını gerçəkləşdirmək istiqamətində hər hansı iş aparmaq və geniş danışmağı məqsədəuyğun saymır: "Partiyanın Nizamnaməsi hər bir üzvə başqanlığa namizəd olmaq hüququ verirsə, mənim belə bir iddiam niyə də olmasın? Amma bu barədə məqamı yetişəndə konkret qərar verəcəyəm".
   V.Əyyub Müsavat Partiyasının parlament seçkilərilə bağlı mövqeyini açıqladığını da əlavə edib: "Biz açıq şəkildə bildirmişik ki, Rəsulzadə - Elçibəy yolunda olan, real strukturlara malik partiyalarla seçkidə birgə iştirakın tərəfdarıyıq".
   Azərbaycan Liberal Partiyası ilə əməkdaşlığın mümkün olub-olmadığına gəldikdə, V.Əyyub bəyan edib ki, ALP Rəsulzadə-Elçibəy xəttində olub-olmadığını özü müəyyənləşdirməlidir.
   
"Baş redaktor" müxbirlərin telefon danışığına gizli qulaq asır
"Reket qəzetin baş redaktorunun" saunası əxlaqsızlıq yuvasına dönüb
"Reket qəzetlər"ə qarşı mübarizədə ciddi uğurlar qazanmış Azərbaycan Mətbuat Şurası cəmiyyətin və jurnalistikanın inkişafını ləngidən, nüfuzunu korlayan mətbu orqanlara qarşı barışmaz mövqe tutub. Təxminən bir il ərzində 94 mətbu orqanın adının "qara siyahı"ya salınması və onların əksəriyyətinin fəaliyyətinə son qoyulması Şuranın nailiyyətlərindən sayılsa da, bu proses heç də asan başa gəlməyib.
   Barəsində şikayətlər olan mətbu orqanlar adlarının siyahıya salınmaması üçün Mətbuat Şurasının sədrinə, İdarə Heyətinin üzvlərinə bütün istiqamətlər üzrə təsir göstərməyə çalışıblar. Xahişlər, hədələr, şantaj və s. üsullardan istifadə edərək, özlərini "təmiz"ə çıxarmaq istəyən "reket" baş redaktorların fəaliyyəti "qəzetçilik"lə məhdudlaşmır. Onlar həm də cəmiyyət üçün təhlükəlidir.
   Məlumatlara görə, "reket" baş redaktorlardan birinin əxlaqsızlıq yuvasına çevrilmiş saunası, kafesi var. Ayrı-ayrı biznes qurumlarının, idarələrinin media üzrə "vəkili" qismində çıxış edən belələri redaksiya daxilində də jurnalistikanın prinsiplərinə zidd, heç bir etikaya sığmayan işlərlə məşğul olur.
   "Reket qəzetlər"dən birinin əməkdaşı bizimlə söhbətində təmsil etdiyi baş redaktorunun qeyri-etik hərəkətləri barədə bunları dedi: "Baş redaktor müxbirlərin yazdığı bütün məqalələrdən şübhələnir. Necə deyərlər, hər şeyi öz arşını ilə ölçür. Arif Hacılı, Əvəz Temirxandan götürdüyümüz açıqlamalardan belə şübhələnir. Guya biz açıqlamaya, müsahibəyə görə Arif Hacılıdan, Əvəz Temirxandan pul almışıq. Bu adamlar heç vaxt ciddi qəzetlərdə işləməyiblər, müxbir olmayıblar. Partiya funksionerləri pul xərcləyən olsaydılar, indi gündəlik qəzetdə işləyən hər bir müxbirin evi, maşını olardı. Ən pisi isə odur ki, baş redaktorumuz bizim redaksiyada telefon danışıqlarımıza qulaq asır. Buna görə də evdəkilərlə, dost-tanışlarla mobil telefonla danışmalı oluruq. Mən ilk dəfə burada görmüşəm ki, baş redaktor hansısa bir idarədən, xəstəxanadan reportaj hazırlasın, o da aşağı səviyyədə olsun".
   "Reket qəzet"in əməkdaşı "baş redaktor"u haqqında daha ilginc məqamları açıqladı: "Onun bütün fəaliyyəti haqqında məlumatımız var idi. Amma vicdan, namus məsələsində bu qədər "ürəyiaçıq" olduğunu bilmirdik. Bir gün baş redaktor mənə hansısa rayon idarə müdiri haqqında təhqiramiz məqalə yazmağı tapşırdı. Məqsədi aydın idi. İstəyirdi ki, yazıdan sonra maliyyə idarəsinin müdiri onunla görüşüb pul versin. İki gün sonra baş redaktor mənə dedi ki, maliyyə idarəsinin müdiri zəng edib, onunla danışım. Danışığımıza baş redaktor da qulaq asırdı. Müdir açıq şəkildə, ən pis sözlərlə baş redaktorumu söyürdü. Baş redaktor bütün bunları eşitsə də, susurdu. Bundan sonra artıq onun şəxsiyyəti barədə məndə müəyyən şübhələr oyandı".
   Onu da bildirək ki, "reket" baş redaktorların əksəriyyəti kompüterdə işləməyi, yazı yazmağı bacarmır. Belələri istedadlı jurnalistlərin ağır sosial vəziyyətindən istifadə edərək sifarişlə yazılar yazdırır. Yaxşı evi-eşiyi, bahalı maşınları, biznes obyektləri, kafe-restoranları olan belələri isə təkcə jurnalistikamız üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir.
   
