26 Fevral 2010-cı il, N 299(1197)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3669)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2440)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2259)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1362)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Ərdoğan və Başbuğun Güllə görüşə qara çantalarla gəlməsi Türkiyəni şübhələrə qərq etdi
Üç saatlıq görüş barədə bir neçə cümləlik açıqlama verildi
Türkiyənin siyasi gündəmini məşğul edən əsas hadisə hələ də fevralın 22-də polisin "Balyoz" istintaqı çərçivəsində hərbi çevriliş cəhdilə hakimiyyəti ələ keçirmək üçün ölkədəki məscidləri partlatmağı planlaşdıran 50-dək hərbçini həbs etməsidir. Ordunun elitasında bir vaxtlar yüksək vəzifələr tutmuş hərbçilərin həbsi hökumət-ordu münasibətlərini xeyli kəskinləşdirib. İlkin dindirilmədən sonra məhkəmə qərarı ilə saxlanılan 31 nəfərdən 20-si həbs edilərək hənsxanaya göndərilib.
   Fevralın 24-də isə Türkiyə məhkəməsinin qərarı ilə dövlət çevrilişi hazırlamaqda ittiham olunan daha 8 türk zabiti həbs olunub. Türkiyə mətbuatının yazdığına görə, onlardan üçü hazırda istefadadır. Həbs olunan hərbçilər sırasında istefada olan general-leytenant Metin Yavuz Yalçın və istefada olan kontr-admiral İzzet Ocak da var
   Məsələ ilə bağlı Çankaya köşkündə Prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi İlkər Başbuğ "Balyoz" məsələsini müzakirə edib. Dövlət və hökumət başçıları ilə hərbi rəhbər arasında Türkiyənin üzləşdiyi digər problemlər ətrafında da fikir mübadiləsi aparılıb. Maraqlıdır ki, Ərdoğan və Başbuğ Gülün qəbuluna çantalarla gəliblər. Həmin çantalarda mühüm sənəd və dəlillərin olduğu güman edilir. Tərəfdar görüşün nəticələrindən məmnunqaldıqlarını bildirsələr də, ətraflı məlumat verilməyib.Görüş üç saat davam edib. Zirvə toplantısından sonra yalnız qısa yazılı açıqlama verilib. Açıqlamada deyilir ki, görüşdə son vaxtlar ictimaiyyət arasında müzakirə olunan bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
   Prezident, baş nazir və Baş Qərargah rəisi əhalini əmin edib ki, gündəmdəki məsələlər konstitusion quruluş və qanunlar çərçivəsində həll olunacaq. Onlar hesab edirlər ki, bu prosesdə hamı məsuliyyətlə hələkət etməlidir.
   Qeyd edək ki, görüş prezident Abdulla Gülün tələbilə keçirilib. Əslində fevralın 25-də dövlət başçısının həm baş nazir, həm də baş qərargah rəisilə adəti üzrə həftəlik görüşü keçirilməli idi. Ancaq prezident görüşlərin birlikdə keçirilməsini təklif edib.
   Bununla belə, faktdır ki, ötən üç il ərzində hərbiyyənin təşkil etdiyi silsilə tədbirlərə dair iddialar hökumətlə silahlı qüvvələr arasında gərginliyi artırıb. Bu, ekspertlərə görə, Türkiyədə dünyəviliyin müdafiəçiləri hesab olunan silahlı qüvvələrlə islamçı köklərə malik partiya arasında nüfuz dairəsi uğrunda çəkişmədir. Xatırladaq ki, ordu müasir Türkiyənin banisi Atatürkün dəyərlərinin müdafiəçisi hesab olunur. Mustafa Kamalın strategiyasında silahlı qüvvələr həm yeniliklərin mühərriki, həm də dünyəvi quruluşun təminatçısı kimi görülürdü.
   Britaniyalı ekspert Conatan Hed deyir ki, Türkiyə hökuməti hazırda ordu üzərində nəzarətinə dair ən böyük sınaqdan keçir: "Fevralın 22-də hərbiyyəyə qarşı misli görünməmiş əməliyyat aparıldı.
   Son həbslər 2003-cü ilə aid "Balyoz" sui-qəsdində iştirakla bağlı həyata keçirilib. Ordu inandırmağa çalışırdı ki, bu plan sadəcə hərbi seminarda planlaşdırma məşqinin bir hissəsi olub. Bu çevriliş cəhdi "Ergenekon" adlı dövlət çevrilişi cəhdinə bənzəyir və ola bilsin ki, onunla bağlıdır.
