.jpg)
"Azərbaycan parlamenti Xocalı faciəsinə siyasi qiymət verib, bu faciə soyqırım kimi dəyərləndirilib və qəbul olunub". APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov "Xocalı faciəsini əvvəlcə Azərbaycan parlamenti soyqırımı kimi qəbul etməlidir" iddiasına münasibət bildirərkən deyib.
Bunu Azərbaycanın hər bir vətəndaşı, mətbuat nümayəndəsi və siyasətçisinin bilməsini vacib sayan Ə.Əhmədov cəmiyyətdə çaşqınlıq yaratmağa ehtiyac olmadığını vurğulayıb: "Bu hadisəyə soyqırım kimi qiymət verilib. Soyqırım kimi tanınmasaydı, parlamentin qəbul etdiyi qərar əsasında hər il fevral ayının 26-sı Xocalı soyqırımı günü kimi qeyd olunmazdı".
Dünyanın ayrı-ayrı dövlətləri və parlamentləri tərəfindən faciənin soyqırım kimi qəbul olunması məsələsinə gəldikdə, Ə.Əhmədov dünya birliyinin Azərbaycana, konkret olaraq Xocalı faciəsinə ikili standartlar tətbiq etməsindən təəssüfləndiyini deyib: "Amma bu istiqamətdə addımlar atılır. Ermənilər 100 ildir uydurma soyqırım düzəldib bütün, onu dünyaya tanıtmaq uğrunda mübarizə aparırlar. Biz isə 18 il əvvəl baş vermiş həqiqəti yaymaq üçün iş aparırıq və artıq müəyyən irəliləyişlər var. Lakin dünyanın da bu məsələyə biganə yanaşdığı qeyd olunmalıdır".