Rusiya prezidenti ilə Avropa rəsmisi İranın nüvə proqramına qarşı eyni mövqedə...
.jpg)
İranın nüvə proqramı Rusiya prezidenti Dmitri Medvedyevlə Avropa Birliyinin beynəlxalq məsələlər üzrə katibi Ketrin Eşton arasında aparılan danışıqların əsas mövzusu olub.
APA-nın "Azadlıq" radiosuna istinadən verdiyi məlumata görə, K.Eşton danışıqlardan sonra Rusiya ilə Qərbi İrana qarşı sanksiyaların gücləndirilməsində bir mövqedən çıxış edəcəyinə ümid etdiyini bildirib. Moskvaya səfəri çərçivəsində K.Eşton xarici işlər naziri Sergey Lavrovla da görüşüb. Danışıqlarda tərəflər arasındakı viza rejiminin ləğvi müzakirə olunub.