25 Fevral 2010-cı il, N 298(1196)  
   
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3782)
"Mən baldırlarımı açıb göstərmirəm" (3600)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2567)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2460)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2264)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2056)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1817)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1683)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1387)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1361)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Türkiyə 1960-dan sonra 5-ci hərbi çevriliş ərəfəsindədir
Türk ordu tarixində ilk dəfə bir cümləlik açıqlama verildi
Baş Qərargahda admiral və generalların tam tərkibdə fövqəladə qapalı toplantısı keçirildi
Türkiyədə ordu və hakimiyyət arasında yaşanan gərginlik yenidən qardaş ölkəni dünyanın diqqət mərkəzinə gətirib. İndi ölkədə istefada olan generalların və digər hərbçilərin həbsindən sonra hadisələrin hansı səpkidə inkişaf edəcəyinə dair fərqli fikirlər səslənməkdədir.
   Bu barədə danışmazdan öncə bildirək ki, indiyə qədər hərbçilər baş verənlərə daha çox, səbrli mövqedən yanaşmağa cəhd göstərib. Lakin onların sonrakı addımının nədən ibarət olacağı hələ dəqiq bilinmir. Qeyd edək ki, baş verənlərlə bağlı olaraq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında fövqəladə toplantı keçirilib. Məlumata görə, ehtiyatda olan hərbçilərin həbsinin müzakirə olunduğu toplantıda silahlı qüvvələrdə işləyən bütün general və admirallar iştirak edib. Müzakirələrdə baş nazir köməkçisi Cəmil Çiçək də iştirak edib və bildirib ki, iclasda istintaqla bağlı ortaya çıxan vəziyyət ciddi şəkildə xarakterizə edilib.Toplantıya rəhbərlik edən Baş Qərargah rəisi İlkər Başbuğ qeyd edib ki, toplantının əsas məqsədi yaşanan hadisələrdən sonra Silahlı Qüvvələrin atacağı addımlardır. Toplantıdan sonra qurumun internet saytında verilən açıqlamada hərbi prokurorluğun da araşdırdığı istintaqda Türkiyə prokurorluğunun orduya məlumat vermədən hərəkətə keçməsindən böyük narahatlıq bildirilir: "Toplantıda, sadəcə olaraq , bütün general və admiralların iştirakı ilə yaranan vəziyyət müzakirə edilib. Bəzi mətbuat orqanlarında və telekanallarda bildirilir ki, ictimaiyyətə açıqlama ilə vəziyyət izah edilə bilərdi. "Milliyet" qəzeti yazır ki, bir cümləlik bu qısa açıqlamaya Türkiyə Silahlı Qüvvələrinin tarixində ilk dəfə rast gəlinir. Qəzet qeyd edib ki, Baş Qərargahın açıqlamasının baş nazirin müavini Cəmil Çiçəyin İlkər Başbuğla görüşündən sonra verdiyi bəyanatdan dərhal sonra ortaya çıxması da diqqət çəkir. Qeyd edək ki, Cəmil Çiçək bu görüşdə baş nazirə təhqir anlamı verən bir parol barədə müzakirə apardıqlarını söyləyib. Bundan sonra gecə saatlarında məhkəmə keçirilib. Hazırda hərbi vəzifədə olan Dəniz Qüvvələri Komandanlığının Plan Layihələndirmə Dairəsinin rəhbəri general Ramazan Cem Gürdəniz, general Aziz Çakmak, istefada olan general Mehmet Kaya Varol, istefada olan admiral Ali Dəniz Kutluk, istefada olan admiral Özer Karabulut, istefada olan polkovnik Ümid Özcan və istefada olan polkovnik Ali İhsan Çuhadaroğlu barədə həbs qərarı verilib. General Ayhan Taş, istefada olan admiral Lütfi Sancar, istefada olan admiral Engin Baykal, istefada olan polkovnik Ahmet Metin Dikici, istefada olan çavuş Adil Erden və polkovnik Cengiz Köylü isə azadlığa çıxıb.
   Baş verənləri şərh edən ABŞ-ın "Assoşieyted Press" agentliyi yazır ki, vaxt vardı, Türkiyədə "paşa"lar toxunulmaz idi: Türkiyə hərbçiləri heç vaxt bu miqyasda dağıntıya məruz qalmayıb. Mustafa Kamal Atatürkün qoyduğu qaydalarla Türkiyə ordusuna respublika quruluşunun qoruyucusu vəzifəsi həvalə olunub. İndi nə baş verir? İslamçılar Atatürkün qaydalarına qarşı? Türkiyədəki son həbslərdən sonra bu sualı daha çox verirlər".
   "Hürriyet Daily News" qəzetinin jurnalisti Özgür Oqrit bildirir ki, hadisələrin burdan sonra hara gedəcəyini artıq heç kim bilmir: "Türkiyədə ayaq dəyilməyən əraziyə girilib. Keçən aydan başlayaraq qəzet başlıqlarına fikir versəniz, bir ifadəni işlədirlər: "Cümhuriyyət tarixində ilk dəfədir ki...", "Türkiyə tarixində ilk dəfədir ki...". Yazırlar ilk dəfədir ki, general ifadə verməyə gətirilir və ya general həbs olunur, yaxud ordunun gizli otağında axtarış olur. Mən inanmıram ki, Türkiyədə kimsə bundan sonra nə olacağını deyə bilsin".
   İtaliyanın "La Republika" qəzeti ölkənin xarici işlər naziri Franco Frattininin həbslərlə bağlı fikirlərini açıqlayıb. Nazir bildirib ki, bu məsələdə Avropa Türkiyə hökumətini müdafiə etməlidir. Türkiyədəki hadisələri İngiltərənin "Financial Times" qəzeti kökləri siyasi İslama söykənən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə ordu arasındakı mübarizə kimi dəyərləndirib və bildirib ki, hökumətin məqsədi Türkiyəni müasirləşdirib Avropa Birliyi üzvlüyünə yaxınlaşdırmaqdır: "Türkiyədə ordu 1960-cı ildən indiyə kimi dörd hökuməti devirib. AB-yə üzvlük müddəti ordunun hökumətə müdaxilə imkanlarını xeyli məhdudlaşdırıb. Bu hadisələr Türkiyənin demokratiya tarixində dönüş nöqtəsi ola bilər."
   "Times" qəzeti isə yazıb ki, Türkiyədə keçmişin izləri silinməkdədir: "Heç kim ordunun zərbə planlarını inkar edə bilməz və insanlar bir dərin dövlətin olduğuna inandılar. Nəhayət, bu işi həll etmək və keçmişin izlərini silmək lazımdır. Ordu artıq qanunlarla fəaliyyət göstərmədiyini sübut edib". Türkiyədəki "Avrasiya Siyasi Risq" adlı təhlil qrupundan olan Volfqanqo Pikkoli "Reuters" agentliyinə bildirib ki, hökumət indi hərbçilərlə, eləcə də hakim və prokurorlarla açıq savaşa gedir, belə qarşıdurma siyasi sabitliyə çox böyük ziyan vura bilər.
   
