25 Fevral 2010-cı il, N 298(1196)  
   
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3782)
"Mən baldırlarımı açıb göstərmirəm" (3600)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2567)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2460)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2264)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2055)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1816)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1683)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1386)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1361)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Müsavat Əli Kərimlinin təklifini "gərginləşdirici" amil hesab etdi
"AXCP sədrinin belə şərt irəli sürməsi..."
Bilindiyi kimi, hər ölkəmiqyaslı seçki və ya referendum zamanı müxalif düşərgədə müşahidə edilən proseslərdən biri də hər hansı birliyin yaranması olur. Düzdür, indiyə qədər olan təcrübə göstərir ki, belə birliklərin yaranması ölkənin ictimai-siyasi həyatında hər hansı dəyişikliyin baş verməsinə gətirib çıxarmayıb, müxalifətin hadisələrin gedişinə təsir imkanları, demək olar ki, sıfır həddini keçməyib.
   Əksər hallarda yaradılan birliklər daxili çəkişmələr və ziddiyyətlər üzündən tarixin arxivinə göndərilib. Hazırda bu düşərgədə cərəyan edən proseslərin ümumi təhlili isə göstərir ki, əvvəlki dövrdən fərqli olaraq, indi müxaliflərin formal olaraq, hər hansı birlik yarada bilməsinin özü belə sual altındadır. Əsas səbəb ötən dövr ərzində müxalifətdaxili çəkişmənin daha geniş miqyas alması, bu düşərgədə təmsil olunan qüvvələrin bir-birinə qarşı kifayət qədər radikallaşmasıdır.
   Belə vəziyyət, qeyd edildiyi kimi, müxalifətdə hər hansı yeni blok, birlik yaradılmasını mümkünsüzləşdirməkdədir. Hazırda isə sözügedən düşərgədə birlik məsələsilə bağlı daha çox diqqət cəlb edən məsələ AXCP və Müsavat Partiyası arasında yaşananlardır. Proseslər göstərir ki, bu qüvvələrin də birlik yarada bilməsi getdikcə daha böyük sual altına düşür. Hər iki partiya təmsilçiləri tərəfindən verilən açıqlamalar da bunu təsdiq edir. Bu barədə danışmazdan öncə qeyd edək ki, AXCP və Müsavat Partiyası arasında münasibətlərin tədricən gərgin məcraya yönəlməsinin əsas səbəbi sonuncu ilə ALP arasında məlum qarşılıqlı ittihamlardır. Digər tərəfdən, AXCP sədri Əli Kərimlinin son açıqlamaları bu partiyanın, Müsavatla əməkdaşlıqdan daha çox, "Azadlıq" blokunun qorunub saxlanmasında maraqlı olduğunu göstərir. "Azadlıq" qəzetinə müsahibəsində Əli Kərimli bununla bağlı bildirir: "Xalq Cəbhəsi parlament seçkilərində də "Azadlıq" bloku ilə birgə olmaqda qərarlıdır. "Azadlıq" blokundakı müttəfiqlərimizdən kənarda hər hansı birlik təsəvvür etmirik".
   Xatırladaq ki, Müsavat Partiyası indiyə qədər irəli sürdüyü təkliflərdə "Azadlıq" bloku ilə yox, yalnız AXCP ilə əməkdaşlığa gedə biləcəyini açıqlayıb. Əli Kərimlinin qeyd olunan fikirləri isə onun, faktiki olaraq, Müsavat Partiyasının bu istəyini qəbul etmədəyini göstərir. O, birlik məsələsinin AXCP ilə Müsavat Partiyası arasında yox, sonuncu ilə "Azadlıq" bloku arasınad ola biləcəyini də xüsusi olaraq qeyd edir: "Xalq Cəbhəsi olaraq mövqeyimiz bundan ibarətdir ki, "Azadlıq" bloku və Müsavat əsas mərkəz olmaqla müxalifətin birliyi qurulsun. Bu birlik ətrafında ölkənin digər demokratik qüvvələri, vətəndaş cəmiyyəti nümayəndələri, ölkədəki nüfuzlu şəxsləri toplanmaqla müxalifətin vahid birliyi formalaşdırıla bilər. Demək istəyirəm ki, bu hadisələrdən xeyli qabaq Müsavat rəhbərliyi mövqeyimizi bilirdi ki, Müsavatla əməkdaşlıq, birlik tərəfdarıyıq, amma bu birliyi yalnız "Azadlıq" bloku-Müsavat çərçivəsində görürük. Müsavatla əməkdaşlıq naminə "Azadlıq" blokunu dağıtmaq fikrində deyilik".
   Bununla yanaşı, Əli Kərimlinin diqqət cəlb edən fikirlərindən biri də ondan ibarətdir ki, "Azadlıq" bloku ilə Müsavat arasında münasibətlərin normallaşması İsa Qəmbərin "agent" məsələsində Lalə Şövkəti nəzərdə tutmadağına dair açıqlama verməsi ola bilər: "İsa bəy yaxın günlərdə xüsusi bir açıqlama ilə çıxış edib, onun ittihamlarının hədəfinin Lalə xanım olmadığını, bu fikri səsləndirən zaman Lalə xanımı düşünmədiyini söyləyə bilər. Təsəvvür edirsiniz, bu halda necə böyük dəyişiklik ola bilər? İndi İsa bəy də açıqlama verib, Lalə xanımı qəsd etmədiyini söyləyəcəksə, yenidən Müsavat Partiyası ilə "Azadlıq" bloku arasında danışıqların aparılması üçün tam zəmin yaranmış olacaq. Mən hər halda, İsa bəydən bunu gözləyirəm".
   Əli Kərimlinin bu mövqeyi isə Müsavat tərəfindən birmənalı qəbul olunmayıb. Məsələyə münasibət bildirən Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı "milli.az" xəbər portalına açıqlamasında qeyd edib ki, Müsavat Partiyası "Azadlıq" bloku ilə hər hansı danışıqlar aparmaq təşəbbüsü irəli sürməyib və belə bir niyyəti də yoxdur: "Biz AXCP ilə əməkdaşlıq etmək barədə ilkin təkliflə çıxış etmişdik. AXCP sədrinin isə belə bir şərt irəli sürməsi vəziyyəti daha da gərginləşdirir. Təəssüf edirəm ki, AXCP-nin bir sıra fəallarından sonra Əli Kərimli də bu açıqlamaları ilə İsa Qəmbəri hədəf götürdü, onu ədalətsiz və qərəzli olmaqda suçladı. Mətbuatın, eləcə də "Azadlıq" qəzetinin bu mövzu ilə bağlı monitorinqi aparılsa, hansı tərəfin daha qərəzli və ədalətsiz olduğu ortaya çıxar".
   A.Hacılının sözlərinə görə, Müsavat heç vaxt AXCP qarşısında "Azadlıq" blokundan çıxmaq və ya onu dağıtmaq şərti qoymayıb: "Görünür, AXCP hansısa motivlər və arqumentlər əsasında Müsavatla əməkdaşlıq qurmaq istəmir. Hesab edirəm ki, bu çox yanlış və ziyanlı mövqedir, demokratik qüvvələrin, ilk növbədə isə Müsavat və AXCP-nin maraqlarına ziddir".
   Müsavat funksioneri onu da qeyd edib ki, AXCP öz müttəfiqlərini müəyyənləşdirməkdə azaddır: "Mənim səsləndirdiyim fikirlər isə AXCP-nin gələcək taleyindən narahat olmağımdan doğur.
   Biz AXCP-ni güclü görmək istəyirik. Bu Müsavatın da, demokratik qüvvələrin də maraqlarına uyğundur. Amma Əli Kərimlinin mövqeyi yanlışdır və onun hansısa motivlər əsasında belə açıqlamalar verməsi mənə təəccüblüdür".
   