   Bir neçə il əvvəl hərbiyyəyə qarşı belə cəza tədbirləri ağlasığmaz bir şey idi. Lakin son illərdə ordunun nüfuzu azalmaqdadır. Türkiyə Avropa İttifaqına üzvlük üçün tələb olunan islahatları aparmaqdadır".
   Bir çox türklər bu son hadisələri ölkədə dünyəvilik tərəfdarı olan millətçilər və hakim AK partiyası arasında hakimiyyət vuruşunun növbəti mərhələsi hesab edir. Tənqidçilər deyir ki, "Ergenekon" və "Balyoz" istintaqlarının məqsədi hökumətin siyasi və hərbi rəqiblərini susdurmaqdır.
   Məlumatlara görə, ordu iqtidarda olan dini təriqətçi qüvvələrin sarsıdıcı hücumları qarşısında atıla biləcək addımları müzakirə edib. Belə şayiələr də yayılıb ki, toplantıya çağırılan bütün generallar və admirallar, başda Baş Qərargah rəisi İlkər Başbuğ olmaqla, həbslərə etiraz olaraq istefa verə bilər. Lakin sonradan baş nazirin müavini Cəmil Çiçək "Hürriyet" qəzetinə açıqlamasında bu şayiələrin əsassız olduğun bildirib.
   "Media forum" saytının məlumatına görə isə, həm hökumət, həm də əsgər cəbhəsində gərginlik yaradan açıqlama və davranışlara yol verənlərin də cəzalandırılmasına başlanıb.
   Baş naziri təhqir etdiyi iddia olunan Balıkəsirdəki Ərdək Dəniz Donanmasının zabiti Çağrı Gülər həbs edilib. Zabitin evində axtarış aparılıb və sənədlər götürülüb. Dindirmə zamanı zabit Ərdoğanı təhqir edən "Adi" - "Başbakan" parol-işarəsinin təlimatını hazırladığını etiraf edib. Ərdək donanmasında "Adi Başbakan" (Alçaq baş nazir) şəklində səslənən parol təlimatı verilməsi iddiasını "Tərəf" qəzeti ortaya atmışdı. Baş nazir müavini Cəmil Çiçək fevralın 23-də generallarla görüşündə bu məsələni müzakirə etdiklərini bildirmişdi.
   Hakim Ədalət və İnkişaf Partiyası isə gərginliyi artıran açıqlamalar verən millət vəkillərini intizam komitəsində mühakimə edəcək. Partiyadan verilən açıqlamaya görə, AKP-nin Qəhrəmanmaraş millət vəkili Avni Doğan və Çorum millət vəkili Əhməd Aydoğmuşun açıqlamaları intizam komitəsində müzakirə edilib, onlarla bağlı qərar veriləcək.
   Avni Doğan ölkədə yaşananlarla bağlı "Biz bir az büdrəsək, bu ergenekonçular xalqdan daha pis intiqam alar. 40 il onlar bizi barmaqla göstərib, cəzalandırıblar, indi də biz onları barmaqla göstəririk. İndi sıra bizdədir" deyə açıqlama verib. Əhməd Aydoğmuş isə hökuməti tənqid edənləri "qanı pozuq" adlandırıb. AKP hər iki millət vəkilinin açıqlamalarının partiyanın mövqeyi olmadığını açıqlayıb.
   
Tahir TAĞIYEV
Qazaxıstan BTC ilə neft nəqlini niyə dayandırıb?
Rövnəq Abdullayev izah verdi - "iki cür tarif var..."
Hazırda Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəmərilə, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neftlə yanaşı, müəyyən həcmdə Qazaxıstan nefti də nəql olunur. "APA-Economics"in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
   R.Abdullayevin sözlərinə görə, BTC ilə neftin nəqli üzrə iki tarif tətbiq olunur. Bunlardan biri BTC iştirakçıları, digəri isə layihədə iştirak etməyib, ancaq kəmərlə neft ixrac edən digər şirkətlər üçün müəyyənləşdirilmiş tariflərdir. Hazırda BTC-də iştirak edən şirkətlər eyni zamanda Qazaxıstanda neft hasilatı ilə məşğuldur.
   "BTC-də iştirak etməyən şirkətlər üçün müəyyənləşdirilən tarif daim korrektə olunur. Tariflərlə bağlı razılaşmanın əldə olunmaması barədə məlumatlar doğru deyil" - deyən ARDNŞ prezidenti Qazaxıstanın, tariflər münasib olmadığından, BTC ilə neft nəqlini dayandırması məsələsinə münasibət bildirib.
   R.Abdullayev hazırda Türkiyə ilə təbii qazın alqı-satqısına dair danışıqların aparıldığını və müzakirələrin yaxın vaxtlarda başa çatdırılacağını vurğulayıb.
