Əhmədinejad Bəşər Əsədlə "qardaşlaşır"
İran prezidenti Mahmud Əhmədinejadın başçılıq etdiyi nümayəndə heyəti Suriyaya rəsmi səfərə gedib.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, M.Əhmədinejad Suriyaya 2 günlük səfər zamanı Suriya prezidenti Bəşər Əsədlə görüşəcək.
İran prezidenti Suriya prezidenti, eləcə də digər rəsmilərlə görüşdə İran-Suriya münasibətləri, eləcə də regionda və beynəlxalq aləmdə baş verən məsələlər barədə fikir mübadiləsi aparacaq.