26 Fevral 2010-cı il, N 299(1197)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3657)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2439)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2258)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1756)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1361)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
TQDK-nın qəbul qaydalarında dəyişkliyi vaxtsız addım kimi dəyərləndirildi
Məhərrəm Zülfüqarlı: "Qəbul qaydalarındakı dəyişikliklər vaxt baxımından düzgün seçilməyib"
Əjdər Ağayev: "Dəyişikliyin öncədən edilməsi daha gərəkli olardı"
Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə srağagün keçirdiyi mətbuat konfransında prezident İlham Əliyevin ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə 10 fevral tarixli fərmanını əsas tutaraq, komissiya tərəfindən 2010-2011-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin tələbə qəbulu qaydalarında müəyyən dəyişikliklər edildiyini bildirib.
   Nəticədə tədris ili üçün ali məktəblərin Azərbaycan bölməsi üzrə 2 və 3-cü ixtisas qruplarının xarici dildən imtahan fənlərində müəyyən dəyişikliklər edilməsilə bağlı qərar qəbul edilib. Həmin qərara uyğun olaraq, 2010-cu tədris ilində ali məktəblərin Azərbaycan bölməsi üzrə 2 və 3-cü ixtisas qruplarının xarici dil fənləri sırasına rus dili fənni daxil edilib. Beləliklə, 2-ci qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, rus, fransız, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilər. Baş verən dəyişikliklə ikinci ixtisas qrupunda ərəb və fars dilləri xarici dil fənləri sırasından çıxarılıb.
   Üçüncü qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və fars, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilər. Əvvəlki illərdən fərqli olaraq, Azərbaycan bölməsi üzrə üçüncü ixtisas qrupunun DT altqrupunda da xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq olunacaq.
   M.Abbaszadə deyib ki, orta ixtisas məktəblərinə ümumi orta təhsil bazasından qəbul olunmaq istəyən abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcək. Hərbi liseylərə qəbul olunmaq istəyənlər Azərbaycan dili, riyaziyyat, fizika və kimya fənlərindən imtahan verəcək.
   TQDK sədri hazırda Azərbaycanda qəbul imtahanlarında qapalı tipli test tapşırıqları formasından istifadə edildiyi deyib. Eyni zamanda qeyd edib ki, 2011-ci ildə qəbul imtahanlarında digər test tapşırıq formasından-açıq tipli test tapşırıqlarından da istifadə etmək planlaşdırılır.
   TQDK sədrinin qeyd etdiyinə görə, cari ildə 10 minə yaxın plan yeri dövlət tərəfindən maliyyələşəcək: "Ötən il ali məktəblərdə 10 minə yaxın plan yeri dövlət tərəfindən maliyyələşdirilmişdi. Bu il də təxminən o qədər yerin dövlət tərəfindən maliyyələşdiriləcəyi gözlənir. Amma bu pullar ali məktəblərə əvvəlki kimi ilin əvvəlində verilməyəcək. Hazırda müvafiq nazirliklər tərəfindən əmək bazarındakı vəziyyət araşdırılır". O bildirib ki, dövlət tərəfindən maliyyələşdirilən ixtisaslar bəlli olduqdan sonra bu siyahı TQDK-ya təqdim ediləcək. TQDK isə həmin ixtisaslara sahib olmaq üçün nə qədər bal tələb edildiyini müəyyənləşdirəcək.
   M.Abbaszadə dövlət tərəfindən maliyyələşdirilən ixtisasların siyahısının martın 15-dək TQDK-ya təhvil veriləcəyini söyləyib: "Bu proses addım-addım davam edəcək. Bu il hər ixtisasda dövlət tərəfindən müəyyən qrantlar olacaq. Gələcəkdə əmək bazarının tələbindən asılı olaraq müəyyən ixtisaslarda 10 faiz, müəyyən ixtisaslarda 100 faiz ödənişsiz qrantlar tətbiq olunacaq".
   İslahatların aparılması, vacib olmaqla bərabər, günün tələbidir. İslahatlar həyatın vacib elementidir. Təhsil sahəsində islahatların həyata keçirilməsi isə daha önəmlidir. Bu istiqamətdə prezidentin ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə fərmanı olduqca vacib və əhəmiyyətlidir. Həmin məqam onu göstərir ki, təhsil və onun inkişafı hökumətin daim diqqət mərkəzindədir.
   Amma bu fərman heç də ona dəlalət etmir ki, onun həyata keçirilməsinə cavabdeh olan qurum gözlənilən dəyişikliyi, durub-durub, məhz dərs ilinin sonuna yaxın həyata keçirsin. Bütün hallarda, necə gəldi, haçan gəldi dəyişikliklərə gedilməsi yolverilməzdir. Bu mənada, qəbul qaydalarının ilbəil bu cür dəyişdirilməsi başadüşülən deyil. Xatırladaq ki, test imtahanlarının keçirilməsinə az, cəmi 4-5 ay vaxt qalır. Prosesin başlanmasına az müddət qaldığı bir ərəfədə qəbul qaydalarında hər hansı dəyişikliyə gedilməsi bir qədər məntiqdən kənar görünür. Adətən hər tədris ilinin başlanğıcında ona cavabdeh qurumlar öz qarşısına illik planlar qoyur və cari tədris ilini də həmin planlar əsasında həyata keçirirlər. Bu mənada, hazırkı tədris ilinin ortasında dəyişikliklərə, özü də qəbul prosesilə bağlı, getməyə heç bir lüzum yoxdur. Bunu anlamaq olmur. Bu hal abituriyentlərin hissiyyatı ilə oynamağa bənzəyir. Belə ki, ali təhsil almaq istəyən şəxs bütün il boyu əvvəlki qaydalara uyğun olaraq hazırlaşır. Amma birdən-birə həmin qaydalarda dəyişikliklər baş verir. Bu hal, istər-istəməz, gəncin hissiyyatına toxunur, o çaş-baş qalır və hazırlıq prosesinə sanki yenidən start verməli olur. Bununla o, bir tərəfdən həm stress keçirir, həm də imtahanlara qalan qısa zaman kəsiyində yeni qaydalara uyğunlaşmağa çalışır. Belədə isə xeyli vaxt və əmək itirir. Dərs ilinin ortalarında qəbul qaydalarında baş verən belə dəyişikliklərin nəticəsidir ki, keçən il orta məktəbi qızıl medalla bitirənlərin təxminən yarısının test imtahan nəticələri çox aşağı səviyyədə olub.
   İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı da qəbul qaydalarındakı dəyişikliyin vaxt baxımından düzgün seçilmədiyi qənaətindədir: "Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə ictimaiyyətinin müsbət qiymətləndirdiyi qurumlardan biri məhz Tələbə Qəbulu Komissiyasıdır. Amma nöqsanlar da var. Artıq fevralın sonudur, uşaqlar sentyabrdan, bəziləri isə keçən ildən imtahanlara hazırlıq işlərinə start verib. Ola bilsin ki, hansısa uşaq ərəb və fars dilinə hazırlaşırdı. Birdən-birə belə dəyişikliyə gedilməsi isə, əlbəttə, bəzi uşaqların hazırlıq işinə mənfi təsir edir. Burada müsbət cəhət rus dilinin də xarici dil kimi qəbul prosesinə salınmasıdır. Amma vaxt baxımından düzgün seçilməyib. Bu iş ötən sentyabrda, hətta keçənilki qəbul qurtaran kimi həyata keçirilsəydi, daha yaxşı olardı. Fars və ərəb dilinin xarici dillər sırasından çıxarılması da düzgün görünmür. Çünki bizim tarixin ilkin orta əsr və orta əsrlər dövründəki mənbələrin əksəriyyəti ərəb və fars dillərindədir. Azərbaycan xalqı müsəlman olduğundan və İslam Konfransı Təşkilatına üzv olduğumuzdan, Qərblə işlədiyimiz kimi, şərqlə də işləməliyik. Ona görə fars və ərəb dilinə belə ögey münasibətdə doğru deyil".
   Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev qəfil dəyişikliklərin təhsil prinsiplərinə yad olduğunu bildirdi: "Bir neçə aydan sonra qəbul imtahanları başlayır. Uşaqların hamısı köhnə qaydalarla hazırlaşıb. Ola bilsin ki, bəziləri fərdi müəllimlərdən istifadə etməklə hazırlıq prosesinə müəyyən xərc də çəkib. Ona görə də belə hallarda dəyişikliyin daha öncədən edilməsi, hətta deyərdim ki, bir il əvvəldən layihələndirilməsi və bir neçə aydan sonra təsdiqini taparaq meydana qoyulması daha gərəkli olardı. Prezidentin sərəncamı yalnız pul verilməsi məsələsinə aiddir. Amma dəyişiklikdə, yeni xarici dillə yanaşı, açıq testlərin tətbiqi məsələsi də gündəmə gəlib. Dəyişikliyin əleyhinə deyiləm, ola bilsin ki, o faydalı oldu. Amma bunu irəlicədən düşünmək və demək lazım idi ki, insanlar hazır olsun. Ümumiyyətlə, təhsil sistemində birdən-birə, qəfildən bu cür dəyişikliyin meydana gətirilməsi təhsil prinsiplərinə uyğun deyil. Təhsil prinsipləri uzunmüddətli müşahidə və düşüncələrlə sınaqdan çıxaraq tətbiq olunanları qəbul edir".
   