Eldar XƏYAL
Avropa-Azərbaycan Cəmiyyəti Londonda Xocalı ilə bağlı bir illik unikal internet aksiyasına başladı
Baş nazirə ünvanlanmış müraciətə düz bir il imza toplanacaq
Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Londonda tədbir keçirilib.
   AAC-dən APA-ya verilən məlumata görə, Londondakı Temza çayı üzərində təşkil olunan mərasimdə siyasi, diplomatik dairələrin, QHT və diaspor təşkilatlarının nümayəndələri Savoy Körpüsündə (Savoy Pier) qayığa toplaşaraq, o faciəli gündə baş vermiş qanlı hadisələri əks etdirən fotosərgiyə baxıblar. Həlak olanların xatirəsinə Temza çayına 613 qırmızı qərənfil atılıb, hər birinə soyqırımı qurbanlarının adı yazılmış 613 şar havaya buraxılıb. Londonun mərkəzində səyyar ekran vasitəsilə qətliamın donmuş, emosional təsvirləri və "Xocalıya Ədalət" kampaniyasının veb-sayt məlumatları nümayiş etdirilib. Tədbirdə çıxış edən AAC sədri Tale Heydərov bildirib ki, AAC "Xocalıya Ədalət" hərəkatı ilə əlaqədar bu tədbiri təşkil etməkdən şərəf duyur. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Xocalı hadisəsini xalqın və dövlətin tarixində qara gün adlandırıb. AAC Məşvərət Şurasının üzvü Lord Kilkluni parlament, Avropa Şurası və Lordlar Palatasının üzvü kimi uzun müddət Azərbaycanla məşğul olduğunu qeyd edib. O bildirib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin çadır düşərgələrinə baş çəkib və öz doğma yurd-yuvasından didərgin düşmüş insanların vəziyyəti onu sarsıdıb. Qeyd edək ki, iki həftə əvvəl AAC Böyük Britaniya baş nazirinin internet saytına müraciət göndərərək qətliamı pisləməyə çağırıb. Bu günədək çağırışa bir çoxları imza atıb. Bu müraciəti Britaniyanın bütün siyasi partiyalarında gündəmə gətirmək üçün daha böyük dəstək tələb olunur. Müraciət bir il müddətində açıq olacaq. AAC Britaniya vətəndaşlarını beynəlxalq ictimaiyyəti bu vəhşiliklə bağlı məlumatlandırmağa, Azərbaycan torpaqlarının qaytarılması üçün Ermənistana təzyiqi artırmağa səsləyir.
   
RAMİL
Rusiya narkotikə görə Azərbaycan sərhədlərinə əlavə qüvvə yerləşdirə bilər
Gürcüstanla Azərbaycan bir sıraya qoyuldu
Rusiyada son bir neçə gündə diqqət çəkən olaylardan biri də ölkədə narkotik aludələrinin artması və bu ölkəyə uzanan narkomarşrutlardır. Qeyd edək ki, bu məsələ üç gün əvvəl Rusiyanın Narkotik Maddələrin Tədavülünə Nəzarət üzrə Federal Xidmətinin başçısı Viktor İvanovun Yessentuki şəhərində ölkənin sərhəd, gömrük və digər dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə çıxışı zamanı gündəmə gəlib.
   Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan ərazisi Əfqanıstandan daşınan narkotikin Rusiyaya ötürülməsi üçün tranzit ərazi kimi istifadə olunur.: "Gürcüstan və Azərbaycan Rusiyaya narkotiklərin daşınması üçün əsas tranzit marşrutlardır".
   Bununla yanaşı, cənab İvanov bildirib ki, narkomafiya Azərbaycandan Rusiyaya narkotik maddələr daşımaq üçün quru və dəmir yollarından istifadə edir: "Onların istifadə etdiyi əsas marşrutlar Rostov-Bakı şosse yolu, Bakı-Rostov, Bakı-Kiyev, Bakı-Moskva qatarları, həmçinin Volqa çayından keçən dəniz daşıması yollarıdır". Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev də qeyd edib ki, Azərbaycan və Gürcüstan ərazisi üzərindən Rusiyaya narkotiklərin daşınmasında ciddi artım var. Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun müavini Vladimir Kulişov da analoji mövqedən çıxış edib.
   Lakin narkotik məsələsi təkcə müşavirədə səslənən fikirlərlə yekunlaşmayıb.
   Narkotik Maddələrin Tədavülünə Nəzarət üzrə Federal Xidmətin başçısı Viktor İvanov növbəti dəfə bu məsələnin üzərinə qayıdaraq qeyd edib ki, əslində Azərbaycan, Gürcüstan, Türkmənistan, İran və Türkiyənin Xəzər və Qara dənizdəki limanları Rusiyaya narkotrafikin əsas məntəqələridir. Bununla yanaşı, Viktor İvanov xüsusi diqqəti Gürcüstanın Qara dəniz limanlarına çəkib. Cənab İvanov Əfqanıstandan gələn narkotiklərin daşınmasının Şimali Qafqazda neqativ proseslərin katalizatoru olduğunu da bildirib. O bəyan edib ki, Şimali Qafqaza əfqan narkotiklərinin gətirilməsi 8 dəfə çoxalıb, Dağıstanda isə son 1 ildə bu artım 60 dəfə təşkil edib. Rəsmi əsas marşrutlar haqda bunları deyib: "Narkotrafikin əsas yolları Qara və Xəzər dənizlərindən keçir. Gürcüstanın Batumi və Poti limanları aparıcı narkotrafik məntəqələrinə çevrilib"..
   Rusiyalı rəsmi problemli limanlar kimi Bakı, İstanbul, Trabzon, Türkmənbaşı və İrandakı Ənzəli və Nouşəhrin adlarını çəkib. Cənab İvanov bəyan edib ki, artan narkotrafik mütənasib şəkildə cinayətkarlığı və terror fəaliyyətini artırır, bu da Qafqazda vəziyyəti sabitsizləşdirir.
   Öz növbəsində, Qafqaz üzrə tanınmış moskvalı ekspert Ənvər Kisriyev narkotrafikin bölgədə ciddi problem olduğunu bildirsə də, sabitsizliyin əsas katalizatorunu bir qədər başqa şeylərdə görür: "Katalizator ilk növbədə ümumi korrupsiya, klanlar arasında mübarizə, leqal müstəvidə siyasi mübarizənin olmamasıdır. Narkotik məsələsini katalizator kimi qoymaq, məncə, onunla bağlıdır ki, sadaladığım real problemlər hazırda faktiki həlledilməzdir. Həlledilməz məqamları isə önə çəkmək istəmirlər və diqqəti, prinsip etibarı ilə həll edilə biləcək problemlərə yönəldirlər. Zənnimcə, Dağıstana narkotrafikin artmasından Azərbaycan-Gürcüstan sərhədinin gücləndirilməsinə bir səbəb kimi istifadə oluna bilər".
   Bu isə o deməkdir ki, ölkəmizlə sərhədə Rusiya əlavə qüvvə toplaya bilər. Bununla yanaşı, istisna edilmir ki, Rusiya Azərbaycanla narkotrafikin qarşısını almaq üçün işbirliyini daha da möhkəmləndirəcək.
   Bununla yanaşı, Rusiya Əfqanıstandakı NATO qüvvələrini tənqid edərək, onu əfqan heroininin istehsalı və ixracının qarşısını almaq üçün kifayət qədər iş görə bilməməkdə günahlandırıb. Viktor İvanov deyib ki, "Taliban" narkotik istehsalının yalnız kiçik bir hissəsinə görə məsuliyyət daşıyır. O, həmçinin, NATO-nu məhz bu kiçik hissənin üzərində "dayandığı üçün" tənqid edib. Onun sözlərinə görə, əfqan heroini Rusiyanın narkotik ticarətinin 90 faizini təşkil edir və hər il Əfqanıstandan 35 ton norkotik maddə Rusiyaya gətirilir. Cənab İvanov bunun 5 milyon dozaya bərabər olduğunu bildirib.
   Xatırladaq ki, narkomarşrutlarla bağlı hələ ötən ilin avqustunda baş nazirin müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov da kifayət qədər maraqlı açıqlamalar vermişdi. Onun sözlərinə görə, dünya üzrə həcmi artan əfqan narkotiki 113 marşrutla Avropaya çıxarılır, bu marşrutlardan 37-i Azərbaycandadır.
   O bildirib ki, narkotiklər Azərbaycana əsasən üç istiqamətdən daxil olur: Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan-Türkmənistan-Azərbaycan (dəniz yolu ilə) və Əfqanıstan-Pakistan-İran-Dağlıq Qarabağ.
   