Tahir TAĞIYEV
Dini Komitədə Xocalı tədbiri...
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunan tədbir keçirilib.
   APA-nın xəbərinə görə, tədbirdə komitə sədri Hidayət Orucov çıxış edərək, 18 il əvvəl ermənilərin törətdiyi Xocalı soyqırımın insanlığa qarşı cinayət olduğunu deyib. O, uzun illər keçməsinə baxmayaraq, hələ də dünyada bu faciə ilə bağlı ədalətli mövqe ortaya qoyulmadığını bildirib: "Biz bu faciəni unutmamalı, onun dünya ölkələri tərəfindən soyqırım kimi tanınmasına nail olmalıyıq. Bu soyqırımı törədənlər tapılaraq ədalət mühakiməsinə verilməlidir. Xocalıda yüzlərlə insan günahsız yerə, amansızcasına qətlə yetirilib. Biz bu qanlı faciəni hər zaman diqqətdə saxlamalıyıq".
   
Xocalı faciəsindən bəhs edən rep videoklip çəkildi
"Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində yazılmış repə çəkilən videoklipin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimə rəsmi şəxslər, millət vəkilləri və gənclər təşkilatlarının təmsilçiləri qatılıb.
   Klipin nümayişindən sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, erməni vəhşiliklərinin dünyaya çatdırılması üçün əyani vəsaitlər çox vacibdir və təqdim olunan klip də bu məsələdə əhəmiyyətli rol oynayacaq.
   "Xocalıya Ədalət" beynəlxalq məlumat və təbliğat kampaniyasının koordinatoru Elşad İsgəndərov Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüslə çıxış etdiyini və bu kampaniyaya start verildiyini xatırladıb. O, bu gündən başlayaraq, dünyanın 20 ölkəsində klipin təqdimatının keçiriləcəyini və telekanallarda yayımlanacağını açıqlayıb. Qeyd edək ki, rep üslublu mahnının müəllifi məhşur rep ifaçısı Toni Blekmendir, oranjeman isə Qordon Uilyamsa məxsusdur. Mahnı T.Blekmen və Azərbaycanın "Dəyirman" rep qrupu tərəfindən ingilis dilində ifa edilib. Mahnıda müasir rep ritmlərilə yanaşı, muğam və balaban səsindən də istifadə edilib. Klipin çəkilişləri studiya şəraitində, həmçinin Şəhidlər Xiyabanı və məcburi köçkün şəhərciklərində aparılıb.
   