Rüfət SULTAN
Nijnı Novqorodda rus qızı Azərbaycan vətəndaşı ilə içdi və onu öldürdü
Rusiyanın Nijnı Novqorod şəhərində qətldə günahlandıran 47 yaşlı qadın haqqında cinayət iş qaldırılıb.
   APA-nın Rusiya Prokurorluğunun İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, istintaq zamanı müəyyən edilib ki, qadın fevralın 22-də birlikdə yaşadığı 43 yaşlı Azərbaycan vətəndaşı ilə spirtli içki qəbul edib. Bu zaman onlar arasında mübahisə yaranıb və qadın adı açıqlanmayan Azərbaycan vətəndaşını sinəsindən bıçaqlayıb. Hadisədən sonra qadın həbs edilib.
"Nur-AB" - Bakıda oturub kompüterlə dünya milyonçularını qarət edən təşkilatdır
Dəstə üzvlərinin məhkəməsi başlayıb
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kompüter informasiya bazasına daxil olaraq, xarici vətəndaşların müxtəlif bank hesablarındakı pul vəsaitlərini talamaqla məşğul olan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
   APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən iclasda təqsirləndirilən şəxslər - Elqan Vəliyev, Ruslan Həsənov, Elçin Abbasov, Məhəmməd İbrahim və Abidin Həsənzadənin cinayət işi üzrə məhkəmə baxışı martın 5-nə təyin olunub. İttihama görə, təqsirləndirilən Azərbaycan vətəndaşları Elqan Vəliyev, Ruslan Həsənov, Elçin Abbasov, Abidin Həsənzadə, Suriya Ərəb Respublikasının vətəndaşı İbrahim Məhəmməd Əhməd oğlu və adları açıqlanmayan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək, Elçin Abbasovun adına "Nur-AB" Məhdud Məsliyyətli Cəmiyyəti təsis edib və onu hüquqi şəxs kimi dövlət qeydiyyatından keçiriblər.
   Mütəşəkkil dəstənin əcnəbi üzvləri ABŞ, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, İsveç və digər xarici ölkələrin banklarının müştərilərinə məxsus külli miqdarda plastik kartların nömrə və kodlarını qanunsuz şəkildə əldə edərək dəstənin Azərbaycandakı üzvlərinə göndəriblər. Qanunsuz əldə olunan həmin kompüter informasiyaları əsasında mütəşəkkil dəstənin buradakı üzvləri Elqan Vəliyevin başçılığı və təşkilatçılığı ilə kredit kartlar vasitəsilə nağdsız ödənişlərin həyata keçirilməsi üçün istifadə edilən "Nur-AB" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "POS-terminal" vasitəsilə təxminən 300 min AZN məbləğində pulun "Nur-AB" MMC-nin hesabına köçürülməsinə nail olublar. Dəstə tərəfindən "POS-terminal" vasitəsilə təkcə Almaniya banklarının müştərilərinin plastik kartlarının kodlarından istifadə edilərək 130 min AZN məbləğində saxta nağdsız hesablaşma əməliyyatları aparılıb, həmin vəsaitin "Nur-AB" MMC-nin hesabına köçürülməsi təşkil edilib və 2009-cu il may ayının əvvəlində 54 min manat məbləğində pul vəsaiti "Nur-AB" MMC-nin bank hesabından çıxarılıb. Dəstənin üzvləri ümumi vəsaitin 73 min manatdan artıq qalan hissəsini isə əvvəlki üsulla bir neçə dəfə hesablardan çıxarmağa cəhd etsələr də, Bakıda fəaliyyət göstərən kommersiya banklarından biri tərəfindən "Nur-AB" MMC-nin hesabı bloklaşdırıldığından onlar öz məqsədlərinə nail ola bilməyiblər.
   Bundan başqa, Elqan Vəliyevin başçılığı ilə dəstə üzvləri 2009-cu ilin iyun ayının əvvəlində növbəti dəfə "Nur-AB" MMC tərəfindən "POS-terminal"la saxta plastik kartlar vasitəsilə 160 900 AZN məbləğində nağdsız əməliyyatın aparılmasını təşkil ediblər. Elqan Vəliyevin göstərişilə Elçin Abbasov və Abidin Həsənzadə 2009-cu il iyunun 8-də həmin vəsaitin çıxarılmasını asanlaşdırmaq məqsədilə Bakıdakı bir bankın hesabından digər bankın hesabına köçürülməsinə cəhd edərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən xüsusi əməliyyat planı əsasında cinayət başında yaxalanıblar.
   
Ağdam və Bərdə qadınlarının əsas şikayəti iş yerlərinin olmaması ilə bağlıdır
60-a yaxın məcburi köçkün qadınla sorğu aparıldı
Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi" İctimai Birliyi Açıq Cəmiyyətin İnkişafına Yardım Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi "məcburi köçkün qadınların məşğulluğunun monitorinqi və nəticələrinin ictimai müzakirəsi" adlı layihəsini yekunlaşdırıb.
   İctimai Birliyin sədri Lətafət Məlikovanın verdiyi məlumata görə, layihə çərçivəsində Bərdə və Ağdam rayonlarına səfərlər edilib. Qaçqın və məcburi köçkünlərdə fərdi görüşlər keçirilib, suallara cavablar alınıb. İkinci mərhələdə isə nəticələr müzakirəyə çıxarılıb.
   Sorğuda Ağdamda Dördyol adlanan ərazidə 30-dan artıq, Bərdə rayonunda isə Şirvanlı qəsəbəsində yerləşən məcburi köçkün məktəbində 30-a yaxın məcburi köçkün qadın iştirak edib. Qadınları narahat edən əsas məsələ iş yerlərinin olmamasıdır. Belə ki, yoxsulluğun azaldılması üçün rayonlarda kiçik süd emalı sexlərinin tikintisi və məcburi köçkünlərin tədarüki, satışı, toxuculuq müəssisələrinin yaradılması, güzəştli kreditlərin verilməsi və s. məsələlər nəzərdə tutulsa da, bunların tam şəkildə icrası mümkün olmayıb. Qadın məcburi köçkünlərin məşğulluğu yalnız büdcədən maliyyələşən strukturlarda var. Fərdi məşğulluq sahəsində qadınların inkişafı üçün xüsusi bir dirçəliş hiss edilmir. Sahibar qadınlar, demək olar ki, yoxdur və s.
   L.Məlikovanın sözlərinə görə, Bərdə və Ağdam rayonlarında yerləşən məcburi köçkün qəsəbələrində xarici şirkətlər tərəfindən əsası qoyulan bir inkubator sexi və şirniyyat sexi olsa da, onlar fəaliyyət göstərmir.
Eldar XƏYAL
Şamaxının Çarhan kəndində keçmiş məhkum intihara cəhd edib
Şamaxı rayonunun Çarhan kənd sakini, 1962-ci il təvəllüdlü Babayev Aqil Abdulla oğlu intihara cəhd edib.
   Bu barədə APA-ya Şamaxı Rayon Prokurorluğundan bildirilib. Hadisə fevralın 24-də saat 21.30 radələrində qeydə alınıb. Məlumata görə, A.Babayev mətbəx bıçağı ilə qarın nahiyəsinə zərbələr endirib. Xəsarət alan şəxs Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Şamaxı Rayon Prokurorluğundan intihara cəhd edən şəxsin əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşadığı bildirilib. Faktla bağlı araşdırma aparılır.
Turizm İnstitutunda Xocalı soyqırımının 18-ci ildönümü qeyd edildi
ATİ rektoru Cəfər Cəfərov: "O gecəni, ondan sonra baş verənləri unutmağa, unutdurmağa haqqımız yoxdur"
"Xocalı zaman-zaman yurdumuzda ermənilər tərəfindən törədilən növbəti faciədir"
Fevralın 25-də Azərbaycan Turizm İnstitutunda Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar sərgi təşkil olunub və anım mərasimi keçirilib.
   Bu barədə qəzetimizə İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat daxil olub. Verilən xəbərə görə, tədbiri ATİ-nin rektoru tarix e.n., dos. Cəfər Cəfərov açıb və mərasim iştirakçılarına XX əsrin ən böyük soyqırımlarından biri olan Xocalı dəhşətindən danışıb: "Xocalı faciəsinə bir ilin, bir günün hadisəsi kimi baxsaq, ədalətsiz olarıq. Xocalı zaman-zaman yurdumuzda ermənilər tərəfindən törədilən növbəti faciədir. O günlər xarici informasiya vasitələrində belə işıqlandırılıb: 25 fevral 1992-ci il Fransada nəşr olunan "Krual Eveneman" jurnalı yazır: "Ermənilər Xocalıya hücum ediblər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölən barədə xəbər verir". C.Cəfərov, həmçinin, Xocalıda öldürülən 613 dinc sakindən 63-nün uşaq olduğunu deyib: "Onlar heç vaxt böyüməyəcək. Elə o yaşda qalacaqlar".
   Anım mərasimində ağrılı yaddaşımızda donub qalan Xocalı soyqırımı barədə ATİ-nin kafedra müdiri İbrahim Əliyev də danışıb: "Tarix XX əsrdə analoqu olmayan daha bir faciənin şahidi oldu. Erməni vandalizminin "şah" əsərindəki Xocalıların faciəsi insanlığa qarşı üzqaralığı kimi daim xatırlanmalıdır - gələcək nəsillər ibrət götürsün deyə. Bu tarix beynimizdə sıradan bir yaddaş kimi deyil, daş yaddaşı kimi qalmalıdır".
   Tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı isə Xocalı faciəsilə bağlı bildirib ki, ermənilər zaman-zaman bizə qarşı nifrətlərini qanla, ölümlərlə sübut ediblər":Sadəcə, tarixdə baş vermiş qətliamların xronoloji baxımdan tarixlərini dəyişsək, məhz illərin müxtəlifliyinin şahidi olarıq. İllər dəyişsə də, ssenari eynidir". Tələbələrdən isə Murad Həsənli çıxış edib. Anım mərasimini yekunlaşdıran ATİ-nin rektoru Cəfər Cəfərov sonda deyib ki, Xocalı təkcə yer üzündən silinən 8 ailənin, məhv edilən 70 qocanın, erməniyə əsir düşən 1275 soydaşımızın, ümumilikdə təkcə biz azərbaycanlıların faciəsi deyil, bəşəriyyətə, insanlığa qarşı törədilən, beynəlxalq miqyasda hələ də hüquqi qiymətini ala bilməyən qanlı cinayətdir: "O gecəni, ondan sonra baş verənləri unutmağa, unutdurmağa mənəvi haqqımız yoxdur. Tarix olub keçənlər deyil."
   