Vaşinqtonda yüksək hərbi dairələr Qəbələ RLS-i müzakirə edir
ABŞ Qəbələ RLS-dən birgə istifadəyə razılıq verə bilər
Rusiya və ABŞ arasında uzun müddətdən bəri ziddiyyət predmeti olaraq dəyərləndirilən Raket Əleyhinə Müdafiə Sistemi (RƏMS) ətrafında tərəflər, nəhayət ki, razılığa gəlmək üzrədir.
   Bu razılığın nəticəsi olaraq, artıq ABŞ-ın Qəbələ RLS-dən Rusiya ilə birgə istifadə etmək ehtimalı da kifayət qədər yüksəlib. Bu barədə danışmazdan öncə qeyd edək ki, ABŞ-ın dövlət katibi Hillari Klinton Rusiyanı ABŞ və NATO ilə birlikdə raket əleyhinə müdafiə sistemi qurmağa dəvət edib. Moskva da öz növbəsində bildirirlər ki, müvafiq təkliflə əvvələr Rusiya da çıxış edib. Hillari Klinton isə bəyan edib ki, NATO Rusiya üçün təhlükə deyil. O bildirib ki, alyansın yaxın illərdəki məqsədlərindən biri Moskvanı NATO-nun genişlənməsinin Rusiya üçün heç bir təhlükə yaratmayacağına inandırmaqdır. Dövlət katibinə görə, alyansla Moskva əməkdaşlığı genişləndirməlidir. Əməkdaşlığın bir istiqaməti də birgə raket əleyhinə sistemin yaradılması ola bilər.
   Moskvada rəsmi səviyyədə hələlik işə geniş izahlı cavab verilməyib, bununla belə, ekspertlərə görə, problemlər detallarda və təhlükələrin təyin edilməsində yarana bilər. Təhlükəsizlik məsələləri üzrə ekspert Fyodor Lukyanov bununla bağlı qeyd edir: " Elə təəssürat yaranır ki, bütün bu söhbət sırf siyasidir və dialoqun aparılması illüziya xarakteri daşıyır ancaq konkret heç nə baş vermir. Belə ki, hətta Rusiya ilə ABŞ-ın yarada biləcəyi sistemin hansı hədələrə qarşı nəzərdə tutulduğu təyin edilməyib". Digər ekspert Aleksandr Xramçixin təhlükələr məsələsini daha da konkretləşdirir: "Rusiya İran və Şimali Koreyadan gələn təhlükəni ciddi qəbul etmir. Belə ki, doğrudan da bu təhlükələr bir qədər şişirdilir". Bəzi mülahizələrə görə, ABŞ-ın təklifinə Rusiyanın strateji hücum silahları haqda müqaviləyə münasibəti də təsir edə bilərdi. Belə ki, Moskva raket əleyhinə sistemi yaxınlarda imzalanması gözlənən strateji hücum silahları haqqında müqaviləyə bağlayır. Bunu birmənalı şəkildə ABŞ-da olan Rusiya Dumasının beynəlxalq əlaqələr komitəsinin başçısı Konstantin Kosaçov bir daha təsdiq edib. Ehtimal edilir ki, birgə raket əleyhinə sistemin qurulması məsələsi strateji hücum silahları haqqında müqavilənin imzalanmasını daha hamar edə bilər.
   ABŞ-ın müdafiə nazirinin sabiq köməkçisi, Pentaqon başçısının öhdəliklərini yerinə yetirən və Vaşinqtonda Müdafiə İnformasiyası Mərkəzinin məsləhətçisi Filip Koyl isə bildirib ki, Moskva və Vaşinqtonun Azərbaycanda yerləşən Qəbələ RLS-dən birgə istifadəsi məsələsi açıq olaraq qalır: "Hesab edirəm ki, Rusiya ilə əməkdaşlıq yaxın zamanlarda mümkün olacaq. Ola bilsin ki, Armavirdə və Azərbaycanda yerləşən radiolokasiya stansiyalarından birgə istifadə olunacaq". Xatırladaq ki, ötən ay Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Qəbələ RLS-dən ABŞ-la birgə istifadəsi məsələsinin həll edilə biləcəyini deyib. O, bunun üçün raket təhlükələrinin müəyyənləşdirilməli olduğunu söyləyib. Lavrov hesab edir ki, əvvəlcə konkret hansı rayonların risq altında olduğu müəyyənləşdirilməlidir: "Bundan sonra Rusiya və digər dövlətlərin iştirakı ilə həmin təhlükələri diqqətlə izləmək üçün hansı hərbi-texniki imkanlardan istifadə edilməsi ətrafında düşünüləcək".
