.jpg)
Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi martın 4-də 1915-ci il hadisələrinin "soyqırım" kimi tanınmasını tələb edən qətnaməni müzakirə edəcək.
Amerika Ermənilərinin Ümummilli Konqresinin (ANCA)açıqladığı məlumata əsasən, komitənin rəhbəri Hovard Berman 250 nömrəli "erməni soyqırımı" qətnaməsini gündəliyə daxil edib. ANCA-nın rəhbəri Ken Haçikyan məsələ ilə bağlı bundan əvvəl komitənin "belə cəsur addımını" alqışlamışdı. O, məsələnin daha sonra Nümayəndələr Palatasının müzakirəsinə çıxarmaq üçün erməni lobbisinin gərgin fəaliyyətə başladığını deyib. Ekspertlər bildirir ki, Konqresin atdığı addım Türkiyə-ABŞ münasibətlərinə ciddi xələl gətirəcək və bunun Azərbaycana da təsiri qaçılmaz olacaq.