İradə SARIYEVA
"Azercell"in prezidenti "Gənclərin dostu" seçildi
Ali Ağan gənclərin sosial problemlərinin həllindəki fəaliyyətinə görə bu ada layiq görülüb
"Azercell Telekom" MMC-nin prezidenti Ali Ağan Azərbaycan Respublikası Gənclər Mərkəzi tərəfindən "Gənclərin dostu" adına layiq görülüb.
   Mükafat "Regionların sosial-iqtisadi inkişafına dair" prezident fərmanının 5 illiyi ilə əlaqədar çap edilən "5 ilin nailiyyətləri gənclərin gözü ilə" kitabının təqdimat mərasimində baş tutub.
   Mərasimdə çıxış edən cənab Ali Ağan bu ada layiq görüldüyünə görə Gənclər Mərkəzinə təşəkkürünü bildirib. Prezident bildirib ki, "Azercell" daim uşaq və gənclərin problemlərinə yardım göstərə biləcək layihələri dəstəkləyib. Bunlar sırasında Heydər Əliyev Fondu ilə və UNİCEFlə birlikdə keçirilən "Hər Uşağın Ailəyə Ehtiyacı Var" kampaniyası çərçivəsində baş tutan Milli konfransı, Mobil Diş Klinikasının açılmasını, British Council-la birlikdə orta peşə məktəblərinin şagirdləri arasında keçirilən "Skills and Work" müsabiqəsini qeyd edib.
   Ali Ağan bu günlərdə uşaqlarla əlaqədar daha vacib bir layihəyə start verildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Bundan sonra hər hansı problemi olan uşaqlar Uşaq Qaynar Xəttindən yararlana biləcək. Qaynar xətdə çalışan gənc, peşəkar mütəxəssislər çətinliyə düşən və stress vəziyyətində olan uşaqları açıq söhbətə çəkərək, onların problemini ətraflı öyrənəcək, müxtəlif vasitələrlə kömək etməyə çalışacaqlar". Bu layihəni "Azercell"in ən lazımlı və dəyərli işlərindən biri kimi qiymətləndirən Ali Ağan Qaynar Xəttin fəaliyyətinin Uşaq Hüquqları Üzrə Qeyri Hökumət Təşkilatlarının Alyansı, Təhsil Nazirliyi, UNİCEF və digər təşkilatların əməkdaşlığı sayəsində baş tutduğunu da vurğulayıb.
"Novruz fəlsəfəsi"...
Yaz bayramı türk xalqlarının qeyd etdiyi ən qədim bayramlardandır. Bu bayram türk xaqlarının yayıldığı coğrafi areal və bu xalqların mənəvi təsiri olan yerlərlə bağlıdır. Yaz bayramının Azərbaycanda qeyd edilməsinin azı 5-6 min illik tarixi var. Həm də türk xaqları arasında bu bayramın yaz bayramı adlanmasının özü xüsusi anlama malikdir.Çünki bu bayramın sahibi toplum fəlsəfəsini yaradan türklərdir.
   Bu bayramın fəlsəfəsinə görə, yazda başlayan "həyat" payızın sonunda başa çatır ki, bu da insanın ana bətnindən həyata gəlişinə qədərki 9 aylıq bir dövrü əhatə edir. Yəni yaz, yay, payız fəsilləri hər biri 3 ay olmaqla 9 ay davam edir. 3 ay qış fəslinə gəlincə, türk düşüncəsi buna Şər kimi baxdı, qışdan yaza çıxmaq isə Xeyirin Şər üzərində qələbəsi sayıldı.
   
   YAZ BAYRAMI:
   BƏŞƏRİ EHTİVA
   
   Hələ insanların gücü-qüvvəni, xeyiri-şəri ayrı-ayrı hadisə və cisimlərdə axtardığı vaxtda Həqq bəşəri bu yollardan keçirərək özünə tərəf gətirirdi. Amma türkün içində yaranışından tanrıçılıq (allahçılıq) var idi. Həmin tanrıçılıq türkə Yaz bayramı kimi bayramlarüstü bir şənlik yaşatdı. Elə bir bayram ki, bu bayramın rəmzləri Həqq-insan fəlsəfəsinə bağlandı.
   Həqq-Təala insanı topraqdan yaratdı, yaz bayramı özü torpağın bayramıdır.
   Həqq bəşərə nemətlər verdi, yaz bayarmının süfrəsi həmin nemətlərin nümayişidir.
   Həqq-Təala bəşərə müxtəlif səbəbli məşğuliyyət olan oyunlar verdi, yaz oyanları onların göstərisidir. Yəni yaz bayramında elə bir rəmz yoxdur ki, onun fəlsəfi əsası olmasın.
   Yaz bayramının kökü torpağa, insan adlı varlığın yaranmasının və yaşamasının ən əsas atributuna bağlıdır.
   Yazmaq türk dilində təkcə vərəq üstündə nəyisə yazmaq olmadığı kimi, yazı da təkcə vərəq üstündə yazılmış mətn deyil. Çöl, torpaq mənası daşıyan "yazı" sözü yaz sözünə və ya yaz bayramına bağlıdır. İnsanın yarandığı torpaq yazı olduğu kimi, elə onun üzərində əsl həyat da yazdan başlayır. Yəni yazın gəlişi ilə torpaq üzərində şumlama, arat, ağacların budanması, gübrələnməsi kimi proseslər işə düşür. Yaz torpağın qışdan çıxması və dirilməsi olduğu üçün həyat elə bu fəsildən başlanır. Torpaq üzərində iş və ya yazı üzərində yazılar, yəni şumlamalar başlayır. Bütün türk dünyasının elatlarında, obalarında, uluslarında el şənlikləri başlanır. Türk xaqlarının bu şənlikləri eyni vaxtda başlaya bilməsi üçün dağ zirvələrində tonqallar yandırılar, Köhnə Dünyanın orta çoğrafi zolağında olan türklər bütün qitə boyu şənliklərə başlayardılar. Çünki türk xaqları bu bayrama təkcə yeni il kimi yanaşmadı, həmin bayramın əsl fəlsəfəsini yaratdı və yaşatdı, onu türkün dünyanı dərketməsi biçiminə saldı. Yəni bu bayramın qeyd edilməsindən bu bayramla bağlı bütün xırda təfərrüatlara qədər hər şeyin öz fəlsəfi anlamı var.
   
   YAZ BAYRAMI: ƏBƏDİ XEYİR-ŞƏR DÖYÜŞÜ
   
   Yaz bayramı, yeni ilin ilk günü kimi, ilin 365 və ya 366 gün olmasından asılı olaraq, martın 20-21-nə təsadüf edir və bu bayram Köhnə dünyanın (yəni Asiya qitəsinin) ən qədim bayramı sayıla bilər. Əski türk anlamında yaz bayramının qeyd olunması təkcə ilin dəyişməsi və ya qışdan yaza keçidə bağlı deyil. Bu bayramın tərkibində qədim türk nəsillərinin dünyaya baxışlarının nümunələri də ortadadır.
   Türk xalqları qış fəslinə yatmaq və ya ölmək kimi yanaşıblar, hətta yuxunun özünə "kiçik ölüm" deyiblər. Bu mənada torpağın 3 ay qışda bar verməməsinə "ölməsi" baxışı ifadə ediblər.
   Əski türk düşüncəsinə "qış dumanı qar gətirir, yaz dumanı bar gətirir" kimi bir anlam hakimdir. Təbiət hadisələrini izləyənlər bilir ki, qış dumanı torpağı bərkidir, qış fəsli ərzində yağan qar tədricən torpağın üzərinə çökərək suya dönür, yaz fəslinin başlanması ilə yaz dumanı yenidən torpağı yumşaldır və həmin qar suyu torpağın canına hopur.
   Hətta türk xalqları göydən yağan qarın torpağın canına hopmasına belə bir intimlik ovqatı qatıb. "Atam Göyün göz yaşından Anam Yerin bətni cücərdi" deyimilə bu məsələyə qadın-kişi münasibətləri müstəvisindən yanaşıb.
   Həyatın başlanması dirilik və ya fəaliyyətdə olmaqdır. Bu dirilik isə yaza bağlanır. Torpaq yaşamağa və bar verməyə hazırlanır. Hətta yazın özünəməxsus "sevgi küləkləri" var. Bütün hərəkət edən varlıqlar kimi, hərəkət edə bilməyən varlıqlar da sevir. Ağacların tozlanması həmin "sevgi küləkləridir", bu küləklər heç bir fəsildə yox, məhz yaz fəslində əsir.
   
   YAZ BAYRAMI: ƏBƏDİYYƏT
   
   Türk anlamı yazın gəlməsini Xeyirin Şərə qalib gəlməsi kimi dəyərləndirdi. Xeyirin qələbəsi ölmüş həyatı dirildib. Əbədi dirilik fəlsəfəsində öz yeri olan Xıdır Nəbi və ya Xızır Nəbi məsələsi həmin əbədi dirilik anlamıdır. Zaman və dövrdən, rejimlərin zalımlığındın və xoş rəftarlılığından asılı olmadan xeyir mücəssəməsi Xızır-Nəbi dara düşmüş yaxşılara köməyə gəlir.
   Xızır-Nəbi əbədi xilaskardır, xeyirxahlığın, imdada çatmağın rəmzidir. Həm də türk düşüncəsindən kənarda Xızır Nəbi fəlsəfəsi yoxdur. Odur ki, türk düşüncəsində yazın əbədi dirilik nişanələri bu peyğəmbərə də bağlanıb və yazın gəlişinə qədərki həftələrdən biri Xızır Nəbi həftəsi adlanır.
   Günlərin uzanması, torpaqla bağlı işlərin başlaması, bir sözlə-müsbət nə varsa, hamısı Xeyirin Şər üzərində qələbəsinin nəticəsi sayılır.
   