Tahir TAĞIYEV
İlham Əliyev Xocalı ilə bağlı işin birinci mərhələsinin bitdiyini elan etdi
"Bizim təbliğat imkanlarımız çox məhdud idi"
Biz çalışmalıyıq ki, Azərbaycan xalqına qarşı soyqırımda iştirak etmiş cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunsun. Əminəm ki, o gün gələcək və Azərbaycan xalqının qanına əli batmış bütün cinayətkarlar, bütün quldurlar cəzasını alacaq.
   Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı yaddaşımızdan heç vaxt silinməyəcək. İnsanlığa qarşı o qanlı cinayət artıq bütün dünya tərəfindən tanınır və bizim səylərimiz, Azərbaycan dövlətinin, ictimai təşkilatların, diaspor təşkilatlarının, gənclərin, xaricdə yaşayan tələbələrin səyləri nəticəsində artıq bütün dünya bunu bilir, bunu şənbə günü Prezident İlham Əliyev Qəbələdə məcburi köçkünlər və rayon ictimaiyyətinin nümayəndələrilə görüşündə çıxışı zamanı bildirib, AzərTAc dövlət agentliyi məlumat yayıb.
   "Baxmayaraq ki, müharibənin ilk illərində erməni təbliğatı bu məsələni ört-basdır etmək üçün böyük səylər göstərmiş və deyə bilərəm ki, müəyyən uğurlar da əldə etmişdi. Bizim təbliğat imkanlarımız çox məhdud idi. Erməni diasporu və onların dünyadakı havadarları tarixi həqiqəti təhrif etməklə, demək olar ki, Xocalı həqiqətlərini gizlətmişdilər. Ancaq bu gün bütün dünya bilir və dünyanın müxtəlif yerlərində yüksək səviyyədə keçirilən tədbirlər və o tədbirlərdə müxtəlif ölkələrin dövlət, hökumət və ictimaiyyət nümayəndələrinin iştirakı onu göstərir ki, artıq biz bu faciə ilə bağlı bütün həqiqətləri dünya birliyinə çatdıra bilmişik" İlham Əliyev deyib. Dövlət başçısı deyib ki, bu hələ işin birinci mərhələsidir. "O ki qaldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycan öz səylərini davam etdirəcək. Biz çalışırıq və çalışmalıyıq, ölkəmizi hərtərəfli inkişaf etdirək, gücləndirək ki, danışıqlarda, ümumiyyətlə, Ermənistanla qarşıdurmada mövqelərimiz daha da güclənsin. Beynəlxalq müstəvidə buna nail ola bilmişik" İlham Əliyev nitqində əlavə edib.
   Prezident bildirib ki, beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq təşkilatlar məsələnin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həll olunmasını təsdiqləyir.
   
