26 Fevral 2010-cı il, N 299(1197)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3669)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2440)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2259)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1362)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Mətbuat Şurasına qarşı məhkəmə zalında jurnalist adı ilə kimlər oturmuşdu?
Şəmsəddin Əliyev: "Xətai Rayon İcra Hakimiyyətinin iki şöbə müdirinin üst-başı axtarıldı"
Mətbuat Şurası tərəfindən ad "qara siyahı"ya salınmış bəzi qəzetlər son günlər ardıcıl olaraq məhkəmələrə üz tutur.
   Şuranın qərarlarını ədalətsiz sayan belə "qəzetlər", guya təmiz, şəffaf olduqlarını sübut etmək niyyətindədirlər. Məhkəmənin nə qərar çıxarmasından asılı olmayaraq, həqiqət hər kəsə aydındır.
   Adı "qara siyahı"ya düşmüş qəzetlərin səhifələrində məktəb direktorları, rayon maliyyə şöbələrinin sədrləri, təhsil şöbələrinin müdirləri, kollec, texnikum direktorları, həkimlər haqqında gedən tənqidi, heç bir fakta söykənməyən yazıların arxasında məhz "reketlik" niyyətlərinin durduğu heç kəsə sirr deyil. Dövlət qurumlarının qapılarını döyərək, əslində dilənçiliklə məşğul olan belə "qəzetlər" Azərbaycan mətbuatının, jurnalistikasının adına ləkə gətirir. Bəzi "reket qəzetlər"in baş redaktorları jurnalistikadan kənarda da kriminal əməllərini davam etdirir. Əldə etdiyimiz məlumatlara görə, belə "baş redaktorlar"ın bəzisinin Bakı şəhərində əslində əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən saunaları, kafeləri var.
   Adı "qara siyahı"ya salınmış "Gündəlik Bakı" adlı qəzetin Mətbuat Şurasına qarşı şikayəti əsasında Bakı şəhəri 1 saylı Yerli İqtisad Məhkəməsində baş verən hadisələr əslində çox şeyi göstərdi.
   Qeyd edək ki, "Gündəlik Bakı" qəzetinin adı Xətai Rayon İcra Hakimiyyəti başçısının şikayəti əsasında Mətbuat Şurasının "qara siyahı"sına salınıb. Şuranın İdarə Heyətinin qərarına görə, bu qəzetdə gedən bir sıra yazılarda etik çərçivəyə sığmayan, jurnalistikanın davranış kodeksinin prinsiplərinə zidd olan, "Kütləvi İnformasiya Vasitələri Haqqında" Qanunun və Konstitusiyanın ayrı-ayrı maddələrinin pozulması ilə müşayiət olunan fikirlər yer alıb.
   Hakim Tahirə Əsədovanın sədrliyilə işə baxılır. MŞ-nin vəkili Şəmsəddin Əliyev bizimlə söhbətində bildirdi ki, Mətbuat Şurası bir QHT olaraq yalnız bu quruma daxil olmuş şikayətlər əsasında müzakirələr aparır və qərar qəbul edir: "Xətai Rayon İcra Hakimiyyətinin başçısı "Gündəlik Bakı" qəzetində barəsində dərc edilmiş təhqiramiz yazılarla bağlı Mətbuat Şurasına şikayət edib. Müraciət əsasında qəzetin müxtəlif tarixdə dərc olunan sayları təftiş olunub və qəzetin "reket"liklə məşğul olduğu təsdiq ediləndən sonra barəsində qərar çıxarılıb. Bəzən "reket qəzetlər" belə bir kampaniya aparır ki, guya onların barəsində qərar yalnız Mətbuat Şurasının sədri Əflatun Amaşovun fərdi istəyi əsasında qəbul edilib. Bu əsla belə deyil. Qərarları Əflatun Amaşov təkbaşına qəbul etməyib. Mətbuat Şurasının komissiyalarında, İdarə Heyətlərində kifayət qədər nüfuzlu şəxslər, media nümayəndələri var. Qəbul olunan qərarlarda şübhələrə varan heç nə yoxdur. "Gündəlik Bakı" qəzeti Mətbuat Şurasının qərarını özünün işgüzar nüfuzuna xələl gətirən hal kimi qiymətləndirib. hesab edir ki, bu qərar qəzetin tirajına, nüfuzuna təsir edib. Qəzet məhkəmə iddiasında adının "reket qəzetlər" siyahısından çıxırılmasını və mənəvi ziyanın ödənilməsini tələb edib. Hazırda iş məhkəmə baxışındadır. Növbəti proses mart ayının 10-da olacaq".
   Məhkəmədə ona və şahidlərə qarşı edilən təzyiqlərə, qarayaxma kampaniyasına gəldikdə isə, Ş.Əliyev qeyd etdi ki, Xətai Rayon İcra Hakimiyyətindən məhkəməyə şahid qismində iki nəfər şöbə müdiri gəlib: "60 nəfərə yaxın isə guya media nümayəndəsi gətirilmişdir. Onların 50-si "Gündəlik Bakı"nın tərəfini saxlayırdı. Əslində onların böyük əksəriyyəti heç jurnalist deyildi. Həmin adamlar məhkəmənin dəhlizində mənə və şahidlərə qarşı həqarət etdilər. Məni və şahidləri itələdilər. Məhkəmə zalında barəmdə aşağılayıcı ifadələr işlətdilər, əl-qol hərəkətlərilə mənə təsir göstərməyə başladılar. Təəssüf ki, hakimin orada qayda-qanun yaratmaq səylərini hiss etmədim. Mənim dəvət etdiyim şahidlər dindirilmədi. Məhkəmə başlamazdan öncə zalda hay-küy yaratdılar ki, guya şahidlərin üzərində bıçaq var. Bunun özü şantaja, psixoloji təzyiqlərə aiddir. Xətai Rayon İcra Hakimiyyətindən gələn şöbə müdirləri məhkəmə nəzarətçiləri və digərlərinin qanunsuz axtarışına məruz qalıb. Onların üst-başı axtarılıb. Bütün bunlar hüquqa zidd və məhkəmə icraçılarının səlayyətlərinə aid olmayan məsələlərdir. Axtarış hal şahidlərinin iştirakı olmadan keçirilib və müvafiq sənədləşmə aparılmayıb. Aparılıbsa da, sürətləri tərəflərə verilməyib. Düşünürəm ki, bu, həyata keçirilən ədalət mühakiməsinə qarşı, həm də digər tərəfə qarşı müstəsna dərəcədə həyasızlığın bariz nümunəsidir".
   Azərbaycanda 4 minə yaxın mətbu orqanın qeydiyyatdan keçdiyini deyən Ş.Əliyev qeyd etdi ki, bu qəzetlərin böyük əksəriyyəti fəaliyyət göstərmir. Bəziləri isə bazara girmək, maliyyə əldə etmək üçün çirkin oyunlara əl atır. Böhtan, təhqir dolu, mənbəənin adını açıqlamadan, faktları araşdırmadan dərc edilən yazıların əksəriyyətinin arxasında "reketlik" niyyətləri durur. Mətbuatın, jurnalistlərin informasiya axtarıb tapmaq, yaymaq hüququ olduğu kimi, digər tərəfin də barəsində yazılanları təkzib etmək haqqı var. Bu haqq tanınmalıdır. Özlərini jurnalist adlandıran şəxslər vəzifələrindən sui-istifadə etməklə hüquqi faktlara söykənmədən yazılar yazmamalıdır. Buna görə də, məhkəmə müstəvisində bəzi məsələlərə baxmaq zərurəti yaranır.
   Ş.Əliyevin sözlərinə görə, bir sıra hallarda Mətbuat Şurasının xəbərdarlığına, qınaqlarına məhəl qoyulmur: "Bəzi qəzetlər bütün bunlara əməl etmir. Mətbuat Şurasının qərarlarında heç bir qanuna zidd addım yoxdur. Düzdür, istənilən qanunda boşluq tapmaq mümkündür. Amma adı siyahıya düşmüş qəzetlər öz haqlarını qanun çərçivəsində, səbrlə müdafiə etməlidir. Daha dava-dalaş, kimisə təhqir etməklə yox. Düşünmürəm ki, "reket" adı hansısa qəzetin oxucularının azalmasına, tirajına təsir etsin, əksinə bu, qəzetlər daha çox alınır. Qəzetlərin siyahıdan çıxması üçün bir il müddət var. Bir il müddətində etik davranışında müsbətə doğru dəyişikliklər varsa, "reket" adı onun üzərindən götürülür". Ş.Əliyev onu da bildirdi ki, bu yaxınlarda 5-6 qəzetin adı "reket siyahı"dan çıxarılacaq: "Monitorinqlər aparılıb və bir neçə qəzetin siyahıdan çıxarılması barədə qərar qəbul olunacaq. Bunun özü də Mətbuat Şukrasının ədalətli fəaliyyətinin göstəricisidir.
   Bu mənada hər bir jurnalist, baş redaktor səbrli olmalıdır. Kin-küdurətlə heç nə həll olunmur. Həkim və hüquqşünas heç bir halda öz peşəsindən imtina edə bilməz. Hüquqşunasa kimin müraciət etməsindən asılı olmayaraq, o öz köməyini əsirgəməməlidir. "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevlə çox yaxşı münasibətim var. Amma bu mehribançılığa məhkəmə prosesində son qoyulur. Mənim keçmişimlə bağlı bəzi ifadələr işlədirlər. Həmin adamlara demək istəyirəm ki, mənim bu günüm dünənimdən daha qiymətlidir. Mən dünən buraxdığım səhvləri bir daha təkrarlamaq istəmirəm. 5 il öncə hansı addımları atmışamsa, demokratik prinsiplərə uyğun olub və həddimi aşmamışam. Bu gün də hüquqları pozulmuş insanların yanındayam.
   