   Qeyd edək ki, Azərbaycanın şimal-qərb hissəsində yerləşən Qəbələ RLS Sovet dönəmində SSRİ-nin raket əleyhinə müdafiə sisteminin vacib elementi qismində inşa edilib. Azərbaycanın müstəqillik qazanmasından və RLS-in onun mülkiyyətinə keçməsindən sonra Rusiya ondan istifadəni davam etdirib. Qəbələ RLS-nin icarə müddəti 2012-ci ildə bitir. Bu baxımdan bir sıra rusiyalı ekspertlər, hətta rəsmilər bildirirdi ki, texniki baxımdan bu müddətdən sonra Moskvanın stansiyaya elə bir ehtiyacı olmayacaq. Ölkənin Müdafiə Nazirliyi hələ əvvəllər bəyan etmişdi ki, Moskva üçün prioritet öz ərazisində radiolokasiya stansiyalarının tikilməsidir. Son bir neçə ildə Moskva bir neçə belə stansiya tikib və onlardan sonuncusu-Şimali Qafqazda yerləşən Armavir RLS artıq istifadəyə verilib. Ancaq mətbuat və ekspertlərə görə, Qəbələ Moskva üçün siyasi məna daşıyır və o, ABŞ-la siyasi alverdə çox vacib bir məqam ola bilər. Ekspert Aleksandr Qriqoryevə görə, Qəbələ RLS-nə bağlı müəyyən suallar olsa da, Obama hökuməti hələ öz birmənalı cavabını verməyib: "Avropadakı raket əleyhinə sistemin taleyi məlum deyil. Bu çox bahalı layihədir. Bu səbəbdən Qəbələ stansiyasına üstünlük vermək məsələsi gündəmdən düşməyib". Moskvalı ekspert Aleksey Vlasov da Rusiyanın Qəbələyə marağını ABŞ-la bağlayır: "Rusiya raket əleyhinə sistemlə bağlı ABŞ-la danışıqların davam etdirilməsi istiqamətində iş aparır. Bu arada bir çox şərhlərə görə, ABŞ-la birgə sistem qurulsa da, qurulmasa da Rusiya Azərbaycanda maksimum şəkildə öz təmsilçiliyini saxlamağa çalışacaq. Çünki Azərbaycanda bir çox ölkələrin geosiyasi maraqları kəsişir və Qafqaz hələ uzun illər planetin ən fəal diplomatik nöqtələrindən biri olaraq qalacaq".
   
Tahir TAĞIYEV
Türkiyə generallarının həbsi Azərbaycan siyasiləri tərəfindən diqqətlə izlənir
Zərdüşt Əlizadə: "Türk ordusu demokratik ölkələr üçün səciyyəvi olmayan üsullarla vətəndaş cəmiyyətlərini, siyasi partiyaları, hökumətləri özünə tabe edib"
Fuad Muxtarov: "Baş verənləri hazırkı hakimiyyətin orduya, ordunun keçmiş üzvlərinə qarşı haqq-hesab çəkməsi kimi dəyərləndirirəm"
2002-ci ilin noyabrında Türkiyədə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən sonra ordu ilə hakimiyyət arasında yaşanan gizli savaş artıq açıq müstəviyə keçməkdədir. Məsələ ondadır ki, Türkiyənin mövcud hakimiyyəti iqtidarda olduğu 7 il ərzində həyata keçirdiyi siyasətə uyğun olaraq, ordunun mülki hakimiyyətə müdaxiləsini minimuma endirməyə çalışır. Bu da bir sıra təbəddülatlarla müşayiət olunur.
   2007-ci ilin ortalarından "Ergenekon işi" adı ilə başlanan ara-sıra həbs kampaniyası son vaxtlar pik nöqtəsinə yaxınlaşmaqdadır. Belə ki, bu günlərdə zabitlərdən tutmuş, ordu generallarına qədər 50 nəfərin həbs olunması vəziyyəti daha da gərginləşdirib. Qeyd edək ki, son günlər Türkiyədə gedən prosesləri Qərb ölkələri də maraqla izləyir. Bəs Azərbaycan siyasiləri necə, prosesləri izləyirmi və buna münasibətləri necədir?
   Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə prosesləri izlədiyini və baş verənlərə məntiqi prizmadan yanaşdığını bildirdi: "Ona görə ki, bu həbsləri Rəcəb Tayyib Ərdoğan etmir. Bu həbsləri prokurorluğun əmrilə polis həyata keçirir. Həbslərə də icazəni verən məhkəmədir. Eyni zamanda, istintaq gedir və istintaqın nəticələri də məhkəmə qarşısına çıxacaq. Ən nəhayət son hökmü də məhkəmə verəcək. Siz bilirsiniz ki, Türkiyədə hakimlər, prokurorlar, polis, ordu hərəsi bir müstəqil qüvvədir. Sözügedən qurumlar qanun qarşısında eyni qüvvəyə malikdi. Həmçinin, hərəsinin öz məsuliyyət sahəsi var. İndi hakimlər deyəcək ki, bu hərbçilər, generallar müqəssirdi, yoxsa məsumdur. Ordu ilə hakimiyyət arasında olan ziddiyətlər təkcə bu günün məsələsi deyil. Heç kəs üçün sirr deyil ki, türk ordusu demokratik ölkələr üçün səciyyəvi olmayan üsullarla vətəndaş cəmiyyətlərini, siyasi partiyaları, hökumətləri özlərinə tabe edib. Eyni zamanda, ordu təmsilçiləri zaman-zaman elan ediblər ki, ordu Mustafa Kamal Atatürkün vəsiyyətlərinin qoruyucusudur. Ancaq mənə elə gəlir ki, bu qoruyucu ordu yox, xalq olmalıdır. Bütün demokratik ölkələrdə ordu üzərində xalq tərəfindən seçilmiş hökumətin üstünlüyü var. Türkiyədə isə belə deyildi. Yəni ordu üstünlüyə malik idi. Mənə elə gəlir ki, ordunun xalq tərəfindən seçilmiş hökumətə tabeliyi və qanun qarşısında konstitusiyada nəzərdə tutulmuş vəzifələrin icrasına görə məsuliyyət daşıması Türkiyənin demokratikləşməsi yolunda irəliyə atılan bir addımdır". Politoloq Fuad Muxtarovun fikrincə, Türkiyədə müşahidə olunan həbs dalğasına nəinki ölkə daxilində, eyni zamanda, ölkə xaricində də münasibət birmənalı deyil: "Mənim isə münasibətim ondan ibarətdir ki, artıq XXI əsrdə hərbi çevrilişlərlə yaşamaq mümkün olan bir iş deyil və bu kimi metodlar qəbulolunmazdır. Digər tərəfdən, iddia olunur ki, guya həbs olunan sözügedən hərbçilər 2003-cü ildə hazırlanan hərbi çevriliş planında yer alıblar. Aradan 7 il vaxt keçib. Adicə cinayət məcəlləsində belə, ən ağır cinayətlərin dövrü 5 ildən çox olmur. Ona görə də baş verənləri hazırkı hakimiyyətin orduya, ordunun keçmiş üzvlərinə qarşı haqq-hesab çəkməsi kimi dəyərləndirirəm. Təsadüfi deyil ki, bu günlərdə hakim partiyanın rəsmilərindən biri çıxışında açıq şəkildə buna eyham vurmaqdan çəkinmədi. Bu bir növ hakim partiyanın siyasətinin mövcud reallığını sübut edən fakt idi. Ona görə də baş verən həbsləri qəbul etmirəm. Hesab edirəm ki, bu baş verənlər Türkiyədə siyasi şəraitin yaxşılaşdırılmasına deyil, daha çox, ölkəni parçalanmağa doğru aparan bir xəttə xidmət edir. Həmçinin, baş verənlər onu göstərir ki, hakim partiya Avropa Birliyinin və Türkiyəni istəməyən qüvvələrin diqtəsilə hərəkət edir".
   
Vidadi ORDAHALLI
Semnebi Azərbaycanda İran barədə nə öyrənmək istəyib?
Elxan Mehdiyev: "İranın nüvə proqramından söhbət getməyib"
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıya səfərinin yekunu ilə bağlı maraqlı açıqlama verib. O bildirib ki, Azərbaycanda İran məsələsini müzakirə edib. Halbuki, cənab Semnebi səfərinin ilk günü gəlişinin əsas məqsədinin Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəsizliyinə dair əməkdaşlıq məsələlərinin müzakirəsi olacağını bildirmişdi.
   Ancaq o, geri dönərkən Dağlıq Qarabağ, enerji məsələlərilə yanaşı, İranla da bağlı müzakirələr apardığını deyib. P.Semnebinin sözlərinə görə, İranda baş verənlərin Azərbaycana kifayət qədər güclü təsiri olduğunu dərk edirlər: "Bundan başqa, Azərbaycan İran haqqında Avropa Birliyində olmayan biliklərə, məlumatlara sahibdir. Ona görə də İran məsələsini Azərbaycanla müzakirə etmək bizim üçün çox vacibdir".