RAMİL
Semnebinin şansdan danışdığı vaxt atəşkəsin pozulması halları artır
Niyə?
Yaşar Cəfərli: "Yüksək səviyyələrdə görüş keçiriləndə, prezidentlər müzakirələr aparanda atəşkəsin pozulma halları daha da şiddətlənir"
Zərdüşt Əlizadə: "O, tərəfdən AşotNiyə?un, bu tərəfdən Məmmədin kefi kök olanda..."
Son bir ildə Dağlıq Qarabağda atəşkəsin pozulması artıq adət halını alıb. Yeni il başlayandan bəri, demək olar ki, hər gün cəbhə xəttində güllə səsləri eşidilir. Ermənistan tərəfi Ağdamın işğal olunmuş kəndlərində hərbi təlimləri davam etdirir. Bu arada ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı tərəflərlə aparılan görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib.
   O bildirib ki, tərəflər Dağlıq Qarabağ münaqişəsilə bağlı yekun rəyə gəlməyə çox yaxındır. Maraqlıdır, bir tərəfdən həmsədr irəliləyişin hiss olunduğunu deyir, digər tərəfdən isə atəşkəs pozulur. Cəbhə bölgəsində atəşkəsin pozulması ilə münaqişənin həlli istiqamətində aparılan danışıqlar arasında hansısa əlaqələrin olması mümkündürmü?
   Bu sualla müraciət etdiyimiz Ehtiyatda və İstefada Olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli qeyd etdi ki, əslində atəşkəs hər gün pozulur: "Apardığımız araşdırmalar, müşahidələr göstərir ki, Dağlıq Qarabağda atəşkəsin pozulması heç vaxt dayandırılmır. Atışma həmişə olub. Atəşkəsin pozulmasında hər iki tərəf iştirak edir.
   Atəşkəs elan olunandan bu günə hər iki tərəfdən 10 minə yaxın şəxs həlak olub. Bu faktın özü atəşkəsin formal bir şey olduğunu göstərir".
   Y.Cəfərli bildirdi ki, münaqişənin həllilə bağlı yüksək səviyyələrdə görüş keçiriləndə, prezidentlər müzakirələr aparanda atəşkəsin pozulması halları daha da şiddətlənir. Bu hal, həmçinin, ATƏT-in Monitorinq Qrupunun regiona səfəri zamanı da özünü göstərir: "Qış aylarını çıxmaq şərtilə, elə bir gün yoxdur ki, atəşkəs pozulmasın. Xüsusilə, Ermənistan tərəfi müəyyən yüksəklikləri ələ keçirmək üçün hücuma keçir. Yazda həm təbiətin oyanması, həm də qanın qaynaması ilə əlaqədər olaraq atəşkəsin pozulması intensivləşəcək. Hər iki tərəf öz mövqeyini qorumaq üçün atəşkəsi pozur".
   Y.Cəfərlinin sözlərinə görə, atəşkəs, əsasən məqsədli şəkildə pozulur: "Mümkündür ki, aparılan danışıqlara təsir etmək üçün belə addımlara əl atılır".
   Politoloq Zərdüşt Əlizadə isə atəşkəsin pozulmasının danışıqlarla əlaqəli olmasını inandırıcı saymır: "Atışma, güllə səsləri, əsgər ölümü bizə vahiməli görünsə də, hərbçilər buna öyrəşib və bunu özlərinin gündəlik həyat tərzi kimi qəbul edirlər. O tərəfdən Aşotun, bu tərəfdən Məmmədin kefi kök olan kimi bir-birilə avtomatla zarafatlaşırlar. Bir saatdan sonra hər iki ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatlar yayır ki, qarşı tərəf yenə də atəşkəsi pozub, cavab atəşilə düşmən susdurulub, itgi yoxdur və s. Bizim yalançı vətənpərvərlər də burada qışqırırlar ki, vay, ermənilər bizi sakit oturmağa qoymur, bizi öldürmək istəyir.
   Müşahidələr isə göstərir ki, atəşkəs rejimini hər iki tərəf eyni qaydada, eyni sayda pozur. Əsgərlərin tələf olması yolverilməzdir. Həftə ərzində güllə yarasından 2-3 əsgərimiz tələf olursa, xəstəlikdən, intihardan, işgəncədən həlak olan əsgərlərimizin saya daha çoxdur. Yaxşı olardı ki, Müdafiə Nazirliyi orduya ayırdığı vəsaitə nəzarəti artırsın, milli ordunun müdafiə qabiliyyətini gücləndirsin ki, ölüm halları da olmasın".
   