   YAZ BAYRAMI RƏMZLƏRİNİN İFADƏ ANLAMLARI
   
   Yaz bayramının atributlarından səməni, yumurta, çərşənbələrin qeyd olunması, şam yandırılması, meydan tamaşaları təsadüf deyil, dünyanı dərk formasıdır. Bayramın qışdan yaza keçiddə qeyd olunması torpağın oyanması, məhsul verməyə hazırlanması məcazi mənada torpağın dirilməsi anlamına gəlir.
    Səməni diriliyin rəmzi olan yaşıllığı ilə həyatın canlanması və əbədiliyini ifadə edir.
   Yumurta Yer kürəsinin özüdür, yəni mövcud dünyamızın mini maketidir. Həm də dünyanın ilkin yaradılışının əsasına dair "yumurta əvvəl olub, yoxsa toyuq" sualının özüdür.
   Yazın gəlişinə qədər qeyd edilən dörd çərşənbə insan yaradılışının tərkib hissələrinə aiddir. Əski türk düşüncəsinə görə, insanın yaradılışına hava, od, su, torpaq səbəb olub və nəticədə cisim ortaya çıxıb.
   Üstəgəl, bu zahiri dörd varlığın birləşdiyi bədən adlı cismin daxilinə Tanrı ruh adlı əmanət üfürüb. Odur ki, adı çəkilən çərşənbələr də yel (hava), su, od, torpaq çərşənbəsi adlanır.
   Bu çərşənbələrin sonuncusu elə sonuncu və ya ilaxır çərşənbədir.
   Sonuncu çərşənbə həm də köhnə ilə vidadır. Odur ki, son çərşənbənin süfrə təmtərağı elə yaz bayramı gününün təmtərağı ilə eyni olur.
   Bu bayramla Yer kürəsində iki bərabərlikdən biri olan yaz bərabərliyi baş verir, daha sonra isə günlərin uzanması, gecələrin qısalması başlayır. Yeri gəlmişkən, 21 mart dünya astronomlarının bayram günüdür.
   Əbədi gecə-gündüz əvəzlənməsinə Xeyir ilə Şər arasında mübarizənin tərkib hissəsi kimi baxan türk xalqlarının təfəkkürünə görə, yazın gəlişi, gündüzlərin uzanması Xeyirin Şərə qalib gəlməsinin təcəssümüdür.
   Şamların yandırılması xatirə anlamıdır, dünyasını dəyişən nəsillərə yaşayan nəsillərin ehtiram ifadəsidir. Təsadüfi deyil ki, Azərbaycanın rayonlarında qəbirlər üzərində şam yandırılması adəti indi də qalır.
   Bundan əlavə, şamın həm də nur anlamına gəlməsi kimi bir keyfiyyəti var.
   
   YAZ BAYRAMI: "ÖLÜMÜ" YENƏN BAYRAM
   
   Yaz bayramına türk xalqlarının dünyagörüşünün məcmusu kimi də baxmaq olar.Türk xalqlarının anlamında od hərarət, həyat mənbəyi, qorunma vasitəsi, mənfi olan hər şeyi yandıra bilmək gücü kimi qavranılıb. Od üstündən tullanmaq adəti isə mənfi və pis olan hər şeyin odda yandırılması, köhnə ildə qalması, yeni ilə keçməməsi anlamına gəlir. Ona görə də od yazın gəlişilə torpağın hərarətə gəlməsi, canlanması, yaşaması mənasıdır. Bütün arat yazda başlanır, yazda başlanan torpaq işi yayda yetişərək payızda bar, məhsul adlı nəticəyə dönür.
   Qış isə torpağın dincəlişi və ya "ölümü", Şərin qələbəsi, Xeyirin uğursuzluğudur. Türk xalqları küsməyi, dava-dalaşı, incikliyi Şərin əməli sayaraq, yaz bayramındakı barışların özünü belə məhz Xeyirin Şər üzərində qələbəsinin nəticəsi sayırdılar.
   Üç qış ayının 40 və 20 gün çəkən böyük və kiçik çillələri çıxdıqdan sonra qalan bir ayı türk düşüncəsi boz ay adlandırıb. Həmin bu boz ay təbiət hadisələri baxımından zəngindir. Məhz bu ayda Xeyirlə Şər döyüşü son mərhələyə daxil olur, çərşənbələr bu ayda qeyd edilir. Hər çərşənbə Xeyirin qələbəyə doğru atdığı bir addımdır. Bu dörd çərşənbənin hər birində Xeyir oda, suya, havaya, torağa hakimliyi Şərin əlindən alır və nəhayət, son olaraq yaz fəsli bu qələbə nəticəsində bütün insanlara canlanmaq, işləmək, zəhmət çəkmək kimi fəaliyyət haqqını qaytarır.
   
   YAZ BAYRAMI: YASAQLARDAN AZADLIĞA
   
   Yaz bayramı türkün tanrıçı düşüncəsinin, dünyanı dərk fəlsəfəsinin nümunəsidir. Bu bayram türk xalqlarının həyatında mühüm yerə malikdir və el şənlikləri kimi qeyd edilmək hüququnu özündə saxlayır. Hətta Azərbaycanda İslamın yayılması, sərt dini baxışlar belə bu bayramı sıradan çıxara bilmədi.
   Əksinə, İslam bu bayrama bəzi çalarlar qatmaqla özününkü etmək istədi. Sovet rejiminin hakim kəsildiyi 70 il ərzində bu bayramın el şənklikləri səviyyəsində qeyd olunmasına yasaq qoyuldu, sovet dönəminə aid yalnız 1966-67-ci illərdə bu el bayramı bütün əzəmətilə qeyd olundu və bu bayramın həmin dönəmdə ən yüksək səviyyədə qeyd edilməsi bir tərəfdən rəhmətlik Şıx-Əli Qurbanovun şəxsi təşəbbüsünün, digər tərəfdən xalqın əcdad bayramına sədaqətinin danılmaz nəticəsidir.
   Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra bu bayram yenə bütün əzəmətilə özünü nümayiş etdirdi.
   Türkiyənin son illərə kimi kürd məsələsinə görə "bu bayramı kürdlər keçirir" deyə yaz bayramından imtina etməsi bu bayramdakı "türklük silsiləsi"ni qırmışdı. Şükr ki, qardaş Türkiyə bu bayrama sahibliyini qaytarır və əski çağlardakı kimi türk dünyası bu bayramı boya-boy qeyd edir.
   Xalqların tarixi dinlərin tarixindən qədimdir, xalqlara məxsus adətlər dini qaydalarla çulğalaşa və ya çulğalaşmaya bilər. Çünki hər bir xalq, dinin əməl atributları istisna olmaqla, düşüncə, təfəkkür tələb edən hissələrini öz milli süzgəcindən keçirir və onu özünəməxsus şəkildə qəbul edir. Bu mənada yaz bayramı türk milli təfəkkürünün məhsuludur, hətta İslam dinini qəbul etməsi onun bu bayramı əziz tutmasına mane olmadı.
   
   YAZ BAYRAMI: TÜRK XANIMLARININ ƏBƏDİ OCAQ DÜŞÜNCƏSİ
   
   Yazla bağlı türk xanımlarının öz düşüncələri var idi. Öncə ev-eşik, həyət-baca təmiz olmalı idi, çünki səliqə-sahman təkcə evin rahatlığı deyildi, həm də bu evin xanımı, qızı-gəlini barədə yaranacaq təsəvvür idi. Bayrama qədər xanımların "yaz təmizliyi" başlardı. Evlərin divarları suvaqlanır, qapı-pəncərə yuyulur, yorğan-döşək, xalça-kilim, palaz -paltar günə verilir, yuyulur və yeni ilə təmiz vəziyyətdə keçirdi. Bu təmizliyin özünü yaz bayarmının atributu da saymaq olar. Hökmən evə və ailə üzvlərinə yeni bir şey alınmalı idi. Əski çağlarda bu, xanımların yundan toxuduğu corablar, köynəklər, arxalıqlar, xalçalar idi.
   Bundan əlavə, su çərşənbəsində su üstünə getmək, axır çərşənbədə qulaq falına çıxmaq, su dolu fincanda bəxtə "baxmaq", ərə getməmiş qızların bir qoluna ağ, digər qoluna qara bağlamaqla axar su üstünə gedərək su üzərindən atılmaları və son çərşənbədə səhərə qədər oturaraq "çillə" çıxarmaları kimi adətlər vardı. Bu adətlərin hər biri uzun tarixi dövləri keçib gələn və min illərin sınaqlarından çıxan əməllər toplumu idi.
   Bu bayramda bəd danışmaq, acıqlı söz demək, qəlbə dəymək yasaq əməllər sırasındadır. Məhz qız-gəlinin qulaq falına çıxması adətinə görə böyüklər, xüsusilə həmin günlərdə hər hansı bədniyyətli söz deməyi, nifrin-qarğış etməyi, dava-dalaş salmağı ədəbdən bilməzdilər.
   
   Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər üçün müsabiqəsinə təqdim edilir
Tofiq TÜRKEL
Azərbaycanda "Sonata" avtomobil həvəskarları üçün şad xəbər...
"Hyunday"ın bu modeli hələlik ölkəmizə gətirilməyib
Qüsurlu "Sonata"ların Azərbaycana aidiyyəti yoxdur
Son zamanlar bir sıra avtomobil şirkətlərinin istehsal etdiyi və artıq satışa buraxdığı maşınlarda bəzi nasazlıqların üzə çıxması halları əməlli-başlı artıb. Mətbuatın yazdığına görə, Cənubi Koreyanın "Nyundai Motors" şirkəti yeni "Sonata 2011" modelinin satışını dayandırmalı olub. Buna səbəb kimi yeni modelin qapılarında qüsurun aşkarlanması göstərilir.
   Məhz bu səbəbdən şirkət rəhbərliyi müvəqqəti olaraq "Sonata 2011" modelinin satışını dayandırdığını elan edib. Artıq dilerlərə verilən 3,7 min ədəd bu model avtomobil isə geri çağırılıb. Dilerlər isə, öz növbəsində, artıq 1,3 min "Sonata 2011" modelini realizə edib ki, bu avtomobillər də geri çağırılacaq. Xatırladaq ki, bir müddət öncə analoji situasiya ilə Yaponiyanın "Toyota" şirkəti üzləşmişdi. Bildirildiyinə görə, bu avtomobillərin qapılarının açıb-bağlanması sistemində, ardınca da əyləcində qüsurlar tapılıb. Məlum olub ki, maşının sürətini artırmaq üçün pedalı basıb buraxdıqdan sonra əyləc əvvəlki vəziyyətinə qayıtmır. Bu da sürətin azalmamasına və nəticədə də qəzalara gətirib çıxarır. Qeyd edək ki, sözügedən problem "Toyota Motors Corroration" şirkətinin iki modeli,"Corolla" və "RAV-4" ətrafında yaranmışdı. Problem məhsul satışa buraxıldıqdan sonra üzə çıxdığından, şirkət dərhal son buraxılış avtomobillərini geri çağırmağa məcbur olmuşdu. Nəticədə, həmin vaxt hardasa 2 milyona yaxın avtomobil satışdan yığışdırıldı. Şirkətin Azərbaycanda rəsmi təmsilçisi "Toyota Bakı Mərkəzi" də mətbuata açıqlamasında məlumatı təsdiqləyib. Geri çağırılma kampaniyası oktyabr 2006-dekabr 2009-cu il buraxılışlı "Corolla" və noyabr 2005-noyabr 2009-cu il buraxılışlı "RAV-4" avtomobil modellərinə şamil edilib. Nəticədə Azərbaycanda satışa buraxılan həmin markalı 527 ədəd avtomobil geri çağırıldı. İndi də eyni hadisə "Nyundai Motors"un başına gəlir. Bu hal, söz yox ki, Azərbaycanda da "Nyundai" markalı avtomobillərə olan etimadı aşağı salacaq, necə ki, "Toyota" da bir müddət əvvəl eyni aqibətlə üzləşmişdi. "Nyundai Motors" şirkətinin nüfuzdan düşəcəyi də istisna deyil. Ən azından, baş verən hadisədən sonra nüfuz baxımından sözügedən modellərə inam azalacaq. Azərbaycanda da bir sıra digər markalar kimi "Nyundai Motors"a da əhali arasında maraq güclü idi. Bunu nəzərə alaraq, baş verən olayın Azərbaycandakı satış mərkəzlərinə nə kimi təsir etdiyini aydınlaşdırmaq üçün
   "Nyundai Motors"un Bakı nümayəndəliyilə əlaqə saxladıq.
   Onlarla söhbətdən belə çıxdı ki, "Sonata 2011" modeli ətrafında yaranan situasiyanın Bakıdakı nümayəndəliyə heç bir aidiyyəti yoxdur. Çünki bu günə kimi Azərbaycana "Sonata 2011" modeli ümumiyyətlə gətirilməyib. Belə ki, şirkətin marketinq şöbəsinin əməkdaşı Rauf Şahverdiyevin qəzetimizə verdiyi məlumata görə, onlarda bu tip model ümumiyyətlə olmayıb: "Hələlik "Sonata 2011" modeli gətirməmişik. Baş verən hadisədən sonra onların gətiriləcəyinə də inanmıram. Ən azından bir müddət, yəni qüsurlar aradan qaldırılana kimi bu modelli avtomobili ölkəmizdə görməyəcəyik. Həmin model bizdə olmadığından, alıcıların təşvişə düşməsinə də ehtiyac yoxdur. Çünki "Nyundai Motors"un digər modellərində heç bir problem yoxdur. Hər şey öz qaydasındadır. Bu halın digər modellərin satış prosesinə təsir edəcəyinə də inanmıram".
   Bütün hallarda, son zamanlar "Toyota" və "Nyundai Motors" ətrafında cərəyan edən proseslər bir sıra qaranlıq məqamlardan xəbər verir. Belə ki, qısa zamanda iki, özü də nəhəng və geniş tanınan avtomobil şirkətlərində baş verən bu olayların heç də özbaşına yarandığını düşünmək olmaz. Çox güman ki, burada hansısa bir təxribat əməli də var. Bildiyimiz kimi, hazırda bir sıra sahələr kimi, avtomobil sənayesi də tənəzzül dövrünü keçirir. Bu da iqtisadi böhran və onun özü ilə gətirdiyi fəsadlar nəticəsində yaranıb. Belədə avtomobil şirkətlərinin satış imkanları da daralır. Satış imkanları az olanda onu ələ keçirmək uğrunda mübarizə də kəskinləşir, hətta çirkin forma belə alır. Onlar bu yolla rəqiblərini vurub sıradan çıxarmağı, bu mümkün olmasa, ən azından, nüfuzdan salmağı düşünürlər. Belə üsullardan biri də rəqibin avtomobilini gözdən salmaqdan ibarətdir. Bu mənada, sözügedən avtomobillərdə nasazlıqların yaranmasında da, çox güman ki, rəqib şirkətlərin əli var...
   
Rüfət SULTAN
Neapol dairəsi yaxınlığındakı qətlin təfərrüatları açıqlandı
İki dostdan biri həyatını, digəri azadlığını itirdi
Xətai rayonu, Neapol dairəsi yaxınlığındakı Şıxlinski 1A ünvanında iki sakinin mübahisəsi cinayətlə nəticələnib. Fevralın 25-i gecə saatlarında Fərman Cavadov (39 yaş) qonşusu Fuad Hüseynovu (37 yaş) bıçaqlayaraq öldürüb.
   Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi cinayət faktını təsdiq edir və başqa məlumat vermir.
   Bina sakinlərinin Lent.az-ın müxbirilə söhbət zamanı dediklərinə görə, gecə təxminən saat 2-də Fərman Cavadov məhəllədə uca səslə söyüş söyürmüş. Bina sakinlərindən Fuad Hüseynov eyvandan Fərmana səslənib və səsini kəsməyi tələb edib, əvəzində öz ünvanına da söyüş eşidib. Aşağı, blokun qabağına düşüb qonşusunu sakitləşdirmək istəyib. Bu zaman Fuad Hüseynov Fərman Cavadov tərəfindən bıçaqlanıb.
   "Bıçaq əlimdə idi, elə aşağı düşən kimi vurdum" - Fərman Cavadov səhər saatlarında hadisə yerində polisə cinayətin necə baş verdiyini danışarkən bunları söyləyib.
   Məhəllələrində baş vermiş cinayətdən şok keçirən bina sakinləri ikinci şoku cinayətkarın kim olduğunu öyrənən zaman yaşayıb. "Axı bunlar dost idi" deyə həyətdə toplaşan qohum və qonşular təəccüblənib. Qonşuların dediyinə görə, Fuadı xəstəxanaya aparanlardan biri də Fərman özü olub. Bıçaqlanan şəxsin anası və həyat yoldaşı ilə birlikdə F.Hüseynovu əvvəlcə təcili yardıma, daha sonra isə "Azərsu" Tikinti Xəstəxanasına aparıb. Səhər saatlarında məhəllədə artıq çadır qurulmuşdu. Qohumlar, qonşular hadisənin səbəbini müzakirə edirdilər. Hadisə baş verən 7-ci blokun qarşısında isə qanın üzərinə qərənfillər düzülmüşdü. Cinayətin dəqiq səbəbi hələ açıqlanmayıb. Polis məsələ ilə bağlı araşdırma aparır. Geridə isə gözü yaşlı insanlar, Fuadın 5 yaşlı oğlu, Fərmanın 10 yaşlı qızı və 5 yaşlı oğlu qalıb...
   
Şuşa Musiqi Kollecinin binası sökülür
Milli.Az xəbər verir ki, dünən səhər saatlarından başlayaraq Bakıda Heydər Əliyev prospektində yerləşən Şuşa Musiqi Kollecinin binası sökülür.
   Söküntü işləri gedən binanın yaxınlığındakı sakinlərin Milli.Az-a verdiyi məlumata görə, bina qəzalı vəziyyətdə olduğu üçun uçurdurlar. İşi aparan fəhlələrdən birinin sözlərinə görə isə, bina Heydər Əliyev porospektində nəqliyyatın intensiv olduğu ərazidə problemlər yaratdığı üçün sökülür. Yaxın zamanlarda sökülən binanın yerində yeni yolun istifadəyə veriləcəyi deyilir.
   