Tahir TAĞIYEV
Səfir Mahir Əliyev ötən il prezident İlham Əliyevlə Suriya prezidentinin "qaz razılaşmasını" açıqladı
"Türkiyə ilə Suriyanın 160 kilometrlik qaz kəməri çəkiləndən sonra..."
Azərbaycanın Suriya və Livandakı səfiri Mahir Əliyevin APA-ya müsahibəsində Azərbaycan qazının Suriyaya ixracı barədə suala belə cavab verib: "Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
   Hazırda Azərbaycanın enerji daşıyıcıları müxtəlif kəmərlər vasitəsilə Avropa bazarları ilə yanaşı Rusiya, İran və Gürcüstana ixrac olunur. Ölkəmizin yürütdüyü enerji siyasətinin sırf iqtisadi maraqlara əsaslandığını görən dost ölkələr Azərbaycanın etibarlı tərəfdaş olduğuna əmindir.
   Bu baxımdan, Suriya hələ 2007-ci ildə Azərbaycana müraciət edərək, ölkəmizdən ildə 1 milyard kubmetr təbii qaz almaq niyyətində olduğunu açıqlayıb və yaxın gələcəkdə Suriya-Türkiyə qaz şəbəkəsi birləşdirildikdən sonra məsələnin öz həllini tapacağına ümidvar olduqlarını bildiriblər.
   Bu məsələ Suriya və Azərbaycan prezidentlərinin Bakı görüşündə müzakirə olunub və nəticədə ildə 1 milyard kubmetr Azərbaycan qazının Suriyaya nəql edilməsinə dair ilkin razılıq əldə olunub. 2009-cu ilin dekabrında Dəməşqdə keçirilmiş Suriya-Türkiyə Ali Strateji Tərəfdaşlıq Şurasının iclası zamanı iki ölkə arasında qaz tranzitinə dair imzalanmış saziş Azərbaycan qazının Suriyaya nəqli üçün əlverişli zəmin yaradıb.
   Türkiyə ilə Suriyanın qaz şəbəkəsini birləşdirəcək 160 km-lik kəmərin 2010-cu ilin sonunadək istismara veriləcəyini və həmin boru xəttinin Hələbdən Türkiyə sərhədi istiqamətində uzanan hissəsində aparılan tikinti işlərinin sürətləndiyini nəzərə alan Suriya tərəfi 2011-ci ilin ikinci yarısından Azərbaycan qazını idxal etməyə hazır olduğunu bildirib".
   