Eldar XƏYAL
Kəmaləddin Heydərov yunanıstanlı həmkarı ilə Afinada saziş imzaladı
İki nazir şəhərin metrosunda da olub
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Yunanıstanın vətəndaşların mühafizəsi naziri Mihalis Krisohoidisin dəvətilə fevralın 22-23-də bu ölkədə rəsmi səfərdə olub.
   APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər zamanı Azərbaycan FHN və Yunanıstan Vətəndaşların Mühafizəsi Nazirliyinin nümayəndə heyətləri arasında görüş keçirilib.
   Görüşdən sonra "Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş" imzalanıb.
   Səfər zamanı Azərbaycan nümayəndə heyəti Afinada yerləşən "Syntagma" metro stansiyasında da olub. Nümayəndə heyətinə metronun təhlükəsizlik sistemi haqqında ətraflı məlumat verilib
   Bundan başqa, Elefisina Hava Qüvvələri Bazasında, Yunanıstan Polis Əməliyyat və Yanğın Xidməti Əməliyyat mərkəzlərində görüşlər keçirilib. Görüşlərdə qeyd olunan qurumların iş fəaliyyəti haqqında nümayəndə heyətinə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
   
Başbuğ-Ərdoğan görüşünün müəmması...
Dünya şöhrətli pediatr, professor İhsan Doğramacının dəfn mərasimindən sonra Türkiyə Silahlı Qüvvəllərinin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Nazirlər Kabinetinə gəlib. Danışıqlar barədə rəsmi məlumat verilməyib.
   Qeyd edək ki, professor İhsan Doğramacının Qocatəpə məscidində keçirilən dəfn mərasimində baş nazirlə söhbət əsnasında İ.Başbuğun ağzını əli ilə tutması media nümayəndələrinin diqqətindən yayınmayıb.
Türkmənistan "Nabukko" kəməri üçün yenə şirinləşib
Avropa İttifaqı ilə Türkmənistanın danışıqları gedir
"Nabukko" qaz kəmərinin tikintisi üzrə konsorsiumun rəhbərləri və Avropa Komissiyasının nümayəndələri bu ilin aprelində Türkmənistana səfər edəcək.
   Səfərin məqsədi planlaşdırılan magistralla Türkmənistandan Avropa İttifaqı ölkələrinə qazın nəqlinə dair sazişin imzalanmasını razılaşdırmaqdır. Avropa İttifaqının yüksək rəhbər orqanlarından İTAR-TASS-ın müxbirinə bildiriblər ki, Brüssellə Aşqabad arasında danışıqlar davam edir və uğur əldə olunacağına ehtimal çoxdur. Xatırladaq ki, "Nabukko" qaz kəmərinin uzunluğu 3,3 min kilometr, illik nəqletmə gücü 31 milyard kubmetr olacaq. Avropa Komissiyası hesab edir ki, qaz təchizatçıları olduğu təqdirdə kəmər 2014-cü ildə işə salına bilər.
   
   
21 yaşlı göyçaylı oğlan sirkə içib intihara cəhd etdi
Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib. ANS PRESSin bölgə müxbirinin verdiyi məlumata görə, hadisə srağagün gecə rayonun Qaraman kəndində baş verib.
   21 yaşlı kənd sakini Babayev Şükran Şöhrət oğlu sirkə turşusu içərək canına qəsd etmək istəyib. Yaxınları tərəfindən təcili olaraq mərkəzi rayon xəstəxanasına çatdırılan Ş.Babayevin həyatını xilas etmək mümkün olub.
   Hazırda xəstəxananın terapiya şöbəsində müalicə olunan xəstənin səhhəti normallaşıb. Hadisəyə səbəb zərərçəkənin sevdiyi qızın başqa şəxslə nişanlanması olub.
   
İsmayıllı sakini Taleh Məmmədov dayısını güllələyib
İsmayıllı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 26-dan 27-nə keçən gecə rayon sakini Taleh Məmmədov dayısı, 33 yaşlı Bədəl Məhsumova ov tüfəngilə atəş açıb. Çiyin nahiyəsindən güllə yarası alan B.Məhsumov xəstəxanaya yerləşdirilib. Hadisəni törədən T.Məmmədov yaxalanaraq məsuliyyətə cəlb edilib. İlkin araşdırmalara görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
   
Hövsan südçülük savxozunda qadın özünü qardaşının tüfəngi ilə güllələdi
Bakının Əzizbəyov rayonunda 38 yaşlı qadın özünü öldürüb. Bu barədə APA-ya Əzizbəyov Rayon Prokurorluğundan məlumat verilib.
   Hadisə fevralın 26-dan 27-ə keçən gecə baş verib. Rayonun Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yaşayan 38 yaşlı Anaxanım Əzimova qardaşına məxsus evdə ov tüfəngindən atəş açaraq özünü öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur.
   Faktla bağlı Əzizbəyov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
   
Ərçivanda torpaq davasında araya girən qadına bıçaq vuruldu
Mehman İbrahimov Etibar Əliyevi vurmaq istəyib
Astara rayonunda bıçaqlanma hadisəsi baş verib. Astara Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə fevralın 27-də rayonun Ərçivan kəndində baş verib.
   Qonşuluqda yaşayan kənd sakinləri Mehman İbrahimovun Elbrus Əliyev və onun oğlu Etibar Əliyevlə torpaq üstündə başlanan mübahisəsi sonda bıçaqlanma ilə nəticələnib.
   Mehman İbrahimovun Etibar Əliyevə vurmaq istədiyi bıçaq zərbəsi araya girən ikincinin həyat yoldaşı, 1964təvəllüdlü Zəhra Əliyevanın kürək nahiyəsindən dəyib. Z.Əliyeva ağır vəziyyətdə əvvəl Astara Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Lakin onun həyatı təhlükədə olduğundan, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb və hazırda orada həkimlərin nəzarəti altındadır. Hadisənin digər üç iştirakçısı da müxtəlif bədən xəsarətləri alsalar da, onların stasionar müalicəyə cəlb edilməsinə ehtiyac olmayıb.
   Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır
   
İranda bir qrup vəhhabi həbs olundu
İran xüsusi xidmət orqanları ölkənin Qərbi Azərbaycan ostanında fəaliyyət göstərən radikal dini qruplaşmanın xeyli üzvünü həbs edib.
   Lent.az-ın "Tehran Times"a istinadən verdiyi məlumata görə, İranın Təhlükəsizlik Nazirliyi dünən əməliyyatla bağlı rəsmi açıqlama yayıb. Məlumatda bildirilib ki, həbs olunanlar vəhhabi olub və onlar gəncləri silahlı çıxışlara, dövlət əleyhinə təxribatlar törətməyə cəlb edirmiş.
   Saxlanan vəhhabilər, həmçinin, ayrı-ayrı fərdlərə qarşı terror hücumları hazırlamaqda təqsirləndirilir. Həbslər zamanı vəhhabi qrupundan 6 ədəd "Kalaşnikov" avtomatı, tapançalar və xeyli sayda döyüş sursatı aşkarlanıb.
   