İran parlamentinin üzvləri Xocalı günü Tehrandakı səfirliyimizə gələcək
"Ermənistanı Xocalı qırğınına görə qınayır, onu təcavüzkar adlandırırıq"
"Xocalıda qətliama məruz qalan insanlar bizim müsəlman bacı və qardaşlarımızdır".Bu sözləri APA-ya eksklüziv açıqlamasında İran İslam Şurası Məclisinin Ərdəbildən olan deputatı, İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Seyid Kazım Musəvi deyib.
   Millət vəkili Ermənistanı Xocalı qırğınına görə qınadıqlarını, onu təcavüzkar adlandırdıqlarını vurğulayıb: "Heç bir dində bir millətin uşağına, qocasına rəhm etmədən onu qətliam etmək yoxdur. Bunu edən bəşəriyyətin düşməni və qatili hesab olunur".
   Musəvi Xocalı soyqırımı ilə əlaqədar İranda, xüsusən də azərbaycanlılar yaşayan məntəqələrdə bəzi mərasimlərin keçirildiyini bildirib: "Bununla bağlı fevralın 25-də İran millət vəkillərindən ibarət qrup Azərbaycanın Tehrandakı səfirliyinə gedib başsağlığı verəcək. Bu mərasimdə də erməniləri mühakimə edəcəyik".
   O, Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovun İran İslam Respublikasına səfərini yüksək dəyərləndirərək, onun İran İslami Şura Məclisinin spikeri Əli Laricani, prezident Mahmud Əhmədinejad, eləcə də İranın Milli Təhlükəsizlik Məsələləri üzrə Ali Şurasının katibi Səid Cəlili ilə görüşlərinin, apardığı müzakirələrin hər iki tərəf üçün səmərəli olduğunu bildirib. Musəvi O. Əsədovun Təbrizə səfərini də təqdirəlayiq hesab edib.
   Onun fikrincə, O. Əsədovun İrana səfəri məntəqədə, xüsusən də Azərbaycan və İran arasında səmimi əlaqələrin inkişafı deməkdir: "Güman edirəm ki, gündən-günə yaxşı istiqamətdə inkişaf edən əlaqələrimiz daha da genişlənməlidir. Bizim ticari, iqtisadi, mədəni, siyasi və digər sahələrdə əməkdaşlığımız digər qonşu ölkələrdən daha yüksək səviyyədə olmalıdır. Çünki bizim qırılmayan 700 km sərhədimiz, eyni dilimiz, eyni dinimiz var. Bu, iki ölkənin inkişafı üçün böyük sərvətdir".
   Millət vəkili bildirib ki, İran həmişə sülhün, sabitliyin tərəfdarı olub, hazırda da siyasətini bu yöndə davam etdirir: "Qarabağ Azərbaycanındır, bunu mən hər zaman demişəm. İran Qarabağla yox, bütöv Azərbaycanla sərhəddir. Biz Qarabağ məsələsinin həlli yolunda Azərbaycana kömək etməyə hazırıq, onun yanındayıq. Bildirim ki, bu bizim parlamentarların, eləcə də dövlətin rəsmi mövqeyidir. Biz hər işdə haqqın tərəfdarıyıq. Bu məsələdə də Azərbaycanın haqlı olduğu məlumdur. Onun haqqının tapdalanması ilə heç vaxt razılaşa bilmərik. Azərbaycana hücum edən, ona müharibə elan edən istənilən ölkə elə bizim ölkəyə, İrana müharibə elan etmiş sayılır. Mən bu sözü əminliklə deyirəm. İki ölkə arasında müvafiq təhlükəsizlik müqavilələri də mövcuddur".
   
NATO generalı 27 mülki şəxsə görə əfqan xalqından üzr istədi
ABŞ generalı Stenli Makkristal keçən həftə Uruzqan vilayətindəki hava hucumları nəticəsində 27 mülki vətəndaşın öldürüldüyünə təəssüfləndiyini bildirib və əfqan xalqından üzr istəyib.
   APA-nın məlumatına görə, Əfqanıstan hökuməti NATO qüvvələrinin ötən həftə sonu Uruzgan yaxınlığında bir maşın konvoyuna qarşı həyata keçirdiyi hücumda 27 mülki vətəndaşın öldüyünü, 12 nəfərin də yaralandığını açıqlamışdı.
   ABŞ-ın Arizona ştatında Luke hərbi hava bazasında atışma baş verib. APA-nın məlumatına görə, bazanın təhlükəsizlik əməkdaşları yaxınlaşan avtomobilə atəş açıb. Nəticədə avtomobildəki bir nəfər ölüb, digəri isə yaralanıb.
   Avtomobilin oğurluq olduğu artıq müəyyənləşdirilib. Hadisənin təfərrüatları aydınlaşdırılır.
   
İranda media qurumları xəbərdarlıq edilmədən cinayət məsuliyyətinə cəlb olunacaq
"Bundan sonra mətbuat orqanları buraxdığı səhvlərə görə birbaşa prokurorluğa veriləcək". APA-nın "İRNA"ya istinadən verdiyi məlumata görə, bu sözləri İranın irşad və mədəniyyət nazirinin mətbuat üzrə müavini Məhəmməd Əli Ramin deyib.
   O bildirib ki, indiyə qədər mətbuata etdiyi səhvlərə görə verilən xəbərdarlıqların əhəmiyyəti olmayıb: "Bundan sonra qanuna riayət etməyən istənilən qəzet və ya jurnal prokurorluğa veriləcək. Bəlkə bu yolla bəzi qanunazidd hərəkət edən, lazımsız və ya təhqiredici yazılar çap edən qəzetlər sıradan çıxa. Ümid edirəm ki prokurorluq azlıq təşkil edən bu növ mətbuat barədə hüquqi tədbirlər görəcək və ölkə mətbuatına paklıq gətirəcək".
   