Eldar XƏYAL
Mətbuat Şurasının "reket qəzetlər - məmur işbirliyi" barədə bəyanatına partiyalardan dəstək...
KXCP, Xəzər Teyyublu: "Bəzən görürsən ki..."
   
   AMİP, Əli Oruclu: "Müsbət haldır"
   
   BAXCP, Elçin Mirzəbəyli: "Çox yaxşı olardı..."

   
   
   Məlum olduğu kimi, Azərbaycan Mətbuat Şurasının bu günlərdə verdiyi bəyanat ölkə ictimaiyyətində böyük rezonansa səbəb oldu. Sözügedən bəyanatda qeyd olunurdu ki, illərdən bəri şərti olaraq "reket jurnalistika" adlandırdığımız xoşagəlməz meyl bu gün də davam etməkdə, mediamızın nüfuzuna, onun saf və təmiz adına ləkə gətirməkdədir.
   Mətbuat Şurası Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını, ölkə qanunvericiliyinin tələblərini kobud və mütəmadi şəkildə pozan qəzet və jurnalların növbəti "qara siyahısı"nı açıqlamışdı. Belə ki, onların sayı artıq 94-ə çatıb.
   Daha sonra bəyanatda qeyd olunmuşdu ki, "Mətbuat Şurası bəzi "reket nəşr"lərin arxasında gizli havadarların olmasını, onların maliyyələşdirilərək məkrli sifarişlərin icrasına cəlb edilməsini yolverilməz hal sayır. MŞ bununla bağlı kifayət qədər tutarlı faktlara malikdir. Gizli sponsorlar sırasında dövlət orqanlarında çalışan bəzi məmurların mövcudluğu isə xüsusilə təəssüf doğurur. Azərbaycan iqtidarının söz və mətbuat azadlığı ilə bağlı məsələlərə həssas yanaşdığı şəraitdə onların bu siyasətə uyğun gəlməyən addımlar atanlara, öz mənafeyi naminə müxtəlif spekulyasiyalara baş vuranlara himayədarlığı heç bir məntiqə sığmır".
   Maraqlıdır, Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının MŞ-nın sözügedən açıqlamasına, daha doğrusu bəzi reket qəzetlərin arxasında hansısa məmurların dayanmasına münasibəti necədir?
   KXCP-nin sədr müavini Xəzər Teyyublu bizimlə söhbətində bu gün hansısa qəzeti qeydiyyatdan keçirib nəşr etməyin çox sadələşdiyini bildirdi. Onun sözlərinə görə, bütün bunlara rəğmən, hər bir qəzet gərək reallığı əks etdirsin: "Bunun üçün də dövlətçilik, konstitusiya əsas götürülməklə qəzetlər azad sözün inkişafını təmin etməlidir. Həmçinin, mütərəqqi fikrin həmişə təminatçısı olsun və bunu ictimaiyyətdə normal səviyyədə təbliğ etsin. Bəzən görürsən ki, mətbu orqan hansısa oliqarx haqqında məqalə dərc edir və həmin qəzetləri MŞ reket siyahısına salır. Bu qəzetlər dövlət qeydiyyatından keçib və informasiya toplayıb mətbuatda dərc edir. Ona görə də bu məsələdə mənbələrə istinad etmək lazımdır ki, sözügedən qəzetlər məlumatı haradan götürür. Hazırkı jurnalistika elə bir sahədir ki, burada yüksək yaradıcılıq tələb olunur. Ona görə də qəzet çıxarmaq xatirinə nə gəldi dərc etmək olmaz. Yəni jurnalistikanı o halda saxlamalıyıq ki, ən azından, Həsən bəy Zərdabinin ruhu şad olsun".
   AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov bu gün reket qəzetlərin Azərbaycanın ən böyük bəlası olduğunu bildirdi: "Məhz həmin reket qəzetlərin sayəsində Azərbaycan mətbuatı, demokratik fikirli insanların toplaşdığı məkanlar hörmətdən salınır. Ona görə də MŞ-nin belə bir reallığa qarşı, yəni reket qəzetlərə qarşı mübarizəsi müsbət haldır. Ancaq təəsüflər olsun ki, bəzən burada subyektivliyə də yol verilir. Məsələn, "Gündəlik Bakı" qəzetinin reket qəzet adlandırılması o qədər də müsbət qarşılanmamışdı. Bu gün Azərbaycan mətbuatının böyük əksəriyyətinin arxasında məmurların dayanması yeni kəşf deyil. Bu həqiqətdir ki, bu gün bir sıra yazılı KİV-in böyük əksəriyyətinin arxasında müəyyən çevrələr dayanır. Həmin çevrələrin də maraqları təmin olunur. Bununla mübarizə aparmaq, buna qarşı çıxış etmək olduqca çətindir. Düşünürəm ki, bütün işi Əflatun Amaşovun üzərinə qoymaq da düzgün deyil. Bunun aradan qaldırılmasının bir yolu var. O da ölkədə azad rəqabətin yaradılmasıdır. Təəssüflər olsun ki, ölkə mətbuatında iqtisadi azadlıqlar yoxdur. Çünki bunun əsas bazasını reklamlar təşkil edir. Ona görə də mətbuatın reklam bazarı genişlənməlidir. Reklam olmadığına görə bəzi qəzetlər kimlərdənsə asılı olur. Nəhayət, reket qəzetlərinin belə kütləviləşməsində bəzi gözükölgəli məmurların da rolu böyükdür". BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli hesab edir ki, MŞ-nin əlində ciddi əsaslar olmadan belə fikirlər səsləndirməz: "Eyni zamanda, həmin mətbuat orqanlarının uzun müddətdir fəaliyyət göstərməsi, bəzilərinin fəaliyyəti dayanandan sonra yenidən nəşrə başlaması təsadüfi deyil. Bu onu göstərir ki, bəzi "KİV-lər" kimlər tərəfindənsə himayə olunur. Ancaq çox yaxşı olardı ki, bu prosesin qarşısını almaq üçün təkcə reket qəzetlərilə deyil, eyni zamanda, sözügedən qəzetləri dəstəkləyən insanlarla bağlı ictimai qınaq forması tapılsın. Güman edirəm ki, bu məsələ ilə bağlı MŞ-nin geniş imkanları var. Zənnimcə, ölkədə fəaliyyət göstərən bütün mətbuat orqanları bu məsələdə birmənalı şəkildə MŞ-ni dəstəkləyəcək".
   
Vidadi ORDAHALLI
Ermənilər Qarabağda qadınları "zorla doğuzdurma" siyasətinə başlayıblar
"Hara baxırsan, hamilə qadın görürsən"
Bəzi ekspertlər Madrid prinsiplərində nəzərdə tutulmuş referenduma hazırlıq getdiyini düşünür
Doğumu artırmağı Dağlıq Qarabağ hakimiyyəti qarşısına başlıca vəzifələrdən biri kimi qoyub. Yerli hakimiyyət bunu Azərbaycan prezidentindən gələn müharibə hədələrilə izah etməyə çalışır. Bunları "Eurasia View" məcmuəsi yazır. Ancaq səbəb təkcə budurmu?
   Dağlıq Qarabağda orta maaş ayda 50 dollardır. Hər anadan olan uşağa ümumilikdə 2 min dollar, yəni 40 ayın maaşı qədər pul verirlər.
   "Eurasia View"nun müxbiri Dağlıq Qarabağda olub. O yazır ki, Dağlıq Qarabağda hara baxırsan, hamilə görürsən. Onun söhbət etdiyi 20 yaşlı kənd sakini, 7 aylıq uşağı olan qadın deyir ki, 2008-ci ildə toyu olanda toy təşkilatçıları 2 min dollar verdilər, min dollar Dağlıq Qarabağın rəhbəri Bako Saakyan verdi, 2 min dollar uşaq anadan olanda verdilər.
   Dağlıq Qarabağ təbii artıma niyə bu qədər önəm verməyə başlayıb?
   Bakıdakı Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl: "İnsanları yaşadıqları yerə bağlamaq istəyirlər. Ermənilərdə bir qafiyəli ifadə var - "harda çörəyim, suyum var, ora mənim vətənimdir". İnsanlar köçüb gedir. Onları saxlamaq istəyirlər. Strateji də düşünə bilərlər. Madrid prinsiplərində referendum söhbəti var".
   Dağlıq Qarabağ bu pulu hardan alır? Bu işi iki erməni iş adamı başlayıb. Qarabağda anadan olan və Rusiyada işləyən Hayrapetyan adlı biznesmen Rusiyanın Troyka Dialoq adlı investisiya bankında rəhbər icra vəzifəsi tutan başqa erməni iş adamı Vardanyanla birlikdə yeni proqrama başladıqlarını elan etdi. Onlar 2008-ci ildə Dağlıq Qarabağda evlənən 1400 oğlanı və qızı yığıb, 700 cütlüyə toy etdilər və söz verdilər ki, hər anadan olan uşağa 2 min dollar verəcəklər.
   Bundan sonra bu işə yerli hökumət də qoşuldu. Dağlıq Qarabağın "doğumu həvəsləndirmə" adlı proqramı birinci uşağa görə 300 dollar, ikinci uşağa 600 dollar, üçüncü uşağa 3000 dollar, dördüncü uşağa 4000 dollar verir.
   Dağlıq Qarabağ rəsmilərinin verdiyi məlumata görə, son iki ildə anadan olan uşaqların sayı 30 faiz artıb. Dağlıq Qarabağ ermənilərinin və azərbaycanlılarının sayı, demoqrafik məsələdən başqa, həm də perspektivdə siyasi məsələdir.
   "Eurasia View" yazır ki, Dağlıq Qarabağda hazırda nə qədər əhali var - bunu bilən yoxdur. Yerli hakimiyyətin təxminləri 145 mindir. Ancaq bu rəqəmi müstəqil mənbələrdən təsdiqləmək mümkün deyil.
   Məcmuə yazır ki, 1989-cu ilin sovet statistikasına görə, Dağlıq Qarabağda 200 min əhali vardı. Ancaq bura azərbaycanlılar da daxil idi.
   Qeyd edək ki, faktiki olaraq, 1990-cı illərdə Dağlıq Qarabağdan çıxarılan azərbaycanlıları nəzərə alanda, son 18 ildə Dağlıq Qarabağın erməni əhalisinin sayı ən yaxşı halda dəyişməyib. Azərbaycanlı ekspertlər hətta hesab edirlər ki, Dağlıq Qarabağda uzağı 90 min adam qalıb. Ancaq gedənlər geri qayıda da bilər.
   Başqa amilə gələndə, rəsmi statistikaya görə, azərbaycanlı məcburi köçkünlər arasında doğum yüksək olduğuna görə, ola bilərmi ki, hazırda Dağlıq Qarabağın azərbaycanlı əhalisinin sayı ilə erməni əhalisinin sayı arasında nisbət dəyişir?
   Azərbaycanlı təhlükəsizlik eksperti İlham İsmayıl deyir ki, təbii artım məsələsində Dağlıq Qarabağın özündən olan köçkünlərlə ətrafından olan köçkünləri fərqləndirmək lazımdır: "Təbii artım Laçından, Qubadlıdan olanlar arasında böyükdür. Dağlıq Qarabağın özündən olanlar arasında, azərbaycanlıların əsas hissəsini təşkil edən şuşalılar arasında artım böyük deyil".
   