Hacıqabul Bələdiyyəsi yanıb
Hacıqabul şəhər Bələdiyyəsinin inzibati binasında yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, hadisə fevralın 26-da baş verib.
   Bələdiyyənin ümumi sahəsi 200 kv/m olan ikimərtəbəli inzibati binasının 2-ci mərtəbəsində baş verən yanğın nəticəsində tavanın yanar konstruksiyaları 30 kv/m sahədə tam yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.
   
   
Qaradağda əsgər dolu maşın aşıb
Bir əsgər öldü
Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına məxsus əsgərləri daşıyan maşının aşması nəticəsində ölən və yaralanan hərbi qulluqçuların adları məlum olub.
   Bu barədə APA-ya Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib.
   Qəza nəticəsində Daxli Qoşunların Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsinin əsgəri, 2009-cu ildə Ağdaş Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1990-cı il təvəllüdlü Fərzəliyev Fərhad Nadir oğlu hadisə yerindəcə dünyasını dəyişib.
   Maşında olan digər hərbi qulluqçular - 1991-ci il təvəllüdlü Məmmədov Rahib Kamal oğlu, 1991-ci il təvəllüdlü Həsənov Cavid Zakir oğlu, 1991-ci il təvəllüdlü Qasımov Tofiq Əlifağa oğlu, 1991-cı il təvəllüdlü Həsənov Bahəddin Aydın oğlu, 1991-ci il təvəllüdlü Hüseynov Bəhruz Bəhram oğlu, 1990-cı il Abdullayev Tural Arif oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Söhrab Zöhrab oğlu, 1991-ci il təvəllüdlü Hacıyev Nihat Nadir oğlu, 1990-cı il təvəllüdlü Talıbzadə Kamal Rais oğlu müxtəlif dərəcəli bədən xəsarətlərilə Daxili Qoşunların hospitalına yerləşdirilib.
   Baş vermiş hadisə ilə bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
   Qeyd edək ki, hadisə fevralın 26-da paytaxtın Qaradağ rayonu ərazisində baş verib. DQ şəxsi heyətini daşıyan maşın yolun əks istiqamətilə hərəkət edən marşrut avtobusu ilə toqquşub. Zərbənin təsirindən şəxsi heyəti daşıyan maşın aşıb. İlkin məlumata görə, qəzanın baş verməsinə yolun sürüşkənliyi səbəb olub.
Çilidə zəlzələ qurbanlarının sayı 300-ü keçib
Minlərlə ev dağılıb
Çilidə zəlzələ qurbanlarının sayı artıb. Yerli hökumət orqanlarının dünən səhər verdiyi açıqlamaya görə, yeraltı təkanlar nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb.
   Ölənlərin sayının artacağı istisna edilmir. İlkin məlumata görə, zəlzələ nəticəsində 2 milyon adam ziyan çəkib. Xilasedicilır dağıntılar altından insanları axtarır.
   Yeraltı təkanlardan sonra sunami təhlükəsi barədə xəbərdarlıq edilib. Sonradan bəzi ölkələr üçün bu xəbərdarlıq aradan qalxıb.
   Xatırladaq ki, Çilidə zəlzələ srağagün yerli vaxtla saat 03.34-də (Bakı vaxtı ilə 10.34) Konsepsion şəhərindən 115 kilometr aralıda, 55 kilometr dərinlikdə 8,8 bal gücündə baş verib. Yeraltı təkanlar 10-30 saniyə davam edib. Paytaxtın bəzi rayonlarında elektrik enerjisi kəsilib, əhali vahimə içərisində küçələrə axışıb. Ümumilikdə zəlzələ nəticəsində Çilidə 1,5 milyondan artıq ev, bir neçə xəstəxana dağılıb. Hakimiyyət orqanlarının məlumatına görə, onlardan 500 mini daha ciddi zərər görüb və artıq yaşayış mümkün deyil. Elektrik, rabitə xətləri sıradan çıxıb.
Çilidə zəlzələ zamanı həbsxanadan 209 məhbus qaçıb
Çilidə baş vermiş zəlzələdən sonra Çilyan şəhər həbsxanasından 209 məhbus qaçıb. APA-nın "Exo Moskvı" radiosuna istinadən verdiyi məlumata görə, yerli polis həbsxanadan qaçan 269 məhbusdan 60-nı dərhal yaxalasa da, 209 nəfər qaçmağa müvəffəq olub.
   Xatırladaq ki, Cənubi Amerikada yerləşən Çilidə baş vermiş 8,8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 300 nəfərə çatır. Hazırda ölkənin sahil boyu ərazilərində isə sunami fəlakəti yaşanmaqdadır.
   