   
Reket qəzetlər Mətbuat Şurası İH-nin üzvlərini üz-üzə qoymaq istəyir
Qafar Çaxmaxlı: " "
Umud Rəhimoğlu: "Əflatun Amaşovun hədəfə alınması başadüşüləndir" Müşfiq Ələsgərli: " "
Mətbuat Şurası tərəfindən adları qara siyahıya düşmüş bəzi qəzetlər son günlər Şuranın sədri Əflatun Amaşova qarşı kampaniyaya aparmaqdadır. Dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin şikayətləri əsasında barəsində "reket qəzet" qərarı çıxarılan mətbu orqanların rəhbərlərinin açıqlamalarından və qəzet səhifələrində işıq üzü görən yazılardan belə anlaşılır ki, guya bu qəzetlərin adlarının "qara siyahı"ya salınması tək Əflatun Amaşovun qərarı əsasında olub.
   "Reket qəzetlər"in baş redaktorları qərəzli olaraq belə görüntü yaratmaq istəyir ki, adlarının "qara siyahı"ya salınmasında Mətbuat Şurasının sədri Əflatun Amaşovun birbaşa rolu var.
   Qeyd edək ki, barəsində şikayət olunmayan heç bir qəzetin adı "qara siyahı"ya salınmayıb. Şikayətlər Mətbuat Şurasının şikayət komissiyasında müzakirə olunur və bundan sonra İdarə Heyətində müzakirəyə çıxarılır. İdarə Heyətinin isə 11 üzvü var. Çoxluğun rəyi əsasında hər hansı qəzet və ya jurnal barədə qərar çıxarılıb. Yəni hansısa mətbu orqanın adının "qara siyahı"ya salınması tək Əflatun Amaşovdan asılı olan məsələ deyil.
   Mətbuat Şurası İdarə Heyətinin üzvü Qafar Çaxmaqlının sözlərinə görə, Mətbuat Şurası İdarə Heyəti "reket qəzetlər" barədə qərar qəbul edəndən sonra bəzi qəzetlərdə Şuranın və onun rəhbəri Əflatun Amaşovun ünvanına təhqir, böhtan dolu yazılar dərc edilməkdədir: "Bildirmək istəyirəm ki, qərarlar təkcə Əflatun Amaşov tərəfindən qəbul olunmur. Ona görə də, Əflatun Amaşova qarşı edilən həm də Mətbuat Şurasına qarşı hərəkətlərlər kimi başa düşülməlidir.
   Bütün bunlara baxmayaraq, Mətbuat Şurası bundan sonra da öz sözünü deyəcək".
   Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Rəhimoğlu isə bildirdi ki, adı "qara siyahı"ya salınmış qəzetlərin məsələsinə əvvəlcə Şuranın şikayətlər üzrə komissiyasında baxılır və sonra İdarə Heyətində müzakirəyə çıxarılır. İdarə Heyətində bir nəfərin qərar qəbul etməsi mümkün deyil. Belə hal Mətbuat Şurasının praktikasına yaddır. Bütün məsələlər kollegial şəkildə qəbul olunur. İstənilən qərar Əflatun Amaşovun deyil, İdarə Heyətinin mövqeyini özündə ehtiva edir. Əflatun Amaşovun hədəfə alınması da başadüşüləndir. Çünki o, şuranın sədridir. Bəzən Əflatun iclaslarda sona qədər öz mövqeyini bildirmir. Mətbuatımıza kifayət qədər ləkə gətirən, mətbuatın adına yaraşmayan, jurnalistikamıza utanc gətirən "reket qəzetlər" həm bölgələrdəki fəaliyyətləri, həm də dövlət qurumlarına müraciət etməklə problem yaradırlar. Bu mənada düşünürəm ki, Mətbuat Şurası çox düzgün mövqe tutub. Bu istiqamətdə Mətbuat Şurası öz fəaliyyətini davam etdirəcək. Yazılar da yazılacaq, Mətbuat Şurasının üzvləri və Əflatun Amaşov da hədəfə alınacaq. Amma bütün bunlar bizi öz yolumuzdan döndərə bilməyəcək".
   Mətbuat Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Mətbuat Şurasındakı prosedur barədə ətraflı məlumat verərək qeyd etdi ki, Şuraya daxil olan istənilən müraciət katiblikdə qeydiyyata alınır. Katiblik isə şikayəti ya şikayətlər komissiyasına, ya da reket komissiyasına göndərir. Mətbuat Şurasının Şikayət Komissiyasında daxil olan müraciətə baxılır.
   Müraciətdə ciddi faktlar varsa, o baxılması üçün reket komissiyasına göndərilir. Reket komissiyasının qərarından asılı olaraq müraciət Mətbuat Şurasının İdarə Heyətinə göndərilir. İdarə Heyətində şikayət ətraflı araşdırılır və sonda qərar qəbul edilir. Qərarların qəbulu heç də bir-iki nəfərin iradəsindən asılı deyil. Məsələ burasındadır ki, Mətbuat Şurasındakı hər bir komissiyasının 4-5 üzvü var. Həmin üzvlərin bəzisi həm də İdarə Heyətində təmsil olunur. Dəfələrlə şikayət verənlərə və şikayət olunanlara çatdırılıb ki, burada bir nəfərin yox, bütün tərəflərin iştirakı ilə qərarlar qəbul olunur. Belə olan halda adı qara siyahıya düşən qəzetlərin bunda məhz Mətbuat Şurasının sədri Əflatun Amaşovu suçlamasına gəlincə, bildirim ki, "reket qəzetlər" son vaxtlar bir neçə taktikadan istifadə edir".
   Müşfiq Ələsgərli onu da əlavə etdi ki, adı qara siyahıya düşən qəzetlər qərardan yayınmaq üçün müxtəlif variantlara əl atır: "Bizim apardığımız monitorinqlər, müşahidələr maraqlı nəticələr ortaya qoymuş oldu. Mətbuat Şurası şikayət olunan gündən qərar qəbul edilən günə qədər qəzetin monitorinqini aparır, oradakı yazıların nəyə xidmət etdiyini araşdırır. Barələrində qərar qəbul ediləndən sonra da monitorinqlərimizi davam etdiririk. 2010-cu ilin yanvar ayından sonra adları qara siyahıya düşən qəzetlərin baş redaktorları belə versiyalar irəli sürür ki, guya Mətbuat Şurasında qərarlar kollegial şəkildə qəbul olunmayıb.
   Yazırlar ki, guya Mətbuat Şurasının ayrı-ayrı üzvlərinə zəng ediblər. Həmin üzvlər də onlara bildirib ki, qərarın qəbulu bir nəfərdən asılıdır. Hətta Mətbuat Şurasının üzvləri "reket qəzetlər"in baş redaktorlarından üzr də istəyiblər. Onlar bu barədə yazandan sonra Mətbuat Şurası açıqlama ilə çıxış etdi. Açıqlamada bildirilirdi ki, Mətbuat Şurasında həqiqətən də belə üzvlər varsa, o zaman onların adlarını açıqlayın.
   Amma adlarını açıqlamadılar. Görünür, özlərindən uydurublar. "Reket qəzetlər" Mətbuat Şurasının üzvlərini üz-üzə qoymaq istəyir. Mənə zəng edib deyirlər ki, guya İdarə Heyətinin iclasında mən onların tərəfini saxlamışam. "Reket qəzetlər"in baş redaktorları təkcə mənə deyil, İdarə Heyətinin digər üzvlərinə də zənglər edib eyni sözləri deyiblər.
   Bununla da onlar Mətbuat Şurasının daxilində şübhə toxumu səpmək istəyirlər.
   Onların bu taktikası işə keçməyəndə ikinci varianta əl atdılar. Şantaj yolunu seçdilər. Xəbər verirdilər ki, guya onların əlində Mətbuat Şurasının üzvləri barədə məlumatlar var.
   Hətta Mətbuat Şurasının üzvlərinə zəng edib deyirlər ki, həmin şəxs sən özünsən. Bu yolu ilə çalışırdılar ki, Mətbuat Şurasının üzvlərini şantaj yolla öz tərəflərinə çəksinlər. Şuranın üzvləri guya onları müdafiə etməyəcəyi təqdirdə və ya bitərəf qalmayacağı halda barəsində silsilə yazılar dərc ediləcək. Amma bildirmək istəyirəm ki, Mətbuat Şurası üzvlərinin bu mənada heç nədən çəkinəcəyi, utanacağı yoxdur.
   Mətbuat Şurasının, xüsusilə də İdarə Heyətinin üzvləri kifayət qədər şəffaf insanlardır, ictimaiyyət arasında üzləri ağ, alınları açıqdır. Bu variant da işə yaramayanda "reket qəzetlər" başqa taktikaya əl atdılar. Mətbuat Şurasının sədri Əflatun Amaşov və komissiya sədri Umud Rəhimoğlunun barələrində böhtan, təhqir xarakterli yazılar, hədyanlar dərc etməyə başladılar. Mətbuat Şurasının bu iki məsul şəxsini hədəf seçməklə onları ictimaiyyətin gözündən salmağa, nüfuzlarını aşağılamağa çalışırlar.
   Amma bu taktika da həyata keçməyəcək. Çünki adı Mətbuat Şurasının "qara siyahı"sına düşən qəzetlərin satış faizi çox aşağıdır, onları oxuyan yoxdur. Onların bütün bu cəhdləri nəticəsiz olacaq. Digər tərəfdən, qara siyahıya düşmüş qəzetlər öz haqlarını qanun çərçivəsində müdafiə etməlidir. Adları təmizə çıxarmaq üçün bircə yol var.
   O da sırf jurnalistik fəaliyyətilə məşğul olmaqdır. "Reket qəzetlər"in Mətbuat Şurasının qara siyahısından çıxarılması ilə bağlı təlimat var. Təlimatda göstərilib ki, qəzetlər bəraət ala bilər. Bunun üçün onlar bir il ərzində öz fəaliyyətlərini düzəltməli, barələrində şikayət olunmamalı və bir ildən sonra fəaliyyətlərinin yaxşılığa doğru dəyişməsinə dair arayışı Mətbuat Şurasına təqdim etməlidirlər.
   Amma adı qara siyahıya düşmüş qəzetlər müsbətə doğru dəyişmək, adlarını qara siyahıdan çıxarmaq əvəzinə qanunsuz işlərlə, Mətbuat Şurasının sədrini və üzvlərini şantaj etməklə, böhtan və təhqirlərə yol verməklə məşğul olurlar".
   