Cümşüd Nuriyev "Azərittifaq"ı dəstəklədi, Akif Nəsirli isə nə onu, nə də Kənd Təsərrüfatı Nazirliyini...
"Kənd Təsərrüfatı Nazirliyi bu işi bacarmadı"
"Azərittifaq"ın səlahiyyətlərinin artırılması..."
"Azərittifaq"ın səlahiyyətlərinin artırılması məsələsi gündəmə gəlib. Bu mövqedən çıxış edənlər hesab edir ki, "Azərittifaq"ın səlahiyyətlərinin artırılması kənd təsərrüfatı məhsullarının istehsal və emalının artımına müsbət təsir göstərər.
   "Azərittifaq"ın sədri, deputat Eldar Quliyev bildirib ki, hazırda "Azərittifaq"ın fəaliyyəti daha çox kağız üzərindədir: "Keçmişdə tədarüklə ancaq biz məşğul olurduq. O zaman dövlət sifarişləri olurdu. Müstəqillik əldə edildikdən sonra bütün sahələrdə özəlləşdirilməyə start verildi, kooperasiyanın özündə də müəyyən dəyişikliklər oldu. O cümlədən kənd təsərrüfatını tədarük edən müəssisələrdə də. Keçmişdə bunu biz edirdik və lazım olan məqamda subsidiyalar da verilirdi. O zaman Bakı, Sumqayıt, Mingəçevirdə böyük şəbəkələr var idi. Təəssüflər olsun ki, "budka əməliyyatı" dövründə "Azərtittifaq"a aid binalar da bu ad altında söküldü. Bu gün bizim Bakıda kənd təsərrüfatı məhsullarının satışını təşkil etməkdə problemimiz yoxdur. Ancaq bunun üçün bizə satış yeri lazımdır. Sadəcə, biz bu satışı müasir standartlara uyğun şəkildə təşkil etməyi planlaşdırırıq" Eldar Quliyev hazırda Kənd Təssərrüfatı Nazirliyi tərəfindən təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkası barədə belə deyib: "Düzdür, belə yarmarkalar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilir. Amma gəlin baxaq, həmin yarmarkalarda lazımi şərait varmı? Payızda, qışda qarın, yağışın altında, yayda isə 40 dərəcə istidə ərzaq məhsulları satılır. Hamıya məlumdur ki, yay aylarında ərzaqdan zəhərlənmə halları artır. Bunun qarşısının alınması yolu ilk növbədə yaxşı şəraitdən keçir. Bu səbəbdən biz elə yerlər istərdik ki, qışda isti, yayda sərin olsun".
   Deputatın bildirdiyinə görə, "Azərittifaq" həm Nazirlər Kabinetinə, həm də İqtisadi İnkişaf Nazirliyinə belə bir təklif verib ki, ya Bakı Şəhər İcra Hakimiyyəti, ya da İqtisadi İnkişaf Nazirliyinin nəzdində onlara yer ayrılsın: "Biz də həmin yeri avadanlıqla təchiz edək. Sonra isə kənd təsərrüfatı məhsulları gətirək. Dövlətin nəzarəti altında həmin məhsulların satışını təşkil edək. Digər tərəfdən, kənd təsərrüfatı məhsullarını istehsal edənlərin özlərinə də bu bazarda məhsullarının satışı üçün şərait yarada bilərik".
   İqtisadçı-alim Cümşüd Nuriyev də "Azərittifaq"ın səlahiyyətlərinin bərpası təklifini zəruri hesab edir. Onun fikrincə, Kənd Təsərrüfatı Nazirliyi "Azərittifaq"ın səlahiyyətlərini mənimsəyib. İndi həmin səlahiyyətləri geri qaytarmaq lazımdır: "Dünyanın hər bir ölkəsində aqrar siyasəti həyata keçirən dövlət orqanı satıcılarla alıcılar arasında müqavilə sistemini tətbiq edir. Azərbaycanda bunu Kənd Təsərrüfatı Nazirliyi etməli idi, amma edə bilmədi. Aqrar sektor özəlləşənə qədər kənd təsərrüfatı müəssisələrinin 90 faizi Kənd Təsərrüfatı Nazirliyinin əlində idi. Belə olan təqdirdə bu nazirlik gərək elə bir siyasət yürüdə idi ki, fermerlər, kooperativlər, ailə-kəndli təsərrüfatları ekoloji cəhətdən təmiz məhsul yetişdirməkdə maraqlı olsun. Amma bunu bacarmadılar. Ona görə də bu işi "Azərittifaq" həyata keçirsə, daha yaxşı olar. "Azərittifaq"ın qurduğu sistemi Kənd Təsərrüfatı Nazirliyi ləğv edib. Ona görə də Eldar Quliyevin təşəbbüsü çox uğurludur və mən onu bəyənirəm. Dünyanın hər bir yerində müqavilə sistemi var, alıcı ilə satıcı arasında qeyri-dövlət qurumu fəaliyyət göstərir. "Azərittifaq" bir növ dövlətlə vətəndaş arasında fəaliyyət göstərən yarıminstitutdur. Meyvə-tərəvəz tədarükünün "Azərittifaq"a həvalə edilməsi Azərbaycana geni modifikasiya olunmuş ərzaq məhsullarının idxalının qarşısını alar. Yoxsa həmin ərzaq məhsulları bu milləti məhv edərək".
   İqtisadçı-ekspert Akif Nəsirli isə "Azərittifaq"ın səlahiyyətlərinin artırılmasını keçmişə doğru atılmış addım hesab edir: "Bu reallaşsa, geriyə doğru atılmış addım olar. Çünki Eldar Quliyevin təklifi Azərbaycanda bazar iqtisadiyyatı strukturlarının inkişaf etməsini birbaşa aradan qaldırır. Yəni "Azərittifaq"ın bərpası əvəzinə, ölkədə normal bazar iqtisadiyyatı strukturlarının formalaşdırılmasına, inhisarçılığın aradan qaldırılmasına cəhd göstərmək lazımdır. Eldar Quliyev demək istəyir ki, "Azərittifaq"satışı Kənd Təsərrüfatı Nazirliyindən daha yaxşı təşkil edəcək. Bu isə mümkün deyil. Çünki hər ikisi dövlət qurumudur. Həmin problemlərin səbəbi də Azərbaycanda bazar iqtisadiyyatının oturuşmamasıdır, islahatların başa çatmamasıdır. Ölkə iqtisadiyyatının işlək mexanizmi təmin edilməyib".
   