Xəbər xidməti
Türkiyə Baş Prokurorluğu Ərdoğanın 2 deputatı barədə araşdırmaya başladı
Deputatların ordu barədə açıqlaması öz başlarına dəyir
Türkiyə Apelyasiya Məhkəməsinin Baş Prokurorluğu AKP-nin Kahramanmaraşdan seçilmiş deputatı Avni Doğan və Çorumdan seçilmiş deputatı Ahmet Aydoğmuş haqqında araşdırmaya başlayıb.
   Lent.az-ın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, Avni Doğan bir neçə gün əvvəl dünyəvi dövlət tərəfdarları və ordu haqqında 40 il onlar bizim haqqımızda "danos" verdilər, indi də biz onlar barədə "danos" yazırıq", Ahmet Aydoğmuş isə "iqtidara qarşı çıxanların qanı pozulub" bəyanatları səbəbindən istintaqa cəlb olunacaq.
   
Avropa Komissiyası Türkiyədə hərbçilərin həbsindən narahatlığını bildirib
Beynəlxalq ictimaiyyət Türkiyədə yüksək vəzifəli hərbçilərin həbsilə əlaqədar narahatlığını bildirib. Avropa Komissiyası saxlananlara qarşı "ciddi ittihamlar" irəli sürülməsindən narahatlığını bildirib və vəziyyəti diqqətlə izləyəcəyini bəyan edib. AK istintaqın "qüsursuz" aparılacağına ümid edir.
   ABŞ da "məhkəmə prosesinin ədalətli keçəcəyinə" ümid etdiyini bildirib. İstefada olan və fəaliyyət göstərən yüksək rütbəli hərbçilərin həbsi üzrə əməliyyat bazar ertəsi Türkiyənin 7 əyalətində həyata keçirilib. 49 nəfər, o cümlədən 17 istefada olan general və hazırda fəaliyyət göstərən admirallar saxlanıb. Dünən dövlət çevrilişi hazırlamaqda şübhəli bilinərək həbs edilmiş zabitlər ilkin ifadə vermək üçün məhkəməyə gətirilib. 20 ildən çoxdur Türkiyədə yaşayan britaniyalı politoloq Endryu Finkl xatırladır ki, son bir neçə ildə hərbçilər hazırkı hökuməti zəiflətməyə fəal cəhd göstəriblər. Onlar memorandumlar dərc edərək, Nazirlər Kabinetini tənqid etməklə xalq qarşıdurması yaratmağa çalışıblar. Onların hökumətdən narazı olduğu göz önündədir və hökumət cavab zərbəsi endirmək qərarına gəlib. O deyir: "Siz qanunları pozursunuz və buna görə cavab verməlisiniz!".
   Bu arada türk ordusu komandanlığı fövqəladə iclas keçirərək, ittihamlara cavab verməyə çalışıb. Baş Qərargahın saytında deyilir ki, saxlananlara qarşı ittiham kimi irəli sürülən "Balyoz" ("Gürz") planı (hakimiyyət bu planı dövlət çevrilişinə cəhd kimi təqdim edir) şəhər şəraitində hərbi təlimlərin müfəssəl hazırlanmış ssenarisidir.
   Ekspertlər qeyd edir ki, Türkiyə cəmiyyətində gərginlik çox yüksək həddə çatıb. Bu vəziyyətdə müxalifətin güclənərək ordunun tərəfinə keçəcəyini gözləmək olar.
   Türkiyənin ən yeni tarixində dörd hərbi çevriliş olub.
   
TURAN
"Taliban" lideri ələ keçdi
Pakistan molla Ömərlə əlaqəli şəxsi yaxalayıb
Pakistan xüsusi xidmət orqanları əməkdaşları "Taliban" hərəkatının liderlərindən birini yaxalayıb. "The Times" qəzetinin yaydığı xəbərə görə, xüsusi xidmət əməkdaşlarının yaxaladığı Abdulla Kəbir adı ilə tanınan şəxs 2001-ci ildən "Taliban"ın Əfəqanıstandakı hərbi əməliyyatlarına rəhbərlik edib.
   Həmin şəxsin "Taliban" liderlərindən olan molla Ömərlə də əlaqəli olduğu bildirilir. Pakistan hakimiyyət nümayəndələri Kəbirin Əfqanıstan, yaxud ABŞ tərəfinə verilib-verilməyəcəyini açıqlamayıb.
   