Eldar XƏYAL
Rektor BDU ərazisində dini icmaların olmasına qarşıdır
"BDU dünyəvi universitetdir"
"Şəhərdən kənarda böyük bir məscid tikilməlidir ki, ibadət edənlər, din adamları ora sərbəst yığışa bilsin, genişlik olsun.
   Dünyada belə bir təcrübə var". Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov "Media forum" saytına açıqlamasında belə deyib.
   Rektor bildirib ki, BDU-nun yataqxanalarının ərazisində yerləşən "İlahiyyat" məscidinin eyni adlı dini icmasının dövlət qeydiyyatına alınmaması haqda məlumatı yoxdur: "Belə bir səhv təsəvvür var ki, ilahiyyat fakültəsi əvvəllər orada yerləşdiyinə görə məscid də BDU-nundur. Məscid BDU-nun ərazisində olsa da, universitetə tabe deyil".
   A.Məhərrəmov bildirib ki, ziyalı kimi universitetin ərazisində dini icmaların olmasına müsbət yanaşmır: "Çünki BDU dünyəvi universitetdir, ölkənin ilk ali təhsil müəssisəsidir. Yəqin ki, dövlət problemin həlli üçün əməli tədbirlər həyata keçirəcək. Bizim dindarlara mənfi münasibətimiz yoxdur. Ancaq BDU-nun yataqxanalarında minlərlə məcburi köçkün yaşayır. Cümə axşamları isə ora səkkiz min adam toplanır. Bu da problemlər yaradır, avtomobillərin hərəkəti dayanır. Bizim narahatlığımız bununla bağlıdır".
   