İrana taxta aparan "KamAZ" Ələt-Astara yolunda "Jiquli"ilə toqquşdu
Ələt-Astara magistral yolunun 225-ci km-də, Astara rayonu ərazisində yol qəzası baş verib.
   Rayonun Təngərüd kəndi ərazisində Rafael Rəsulovun idarə etdiyi "KamAZ" markalı avtomaşın idarəetməni itirərək yoldan çıxıb və Talıb Şahyarovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub. "KamAZ" markalı avtomaşının sürücüsü qəzanın baş verməsi səbəbini qarşısına mal-qara çıxması və yolun yağışlı olması ilə əlaqələndirir. Sürücülər xəsarət almasa da avtomaşınlara ciddi ziyan dəyib. Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır. Qeyd edek ki, "KamAZ" markalı maşında İran İslam Respublikasina taxta materialı aparılırmış.
   
Göygöl rayonunda iki yol qəzası...
Ölən olmasa da...
Göygöl rayonunda yol qəza hadisələri baş verib. Lent.az-ın Gəncəbasar müxbirinin Göygöl Rayon Polis Şöbəsindən aldığı məlumata görə, fevralın 27-də Gəncə-Şəmkir yolunun Göygöl rayon Quşqara kəndi ərazisində 1980-ci il təvəllüdlü Nuriyev Alik Firuddin oğlunun idarə etdiyi "QAZ-33021" markalı, 60 BX 716 dövlət nömrə nişanlı avtomobillə 1982-ci il təvəllüdlü Məmmədov Emin Qərib oğlunun idarə etdiyi "VAZ-21074" markalı, 20 CJ 645 dövlət nömrə nişanlı avtomobil toqquşub.
   Nəticədə "VAZ 21074" markalı avtomobilin sərnişini Kərimova Gülnurə Əli qızı xəsarət alıb.
   Srağagün rayon ərazisində daha bir yol qəzası qeydə alınıb. 1985-ci il təvəllüdlü Göygöl rayon Topalhasanlı kənd sakini Əliyev Asif Füzuli oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə 1964-cü il təvəllüdlü Alışov Zaur Şükür oğlunun idarə etdiyi "VAZ-21015" markalı AH-334 nömrə nişanlı avtomobil toqquşub.
   Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Sarayın arxasında evləri sökülən 100 ailə etiraza çıxdı
"Özü Amerikada olan sahibkarın əşyalarını küçəyə töküblər"
Heydər Əliyev adına Sarayın arxasında Şəhər parkı salınacaq ərazidə evləri sökülən Şəmsi Bədəlbəyli və Füzuli küçələrinin 100-ə yaxın sakini etiraz etmək üçün küçəyə çıxıb. Evlərinin sökülməsinin dayandırılması tələbilə küçəni bağlamağa cəhd edən sakinlərə polis imkan verməyib.
   Qonşuların dediyinə görə, Füzuli 31 ünvanında yaşayan sahibkar hazırda Amerikada olduğundan, evinin sökülməsindən xəbəri belə yoxdur.
   Özlərini Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri kimi təqdim edənlərin nəzarəti altında söküntü işlərini aparanlar sahibkarın bütün əşyalarını küçəyə töküblər. Qonşuları iddia edir ki, onun qiymətli əşyaları, o cümlədən zinət əşyaları oğurlanıb. Ərazidə olan səlahiyyətlilər isə bunu inkar edir.
   Hazırda adı çəkilən küçələrdə söküntü işləri davam edir.
   Bu ərazidə yaşayan əhalinin bir hissəsi köçürülüb. Köçürülməkdə olan digər sakinlər isə onlara mənzillərinin hər kvadratmetrinə görə təklif olunan 1500 manatla razılaşmır, bazar qiymətinə uyğun vəsait ayrılmasını tələb edirlər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qəbulunda olan sakinlərə təklif olunan məbləğin artırılmayacağı deyilib.
 