RAMİL
Xocalı soyqırımına həsr olunmuş yazı müsabiqəsini "Azərsun" maliyyələşdirdi
Bəxtiyar Sadıqov və Əflatun Amaşov qalibləri elan etdi
Mətbuat Şurası və "Xocalı soyqırımını tanıtma" İctimai Birliyinin "Azərsun Holdinq"in maliyyə dəstəyilə Xocalı soyqırımına həsr olunmuş yazı müsabiqəsinin nəticələri elan olunub. APA-nın məlumatına görə, bununla bağlı "Azərsun" Holdiqin Mədəniyyət Mərkəzində tədbir keçirilib.
   Tədbirdə çıxış edən "Azərsun" Holdinqin vitse-prezidenti Tahir Goozzal Xocalı soyqırımının dünyada ən qəddar cinayətlərdən biri olduğunu vurğulayıb. O, hər bir azərbaycanlının bu faciəni dünyaya tanıtmasının vacib olduğunu və bu istiqamətdə səylərin durmadan davam etməsinin lazım olduğunu qeyd edib.
   Mətbuat Şurasının sədri Əflatun Amaşov öz çıxışında bu vaxta qədər Azərbaycan mətbuatında soyqırımla bağlı dərc olunmuş yazılar barədə danışıb. Onun sözlərinə görə, bu vaxta qədər dərc olunmuş yazılar yalnız yerli auditoriya üçün olub: "Buna görə də biz bir qədər fərqli, xarici auditoriyaya ünvanlanmış yazıların dərc olunması üçün müsabiqə keçirdik". Ə.Amaşov qalibləri müəyyənləşdirən münsiflər heyətinin tərkibini açıqlayıb. Qeyd edək ki, münsiflər heyətində XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov, Diasporla İş Komitəsinin əməkdaşı Elşad Miraləm, Əsir, İtkin və Girov Götürülmüş şəxslərlə iş üzrə Dövlət Komissiyasının əməkdaşı Mahir Cavadlı, Mətbuat Şurasının üzvləri Bəxtiyar Sadıqov, Rəşad Məcid və "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev təmsil olunub. Ə.Amaşov müsabiqəyə 80-ə yaxın yazının təqdim olunduğunu vurğulayıb.
   "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov tədbirdə çıxış edərək, qaliblərin müəyyənləşdirilməsi prosesinin tam şəffaf və obyektiv aparıldığını deyib.
   Daha sonra müsabiqənin nəticələri açıqlanıb. Qaliblərdən başqa, müsabiqədə iştirak edən daha 5 jurnalistə həvəsləndirici mükafat təqdim olunub. Saleh Qarabağlı isə Xocalı soyqırımı ilə bağlı araşdırmalarına görə xüsusi mükafata layiq görülüb.
Deputatlar Milli Məclis reqlamentinin dəyişdirilməsinin əleyhinədir
Fəzail Ağamalı: "Qəbul olunan razılığa əsasən, cari məsələdə gündəliyə münasibət də bildirildiyindən bu mümkünsüzdür"
Bəxtiyar Sadıqov: "İndiki hal formalaşmış, nizama düşmüş bir vəziyyətdir, ona görə də belə qalması daha yaxşıdır"
Azərbaycan parlamentində millət vəkillərinə hər bir məsələni, problemi qaldırmaq imkanı verilir. Parlamentarlar bu fürsətdən istifadə edərək, cari məsələlərə baxılarkən deputat seçildiyi bölgənin seçicilərinin problemlərini, buradakı çatışmazlıqları Milli Məclis rəhbərliyinin diqqətinə çatdırır.
   Qeyd etdiyimiz kimi, belə problemlər cari məsələlərin müzakirəsi zamanı nəzərdən keçirilir. Onu da qeyd edək ki, Azərbaycan parlamentində cari məsələlərə, adətən iclasın əvvəlində baxılır və yalnız bundan sonra gündəliyə keçilir. Bu hal, söz yox ki, parlamentin qəbul etdiyi reqlamentə uyğun həyata keçirilir. Amma prosesin gedişi göstərir ki, cari məsələlərin önə buraxılması praktikası elə də uğurlu variant deyil. Ən azından, millət vəkillərinin davamiyyəti baxımından reqlamentin belə müəyyənləşdirilməsi doğru görünmür. Belə ki, bəzən bir sıra deputatlar cari məsələlərin müzakirəsində aktiv iştirak edərək, seçicilərinin bu və ya digər problemlərini qabartmaqla işlərini bitmiş hesab edir və gündəliyin müzakirəsinə keçilər-keçilməz iclas zalını tərk edirlər. Bununla gündəlikdə duran həyati əhəmiyyətli məsələlərin müzakirəsi və qəbulunda iştirak etməkdən yayınmaları bir yana, digər tərəfdən də onlar üzvü olduqları parlamentə və seçicilərinə hörmətsizlik nümayiş etdirirlər. Bu halın aradan qaldırılması üçün, görünür, cari məsələlərin iclasın sonuna keçirilməsi vacibdir. Görəsən, qaldırılan məsələyə deputatların münasibəti necədir?
   Millət vəkili Fəzail Ağamalı, qəbul olunan razılığa əsasən, cari məsələlərdə gündəliyə də münasibət bildirildiyindən, onun iclasın sonuna keçirilməsinin mümkün olmadığını dedi: "Yəni gündəliyə əlavələr edilir. Dəfələrlə Milli Məclis rəhbərliyi səviyyəsində cari məsələlər adı altında çıxışlar edilərkən təqdim olunan gündəliyə, əgər varsa, əlavələrin bildirilməsi də tövsiyə edilir. Çox təəssüf ki, bir sıra hallarda bu olmur. Lakin yarım saatlıq müzakirələrin gedişində ayrı-ayrı deputatlar seçicilərinin onlara etdiyi müraciəti, ölkənin taleyilə bağlı bu və ya digər siyasi proseslərə münasibətini bildirməklə bərabər, həm də təqdim olunan gündəliyə əlavələri ifadə ediblər. Məsələ bu cürdür. Davamiyyətə gəldikdə, İntizam Komitəsi, nizamnaməyə uyğun olaraq, limiti keçənlərə qarşı tədbir görülür, həmin deputatdan izahat alınır. Lakin belə hallar, demək olar ki, olmayıb. Bir qayda olaraq, millət vəkilləri Milli Məclisin iclaslarında iştirak edir. Kiminsə daha vacib işi çıxırsa onu görür, sonradan bir daha parlamentə qayıdır. Milli Məclisə orta məktəb və deputatlara orta məktəb şagirdləri kimi münasibət bəsləmək düzgün deyil".
   YAP-dan olan deputat Bəxtiyar Sadıqov da mövcud vəziyyətin qalmasının daha məqsədəuyğun olduğu qənaətindədir: "Milli Məclisin özünün daxili nizamnaməsi, Milli Məclis iclaslarının aparılma qaydası var. Orada millət vəkillərinə söz vermək qaydası da var. Hətta spikerin müavinlərinə növbədənkənar söz verilməsi də həmin daxili nizamnamədə öz əksini tapıb. Belə bir nizamnamə hüquqi cəhətdən əsaslandırılaraq artıq qəbul olunub. Digər tərəfdən, bir ənənə də mövcuddur. Cari məsələlərdə hər bir deputatın ölkə daxilində və xaricdə baş verən hadisələrə şəxsi münasibəti əks olunur. Burada əslində gündəliklə bağlı fikirlər söylənilməlidir. Amma onun əhatə dairəsi genişlənir və cari məsələlər formasında iclasda bir çox məsələlərin səsləndirilməsinə imkan yaradılır. Bunun isə millət vəkilləri arasında iştirak prosesinə təsirini görmürəm. Əksinə, jurnalistlər cari məsələlər qurtardıqdan sonra qaçır onu yazmağa. Bütövlükdə isə hər bir millət vəkili iclaslarda iştirak edir. Bəzən olur ki, onlar səfərlərdə olur, bunların da hamısı üzrlü səbəbdən icazə sayılır. Dəfələrlə hətta belə fikirlər səslənib ki, ümumiyyətlə cari məsələlər olmasın. Deputatın hüququ var, onu düşündürən hər bir məsələ ilə bağlı deputat sorğusu ilə istədiyi ünvana, məsul şəxsə, məmura müraciət edə bilər. Amma ali qanunverici orqan insanların diqqətinin yönəldiyi bir məkan olduğundan, orada səslənən fikirlər ünvana daha tez çatır, daha çox siyasi əhəmiyyət kəsb edir. Eyni zamanda, seçicilər təkcə qanunvericiliklə bağlı deyil, hər hansı başqa məsələlərlə də bağlı deputatının mövqeyini görə bilir. Hesab edirəm ki, indiki hal formalaşmış, nizama düşmüş bir vəziyyətdir, ona görə də belə qalması daha yaxşıdır".
Həsən İSLAMOV
Ağsunun kəndləri hər gün yarım metr dağdan çaya doğru sürüşür
Rayonun bir neçə kəndində yaşayış təhlükə altına düşdü
FHN-in yerli məmuru qəzalı ev sahiblərinə torpaq sahəsi veriləcəyini dedi
Ağsu rayonunun 5 kəndində torpaq sürüşməsi nəticəsində 77 ev qəzalı vəziyyətə düşüb. Ağsu rayon Fövqəladə Hallar Komissiyasının sədri İqbal Mikayılov APA-nın yerli bürosuna bildirib ki, Ağsu çayının sahilində yerləşən Sanqalan, Kalva, Suraxanı, Qırrar və Quzay kəndlərində baş verən torpaq sürüşməsi gündən-günə genişlənir:
   "Sürüşmədən ən çox ziyan çəkən isə Sanqalan və Kalva kəndlərindəki yaşayış evləri və sosial obyektlərdir. Əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri baxış keçirib. Kəndlərin həqiqətən də təhlükəli zonada yerləşdiyi qeyd olunub, əhalinin müvəqqəti olaraq köçürülməsi tövsiyə edilib. Təhlükəli vəziyyət barədə əhaliyə xəbərdarlıq olunub. Hazırda Sanqalan kəndində bütün evlər-38 fərdi yaşayış evi, bir orta məktəb və bir feldşer-mama məntəqəsi qəzalı vəziyyətdədir. Kənddə uzunluğu 450 metr, eni 260 metr ərazini əhatə edən sürüşmə zonasına düşən bu tikililərdə yaşamaq təhlükəlidir. Torpaq qatı hər 2-3 metrdən bir 30-40 santimetr aralanıb, evlərdə 5-10 santimetr qalınlığında çatlar əmələ gəlib. Kəndin yerləşdiyi torpaq qatı hər gün təxminən yarım metr dağdan çaya doğru sürüşür. Bu kiçik kəndin bütövlükdə köçürülməsi və digər ərazidə torpaq sahəsi ayrılaraq yeni evlərin tikilməsi daha məqsədəuyğundur. Artıq kənddəki 38 ailədən 10-u öz istəyi ilə rayonun başqa yaşayış məntəqələrindəki qohumlarının evində məskunlaşıb. Oradakı 28 evdə hələ də yaşayış var". İqbal Mikayılov qeyd edib ki, torpaq sürüşməsilə əlaqədar Kalva kəndindəki 80 evdən 35-i qəzalı vəziyyətə düşüb. Kəndin mədəniyyət evi və aptekdə də çatlar əməl gəlib. Hadisə nəticəsində daha çox zərər çəkmiş və yararsız hala düşmüş 4 ev müəyyən edilib və fevralın 24-də həmin dörd ailə başqa kənddəki qohumlarının yanına köçürülüb: "Torpaq sürüşməsi rayonun Suraxanı kəndində 2 evi, Qırrar və Quzay kəndlərinin hər birində bir evi qəza vəziyyətinə salıb. Muğanlı-İsmayıllı yolunun yaxınlığında, üç tərəfi dağlarla əhatə olunmuş yerdə mövcud olan bu yaşayış məntəqələrinin yerləşdiyi ərazi sürüşmə zonasına daxildir. Torpaq axını dağlardan Ağsu çayına tərəf hərəkət edir. Sürüşmə, əsasən qış-yaz aylarında yağan yağışlardan sonra daha intensiv xarakter alır. Amma ilk dəfədir ki, torpaq sürüşməsi geniş ərazini əhatə edir və yaşayış evlərinə və sosial obyektlərə ciddi ziyan vurur. Rayon İcra Hakimiyyəti insanların müvəqqəti olaraq köçürülməsi üçün qonşu kəndlərdə və rayon mərkəzində sosial obyektlər müəyyən edəcək. Amma ilk növbədə Fövqəladə Hallar Nazirliyinin bu vəziyyətlə əlaqədar yekun qərarını gözləmək lazımdır". Qeyd edək ki, ərazi bir qədər əvvəl sürüşmə baş verən Muğanlı-İsmayıllı yolunun yaxınlığında yerləşir. Ağsu rayon Fövqəladə Hallar Komissiyasının sədri İqbal Mikayılov Trend News-a bildirib ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri sürüşmə ərazisində iş aparır. Mütəxəssislər Kalva və Sanqalan kəndlərində vətəndaşlara torpaq sahəsi ayrılacaq ərazilərin aktivliyini öyrənir. Müsbət rəy verilərsə, həmin kəndlərin ərazisində sakinlərə ev tikmək üçün torpaq sahələri ayrılacaq.
   