"Fərhad Süleymanovun həbsi onun peşə fəaliyyəti ilə bağlı deyil"
"Ayna" Mətbuat Evinin vitse-prezidentinin həbsi hələ də müəmmalıdır
Bir neçə gündür "Ayna" Mətbu Evinin vitse-prezidenti Fərhad Süleymanovun həbs xəbəri yayılsa da, bu haqda rəsmi məlumat yoxdur.
   "Azadlıq" qəzeti 24 fevral tarixli sayında F.Süleymanovun Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir ölüm işinə görə saxladığını yazıb. Fevralın 24-də "Media forum"un sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Fərhad Süleymanovla bağlı hər hansı rəsmi bilgisi olmadığını deyib. "Media forum"a danışan Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Ramiz Rzayev isə həbslə bağlı məlumatın dəqiqləşdirilməkdə olduğunu vurğulayıb. "Ayna" Mətbu Evinin prezidenti Rauf Talışinski fevralın 23-də "Day.az" saytına açıqlamasında F.Süleymanovun həbsini təsdiqləyib. O, fevralın 22-də Bakı Şəhər Prokurorluğundan F.Süleymanovun həbsi haqda rəsmi məktub aldıqlarını söyləyib. Baş redaktor, istintaq aparıldığını əsas gətirərək, detallar barədə danışmaq istəmədiyini vurğulayıb: "Bir şey deyə bilərəm ki, Fərhad Süleymanovun həbsi onun peşə fəaliyyətilə bağlı deyil".
   
Şirvan şəhərində orta məktəbə "bomba qoyuldu"
Şirvan şəhərində orta məktəbə bomba qoyulması barədə polisə anonim zəng olub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib.
   Məlumata görə, fevralın 23-də 22.30 radələrində Şirvan şəhər 5 saylı 9 illik orta məktəbin direktoru Əliyeva Səmayət Polis Şöbəsinə zəng edərək bildirib ki, məktəbin mühafizəçisinə məktəbə bomba qoyulması barədə anonim zəng edilib. Dərhal istintaq qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.
   Aparılan araşdırma zamanı məktəbdə bomba aşkar edilməyib. Telefon zəngi araşdırıldıqdan sonra məlum olub ki, anonim zəngi edən şəxs həmin məktəbin 9-cu sinfini bitirən qızdır. yanlış məlumat verən şəxsin adı açıqlanmayıb. Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.
   
   
Sosial İqtisad Kollecindəki oğurluğun bir detalı aydınlaşdı
Elxan Ağamirzəyev qətiyyən pul oğurlanmadığını deyir Belədirsə, oğrular 7 qapını niyə sındırıb?
Orxan Mansurzadə: "150 min dollar oğurluğu həqiqətə uyğun deyil"
Fevralın 23-ü gecə Bakı Dövlət Sosial İqtisad Kollecinin direktorunun və kollecin şöbə müdirinin kabinetlərinə basqın edilib. Basqınçılar kollecin direktoru Mübariz Mahmudovun və qiyabi şöbənin müdiri Elxan Ağamirzəyevin iş otaqlarına daxil olaraq oradakı seyfləri qarət ediblər.
   Bu barədə məlumat verən "Yeni Müsavat" qəzetinin yazdığına görə, basqın gecə vaxtı olub və kabinetlərin qapıları sındırılıb. Seyf isə oğurlanıb. Seyfdə külli miqdarda vəsaitin olduğu bildirilir. Adının çəkilməsini istəməyən tələbələrdən biri qəzetə açıqlamasında bildirib: "Görünür onlara da məlumat çatıb ki, burada dövlət imtahanları müftə deyil, bu məqsədlə xeyli pul yığılır və o pullar da sonradan bölüşdürülmək üçün bir mərkəzə toplanır. Bu mərkəz də, şübhəsiz ki, rəhbərliyin kabineti ola bilər, daha təsərrüfat işçilərinin otağı yox. Bizim kollecdə imtahanlar vaxtı hər bir tələbədən, biliyindən asılı olmayaraq, 350-400 manat pul alınır. Hər qrupda 25-30 tələbə olur. Ümumilikdə isə kollecdə təhsil alan tələbələrin sayı 1200 nəfərdir. Bunlardan 460 nəfəri qiyabi təhsil alır. İmtahanlar yenicə yekunlaşıb.
   Semestr və dövlət imtahanlarından toplanan pullar bir yerə cəm olur. Ona görə də, güman etmək olar ki, direktorun seyfində xeyli pul olub. Kollecdə dəqiq rəqəm söyləyənlər də var - azı 150 min manat".
   Qəzetin yazdığına görə, kollecin rəhbərliyi baş verənlərlə bağlı Sabunçu Rayon Polis İdarəsinə müraciət edib. Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları gün ərzində Kollecdə olub.
   13-cü Polis Bölməsindən faktı təsdiqləyiblər.
   Məlumata daha geniş aydınlıq gətirmək üçün Bakı Dövlət Sosial İqtisad Kolleci qiyabi şöbənin müdiri Elxan Ağamirzəyevlə əlaqə saxladıq. E.Ağamirzəyev bildirdi ki, baş verənlərlə bağlı polisə lazımi izahat verilib: "Dünən (srağagün) polis gəlib araşdırma aparıb, lazımi məlumatları vermişik. 7-8 qapı sındırılıb. Heç bir pul-zad oğurlanmayıb". E.Ağamirzəyev oğruların məqsədlərindən də xəbərsizdir.
   Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə qəzetimizə açıqlamasında kollecə basqın olduğunu təsdiqləsə də, hansısa məbləğdə pul vəsaitinin oğurlanmadığını dedi: "Fevralın 23-dən 24-nə keçən gecə Kollecin binasının birinci mərtəbəsindəki pəncərənin dəmir hasarı əyilib və naməlum şəxs binaya daxil olub. Ehtimal olunur ki, həmin şəxs azyaşlı olub. Və o, direktor müavininin otağının qapısını açaraq içəri daxil olub. Otaqda kompüter və direktorun şəxsi əşyaları olub. Onların heç birinə əl vurulmayıb. Görünür, şəxs pul axtarırmış. Binada gözətçinin də olmasından ehtiyat edən şəxs heç bir şey oğurlamadan binanı tərk edib".
   O.Mansurzadə əlavə etdi ki, mətbuatda Kollec direktorunun seyfindən 150 min dollar civarında pulun oğurlanması barədə deyilənlər həqiqətə uyğun deyil.
   
