PFL "Simurq"un prezidentindən danışılmış oyunlarla bağlı fakt tələb etdi
"Simurq" klubunun prezidenti Zaur Məmmədov Supersport.Az-a müsahibəsində Unibank Premyer Liqasında danışılmış oyunlar olduğunu bəyan etmişdi.
Bu məsələyə münasibət açıqlayan Peşəkar Futbol Liqasının rəhbəri Ramin Musayev bildirib ki, danışılmış oyunların olduğundan söhbət gedə bilməz: "Belə şey olsaydı, həmin komandaları ciddi cəzalandırardıq. Bu yerdə ataların "Elin gözü tərəzidir" məsəlini yada salmaq istərdim". PFL prezidenti "Əgər Zaur Məmmədovun əlində fakt varsa, açıqlasın" fikrini səsləndirib.