RAMİL
Rauf Talışınskinin müavininin həbs səbəbi bilindi
Fərhad Süleymanov qanunsuz odlu silah əldə edib saxlaması faktına görə tutulub
"Ayna" Mətbu Evinin vitse-prezidenti Fərhad Süleymanovun hansı maddə ilə təqsirləndirildiyi məlum olub. Bakı Şəhər Prokurorluğundan Lent.az-a bununla bağlı ətraflı məlumat verilib.
   Belə ki, Bakı Şəhər Prokurorluğundan istintaqı aparılan cinayət işi üzrə əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkəmənin hökmü ilə məhkum olunmuş Süleymanov Fərhad Süleyman oğlu 16 fevral 2010-cu il tarixdə qanunsuz olaraq odlu silah əldə edib saxlaması faktına görə şübhəli şəxs qismində tutulub. Fevralın 18-də isə ona Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddəsilə ittiham elan olunaraq, barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
   İstintaqla müəyyən edib ki, Fərhad Süleymanov Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 1-də yerləşən "Ayna" Mətbu Evinin vitse-prezidenti vəzifəsi daşımaqla, onun işi müəssisənin təsərrüfat və kommunal işlərini təşkil etməkdən ibarət olub, mətbuat işi və jurnalist fəaliyyətilə məşğul olmayıb. Hazırda Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Fərhad Süleymanov barəsində cinayət işinin istintaqı davam etdirilir.
Hüquq müdafiəçisi qanunsuz tikililərlə bağlı NK-dan sərt qərar gözləyir
Mirvari Qəhrəmanlı: "Mən özüm bəzən qatarla gedəndə..."
"Azərbaycan Dövlət Dəmir Yolları" QSC, "Azərenerji" ASC və Azərbaycan Dövlət Neft Şirkəti özlərinə aid təhkim zolaqlarında və istehsalat ərazilərdə qanunsuz inşa olunmuş obyektlər barədə qərar çıxarmaq üçün Nazirlər Kabinetinə müraciət edib.
   Hər üç qurum insan həyatı üçün təhlükə törədən tikililərin siyahısını hazırlayaraq hökumətə təqdim edib. Lakin Nazirlər Kabinetinin hansı qərarla çıxış edəcəyi bilinmir. Adları çəkilən qurumlardan bildirmişdilər ki, qanunsuz tikililərin sökülüb-sökülməyəcəyi də Nazirlər Kabinetinin mövqeyindən asılıdır. Amma problem kifayət qədər ciddi olduğundan, ekspert rəyi iki obyektdən birinin köçürülməli olacağını deməyə əsas verir.
   Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı hesab edir ki, sökülə biləcək obyektlərin sahiblərinə hökumət kompensasiya və ya torpaq sahəsi ayırmalıdır":Birincisi, yüksək gərginlikli elektrik xətlərinin altında, stansiyaların, yarımstansiyaların hətta 15-20 metrlik yaxınlığında torpaq sahəsi verməyə icazə yoxdur. Həmin ərazilərdə torpaq sahəsi verilərsə, Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona heç bir sənəd verilmir. İkincisi, dəmir yollarının lap yaxınlığında çoxsaylı evlər tikilib. Mən özüm bəzən qatarla gedəndə evlərin bu qədər dəmir yoluna yaxın olduğunu görüb heyrətə gəlirəm ki, onların uşaqları necə böyüyür.
   Bu iki sahədə yaranmış problem insan həyatı üçün o qədər təhlükəlidir ki, ya elektrik xətləri və dəmir yolları köçürülməlidir, yaxud da evlər sökülməli, insanlar başqa yerə köçürülüməlidir. Yəni Nazirlər Kabineti elə qərar qəbul edə bilər ki, yüksək gərginlikli xətlərin yeri dəyişdirilə bilər. Bunun da günahı ondadır ki, həmin ərazilər Mənzil İstismar sahələrinin tabeliyində olanda, insanlar "JEK"-lərə və sahə müvəkkillərinə rüşvət verib orada ev tikib. Yaxşı olar ki, o insanlara indi ya kompensasiya, ya da torpaq sahəsi verməklə köçürülməsini təmin etsinlər.
   Dövlət Neft Şirkətində isə vəziyyət başqa cürdür. Belə ki, ARDNŞ-in hökumətə təqdim etdiyi torpaqların hamısı ona aid deyil. Bunu da məhkəmədə sübuta yetirə bilmir. 1987-1989-cu illərdə Dövlət Neft Şirkətinin baş geoloqunun iştirakı ilə inventarlaşdırma aparılmışdı, neft olmayan torpaq sahələri bağçılıq təsərrüfatı sahələri kimi neftçilərə verilmişdi.
   2003-2006-cı illərdə proses davam etdirildi və bu çox müsbət bir hal idi. Ancaq bizdə konkret sənədlər var ki, ARDNŞ-in Bibiheybətdə iddia etdiyi torpaq sahəsi bələdiyyəyə məxsusdur. Eyni zamanda, elə yerlər də var ki, neft quyularının yanında evlər tikilib. Bütün bunlara Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli 54 saylı qərarına uyğun olaraq aydınlıq gətirməlidir. Həmin qərarda deyilir ki, dövlət ehtiyatları üçün hər hansı bir sahə götürülərsə, mövcud bazar qiymətlərinə uyğun kompensasiya verilməlidir, ya da ki, torpaq sahəsi ayrılmalıdır. İndi insanların taleyi Nazirlər Kabinetinin qərarından asılıdır".
   M.Qəhrəmanlı onu da bildirdi ki, qanunvericiliyə görə, müraciət edən icra hakimiyyəti orqanı, Əmlak Məsələləri Komitəsi, bələdiyyə və digər aidiyyəti qurumların təmsilçilərindən ibarət qiymətləndirmə komissiyası yaradılmalı, 80-120 gün ərzində əhaliyə xəbərdarlıq edilməli, onlara ayrılacaq vəsait hesablanaraq ödənilməlidir.
   