   Sülh və Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyevin fikrincə, İran məsələsi dedikdə, burada heç də söhbət İranın nüvə proqramından getməyib: "İranın nüvə proqramı haqqında Avropa İttifaqının kəşfiyyat strukturları bu məsələdə Azərbaycandan bir neçə dəfə artıq bilgiyə malikdir. Ona görə də bu məsələni gəlib Bakıda müzakirə etməyə ehtiyac yoxdur. Müzakirələr, əsasən İran xalqı, mədəniyyəti, onun keçmişi, Azərbaycanla olan münasibətlərilə bağlıdır.
   Avropa İranı həm siyasi, həm iqtisadi, həm də mədəni cəhətdən öyrənməyə çalışır. Bu baxımdan, Piter Semnebinin Azərbaycanda əldə etdiyi hər bir məlumat onun üçün maraqlıdır.
   Azərbaycan tarixən İranla eyni mədəniyyətin daşıyıcısı olub. Bu mənada, Avropa İranın regionda təsir gücü ilə bağlı mühüm bilgi almağa çalışır".
   
Müşfiq ABDULLA
Ombudsmanın hesabatını Milli Məclisdə kim oxuyacaq?
Komitə iclasında Elmira Süleymanova barədə ziddiyyətli fikirlər səsləndi
Deyəsən Ombudsman Aparatında gənc kadrlar unudulub
Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin dünənki iclasında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) fəaliyyəti tənqid olunub.
   APA-nın xəbərinə görə, iclasda Azərbaycan Ombudsmanının seçilməsi üçün MM-ə təqdim olunan namizədlər haqqında məlumat verilib, onlar haqqında fikirlər səsləndirilib.
   Komitə üzvü İqbal Ağazadə təqdim olunan siyahıda adı olan hazırkı Ombudsman Elmira Süleymanovanın fəaliyyətindən narazı olduğunu, səsvermə zamanı onun namizədliyinin əleyhinə çıxacağını deyib.
   Komitə üzvü Arzu Səmədbəyli isə təqdim edilən hər üç namizədin düzgün seçim olmadığını bildirib. Onun sözlərinə görə, daha uğurlu namizədlər təqdim oluna bilərdi.
   Komitə üzvü Fuad Muradov namizədlərin hər üçü haqqında müsbət fikir səsləndirsə də, ümumiyyətlə Ombudsman Aparatında gənclərin işləməsinə üstünlük verilməsini məqsədəuyğun hesab edib: "Gənclərə kömək edilməlidir. Mən demirəm ki, yaşlı adamlar işləməsin, ancaq bu gün gəncliyə daha çox meydan verilməli, onların aktiv fəaliyyətinə şərait yaradılmalıdır. Hər kim seçilsə, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq uğrunda aktiv işləməlidir". Komitə üzvü Cavanşir Paşazadə isə Elmira Süleymanovanın fəaliyyətini təqdir etdiyini, səsvermə zamanı onu dəstəkləyəcəyini bildirib. Komitənin sədr müavini Yevda Abramov hazırkı Ombudsman Elmira Süleymanovanın fəaliyyətini müsbət qiymətləndirsə də, gənc namizədlərin özünü sınaması üçün onlara meydan verilməsini mümkün sayıb. Müzakirələrə komitə sədri Rəbiyyət Aslanova yekun vurub. R.Aslanova gənclərə şərait yaradılmasını, onların namizədliyinin parlamentə təqdim edilməsini yüksək qiymətləndirdiyini deyib: "Gənclərə özlərini göstərmək üçün yol verməliyik". R.Aslanova bir neçə gün sonra parlamentdə Ombudsmanın illik məruzəsinin dinlənəcəyini xatırladaraq, hesabatı təqdim edəcək şəxsin diqqətinə bəzi məsələləri çatdırıb: "Mən deyə bilmərəm hesabatı bizə bu namizədlərdən kim təqdim edəcək. Ancaq istəyirəm ki, builki məruzə konkret hazırlansın. Bu məruzədə məmur qorxusu olmasın, konkret adlar açıqlansın, kimlərin yol verdiyi qanun pozuntusuna görə cəzalandırıldığı açıq şəkildə yazılsın. Bir sözlə, bu icmal kifayət qədər ciddi olsun" .
   Qeyd edək ki, parlamentin martın 5-də keçiriləcək iclasında İnsan hüquqları üzrə müvəkkil vəzifəsinə üç namizəddən biri seçiləcək. Dövlət başçısı tərəfindən Milli Məclisə təqdim olunan namizədlər hazırkı müvəkkil Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovdur.
   
Xəbər xidməti
Elxan Poluxov İran səfirinin sözlərinə şərh verdi
"Burada təəccüblü nəsə yoxdur"
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov İran səfiri Məhəmməd Bagir Bəhraminin "İran Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə başlayıb" fikirlərini APA-ya şərh edib.