Türkiyə səfirliyinin bir neçə əməkdaşını öldürən ermənilər 25 il sonra həbsxanadan buraxılıb
Kanadadakı Türkiyə səfirliyini tutan ermənilər - Gevork Maraşlyan və Ovik Nubaryan fevralın 19-da həbsdən buraxılıb.
   Lent.az-ın "sanahine.wordpress.com"a istinadən verdiyi məlumata görə, onlar 1985-ci ildən həbsdə olublar. Maraşlyan və Nubaryan 1985-ci ildə Türkiyənin Ottavadakı səfirliyinə basqın edib. Terror aksiyası nəticəsində səfirliyini bir neçə əməkdaşı həlak olub. Hər iki erməni terrorçu barəsində ömürlük həbs qərarı çıxarılıb. Amma onlar 25 il həbsdə olandan sonra azadlığa buraxılıb.
   
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-02-25 Şəmsiyyə Bəylərqızı keçmiş İran səfiri ilə süni mayalanmaya getdiyini təsdiqləyən qəbz göstərdi
2010-02-25 Gədəbəyin Düzyurd kənd sakini özünü asıb
2010-02-25 Türkiyədən İtaliyaya keçmək istəyən azərbaycanlılar saxlanıb
2010-02-25 Deputatın Sumqayıtda güllələnmiş qohumunun yanına heç kim buraxılmır
2010-02-25 Novruz bayramı ümumdünya statusu aldı
2010-02-25 Dağıstanın daxili işlər nazirinin qətlinin üstü tam açıldı
2010-02-25 "Neftçi"nin keçmiş prezidenti qəzaya düşüb
2010-02-25 Quba sakini Oqtay Məmmədov çardaqdan asılmış vəziyyətdə tapıldı
2010-02-25 Yanukoviçin andiçməsinə Azərbaycandan Artur Rəsizadə gedir
2010-02-25 Ermənistanda girov saxlanan 4113 azərbaycanlının siyahısına azı 100 nəfər də əlavə ediləcək
2010-02-25 Kəlbəcərli Məhbubə insan alverinə görə həbs edilib
2010-02-25 Tovuzda iki intihar...
2010-02-25 "Hyundai Sonata" avtomobillərində də qüsur aşkarlandı
2010-02-25 ATƏT-in Minsk Qrupunda yeni rusiyalı həmsədr barədə xəbərlər təkzib edildi
2010-02-25 Əli Əhmədov YAP-ın qərargahında ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb
2010-02-25 Avropa komissarı Bakıda İranla bağlı hələlik açıqlanmayan müzakirələr aparıb
2010-02-25 "Gündəlik Bakı" qəzetinin rəhbəri ilə heç bir dostluğum yoxdur"
2010-02-25 Daxili İşlər Nazirliyinin iki mühüm Mərkəzi açıldı
2010-02-25 İlham Əliyev ikinci erməni dövləti istəyənlərə qəti mesaj verdi
2010-02-25 Türkiyədən Azərbaycana bir "KamAZ" silah keçirənlərin məhkəməsi başlayıb
2010-02-25 "Dəmiryolları QSC", ARDNŞ və "Azərenerji" qanunsuz tikintilərin tam siyahısını hökumətə təqdim etdi
2010-02-25 Gədəbəydə qaz pulu yığılmasının yeni üsulu(?) ətrafında mübahisə düşüb
2010-02-25 Bakıxanovda Quliyevlər ailəsində ər arvadı bıçaqladı
2010-02-25 Hökumət martın sonlarında qanunsuz tikililərlə bağlı qəti qərar verəcək
2010-02-25 5 deputatdan 4-ü Ombudsmanlığa üç namizəddən hansına səs verəcəyini hələ bilmir
2010-02-25 Şirvan şəhərində orta məktəbə "bomba qoyuldu"
2010-02-25 "Fərhad Süleymanovun həbsi onun peşə fəaliyyəti ilə bağlı deyil"
2010-02-25 Rektor BDU ərazisində dini icmaların olmasına qarşıdır
2010-02-25 Reket qəzetlər Mətbuat Şurası İH-nin üzvlərini üz-üzə qoymaq istəyir
2010-02-25 İranda media qurumları xəbərdarlıq edilmədən cinayət məsuliyyətinə cəlb olunacaq
2010-02-25 NATO generalı 27 mülki şəxsə görə əfqan xalqından üzr istədi