Müşfiq ABDULLA
Azərbaycan İnterpolunun axtardığı şəxslərin çoxu Rusiyaya sığınıb
Sahib Mirzəyev: "Akademik Ziya Bünyadovun qətlində təqsirli bilinənlərin hamısının yeri müəyyənləşib"
   
   Elmar Hüseynovun qətlində təqsirli bilinənlər isə...
   
   "Azərbaycanda PKK terrorçularından tutulanlar olub"

   
   Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Sahib Mirzəyev APA-ya müsahibəsində deyib ki, mən İnterpola rəhbər təyin olunandan sonra Daxili işlər naziri cənab Ramil Usubovun bu qurumla bağlı xüsusi tapşırıqları olub.
   - 2009-cu ildə Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna neçə müraciət daxil olub?
   - Ötən il Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna ölkənin hüquq-mühafizə orqanları tərəfindən 176 müraciət daxil olub. Onlardan 170-i təqsirləndirilən, 6 nəfəri isə itkin düşmüş şəxsdir. Ötən il İnterpol xəttilə axtarışda olan azərbaycanlılardan 67 nəfərinin yeri müəyyən edilib. Həmin şəxslərdən 21-nin Rusiyada, 11-nin Türkiyədə, 6-nın Gürcüstanda, 6-nın Birləşmiş Ərəb Əmirliklərində, 5-nin İran İslam Respublikasında, 4-nün Ukraynada, 3-nün Amerika Birləşmiş Ştatlarında, 1-nin Estoniyada, 2-nin Almaniyada, 1-nin Macarıstanda, 1-nin Çexiyada, 1-nin İsveçrədə, 1-nin Özbəkistanda, 1-nin Yaponiyada, 1-nin Malayziyada, 1-nin Latviyada, 1-nin isə Qazaxıstanda gizləndiyi müəyyən olunub. Bu sadaladıqlarım onu göstərir ki, artıq cinayətkarların gizlənmə diapazonları da genişlənib. 2009-cu ildə yeri müəyyən edilmiş cinayətkarlardan 14-ü tutularaq Azərbaycana gətirilib. Hazırda Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun icraatında 554 nəfər şəxs barəsində iş aparılır. Onlardan 497-si təqsirləndirilən, 57 nəfər isə itkin düşmüş şəxsdir.
   - "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən Tahir Xubanov və Teymuraz Əliyevin tutulması istiqamətində İnterpol hansı işləri görür?
   - İnterpolun Milli Mərkəzi Bürosunun və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin yeri müəyyən edilib. Onlar Gürcüstan vətəndaşlarıdır və hazırda bu ölkədə gizlənirlər. Siz bilməlisiniz ki, bir çox ölkənin qanunvericiliyi cinayət törətmiş hər hansı ölkə vətəndaşının başqa ölkəyə verilməsinə imkan vermir.
   - Akademik Ziya Bünyadovun qətlində təqsirli bilinərək barəsində axtarış elan olunmuş Tariyel Ramazanov, Cavanşir Aslanov və Elçin Dədəyevin gizləndiyi yer müəyyən edilibmi?
   - Onların hamısının yeri müəyyənləşib. Həmin şəxslərin tutulması üçün bir çox xarici ölkədə əməliyyat tədbirləri də həyata keçirilir. Əməliyyat sirri olduğundan, mən onların gizləndiyi yerləri açıqlaya bilməyəcəm. Daxili işlər naziri, cənab Ramil Usubov da hər zaman axtarışda olan şəxslərlə maraqlanır. Hər bir iclasda bizdən onları bir-bir xəbər alır.
   - Müdafiə nazirinin müavini, general-leytenant Rail Rzayevin qətlindən bir il ötdü. Əməliyyat-istintaq qrupu generalı qətlə yetirməkdə şübhəli bilinən şəxsin fotorobotunu da hazırlayıb. Həmin şəxsin müəyyən edilərək tutulması istiqamətində İnterpol tərəfindən hansısa tədbirlər həyata keçirilir?
   - Bu məsələ ilə bağlı ölkənin hüquq-mühafizə orqanları İnterpolla birgə çox ciddi işlər görür. Bilirsiniz ki, generalın qətlilə bağlı aparılan cinayət işinin istintaqı ölkə başçısı cənab İlham Əliyevin birbaşa nəzarətindədir. Mən aparılan istintaq tədbirləri haqqında ətraflı məlumat vermək səlahiyyətlərində olmadığım üçün geniş danışa bilməyəcəyəm. Təkcə onu deyə bilərəm ki, ölkənin hüquq-mühafizə orqanlarının rəhbərləri bu işlə ciddi məşğul olur. Hüquq-mühafizə orqanları məlum hadisə ilə bağlı bu günədək İnterpolla əlaqəli çox ciddi tədbirlər həyata keçirib. Bu tədbirlər bu gün də davam etdirilir. İnanıram ki, yaxın zamanlarda ciddi nəticələr əldə olunacaq.
   - Türkiyə PKK terror təşkilatının törətdiyi cinayətlərdən əziyyət çəkir. Yəqin ki, bu ölkə həmin terrorçularının tutulması üçün Milli Mərkəzi Büroya da müraciət edib. İnterpol xəttilə Azərbaycanda PKK terrorçularından tutulanlar varmı?
   - Türkiyə tərəfindən axtarışda olan hər bir PKK terrorçusu barədə bizə mütəmadi məlumat daxil olur. Biz də müvafiq hüquq-mühafizə orqanlarına bununla bağlı məlumatları ötürürük. Tam açıqlama verə bilməsəm də, deyə bilərəm ki, Azərbaycanda PKK terrorçularından tutulanlar olub.
   
Xəbər xidməti
"Reket" qəzetlərlə əlbir məmurların açıqlanmasını istəyən deputatlar çoxalır
Milli Məclisin üzvləri "reket jurnalistikası" probleminə sərt yanaşdılar
Eldar İbrahimov: "Qəribədir ki, onlarda qorxu hissi də yoxdur"
   
   İmamverdi İsmayılov: "Bu prosesin başlanmasına sevinirik"
   
   Məlahət İbrahimqızı: "Şura belə qəzetlərin adını açıqladığı kimi..."

   
   Azərbaycan Milli Məclisinin üzvləri Mətbuat Şurasının bəzi "reket" qəzetlərin arxasında məmurların dayanması ilə bağlı bəyanatına reaksiya verib. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov APA-ya açıqlamasında Azərbaycanda "reket" jurnalistikasının mövcudluğunu mənfi hal kimi qiymətləndirib.
   Millət vəkili indiyə kimi dəfələrlə ona belə "mətbuat orqanları"nın əməkdaşları tərəfindən müraciət edildiyini, lakin onların heç biri ilə görüşmədiyini deyib: "Az qala adama dilənçi kimi yalvarırlar. Açıq şəkildə zəng edib deyirlər ki, vəziyyətimiz ağırdır, pul istəyirik. Açığı, heç onların adları da yadımda qalmayıb. Yoxsa böyük məmnuniyyətlə onların adını açıqlayardım. Belələri ancaq maddi maraq xətrinə işləyir. Qəribədir ki, onlarda qorxu hissi də yoxdur. Belə düşünmək olar ki, onlar kimlərəsə arxayındır. Ona görə də, Mətbuat Şurasının "reket" mətbuatın ifşa olunması istiqamətində apardığı işi dəstəkləyirəm. Hesab edirəm ki, bu cür üzdəniraq jurnalistlərin kökü kəsilməlidir".
   E.İbrahimov Azərbaycanda həddən artıq ziyalı, istedadlı və təmənnasız jurnalistikanın da mövcud olduğunu deyib: "Elə jurnalistlər var ki, uzun illərdir onlara müsahibəni telefonla verirəm. Təsəvvür edin ki, neçə ildir müsahibə verdiyim jurnalistləri tanımıram. Hətta onlarla görüşmək istəsəm belə, razılıq vermirlər. Adam belə jurnalistləri görəndə fəxr eləyir" .
   Milli Məclisin deputatı İmamverdi İsmayılov Azərbaycan Mətbuat Şurasının bu bəyanatını jurnalistika ilə bağlı adam dəstəklədiyini deyib. Onun sözlərinə görə, jurnalistika müqəddəs bir missiyanın daşıyıcısıdır: "Azərbaycan jurnalistikası bu ağrı-acıdan, onun saflığına xələl gətirən ləkələrdən mümkün qədər tez qurtulmalıdır və bu prosesin artıq başlanmasına çox sevinirik".
   İ.İsmayılov, həmçinin, Mətbuat Şurasının problemin həllinə təsir imkanlarının artırılması üçün Şuraya əlavə səlahiyyətlərin verilməsini də məqsədəuyğun hesab edib: "Son illər dövlətin bu sahədə gördüyü işlər təqdirəlayiqdir. Xüsusilə Mətbuata Dəstək Fondunun yaradılmasını, əxlaqsız jurnalistikanın Fondun həyata keçirdiyi layihələrə yol tapa bilməməsini alqışlayıram. Bütün bunlar əsrlər boyu Azərbaycan mətbuatında mövcud olmuş sağlam ənənələrin yenidən bərpası və inkişaf etdirilməsi, sözümüzün pisliklərdən təmizlənməsi üçün çox faydalıdır. Mətbuat Şurasının bəyanatında da qeyd edildiyi kimi, bəzi "reket nəşr"lərin arxasında gizli havadarların dayanması, onların maliyyələşdirilərək məkrli sifarişlərin icrasına cəlb edilməsi məndə böyük təəssüf hissi doğurur. Bunu yolverilməz sayıram. İndi elə bir zamandır ki, cidanı çuvalda gizlətmək olmaz.
   Ona görə də heç kim qəzet səhifəsi arxasında pərdələnib bədnam əməllərlə məşğul olmağı özünə rəva görməsin. Allah insanları bir-birinə həyan olmaq, könül sevindirmək üçün yaradıb. Qəzetlərdə dərc etdirilən məqsədli dezinformasiyalar isə ürəklərə şübhə toxumu səpir, insanlar arasında dostluq münasibətlərinə xələl gətirir, könül sındırır. Könül almağı bacarmırıqsa, min könülü niyə bərbad edirik?!"
   Milli Məclisin üzvü Məlahət İbrahimqızı da APA-ya açıqlamasında məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Mətbuat Şurasının son illər apardığı bu mübarizə təqdirəlayiqdir. M.İbrahimqızı şuranın "reket" jurnalistikaya qarşı apardığı mübarizəni daha da intensivləşdirilməsini istəyib: "Mən bir neçə dəfə Mətbuat Şurasının açıqladığı siyahı ilə tanış olmuşam.
   Jurnalistika bizim gözümüzdür. Açığı, mətbuata bu reket sözü yaraşmır. Adam heç dilinə gətirmək istəmir belə ifadəni. Hesab edirəm ki, Mətbuat Şurası "reket" mətbuatın arxasında dayanan məmurların adlarını açıqlamalıdır. Onlar belə "qəzet"lərin adlarını açıqladığı kimi, onları himayə edən şəxslərin də adlarını çəkinmədən deməlidir. Qoy hamı həqiqəti bilsin. Belə olacaqsa, problem də həll ediləcək".
   