   O burada təəccüblü bir şey olmadığını deyib: "Burada yeni heç bir şey yoxdur. İranın Azərbaycanla sərhədi var. Bildiyiniz kimi, bu sərhədin bir hissəsinə hazırda Azərbaycan tərəfindən nəzarət edilmir. Və İran regionda tezliklə sülh və əminamanlığın bərpa olunmasında, bu sərhədlərə nəzarətin Azərbaycana qaytarılmasında maraqlı olardı. Digər tərəfdən, İran Azərbaycan və Ermənistan ilə qonşu ölkədir və bu tərəfdən maraqlı olardı ki, regionda tezliklə münaqişənin həllinə nail olunması üçün inkişaf yaratsın. Bu səbəbdən İran bu prosesə öz dəstəyini verməyə hazırdır". Elxan Poluxov İranın münaqişənin ədalətli həllinə nail olmaq üçün Ermənistan tərəfinə kifayət qədər təsir mexanizminə malik olduğunu da deyib: "Bu mexanizmlərdən istifadə edərək ümid edirik ki, bu münaqişənin beynəlxalq norma və standartlara uyğun olaraq həllinə nail ola biləcəyik."
   
 
 
 SON XƏBƏRLƏR
2010-02-26 Keşlədəki binada yanğın zamanı Nurullayevlər xəsarət aldı
2010-02-26 Məşhur alim İhsan Doğramaçı 95 yaşında vəfat edib
2010-02-26 İsmayıllının Soltankənd məktəbi yandı
2010-02-26 Sulutəpədə 27 yaşlı Əfsanə Əkbərova dəm qazından boğulub ölüb
2010-02-26 İran səfiri Təbrizdəki konsulluğun qarşısında Azərbaycan bayrağının yandırılması xəbərini təkzib etdi
2010-02-26 Səfər Əbiyev Fransa səfirinə üç tutarlı kəlmə dedi
2010-02-26 Neftçalanın Astanlı kəndində "Azərenerji"nin yerli rəisinin üstünə tüfəng çəkdilər
2010-02-26 NZS-də ev sahibi oğrunu yaxalayıb polisə verdi
2010-02-26 "Ağdaş" MMC-nin Belarusun Qomel şəhərindəki "Ruslan" kafesi yandırıldı
2010-02-26 8 marta görə əlavə istirahət günləri verilməyəcək
2010-02-26 Telman İsmayılov İstanbulda üç yeri gözaltı edib
2010-02-26 "Tibb bacısı Gültəkin Əsgərovanın Laçında qrantamyotla vurulmuş cəsədini yerdən yığırdıq"
2010-02-26 Hulusi Kılıç Bakı və Ankaranın gərgin qaz danışıqları barədə şad xəbər verdi
2010-02-26 674 bələdiyyə sədri məsuliyyətə cəlb edilib
2010-02-26 Azərbaycan prezidenti Küveyt Əmirinə təbrik ünvanlayıb
2010-02-26 "Heydər Əliyevlə vida mərasimində onun dediyi sözləri heç vaxt unutmayacağam"
2010-02-26 Əfşar Süleymani Şəmsiyyə Bəylərqızı ilə qurtardı, keçdi ABŞ və İsrailə...
2010-02-26 Azərbaycan İnterpolunun axtardığı şəxslərin çoxu Rusiyaya sığınıb
2010-02-26 Hüquq müdafiəçisi qanunsuz tikililərlə bağlı NK-dan sərt qərar gözləyir
2010-02-26 Rauf Talışınskinin müavininin həbs səbəbi bilindi
2010-02-26 Deputatlar Milli Məclis reqlamentinin dəyişdirilməsinin əleyhinədir
2010-02-26 Xocalı soyqırımına həsr olunmuş yazı müsabiqəsini "Azərsun" maliyyələşdirdi
2010-02-26 Mətbuat Şurasının "reket qəzetlər - məmur işbirliyi" barədə bəyanatına partiyalardan dəstək...
2010-02-26 Mətbuat Şurasına qarşı məhkəmə zalında jurnalist adı ilə kimlər oturmuşdu?
2010-02-26 Elxan Poluxov İran səfirinin sözlərinə şərh verdi
2010-02-26 Ombudsmanın hesabatını Milli Məclisdə kim oxuyacaq?
2010-02-26 Semnebi Azərbaycanda İran barədə nə öyrənmək istəyib?