Müşfiq ABDULLA
Xocalının ilk milis rəisi öz gözü ilə gördüyü dəhşətlərdən danışdı
1990-cı ilin yanvar hadisələrindən sonra Orta Asiyadan Azərbaycana qayıdan Sabir Məmmədov soyqırım ərəfəsindəki prosesləri necə xatırlayır?
Bilmirəm, Qulu Məhərrəmli onları niyə göstərmir?
Redaksiyamıza Əsgəran Rayon Milis Şöbəsinin tabeliyində Xocalı milis bölməsinin ilk rəisi, hazırda təqaüddə olan polis zabiti Sabir Məmmədovun məktubu gəlib. Məktubun maraqlı olduğunu nəzərə alıb çap edirik: "1990-cı ilin yanvar hadisələrindən sonra mən Orta Asiyadan Azərbaycana gəldim. Daxili işlər naziri, mərhum Məhəmməd Əsədov məni DQMV-nin Əsgəran Rayon Milli Şöbəsinin tabeliyində Xocalı milis bölməsinə ilk milis rəisi təyin etdi.
   Nazir biləndə ki, qardaşım, milis polkovniki Sadir Məmmədov DQMV Dİİ-də rəis müavinidir, dedi:
   - Qardaşınla əl-ələ verib, birlikdə təcavüzkar erməni hərbçilərini yerində oturdarsınız. Qorxmayın, mən həmişə sizi müdafiə edəcəyəm. Nəhayət, Əsgəran Dİİ-ni tabeliyində Xocalı milis bölməsi yaradıldı. Tez bir zamanda Xocalı sakinlərindən 58 nəfər mülki şəxs milis sıralarına qəbul etdim. Yeni təşkil olunmuş milis bölməsinin işə başlamaq üçün binası yox idi. Mən o vaxtkı DQMV Daxili İşlər İdarəsinin rəisi, mərhum general Kovalyovun qəbulunda oldum. Onun tapşırığı ilə bizə iki ədəd köhnə vaqon verildi. Həmin vaqonları Xocalı aeroportunun yaxınlığındakı təpənin üstündə yerləşdirdik. O zaman gün ərzində İrəvandan Xocalıya 31-32 reys "Yak-40" təyyarəsi gəlirdi. (əlbəttə, ermənilər Stepanakertə gəlirdilər).
   Sonra bu reysin sayı 4-ə endirildi, daha sonra isə həftə ərzində 1 və ya 2-reys olurdu. Biz bu barədə DİN-ə məlumat verdik.
   Belə ki, respublika rəhbərliyi Xocalıda və onun ətrafında baş verən hadisələrdən Xocalı milisi vasitəsilə ətraflı məlumat alırdı. Təbii ki, bu Əsgəran rayon rəhbərliyini qane etmədiyindən, ermənilər bizim bölmənin işinə hər vəchlə mane olmağa çalışırdılar. Bütün bunlardan xəbərdar olan Daxili İşlər Nazirliyi Xocalıda milis şöbəsi üçün inzibati binanın tikilməsinə göstəriş verdi. Şöbəmizin milis əməkdaşları, texniki işçilərimizin, DİN-in tikinti biriqadasının işçilərinin Malik, Vəli Sadıqov, Allahverdi Azadov və başqalarının səyi nəticəsində vaxtından tez 52 otaqdan ibarət 2 mərtəbəli bir bina tikilib istifadəyə verildi. 1991-ci ildə sürücüm Azərlə xidməti "UAZ" maşınında Xankəndinə Dİİ-nə tikinti sahə üzrə sənəd aparırdım. Dİİ binasının qarşısında maşını saxlayıb içəri daxil oldum. Həmin binanın qarşısında xeyli erməni məişəli qadın və kişi dayanaraq binanı və xidməti maşınımı dövrəyə almışdılar. Həmin vaxt Bakıda yaşamış erməni milləti olan bir qadın mənə yaxınlaşaraq pıçıltı ilə dedi: - Rəiscan, səni və qardaşını girov götürmək istəyirlər.
   Ehtiyatlı olun!
   Dİİ-rəisi Kovalyovun qəbul otağında növbə gözləmədən içəri girib bu haqda generala məlumat verdim.
   Mən cəld əlimin işarəsi ilə sürücüm Azərə pəncərədən işarə etdim ki, maşını Şuşaya tərəf sürüb qaçsın. Xəbər gəlmişdi ki, ermənilər Xocalı yolunu bağlayıblar. Çünki ermənilər maşının Xocalı milis şöbəsinin olduğunu bilirdilər. Azər cəld maşını yerindən tərpədib gözdən itdi.
   Dİİ-nin rəisi Kovalyovun və onun müavini polkovnik Sadir Məmmədovun operativliyi nəticəcində DQMV-nin komendantı Safonova və qərargaha məlumat verildi. Az sonra silahlı rus hərbçiləri VTR-lə Dİİ-nə gəlib, məni və qardaşım Sadir Məmmədovu arxa qapıdan çıxararaq qərargaha gətirdilər.
   Sürücüm Azər Şuşaya qaçandan sonra ratsiya ilə mənə məlumat verdi ki, Şuşadayam. Ratsiyada bu sözləri eşidən Xocalı milisinin əməliyyat üzrə rəis müavini Hüseyn Əliyev, Yaşar Hacıyev, İlham Hüseynov və İlqar Hümbətov dərhal Stepanakertə gəlib məni qərargahdan götürdülər və Xocalıya (arxa yolla) qayıtdıq. Həmin vaxt Hüseyn Əliyevin cəsarətli hərəkəti indi də gözlərim önündədir.
   1991-ci ilin noyabr ayından Ağdam-Şuşa yolu ermənilər tərəfindən Əsgəran qalası keçidindən betonlandığı üçün bütün əlaqələr kəsilmişdi. Orada azərbaycanlılar yaşayan kənd əhalisinə, milis işçilərinə və özünümüdafiə dəstələrinə ərzağı vertolyotla verirdik. Əlac ancaq hava yoluna idi.
   Yaxşı yadımdadır, Dİİ-dən şəxsi heyət üçün aldığım geyim və hərbi sursatları Xocalıdan gətirmək üçün bir neçə kün Ağdamda vertolyot gözlədim. Nəhayət, DİN-in xətti ilə və DQMV, Dİİ-nin rəis müavini olmuş polkovnik S.Məmmədovun köməyi sayəsində bir ədəd "Krokodil" vertolyotu əldə edə bildim.
   1991-ci il sentyabr ayının 25-də Ağdamdan Xocalıya gələn, içərisində 16 nəfər tikinti işçisi olan avtobusu ermənilər Əsgəranın düz ortasında (Ağdam-Xocalı-Şuşa yolunda) yoldan çıxararaq aşırmışdılar. Bu faciədən xəbər tutan Xocalı milis əməkdaşları ilə hadisə yerinə gəldik. Milis serjantı Əhliman Ağayev qolundan yaralandı. Səhəri gün, yəni sentyabrın 26-da Ağdamdan-Xocalıya işə gələn milis işçilərindən Natiq Əhmədov və Əli Vəliyev sübh çağı Əsgəran qalasının 50 metrliyində erməni yaraqlıları tərəfindən qəddarcasına qətlə yetirilmişdi. Hadisə yerini Xocalı milisinin əməlliyatı üzrə rəis müavini Adilov Hafis müayinə etdi. Çünki istintaq qrupuna məlumat versək də, onların Şuşadan hadisə yerinə gəlməsinə erməni yaraqlıları yol vermədi. Atışma nəticəsində qrup Şuşadan çıxa bilməmişdi.
   Buna baxmayaraq, ara-sıra DİN-in nümayəndələri, jurnalistlər də Xocalıya baş çəkirdi. Onları da qınamıram, yolun bağlı olmağı, vertolyotun ara-sıra olması hamını çaş-baş salmışdı. Xocalıya jurnalist ayağı dəymirdi. Həmin vaxt - 1991-ci ilin dekabr ayının 29-da üç nəfər jurnalist Bakıdan Xocalıya gəlmişdi. Onlar Xocalıya, dediklərinə görə, birinci dəfə idi gəlmirdilər. Gələnlər Xocalıda camaatın çətin vəziyyətdə - çörəksiz, silahsız, işıqsız olmasının şahidi oldular. Jurnalist Qulu Məhərrəmli və onunla gələn yoldaşları Xocalının bir çox yerlərini gəzərək postları, camaatdan müsahibə götürərək lentə alırdılar.
   Lentə çəkilən görüntülər bir-iki dəfə hissə-hissə televiziya vasitəsilə yayımlandı. Lakin hələ bu günə kimi bir dəfə də tam yayımlanmayıb. Bilmirəm, Qulu Məhərrəmli o çəkilişi Xocalı günündə (hər il) nə üçün efirə vermir?
   Xocalı rayon icra hakimiyyətinin başçısı Elman Məmmədovla söhbətimiz oldu ki, o Bakıya getsin, respublika rəhbərliyi ilə - Həsən Həsənovun adını çəkdim - danışsın ki, vertolyot alıb qadınları, uşaqları və qocaları Xocalıdan çıxaraq. Elman Məmmədovu fevral ayının 9-da yola sala bildim. 13 fevralda qayıtdı. Növbə mənim olduğu üçün axşam saat 19-00 radələrində Xocalıdan təxminən 28-30 nəfər mülki şəxslə birlikdə Gəncəyə uçduq. Böyük vertolyotu müşayiət edən iki ədəd "Krakodil" vertolyotla yaralıları Bakıya yola saldıq.
   Gəncədən 7 avtobusla camaatı götürüb Ağdama gətirdim. Ağdamdan hərbi sursat götürüb Xocalıya qayıtmalı idim. A.Atakişiyevlə Gəncəyə gəldim. Gəncə Şəhər Partiya Komitəsinin katibi Səbuhi Abinov, Gəncə şəhər Dİİ-ni rəisi Eldar Həsənov ciddi çalışsalar da, Zaqafqaziya dairəsinə məxsus vertolyotun Xocalıya uçmasına icazə ala bilmədilər. Yollar bağlı olduğundan, Xocalıya qayıtmaq mümkün olmadı.
   1992-ci ilin 26 fevral gecəsi nankor ermənilərin hərbi birləşmələri Xocalı şəhərini 366-cı alayın köməyilə yerlə-yeksan edərək xalqımıza qarşı soyqırım törətdilər.
   1998-ci ildə xəbərim olmadan məni təqaüdə göndərdilər. Hazırda təqaüddəyəm. 1992-ci ildən sonra Xocalı polis şəxsi heyətini Ağdam Dİİ milis batalyonuna verdilər. Bizim milis işçiləri Ağdamda Yeddixırman, Çilli, Fərrux kimi kəndlərin müdafiəsində düşmənə ciddi zərbələr endirirdi. Yeddixırman postunda Bəhmən Bağırov qəhrəmancasına həlak oldu, Fərrux uğrunda gedən döyüşlərdə Xocalı milisinin əməkdaşı, baş serjant İnqilab İsmayılov şəhid oldu. Hər ikisi ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.
   Həmişə öndə gedən Xocalı polis əməkdaşları ilə birlikdə Ağdam Polis Batalyonunun əməkdaşlarından Namiq İlyas oğlu Allahverdiyevin də zəhməti az olmayıb. Allah şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun!
   Son
   Artıq Xocalı hadisələrindən 18 il keçir. Hamı Vətən, Qarabağ, Ağdam, Şuşa həsrətilə yaşayır.
   Demək olar ki, yaşlı nəsildən az adam qalıb. Getdikcə hər şey yaddan çıxır, amma erməni cəlladlarının törətdiyi genosid hadisələri heç bir vaxt qəlblərdən silinməyəcək. Vaxt uzandıqca Qarabağı tanımayanlar və o hadisələri görməyənlər qəzet, jurnal və kitab yazırlar. Çünki elə düşünürlər ki, artıq hər hadisə yaddan çıxıb.
   Bu da tarixə ləkədir, tarix saxtalaşdırılır. Tarixi saxtalaşdırmaq cinayətdir. Bizim çalışdığımız odur ki, qoy gələcək nəsil olmuş hadisələri düzgün bilsin və bu, onlarda silinməz bir iz kimi qalsın.
   Ali baş komandanın göstəriş və əmri bizim üçün əsas amil olaraq qalır.
   
Məmməd SABİR
Xocalını MM neçə dəfə soyqırım kimi tanımalıdır?!
Əli Əhmədov: "Cəmiyyətdə çaşqınlıq yaratmaq lazım deyil"
"Azərbaycan parlamenti Xocalı faciəsinə siyasi qiymət verib, bu faciə soyqırım kimi dəyərləndirilib və qəbul olunub". APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov "Xocalı faciəsini əvvəlcə Azərbaycan parlamenti soyqırımı kimi qəbul etməlidir" iddiasına münasibət bildirərkən deyib.
   Bunu Azərbaycanın hər bir vətəndaşı, mətbuat nümayəndəsi və siyasətçisinin bilməsini vacib sayan Ə.Əhmədov cəmiyyətdə çaşqınlıq yaratmağa ehtiyac olmadığını vurğulayıb: "Bu hadisəyə soyqırım kimi qiymət verilib. Soyqırım kimi tanınmasaydı, parlamentin qəbul etdiyi qərar əsasında hər il fevral ayının 26-sı Xocalı soyqırımı günü kimi qeyd olunmazdı".
   Dünyanın ayrı-ayrı dövlətləri və parlamentləri tərəfindən faciənin soyqırım kimi qəbul olunması məsələsinə gəldikdə, Ə.Əhmədov dünya birliyinin Azərbaycana, konkret olaraq Xocalı faciəsinə ikili standartlar tətbiq etməsindən təəssüfləndiyini deyib: "Amma bu istiqamətdə addımlar atılır. Ermənilər 100 ildir uydurma soyqırım düzəldib bütün, onu dünyaya tanıtmaq uğrunda mübarizə aparırlar. Biz isə 18 il əvvəl baş vermiş həqiqəti yaymaq üçün iş aparırıq və artıq müəyyən irəliləyişlər var. Lakin dünyanın da bu məsələyə biganə yanaşdığı qeyd olunmalıdır".
   