Xəbər xidməti
Əfşar Süleymani Şəmsiyyə Bəylərqızı ilə qurtardı, keçdi ABŞ və İsrailə...
"ABŞ, İsrail, eləcə də digər dövlətlər İrana hücum etməyəcək, edə də bilməz"
"Mahmud Əhmədinejadın İsrailin İrana hücum edəcəyi haqda danışarkən nəyə əsaslandığını deyə bilmərəm. Mən öz təhlillərimə əsaslanaraq deyirəm ki, İrana hücum planı reallaşa bilməz.
   Bu ancaq plan şəklində mövcud ola bilər. Kimsə hücum planı hazırlaya bilər, əsas bunu reallaşdırmaqdır. Siyasətə elm kimi baxan ölkələrdə hər zaman müxtəlif məsələlərə dair planlar olur. Bu baxımdan, nə İsrail, nə ABŞ, nə də BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan ölkələr İrana hücum qərarına gələcək". Bu sözləri APA-ya açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymani deyib. Keçmiş səfir bildirib ki, beynəlxalq qüvvələrin koalisiya şəklində Əfqanıstana və digər dövlətlərə daxil olması kimi addımlar İrana qarşı atıla bilməz. Onun sözlərinə görə, dünya dövlətləri öz mənafeyini qorumaq üçün bu işə getməyəcək.
   Ə.Süleymanı deyib ki, İrana qarşı hücuma qol qoyan dövlətlər özünə böyük ziyan vura bilər: "İranı nə Əfqanıstan, nə də digər dövlətlərlə eyniləşdirmək olar. İran həm əhalisi, həm ərazisi, həm də geopolitik mövqe baxımından güclü dövlətdir. İndiki məqamda ABŞ İranla psixoloji müharibə aparır. Onlar istəyirlər, insanları narahat vəziyyətdə saxlasınlar. Bir daha təkrar edirəm ki, ABŞ İrana hücum etməz, edə də bilməz. Məntiq deyir ki, bu hücumun həm maddi, həm də mənəvi cəhətdən xərci çox olar. Bu, bir tərəfdən də ABŞ-a yeni fikirli, yeni dünya görüşlü insanın rəhbərlik etməsilə bağlıdır. Bundan başqa, ABŞ hələ Əfqanıstan, İraq və Pakistan, o cümlədən Quantanamo məsələlərini həll etməyib. Ona yeni ciddi bir problem lazım deyil". Politoloqun sözlərinə görə, Tehranda bəzi adamlar sanksiyaların İrana ziyanı olmadığı düşüncəsindədir: "Ancaq mən belə fikirləşmirəm. Sanksiyaların İrana mənfi təsiri olub, olacaq da. Lakin eyni zamanda, bu sanksiyaların İrana xeyri də var. İran məcburiyyət qarşısında bir sıra islahatlar apararaq inkişaf edib. Lakin burada bir sual meydana çıxır ki, sanksiyalar olmadan inkişafa nail olmaq olmazdımı?"
   Ə.Süleymani deyib ki, ABŞ və Avropa ölkələri İrana qarşı tətbiq etdikləri sanksiyadan xeyir görməyib: "Dediyim kimi, İran bəzi sahələrdə ziyan görüb. Ancaq bu ziyan qarşılıqlıdır. Bəzi Avropa və Amerika şirkətləri də bu vəziyyətdən ziyan çəkib". Sabiq səfir çıxış yolunun danışıqlar olduğunu da vurğulayıb.
   
"Heydər Əliyevlə vida mərasimində onun dediyi sözləri heç vaxt unutmayacağam"
Prezident İlham Əliyev İhsan Doğramacının oğluna başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev İhsan Doğramacının ailəsinə başsağlığı məktubu göndərib.
   APA-nın məlumatına görə, dövlət başçısı İhsan Doğramacının oğlu Əli Doğramacıya ünvanladığı başsağlığında türk dünyasının böyük oğlu, görkəmli ictimai xadim, dünya şöhrətli alim və maarifçi, müdrik və xeyirxah insan İhsan Doğramacının vəfatı ilə bağlı kədərli xəbəri dərin hüznlə qarşıladığını bildirib:
   "Mənim və Mehriban xanımın başsağlığını ananız Ayser xanıma yetirməyinizi xahiş edirəm. İhsan Doğramacının Azərbaycanın ən ali mükafatları - "İstiqlal" və "Heydər Əliyev" ordenləri ilə təltif olunması Azərbaycan tərəfindən onun həyatı boyu göstərdiyi misilsiz xidmətinə hörmət və ehtiramın parlaq ifadəsi idi.
   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə onun uzun illər boyu davam edən dostluğu bizim hamımızın yaddaşına əbədi həkk olunub. 2003-cü ildə Heydər Əliyevlə vida mərasimində İhsan bəyin söylədiyi ürək sözlərini mən heç vaxt unutmayacağam.
   Azərbaycan xalqının səmimi dostu olan İhsan bəyin ölümü ölkəmizin hər bir vətəndaşı tərəfindən ağır itki kimi qəbul edilir. Onun işıqlı xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaq. Allah ona rəhmət eləsin".
   
Azərbaycan prezidenti Küveyt Əmirinə təbrik ünvanlayıb
Azərbaycan prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri əlahəzrət şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha ölkənin milli bayramı - Milli gün münasibətilə təbrik teleqramı göndərib.
   APA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, dövlət başçısı iki ölkə arasında həm ikitərəfli qaydada, həm beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyini ifadə edib.
   
674 bələdiyyə sədri məsuliyyətə cəlb edilib
Fəaliyyəti zamanı qanun pozuntusuna yol verdiyinə görə 674 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəmələrə göndərilib.
   /"OLAYLAR"İA/ Bu barədə Bələdiyyələrlə İş Mərkəzindən verilən məlumata görə, onlardan 526-sı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana bələdiyyə aktlarının surətlərini vaxtında təqdim etməməsinə görə məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib. 10 bələdiyyə sədri isə araşdırmaların aparılmasına maneçilik törətdiyinə görə məsuliyyətə cəlb olunub. Məlumatda o da bildirilir ki, 20 bələdiyyə sədri barəsində təkrar inzibati məsuliyyət tədbirləri tətbiq edilib.
   
Hulusi Kılıç Bakı və Ankaranın gərgin qaz danışıqları barədə şad xəbər verdi
Türkiyə Azərbaycanla qazın qimyətini razılaşdırıb və bu haqda danışıqlar artıq yekunlaşmaq üzrədir. Bu barədə "Turan" agentliyinə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.
   "Dəqiq qiyməti deyə bilmərəm, amma razılıq əldə olunub və danışıqlar tezliklə başa çatacaq. Türkiyə indiyədək aldığı qaz üçün də ödəniş edəcək" - deyə səfir qeyd edib.
   Bakı və Ankara, artıq uzun müddətdir, Azərbaycanın Xəzərdəki "Şahdəniz" yatağından qazın qiymətini razılaşdıra bilmir. Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql etmək və bazar qiymətilə satmaq istəyir. Lakin Ankara qazı Azərbaycandan alıb, Avropaya satmağı təklif edir.
   Bu, tərəflər arasında uzunmüddətli mübahisələrə səbəb olub və "Nabucco" qaz kəmərinin gələcəyini sual altına qoyub.
   