RAMİL
5 deputatdan 4-ü Ombudsmanlığa üç namizəddən hansına səs verəcəyini hələ bilmir
Yeni dövr üçün ombudsman kim olacaq
Aynur Quliyeva: "Elmira Süleymanova ictimai siyasi fəallıq, ombudsman kimi fəaliyyətinə görə digərlərindən seçilir"
   
   Bəxtiyar Sadıqov: "Kimin daha şanslı olub-olmadığını deyə bilmərəm"
   
   Həvva Məmmədova: "Bu sualı başqa vaxt verərsiz"
   Arzu Səmədbəyli: "Bu namizədlərin heç birinə səs vermərəm"
   
   Məlahət Həsənova: "Hər bir deputatın məsələyə fərqli yanaşması olduğundan, kimin daha şanslı olacağını söyləyə bilmərəm"
   
   Mətbuatın verdiyi məlumata görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təsdiq olunması ilə bağlı layihə artıq parlamentə təqdim olunub. Bildirildiyinə görə, qanun layihəsində müvəkkil vəzifəsinə üç nəfərin namizədliyi göstərilib. Bunlar hazırda həmin vəzifədə çalışan Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəcinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovdur.
   Verilən bilgilərə görə, Milli Məclis növbəti iclasında sözügedən məsələyə baxmalıdır. Qeyd edək ki, keçən il Konstitusiyaya edilən əlavə və dəyişikliklərə kimi ombudsman, 7 il müddətə olmaqla, bir dönəmə seçilirdi. Keçən il bu sahədə baş verən dəyişikliklə isə sözügedən müddəa yeniləşdi. İndi qanunun sözügedən müddəası "eyni şəxs iki dəfədən artıq seçilə bilməz" ifadəsilə əvəz olunub. Bu mənada hazırkı ombudsman Elmira Süleymanovanın da yenidən namizədliyinin verilməsi məntiqə uyğundur. Bütün hallarda maraqlıdır, mühüm postu adları açıqlanan namizədlərdən hansı tutacaq?
   Millət vəkili Aynur Quliyevanın fikrincə, müqayisə aparılsa, indiki ombudsmanın daha üstün olduğu nəzərə çarpar: "Bu məsələyə Milli Məclisin plenar iclasında baxılmalıdır.
   Hələlik, Milli Məclis deputatı olaraq, mənə bu məsələ ilə bağlı heç bir sənəd təqdim olunmayıb. Ona görə də sözügedən məsələdən yalnız mətbuatdan xəbərdaram. Mətbuatın yazdıqlarının da nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Amma konkret olaraq adları açıqlanan üç ismə gəldikdə, nə Ədliyyə Nazirliyinin nümayəndəsi Faiq müəllimi, nə də Məlikaslanovu yaxşı tanıyıram.
   Onların fəaliyyətləri haqda elə də böyük bilgiyə malik deyiləm. Bu baxımdan müqayisə edəndə, təbii ki, Elmira Süleymanova daha üstün görünür. O, ictimai siyasi fəallığına, ombudsman kimi 10 illik fəaliyyətinə görə digərlərindən seçilir. Bilirsiniz ki, ombudsmanın fəaliyyəti daim cəmiyyətə açıqdır. Ən azı dörd dəfə onun Milli Məclisdəki hesabatını dinləmişəm. Yəni bu xanımın fəaliyyətindən məlumatlıyam. Belədə müqayisə aparmalı olsam, Elmira xanımın daha üstün olduğu üzə çıxar".
   digər millət vəkili Bəxtiyar Sadıqov göstərilən namizədlərdən kimin daha şanslı olduğunu deməkdə çətinlik çəkdi: "Kimin daha şanslı olub-olmadığını deyə bilmərəm, amma mövcud qaydaya görə, ombudsmanlıq üçün namizəd olaraq, adətən üç nəfər irəli sürülür. Milli Məclisdə də səsvermə zamanı hansı insan daha çox səs toplayırsa, o da seçilmiş olur.
   Elmira xanımı tanıyıram, ombudsman kimi işləyib, müəyyən fəaliyyəti var, özünü göstərib. Faiq Qurbanovu da yaxşı tanıyıram. O da Azərbaycan Respublikası Prezidenti Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvüdür.
   O biri insan haqda tanışlığım olmasa da, onu da Azərbaycanın savadlı, layiqli insanlarından hesab edirəm. Seçim vaxtı bir də düşünüb-daşınacaq və təbii ki, hansına üstünlük versək ona da səs verəcəyik. Yəni irəlicədən bir insan olaraq üçündən birinin adını çəkmək həm qeyri-subyektivlik, həm də mənim şəxsi fikrim olardı.
   Bunu da mən ictimaiyyətə bu cür təqdim etmək niyyətində deyiləm. Qabaqcadan kimə səs verəcəyimi indidən mətbuata açıqlamaq istəməzdim".
   Deputat Həvva Məmmədova isə hələlik suala ümumiyyətlə cavab vermək istəmədi: "Bu sualı başqa vaxt verərsiz".
   Arzu Səmədbəyli göstərilən namizədlərdən heç birini şanslı saymır: "Orada hansısa bir demokratik seçki keçirilməyəcək ki, kimsə şanslı olsun. Hakimiyyət kimi məsləhət biləcəksə, və parlamentdəki YAP çoxluğuna kimə səs verməyi tapşıracaqsa, onu da seçəcəklər. Bizdə ombudsmanın seçilməsi bu qədər sadədir.
   Bu namizədlərin heç birinə səs vermərəm".
   Məlahət Həsənova parlamentdə fərqli yanaşma tərzinin olduğunu əsas gətirərək, kimlərin daha şanslı olacağını deyə bilmədi: "Təbii ki, onların hər üçü çox tanınmış insandır.
   Eyni zamanda, Elmira xanımın ombudsman sahəsində çox böyük təcrübəsi var. Ümumiyyətlə, o, respublikada ən tanınmış ictimai xadimlərdən biridir. Beynəlxalq sahədə də geniş təcrübəsi var. Ölkəmizin ilk ombudsmanı kimi də neçə illərdir gözəl fəaliyyət göstərib. Amma hər bir deputatın məsələyə fərqli yanaşması olduğundan, kimin daha şanslı olacağını söyləyə bilmərəm".
   