2010-02-26 Türkiyə generallarının həbsi Azərbaycan siyasiləri tərəfindən diqqətlə izlənir
2010-02-26 Üç kürd terrorçusu İranın hərbi zavodlarından birini partlada bilmədi
2010-02-26 Əhmədinejad Bəşər Əsədlə "qardaşlaşır"
2010-02-26 Rusiya prezidenti ilə Avropa rəsmisi İranın nüvə proqramına qarşı eyni mövqedə...
2010-02-26 Viktor Yanukoviç andını içdi və başladı
2010-02-26 Uydurma erməni soyqırım qətnaməsinə ABŞ Konqresində nömrə qoyuldu - "250"
2010-02-26 Vaşinqtonda yüksək hərbi dairələr Qəbələ RLS-i müzakirə edir
2010-02-26 Qazaxıstan BTC ilə neft nəqlini niyə dayandırıb?
2010-02-26 Prezident Administrasiyası və MM-də bir qrup rəsmi şəxs Fransaya Xocalı tədbirlərinə gedib
2010-02-26 Xocalını MM neçə dəfə soyqırım kimi tanımalıdır?!
2010-02-26 Xocalının ilk milis rəisi öz gözü ilə gördüyü dəhşətlərdən danışdı
2010-02-26 Cümşüd Nuriyev "Azərittifaq"ı dəstəklədi, Akif Nəsirli isə nə onu, nə də Kənd Təsərrüfatı Nazirliyini...
2010-02-26 Şuşa Musiqi Kollecinin binası sökülür
2010-02-26 Neapol dairəsi yaxınlığındakı qətlin təfərrüatları açıqlandı
2010-02-26 Azərbaycanda "Sonata" avtomobil həvəskarları üçün şad xəbər...
2010-02-26 "Novruz fəlsəfəsi"...
2010-02-26 PFL "Simurq"un prezidentindən danışılmış oyunlarla bağlı fakt tələb etdi
2010-02-26 Ueyn Bric İngiltərə yığmasından imtina etdi
2010-02-26 Çempionlar Liqasının 1/8 final mərhələsi
2010-02-26 Ramin Musayev Foqtsun Premyer Liqa ilə bağlı açıqlamasına reaksiya verdi
2010-02-26 Daum 4 futbolçunu "Fənərbağça"dan qovur
2010-02-26 Buffon bir ay "Yuventus"un qapısından kənarda qalacaq
2010-02-26 "Manisaspor"la oyundan sonra "Fənər"də aləm bir-birinə dəydi
2010-02-26 Hiddinq niyə məhz Türkiyəni seçməsinə aydınlıq gətirdi
2010-02-26 "Qalatasaray"ın baş məşqçisi Raykard məhkəməyə verilir
2010-02-26 "Azercell"in prezidenti "Gənclərin dostu" seçildi
2010-02-26 Turizm İnstitutunda Xocalı soyqırımının 18-ci ildönümü qeyd edildi
2010-02-26 Şamaxının Çarhan kəndində keçmiş məhkum intihara cəhd edib
2010-02-26 Ağdam və Bərdə qadınlarının əsas şikayəti iş yerlərinin olmaması ilə bağlıdır
2010-02-26 "Nur-AB" - Bakıda oturub kompüterlə dünya milyonçularını qarət edən təşkilatdır
2010-02-26 Nijnı Novqorodda rus qızı Azərbaycan vətəndaşı ilə içdi və onu öldürdü
2010-02-26 "Nəğməkar şair"lər niyə bu tituldan imtina edib?
2010-02-25 Şəmsiyyə Bəylərqızı keçmiş İran səfiri ilə süni mayalanmaya getdiyini təsdiqləyən qəbz göstərdi
2010-02-25 Gədəbəyin Düzyurd kənd sakini özünü asıb
2010-02-25 Türkiyədən İtaliyaya keçmək istəyən azərbaycanlılar saxlanıb
2010-02-25 Deputatın Sumqayıtda güllələnmiş qohumunun yanına heç kim buraxılmır
2010-02-25 Novruz bayramı ümumdünya statusu aldı
2010-02-25 Dağıstanın daxili işlər nazirinin qətlinin üstü tam açıldı
2010-02-25 "Neftçi"nin keçmiş prezidenti qəzaya düşüb
2010-02-25 Quba sakini Oqtay Məmmədov çardaqdan asılmış vəziyyətdə tapıldı
2010-02-25 Yanukoviçin andiçməsinə Azərbaycandan Artur Rəsizadə gedir
2010-02-25 Ermənistanda girov saxlanan 4113 azərbaycanlının siyahısına azı 100 nəfər də əlavə ediləcək
2010-02-25 Kəlbəcərli Məhbubə insan alverinə görə həbs edilib
 
 
 
Copyright (c) Bakı Xəbər 2009