   
   
   
TURAN
"Tibb bacısı Gültəkin Əsgərovanın Laçında qrantamyotla vurulmuş cəsədini yerdən yığırdıq"
Litvalı jurnalist gözləri çıxarılmış, qulaqları kəsilmiş Xocalı uşaqlarının şəkillərini çəkibmiş
Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilmiş "Xocalı soyqırımının siyasi, hüquqi və psixoloji aspektləri" mövzusunda Dəyirmi Masa keçirilib. Tədbirdə Litva Seyminin İqtisadiyyat Komitəsi sədrinin məsləhətçisi, tarixçi-etnoqraf İmantas Melyanas və "Lazdiyay ulduzu" qəzetinin redaktoru Riçardas Lapaytis çıxış edib.
   İmantas Melyanas keçmiş SSRİ məkanındakı münaqişələrin süni şəkildə yaradıldığını bildirib. Onun fikrincə, Litva Seymi də Xocalı faciəsi və Azərbaycan ərazilərinin işğalı ilə bağlı sənəd qəbul etməlidir. "Moldovada Dnestryanı problem, Çeçenistan müharibəsi, Rusiya-Gürcüstan müharibəsi Dağlıq Qaradağ münaqişəsinin və Xocalı soyqırımının səbəblərini müəyyən etmək üçün insanlara seçim imkanı verir. Keçmiş SSRİ zamanında və sonrakı illərdə erməni və rus məlumatları maneəsiz yayımlanırdı. Bu informasiyaların qarşısında hazırda insanları inandıran real və dəqiq informasiya var. Artıq dünyada Ermənistana başqa əraziləri işğal edən dövlət kimi baxırlar. Dünya ictimaiyyəti ermənilərin "Böyük Ermənistan" xülyasından da xəbərdardır" - deyə o qeyd edib.
   Jurnalist Riçardas Lapaytis Xocalı soyqırımı zamanı Azərbaycanda olub. Hadisənin şahidlərilə görüşüb və soyqırıma məruz qalan insanların şəkillərini çəkib. "1992-ci ildə mən Xocalıda gözləri çıxarılmış, qulaqları kəsilmiş uşaqların şəkillərini mediada dərc etdirə bilmirdim. Media bu şəkilləri dərc etməkdən belə qorxurdu. Amma o zaman Xocalı soyqırımı ilə bağlı yazımın və şəkillərimin bir hissəsini dərc etdirə bildim. Mən Laçında olmuşam, tibb bacısı Gültəkin Əsgərovanın qranatamyotla vurulmuş cəsədinin qalıqlarını yığmaqda insanlara kömək etmişəm" - deyə jurnalist xatirələrini danışıb.
   Dəyirmi masada elmi məruzələr də dinlənib. Tədbirdə elm xadimləri, deputatlar, ictimai xadimlər, politoloqlar iştirak edib.
   
TURAN
Telman İsmayılov İstanbulda üç yeri gözaltı edib
İş adamı daha bir "Mardan Palace" üçün yer axtarır
Türkiyədə yaşayan azərbaycanlı iş adamı, 1,4 milyard dollarlıq "Mardan Palace" otelinin sahibi Telman İsmayılov uzun müddətdir İstanbulda yer axtarırmış.
   Lent.az-ın "internetajans.com"a istinadən verdiyi məlumata görə, İsmayılov İstanbulda tikdirəcəyi eyniadlı otel üçün münasib yerlərə baxıb. Onun artıq şəhərdə üç yer bəyəndiyi bildirilir.
   İsmayılovun bu yerlərdən daha çox "Kuruçeşme Arena"nın yerləşdiyi sahə xoşuna gəlib. Onun baxdığı yerlərdən biri isə Sultanahmet Məhkəməsinin yerləşdiyi ərazidir.
   İsmayılovun yaxın günlərdə yerlə bağlı qərar verəcəyi gözlənir. Xatırladaq ki, "Mardan Palace" otelindən, Antalya ilə yanaşı, başqa şəhərlərdə də olacağı keçən ay məlum olub. T.İsmayılov eyni markalı oteli Moskva, Soçi (hər ikisi Rusiya) və İstanbul (Türkiyə) şəhərlərində də quraraq, "otellər şəbəkəsi" yaradacaq.
   
8 marta görə əlavə istirahət günləri verilməyəcək
8 mart-Beynəlxalq Qadınlar Günü 1 gün qeyd ediləcək. Nazirlər Kabinetindən "OLAYLAR"a bildiriblər ki, 8 mart həftənin birinci gününə təsadüf etdiyindən, elə həmin gün istirahət günü kimi tanınacaq.
   
   
"Ağdaş" MMC-nin Belarusun Qomel şəhərindəki "Ruslan" kafesi yandırıldı
Belarusun Qomel şəhərindəki "Ruslan" kafesi naməlum şəxslər tərəfindən yandırılıb. APA-nın "BelaPAN" agentliyinə istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyi Qomel vilayət idarəsinin mətbuat katibi Ruslan Qabrilev yanğın haqqında məlumatın fevralın 25-də gecə saat 02-də yanacaqdoldurma stansiyasının operatorundan daxil olduğunu deyib. Hadisə yerinə gələn yanğınsöndürənlər birmərtəbəli kafenin zalının tüstüləndiyini görüblər. Yanğın söndürülsə də, zalın xalçasına, televizorlarına, soyuducularına, divarlarına və tavanına zərər dəyib. Yanğının qəsdən törədildiyi müəyyənləşdirilib. Kafe Məmmədov soyadlı azərbaycanlının rəhbərlik etdiyi "Ağdaş" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur.
   
NZS-də ev sahibi oğrunu yaxalayıb polisə verdi
Nizami rayonunun NZS qəsəbə sakini Aral Nəcəfov evində oğurluq edən şəxsi tutaraq polisə təhvil verib. /"OLAYLAR"İA/ Bu barədə DİN-dən verilən məlumata görə, Nizami RPİ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanan şəxsin Bakı şəhər sakini Elşad Aşurlu olduğu müəyyən edilib. E.Aşurlu mənzildən 2 ədəd mobil telefon və 1 ədəd gödəkçə oğurlayarkən ev sahibi tərəfindən yaxalanıb. Keçirilmiş istintaq tədbirləri nəticəsində onun Şərifli küçəsində yaşayan Validə Rəhimovanın evindən ev əşyaları oğurladığı da müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
   
Neftçalanın Astanlı kəndində "Azərenerji"nin yerli rəisinin üstünə tüfəng çəkdilər
Neftçalada "Azərenerji" ASC-nin işçilərini silahla hədələyiblər. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
   Hadisə fevralın 24-də saat 15.00 radələrində baş verib. Neftçala rayonunun Astanlı kənd sakini Ağapaşa Hüseynov münaqişə zəminində Neftçala rayon Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin rəisi Elton Sədiyarovu və işçisi Azad İsmayılovu ov tüfəngilə hədələyib.
   Neftçala Rayon Poli Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində A.Hüseynovdan 1 ədəd ov tüfəngi götürülüb.
   Faktla bağlı araşdırma aparılır.
Səfər Əbiyev Fransa səfirinə üç tutarlı kəlmə dedi
"İndi söz hərbinindir"
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Fransanın Azərbaycandakı səfiri Qabriel Kelleri qəbul edib.
   Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin mövcud vəziyyətinin müzakirə edildiyi görüşdə müdafiə naziri Səfər Əbiyev Dağlıq Qarabağ münaqişəsilə bağlı fikirlərini səfirin diqqətinə çatdırıb.
   Nazir qeyd edib ki, 15 il ərzində diplomatlar bu problemlə əlaqədar konkret bir nəticə ortaya qoya bilməyib. Artıq Azərbaycan daha 15 il də gözləyə bilməz. İndi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır. İşğalçı Ermənistan Azərbaycan torpaqlarını azad etməzsə, Cənubi Qafqazda böyük müharibənin başlayacağı qaçılmazdır.
   Görüşdə fransalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesini təqdim edib.
   
İran səfiri Təbrizdəki konsulluğun qarşısında Azərbaycan bayrağının yandırılması xəbərini təkzib etdi
"Azərbaycan bayrağının Təbrizdəki konsulluğun binası qarşısında yandırılması barədə məlumatlar həqiqətə uyğun deyil".
   APA-nın xəbərinə görə, bunu dünən keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhrami deyib. M.Bəhrami bildirib ki, onlar bütün hadisələri çəkiblər və bütün videomateriallar var: "Burada Azərbaycan bayrağının yandırılması məqamı yoxdur".
   Diplomat deyib ki, Təbrizdə olarkən Şərqi Azərbaycan əyalətinin qubernatorundan və aidiyyəti orqanlardan bayrağın yandırılması barədə soruşduqda onlar təəccüblənib, bunun yalan olduğunu deyiblər.
   
Sulutəpədə 27 yaşlı Əfsanə Əkbərova dəm qazından boğulub ölüb
Bakıda 27 yaşlı qadın dəm qazından boğulub. Bu barədə APA-ya Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.
   Hadisə rayonun Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 27 yaşlı Əfsanə Əkbərova evində dəm qazından boğularaq ölüb.
   Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
   
   
İsmayıllının Soltankənd məktəbi yandı
İsmayıllı rayonunda orta məktəb binası yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə fevralın 25-i saat 05.00 radələrində baş verib.
   İsmayıllı rayonu, Soltankənd kəndində orta məktəbin yerləşdiyi, ümumi sahəsi 280 kv/m olan birmərtəbəli binanın yanar konstruksiyaları 130 kv/m sahədə yanıb. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.
   