2010-02-25 İran parlamentinin üzvləri Xocalı günü Tehrandakı səfirliyimizə gələcək
2010-02-25 Xocalı faciəsindən bəhs edən rep videoklip çəkildi
2010-02-25 Dini Komitədə Xocalı tədbiri...
2010-02-25 Müsavat Əli Kərimlinin təklifini "gərginləşdirici" amil hesab etdi
2010-02-25 Türkiyə səfirliyinin bir neçə əməkdaşını öldürən ermənilər 25 il sonra həbsxanadan buraxılıb
2010-02-25 "Taliban" lideri ələ keçdi
2010-02-25 Avropa Komissiyası Türkiyədə hərbçilərin həbsindən narahatlığını bildirib
2010-02-25 Türkiyə Baş Prokurorluğu Ərdoğanın 2 deputatı barədə araşdırmaya başladı
2010-02-25 Səfir Mahir Əliyev ötən il prezident İlham Əliyevlə Suriya prezidentinin "qaz razılaşmasını" açıqladı
2010-02-25 "HƏMAS" liderinin oğlu İsrail kəşfiyyatının casusu olduğunu etiraf edib
2010-02-25 İsrail dünyaya ultimatum verdi
2010-02-25 Ermənistanın AŞ PA-dakı nümayəndəsi "Sürix protokolları" barədə ölkəsinin əsl niyyətini açdı
2010-02-25 Amerika Universitetinin baş analitikindən Türkiyə-Azərbaycan münasibətlərinə dair şok rəy...
2010-02-25 Ekspertlər İranın Azərbaycanla münasibətləri süni şəkildə gərginləşdirmək niyyətini müzakirə edir
2010-02-25 Cəlal Həsənovun "Mercedes"ini qaçırıb Badamdarda aşırdılar
2010-02-25 Nazirlər Kabinetinin 145 saylı qərarı ilə Konstitusiya və "Vətəndaşlıq qanunu" arasında ziddiyyət üzə çıxıb
2010-02-25 Dəvəçidə "Azercell"dən oğurluq edən şəxslər tutuldu
2010-02-25 Biləcəridə 156 saylı marşrut avtobusu Babək sakini Ziyafət Adıgözəlovu vurdu
2010-02-25 Molokan bağındakı 1900-cü ildən qalmış Atlantlı evin damını sökməyə başlayıblar
2010-02-25 "Azərittifaq" Kənd Təsərrüfatı yarmarkaları barədə iddiasını ortaya qoydu
2010-02-25 Abşeron ekoloji problemlər məngənəsində...
2010-02-25 UEFA danışılmış oyunlara görə 3 hakimi cəzalandırdı
2010-02-25 "Hoffenhaym" Araz Abdullayevi transfer etmək istəyib
2010-02-25 Bu gün Avroliqanın 1/16 final mərhələsinə yekun vurulacaq
2010-02-25 "Fənərbaxça" "Sanderlend"in oyunçusunu Türkiyəyə gətirir
2010-02-25 Mourinyo İngiltərə yığmasından niyə imtina edib?
2010-02-25 Foqts Premyer Liqanı ələ saldı
2010-02-25 Milan Baroş yaşıl meydanlara dönür
2010-02-25 "Qalatasaray" Sərvətin "Rubin"ə keçidinə razılıq verib?
2010-02-25 Ermənilər Türkiyəyə dadanıb
2010-02-25 "Neftçi" müvəqqəti olaraq Şakir Qəribov və Arif Əsədova tapşırıldı
2010-02-25 19-cu Polis Bölməsi marşrutda telefon oğurlayan şəxsi yaxaladı
2010-02-25 Nəsimi rayonunda ikimərtəbəli idman-sağlamlıq mərkəzində sauna yandı
2010-02-25 Yasamalda çoxmərtəbəli binada yanğın baş verib
2010-02-25 Bakı-Novxanı yolunda "VAZ-09" "Tayota" ilə toqquşdu
2010-02-25 Nəriman Nərimanov milli-azadlıq uğrunda mübarizə aparıb?
2010-02-25 Qardaşı arvadını qətlə yetirən yevlaxlının məhkəməsi başlayıb
2010-02-25 Ağsaqqallar, ağbirçəklər də boşanırsa, cavanlara nə deyək...
2010-02-25 Azərbaycan paytaxtında xeyli miqdarda keyfiyyətsiz və istifadəyə yararsız qida məhsulu satışdan çıxarılıb
 
 
 
Copyright (c) Bakı Xəbər 2009