 
 SON XƏBƏRLƏR
2010-03-01 Göygöl rayonunda iki yol qəzası...
2010-03-01 İrana taxta aparan "KamAZ" Ələt-Astara yolunda "Jiquli"ilə toqquşdu
2010-03-01 Çilidə zəlzələ zamanı həbsxanadan 209 məhbus qaçıb
2010-03-01 Çilidə zəlzələ qurbanlarının sayı 300-ü keçib
2010-03-01 Qaradağda əsgər dolu maşın aşıb
2010-03-01 Hacıqabul Bələdiyyəsi yanıb
2010-03-01 İranda bir qrup vəhhabi həbs olundu
2010-03-01 Ərçivanda torpaq davasında araya girən qadına bıçaq vuruldu
2010-03-01 Hövsan südçülük savxozunda qadın özünü qardaşının tüfəngi ilə güllələdi
2010-03-01 İsmayıllı sakini Taleh Məmmədov dayısını güllələyib
2010-03-01 21 yaşlı göyçaylı oğlan sirkə içib intihara cəhd etdi
2010-03-01 Türkmənistan "Nabukko" kəməri üçün yenə şirinləşib
2010-03-01 Başbuğ-Ərdoğan görüşünün müəmması...
2010-03-01 Kəmaləddin Heydərov yunanıstanlı həmkarı ilə Afinada saziş imzaladı
2010-03-01 Semnebinin şansdan danışdığı vaxt atəşkəsin pozulması halları artır
2010-03-01 İlham Əliyev Xocalı ilə bağlı işin birinci mərhələsinin bitdiyini elan etdi
2010-03-01 Rusiya narkotikə görə Azərbaycan sərhədlərinə əlavə qüvvə yerləşdirə bilər
2010-03-01 Avropa-Azərbaycan Cəmiyyəti Londonda Xocalı ilə bağlı bir illik unikal internet aksiyasına başladı
2010-03-01 Vurğun Əyyub Müsavat başqanlığına iddiasını bəyan etdi
2010-03-01 ABŞ Konqresində Xocalı qətliamının ssenarisinin detalları sadalandı
2010-03-01 Qulu Məhərrəmli 1992-ci ildə Xocalıda çəkdiyi ilginc kadrlarla nə etdi?
2010-03-01 Rövşən Rzayev Dağlıq Qarabağa bir qrup deputat aparır
2010-03-01 Fuad Muxtarov müxalifətdə agent söhbətlərindən qeyzləndi
2010-03-01 Müsavatın Gənclər Təşkilatının sədri başqanlığa heç bir namizədi dəstəkləməyəcək
2010-03-01 Tahir Kərimli prezidenti müdafiə edən partiyaların birliyinə qoşulmağa hazırdır
2010-03-01 Banklarda problemli kredit borcu olan bəzi müştərilərə yeni münasibət başlayıb
2010-03-01 ABŞ-Koreya düşmənçiliyinə son qoyula bilər
2010-03-01 Yanukoviç prezidentliyə Milli Antikorrupsiya Komitəsi ilə başladı
2010-03-01 Səddam Hüseynin iyirmi min zabiti yenidən xidmətə qayıdır
2010-03-01 Viktor Yanukoviç Rusiya ilə gömrük ittifaqının əleyhinə çıxdı
2010-03-01 PKK düşərgələrindən qaçan 6 terrorçu təslim oldu
2010-03-01 Saakaşvili Rusiyanı qıcıqlandıran daha bir bəyanat verdi
2010-03-01 Saakaşvili müxalifəti dinlədiyini etiraf etdi
2010-03-01 "Müsavat ətrafında birlik" fikri top atəşinə tutuldu
2010-03-01 Ramil Qasımovun "Amil" marketində pornokaset satılırmış
2010-03-01 Sumqayıtdakı "Rəsulallah" mağazasında 125 qanunsuz kitab tapıldı
2010-03-01 Banklar bütün POS terminalların cəmi 9 faizini rayonlarda quraşdırıb
2010-03-01 Paytaxtda və kəndlərdə aptek açılması üçün eyni məbləğdə rüsum narazılıq doğurub
2010-03-01 Bakıda oğurluqla məşğul olan iki gürcü həbs edilib
2010-03-01 Salyanda 16 yaşlı yeniyetmə nahar yeməyindən sonra özünü asdı
2010-03-01 Pəhriz xəstələrini saxta "pəhriz" və "çovdar" çörəkləri ilə öldürənlər...
2010-03-01 Dirrik və dirilik vəhdət dədir
2010-03-01 Messinin bir qolu "Barselona"nı liderliyə yüksəltdi
2010-03-01 "Çelsi" son dörd oyunda üçüncü dəfə məğlub oldu
2010-03-01 Premyer Liqanın formatı dəyişdirilə bilər
2010-03-01 Azərbaycan üçün Qış Olimpiya Oyunları bitdi
2010-03-01 Sabiq futbolçusu "Bakı"dan transfer vərəqini ala bilmir
2010-03-01 Mahir Şükürov "Anji"dən ayrıldı
2010-03-01 Mariya Stadnikin oğurlanan bürünc medalının qiyməti açıqlandı
2010-03-01 "Neftçi"nin yeni baş məşqçisi Böyükağa Hacıyev ola bilər
2010-03-01 "Portsmut" müflis oldu
2010-03-01 Kürdəmirdə İkram adlı şəxs qeyri-qanuni yaşadığı qadını boğaraq öldürüb
2010-03-01 Sumqayıtda dəniz kənarından silah-sursat tapılıb
2010-03-01 Beyləqanlı Şəfiqə Zabratda əxlaqsızlıq yuvası düzəldib
2010-03-01 Bakıda süni gözəlləşdirici harmonal dərmanlara aludəçilik artır
2010-03-01 Astaranın Şahağacı kəndində meyit tapıldı
2010-03-01 Ekspertlər turizm sektorunun gələcəyindən narahatdır
2010-03-01 Lənkəran Teatrı "Şeytanın oyunları" ilə gəlir
2010-03-01 Məhkəmə bu gün Tarkan barədə qərar verəcək
2010-03-01 İncəsənət Universitetinin müəlliməsi Türkdilli dövlətlərin kino festivalından qayıdıb
2010-02-26 Keşlədəki binada yanğın zamanı Nurullayevlər xəsarət aldı
2010-02-26 Məşhur alim İhsan Doğramaçı 95 yaşında vəfat edib
2010-02-26 İsmayıllının Soltankənd məktəbi yandı
2010-02-26 Sulutəpədə 27 yaşlı Əfsanə Əkbərova dəm qazından boğulub ölüb
2010-02-26 İran səfiri Təbrizdəki konsulluğun qarşısında Azərbaycan bayrağının yandırılması xəbərini təkzib etdi
2010-02-26 Səfər Əbiyev Fransa səfirinə üç tutarlı kəlmə dedi
2010-02-26 Neftçalanın Astanlı kəndində "Azərenerji"nin yerli rəisinin üstünə tüfəng çəkdilər
2010-02-26 NZS-də ev sahibi oğrunu yaxalayıb polisə verdi
2010-02-26 "Ağdaş" MMC-nin Belarusun Qomel şəhərindəki "Ruslan" kafesi yandırıldı
2010-02-26 8 marta görə əlavə istirahət günləri verilməyəcək
 
 
 
Copyright (c) Bakı Xəbər 2009