Prezident Administrasiyası və MM-də bir qrup rəsmi şəxs Fransaya Xocalı tədbirlərinə gedib
Fransada Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı tədbirlərin keçirilməsi məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyəti diaspor təmsilçilərilə görüşüb. Bu barədə APA-ya Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzindən (ATXƏM) bildirilib.
   Məlumata görə, ATXƏM Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı fevralın 24-28-də Paris və Strasburq şəhərlərində silsilə tədbirlər həyata keçirir. Tədbirlərə qatılmaq üçün Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Milli Məclisin komissiya sədri Arif Rəhimzadə, Milli Məclisin üzvü Əkrəm Abdullayev, ATXƏM-in sədri İlham İsmayılov, "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov və ziyalılardan Nadir Orucov iştirak edir. Fevralın 24-də Azərbaycan nümayəndə heyəti Azərbaycanın Fransadakı səfirliyində səfir Elçin Əmirbəyov və Fransadakı diaspor nümayəndələrilə görüşüb. Görüşdə Fransadakı diaspor təşkilatları ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
   
Xəbər xidməti
 
 
 SON XƏBƏRLƏR
2010-02-26 Keşlədəki binada yanğın zamanı Nurullayevlər xəsarət aldı
2010-02-26 Məşhur alim İhsan Doğramaçı 95 yaşında vəfat edib
2010-02-26 İsmayıllının Soltankənd məktəbi yandı
2010-02-26 Sulutəpədə 27 yaşlı Əfsanə Əkbərova dəm qazından boğulub ölüb
2010-02-26 İran səfiri Təbrizdəki konsulluğun qarşısında Azərbaycan bayrağının yandırılması xəbərini təkzib etdi
2010-02-26 Səfər Əbiyev Fransa səfirinə üç tutarlı kəlmə dedi
2010-02-26 Neftçalanın Astanlı kəndində "Azərenerji"nin yerli rəisinin üstünə tüfəng çəkdilər
2010-02-26 NZS-də ev sahibi oğrunu yaxalayıb polisə verdi
2010-02-26 "Ağdaş" MMC-nin Belarusun Qomel şəhərindəki "Ruslan" kafesi yandırıldı
2010-02-26 8 marta görə əlavə istirahət günləri verilməyəcək
2010-02-26 Telman İsmayılov İstanbulda üç yeri gözaltı edib
2010-02-26 "Tibb bacısı Gültəkin Əsgərovanın Laçında qrantamyotla vurulmuş cəsədini yerdən yığırdıq"
2010-02-26 Hulusi Kılıç Bakı və Ankaranın gərgin qaz danışıqları barədə şad xəbər verdi
2010-02-26 674 bələdiyyə sədri məsuliyyətə cəlb edilib
2010-02-26 Azərbaycan prezidenti Küveyt Əmirinə təbrik ünvanlayıb
2010-02-26 "Heydər Əliyevlə vida mərasimində onun dediyi sözləri heç vaxt unutmayacağam"
2010-02-26 Əfşar Süleymani Şəmsiyyə Bəylərqızı ilə qurtardı, keçdi ABŞ və İsrailə...
2010-02-26 Azərbaycan İnterpolunun axtardığı şəxslərin çoxu Rusiyaya sığınıb
2010-02-26 Hüquq müdafiəçisi qanunsuz tikililərlə bağlı NK-dan sərt qərar gözləyir
2010-02-26 Rauf Talışınskinin müavininin həbs səbəbi bilindi
2010-02-26 Deputatlar Milli Məclis reqlamentinin dəyişdirilməsinin əleyhinədir
2010-02-26 Xocalı soyqırımına həsr olunmuş yazı müsabiqəsini "Azərsun" maliyyələşdirdi
2010-02-26 Mətbuat Şurasının "reket qəzetlər - məmur işbirliyi" barədə bəyanatına partiyalardan dəstək...
2010-02-26 Mətbuat Şurasına qarşı məhkəmə zalında jurnalist adı ilə kimlər oturmuşdu?
2010-02-26 Elxan Poluxov İran səfirinin sözlərinə şərh verdi
2010-02-26 Ombudsmanın hesabatını Milli Məclisdə kim oxuyacaq?
2010-02-26 Semnebi Azərbaycanda İran barədə nə öyrənmək istəyib?
2010-02-26 Türkiyə generallarının həbsi Azərbaycan siyasiləri tərəfindən diqqətlə izlənir
2010-02-26 Üç kürd terrorçusu İranın hərbi zavodlarından birini partlada bilmədi
2010-02-26 Əhmədinejad Bəşər Əsədlə "qardaşlaşır"
2010-02-26 Rusiya prezidenti ilə Avropa rəsmisi İranın nüvə proqramına qarşı eyni mövqedə...
2010-02-26 Viktor Yanukoviç andını içdi və başladı
2010-02-26 Uydurma erməni soyqırım qətnaməsinə ABŞ Konqresində nömrə qoyuldu - "250"
2010-02-26 Vaşinqtonda yüksək hərbi dairələr Qəbələ RLS-i müzakirə edir
2010-02-26 Qazaxıstan BTC ilə neft nəqlini niyə dayandırıb?
2010-02-26 Prezident Administrasiyası və MM-də bir qrup rəsmi şəxs Fransaya Xocalı tədbirlərinə gedib
2010-02-26 Xocalını MM neçə dəfə soyqırım kimi tanımalıdır?!
2010-02-26 Xocalının ilk milis rəisi öz gözü ilə gördüyü dəhşətlərdən danışdı
2010-02-26 Cümşüd Nuriyev "Azərittifaq"ı dəstəklədi, Akif Nəsirli isə nə onu, nə də Kənd Təsərrüfatı Nazirliyini...
2010-02-26 Şuşa Musiqi Kollecinin binası sökülür
2010-02-26 Neapol dairəsi yaxınlığındakı qətlin təfərrüatları açıqlandı
2010-02-26 Azərbaycanda "Sonata" avtomobil həvəskarları üçün şad xəbər...
2010-02-26 "Novruz fəlsəfəsi"...
2010-02-26 PFL "Simurq"un prezidentindən danışılmış oyunlarla bağlı fakt tələb etdi
2010-02-26 Ueyn Bric İngiltərə yığmasından imtina etdi
2010-02-26 Çempionlar Liqasının 1/8 final mərhələsi
2010-02-26 Ramin Musayev Foqtsun Premyer Liqa ilə bağlı açıqlamasına reaksiya verdi
2010-02-26 Daum 4 futbolçunu "Fənərbağça"dan qovur
2010-02-26 Buffon bir ay "Yuventus"un qapısından kənarda qalacaq
2010-02-26 "Manisaspor"la oyundan sonra "Fənər"də aləm bir-birinə dəydi
2010-02-26 Hiddinq niyə məhz Türkiyəni seçməsinə aydınlıq gətirdi
2010-02-26 "Qalatasaray"ın baş məşqçisi Raykard məhkəməyə verilir
2010-02-26 "Azercell"in prezidenti "Gənclərin dostu" seçildi
2010-02-26 Turizm İnstitutunda Xocalı soyqırımının 18-ci ildönümü qeyd edildi
2010-02-26 Şamaxının Çarhan kəndində keçmiş məhkum intihara cəhd edib
2010-02-26 Ağdam və Bərdə qadınlarının əsas şikayəti iş yerlərinin olmaması ilə bağlıdır
2010-02-26 "Nur-AB" - Bakıda oturub kompüterlə dünya milyonçularını qarət edən təşkilatdır
2010-02-26 Nijnı Novqorodda rus qızı Azərbaycan vətəndaşı ilə içdi və onu öldürdü
2010-02-26 "Nəğməkar şair"lər niyə bu tituldan imtina edib?
2010-02-25 Şəmsiyyə Bəylərqızı keçmiş İran səfiri ilə süni mayalanmaya getdiyini təsdiqləyən qəbz göstərdi
2010-02-25 Gədəbəyin Düzyurd kənd sakini özünü asıb
2010-02-25 Türkiyədən İtaliyaya keçmək istəyən azərbaycanlılar saxlanıb
2010-02-25 Deputatın Sumqayıtda güllələnmiş qohumunun yanına heç kim buraxılmır
2010-02-25 Novruz bayramı ümumdünya statusu aldı
2010-02-25 Dağıstanın daxili işlər nazirinin qətlinin üstü tam açıldı
2010-02-25 "Neftçi"nin keçmiş prezidenti qəzaya düşüb
2010-02-25 Quba sakini Oqtay Məmmədov çardaqdan asılmış vəziyyətdə tapıldı
2010-02-25 Yanukoviçin andiçməsinə Azərbaycandan Artur Rəsizadə gedir
2010-02-25 Ermənistanda girov saxlanan 4113 azərbaycanlının siyahısına azı 100 nəfər də əlavə ediləcək
2010-02-25 Kəlbəcərli Məhbubə insan alverinə görə həbs edilib
 
 
 
Copyright (c) Bakı Xəbər 2009