   
   
Məşhur alim İhsan Doğramaçı 95 yaşında vəfat edib
Məşhur elm adamı, tanınmış ictimai xadim, Ankaradakı Bilkənt Universitetinin və Türkiyə Ali Təhsil Şurasının qurucusu, professor İhsan Doğramaçı vəfat edib. APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, İ.Doğramaçı müalicə olunduğu Ankaradakı Hacəttəpə Universitetinin xəstəxanasında 95 yaşında dünyasını dəyişib. Xəstəxanadan bildiriblər ki, alimin ölümünə səbəb bir neçə orqanındakı çatışmazlıqdır. İ.Doğramaçı 2009-cu il noyabrın 9-dan bəri xəstəxananın reanimasiyasında müalicə olunurdu.
   İ.Doğramaçı 1915-ci il aprelin 3-də o vaxt Osmanlı İmperiyasının tərkibində olan İraqın Ərbil şəhərində doğulub. Doğramaçızadə Əli paşanın böyük oğludur. İbtidai təhsilini Ərbildə, orta təhsilini Beyrutdakı "İnternational College"də alıb. Bağdad Universitetinin tibb fakültəsində ali təhsil almağa başlasa da, təhsilini İstanbul Universitetində tamamlayıb. Məzun olduqdan sonra əvvəlcə Ankara Nümunə Xəstəxanasında, sonra ABŞ-ın Boston və Vaşinqton uşaq xəstəxanalarında çalışıb. Daha sonra Türkiyəyə qayıdaraq Ankara Universitetinin dosenti və professoru olub. Ankara Universitetinin rektoru, Hacəttəpə Universitetini rektoru olduqdan sonra bir müddət Paris Universitetində çalışıb. 1985-ci ildə Türkiyənin ilk özəl universiteti olan Bilkənt Universitetini qurub. Türkiyədəki bir çox universitetin tibb fakültələrinin qurulmasında fəal iştirak edib.
   
Keşlədəki binada yanğın zamanı Nurullayevlər xəsarət aldı
Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Nərimanov rayon Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.
   Hadisə dünən saat 17.00 radələrində Keşlə qəsəbəsi, 510-cu küçədə yerləşən üç mərtəbəli yaşayış binasının 53 saylı mənzilində qeydə alınıb. Baş verən yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib və tezliklə yanğının qarşısını almaq mümkün olub. Yanğın nəticəsində evdə olan 42 yaşlı Ruqiyyə Nurullayeva və onun oğlu, 21 yaşlı Asiman Nurullayev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
   
 
 
 SON XƏBƏRLƏR
2010-02-26 Keşlədəki binada yanğın zamanı Nurullayevlər xəsarət aldı
2010-02-26 Məşhur alim İhsan Doğramaçı 95 yaşında vəfat edib
2010-02-26 İsmayıllının Soltankənd məktəbi yandı
2010-02-26 Sulutəpədə 27 yaşlı Əfsanə Əkbərova dəm qazından boğulub ölüb
2010-02-26 İran səfiri Təbrizdəki konsulluğun qarşısında Azərbaycan bayrağının yandırılması xəbərini təkzib etdi
2010-02-26 Səfər Əbiyev Fransa səfirinə üç tutarlı kəlmə dedi
2010-02-26 Neftçalanın Astanlı kəndində "Azərenerji"nin yerli rəisinin üstünə tüfəng çəkdilər
2010-02-26 NZS-də ev sahibi oğrunu yaxalayıb polisə verdi
2010-02-26 "Ağdaş" MMC-nin Belarusun Qomel şəhərindəki "Ruslan" kafesi yandırıldı
2010-02-26 8 marta görə əlavə istirahət günləri verilməyəcək
2010-02-26 Telman İsmayılov İstanbulda üç yeri gözaltı edib
2010-02-26 "Tibb bacısı Gültəkin Əsgərovanın Laçında qrantamyotla vurulmuş cəsədini yerdən yığırdıq"
2010-02-26 Hulusi Kılıç Bakı və Ankaranın gərgin qaz danışıqları barədə şad xəbər verdi
2010-02-26 674 bələdiyyə sədri məsuliyyətə cəlb edilib
2010-02-26 Azərbaycan prezidenti Küveyt Əmirinə təbrik ünvanlayıb
2010-02-26 "Heydər Əliyevlə vida mərasimində onun dediyi sözləri heç vaxt unutmayacağam"
2010-02-26 Əfşar Süleymani Şəmsiyyə Bəylərqızı ilə qurtardı, keçdi ABŞ və İsrailə...
2010-02-26 Azərbaycan İnterpolunun axtardığı şəxslərin çoxu Rusiyaya sığınıb
2010-02-26 Hüquq müdafiəçisi qanunsuz tikililərlə bağlı NK-dan sərt qərar gözləyir
2010-02-26 Rauf Talışınskinin müavininin həbs səbəbi bilindi
2010-02-26 Deputatlar Milli Məclis reqlamentinin dəyişdirilməsinin əleyhinədir
2010-02-26 Xocalı soyqırımına həsr olunmuş yazı müsabiqəsini "Azərsun" maliyyələşdirdi
2010-02-26 Mətbuat Şurasının "reket qəzetlər - məmur işbirliyi" barədə bəyanatına partiyalardan dəstək...
2010-02-26 Mətbuat Şurasına qarşı məhkəmə zalında jurnalist adı ilə kimlər oturmuşdu?
2010-02-26 Elxan Poluxov İran səfirinin sözlərinə şərh verdi
2010-02-26 Ombudsmanın hesabatını Milli Məclisdə kim oxuyacaq?
2010-02-26 Semnebi Azərbaycanda İran barədə nə öyrənmək istəyib?
2010-02-26 Türkiyə generallarının həbsi Azərbaycan siyasiləri tərəfindən diqqətlə izlənir
2010-02-26 Üç kürd terrorçusu İranın hərbi zavodlarından birini partlada bilmədi
2010-02-26 Əhmədinejad Bəşər Əsədlə "qardaşlaşır"
2010-02-26 Rusiya prezidenti ilə Avropa rəsmisi İranın nüvə proqramına qarşı eyni mövqedə...
2010-02-26 Viktor Yanukoviç andını içdi və başladı
2010-02-26 Uydurma erməni soyqırım qətnaməsinə ABŞ Konqresində nömrə qoyuldu - "250"
2010-02-26 Vaşinqtonda yüksək hərbi dairələr Qəbələ RLS-i müzakirə edir
2010-02-26 Qazaxıstan BTC ilə neft nəqlini niyə dayandırıb?
2010-02-26 Prezident Administrasiyası və MM-də bir qrup rəsmi şəxs Fransaya Xocalı tədbirlərinə gedib
2010-02-26 Xocalını MM neçə dəfə soyqırım kimi tanımalıdır?!
2010-02-26 Xocalının ilk milis rəisi öz gözü ilə gördüyü dəhşətlərdən danışdı
2010-02-26 Cümşüd Nuriyev "Azərittifaq"ı dəstəklədi, Akif Nəsirli isə nə onu, nə də Kənd Təsərrüfatı Nazirliyini...
2010-02-26 Şuşa Musiqi Kollecinin binası sökülür
2010-02-26 Neapol dairəsi yaxınlığındakı qətlin təfərrüatları açıqlandı
2010-02-26 Azərbaycanda "Sonata" avtomobil həvəskarları üçün şad xəbər...
2010-02-26 "Novruz fəlsəfəsi"...
2010-02-26 PFL "Simurq"un prezidentindən danışılmış oyunlarla bağlı fakt tələb etdi
2010-02-26 Ueyn Bric İngiltərə yığmasından imtina etdi
2010-02-26 Çempionlar Liqasının 1/8 final mərhələsi
2010-02-26 Ramin Musayev Foqtsun Premyer Liqa ilə bağlı açıqlamasına reaksiya verdi
2010-02-26 Daum 4 futbolçunu "Fənərbağça"dan qovur
2010-02-26 Buffon bir ay "Yuventus"un qapısından kənarda qalacaq
2010-02-26 "Manisaspor"la oyundan sonra "Fənər"də aləm bir-birinə dəydi
2010-02-26 Hiddinq niyə məhz Türkiyəni seçməsinə aydınlıq gətirdi
2010-02-26 "Qalatasaray"ın baş məşqçisi Raykard məhkəməyə verilir
2010-02-26 "Azercell"in prezidenti "Gənclərin dostu" seçildi
2010-02-26 Turizm İnstitutunda Xocalı soyqırımının 18-ci ildönümü qeyd edildi
2010-02-26 Şamaxının Çarhan kəndində keçmiş məhkum intihara cəhd edib
2010-02-26 Ağdam və Bərdə qadınlarının əsas şikayəti iş yerlərinin olmaması ilə bağlıdır
2010-02-26 "Nur-AB" - Bakıda oturub kompüterlə dünya milyonçularını qarət edən təşkilatdır
2010-02-26 Nijnı Novqorodda rus qızı Azərbaycan vətəndaşı ilə içdi və onu öldürdü
2010-02-26 "Nəğməkar şair"lər niyə bu tituldan imtina edib?
2010-02-25 Şəmsiyyə Bəylərqızı keçmiş İran səfiri ilə süni mayalanmaya getdiyini təsdiqləyən qəbz göstərdi
2010-02-25 Gədəbəyin Düzyurd kənd sakini özünü asıb
2010-02-25 Türkiyədən İtaliyaya keçmək istəyən azərbaycanlılar saxlanıb
2010-02-25 Deputatın Sumqayıtda güllələnmiş qohumunun yanına heç kim buraxılmır
2010-02-25 Novruz bayramı ümumdünya statusu aldı
2010-02-25 Dağıstanın daxili işlər nazirinin qətlinin üstü tam açıldı
2010-02-25 "Neftçi"nin keçmiş prezidenti qəzaya düşüb
2010-02-25 Quba sakini Oqtay Məmmədov çardaqdan asılmış vəziyyətdə tapıldı
2010-02-25 Yanukoviçin andiçməsinə Azərbaycandan Artur Rəsizadə gedir
2010-02-25 Ermənistanda girov saxlanan 4113 azərbaycanlının siyahısına azı 100 nəfər də əlavə ediləcək
2010-02-25 Kəlbəcərli Məhbubə insan alverinə görə həbs edilib
 
 
 
Copyright (c) Bakı Xəbər 2009