Rüfət SULTAN
Hökumət martın sonlarında qanunsuz tikililərlə bağlı qəti qərar verəcək
İşıq, qaz, neft kəmərlərinin üstündəki tikililərin ətrafında müzakirələr sona yaxınlaşır
Bakı şəhəri və Abşeron yarımadasında infrastruktur xətlərinin mühafizə zolağında yerləşən tikililərin yekun siyahısı gələn həftə Nazirlər Kabinetinə təqdim olunacaq. Bu barədə "APA-Economics"ə hökumətdən məlumat verilib.
   Artıq fevralın 15-dən bununla bağlı müvafiq qurumlar tərəfindən siyahıyaalma aparılır. Siyahıyaalma işlərinin martın 3-dək yekunlaşdırılması planlaşdırılır. Siyahıyaalma çərçivəsində vətəndaşlardan tikililərin sənədlərinin nüsxələri götürülərək siyahıya əlavə edilir. Siyahıyaalma işləri hazırda "Azəryolservis" ASC, "Azərbaycan Dəmir Yolları" QSC, "Azərenerji" ASC, "Bakıelektrikşəbəkə" ASC, "Azərsu" SC və Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İB tərəfindən aparılır. Ümumilikdə, hökumətin mart ayının sonu - aprel ayının əvvəlində yekun qərarla çıxış edəcəyi gözlənir.
   "APA-Economics"in Nazirlər Kabinetindən əldə etdiyi məlumatlara görə, bəzi ərazilərdə evlərin sökülməsi, bəzi ərazilərdə isə infrastruktur xətlərinin yerinin dəyişdirilməsi gözlənir.
   
Bakıxanovda Quliyevlər ailəsində ər arvadı bıçaqladı
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
   Fevralın 23-ü saat 16.00 radələrində paytaxtın Bakıxanov qəsəbəsi T.Hacıyev küçəsində yaşayan Aqşin Quliyev ailə münaqişəsi zəminində həyat yoldaşı Şəbnəm Quliyevaya çoxsaylı bıçaq xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
   Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A.Quliyev tutularaq məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
   
Gədəbəydə qaz pulu yığılmasının yeni üsulu(?) ətrafında mübahisə düşüb
Məktəb müəllimi Mehman Əliyev bir söz, rayon rəsmiləri başqa söz deyir
Qaz pulunu ödəməsən, maaş almayacaqsan...
"Evdə oturmuşduq. Bir də gördük küçədə hay-küydür. Bələdiyyə sədri, müavini, şəhər sovetinin sədri, polis gəlmişdilər ki, bəs, yarım saata qaz pulunu keçirməlisiniz. Bu keçən ay belə idi. İndi də iş yerlərində başlayıblar. Büdcədən maliyyələşən təşkilatları gözümçıxdıya salıblar. İndi deyirlər ki, bu gün keçirməlisiniz, uzaq başı səhər.
   Tələb edirlər ki, keçirdiyiniz qazın, işığın pulunun qəbzinin surətini gətirin, icra hakimiyyətindən tələb edirlər, deyirlər ki, keçirməsəniz maaşınızı almayacaqsız..." Bu barədə "Azadlıq" radiosuna Gədəbəydə bir məktəbdə müəllim işləyən Mehman Əliyev bildirib. M.Əliyevin dediyinə görə, maaşlarını almaları kommunal xərcləri ödəmələrindən asılıdır. Kommunal xərcləri isə hələ ay tamam olmamış tələb etməyə başlayıblar. Müəllim deyir ki, maaşımı almamış işığın, qazın pulunu necə keçirməliyəm?
   Mehman Əliyev deyir ki, büdcədən maliyyələşən təşkilatlarda müdirlər deyirlər ki, bunu onlardan icra hakimiyyətindən tələb edirlər. Kommunal xidmətlərin pulunu tələb edənlərin siyahısı isə uzundur. Bələdiyyə, inzibati ərazi nümayəndəliyi, qaz satışı idarəsinin əməkdaşları...
   Gədəbəy rayon bələdiyyə sədrinin müavini Zirəddin Səfərov isə deyir ki, onlar əhaliyə təzyiq eləmirlər, pulları ödəməyi təklif edirlər. Bu işin bələdiyyənin səlahiyyətində olub-olmaması haqqında isə o bunları deyir: Bələdiyyənin aidiyyatı yoxdur. Ancaq sabah vətəndaşın işığı-qazı kəsiləndə bələdiyyəyə problem yaranır. Ona görə də deyirik ki, hamınız enerji, qaz pulunu vaxtında ödəyin".
   Gədəbəy rayon inzibati ərazi nümayəndəliyinin rəhbəri Sahib Səfərov isə iş başındaydı. Biz ona zəng edəndə elə bu məsələylə məşğul olduqlarını dedi: "Bu dəqiqə yanımda adamlarla düşmüşük ayrı-ayrı zonalara, onu yığırıq, yekunlaşdıracağıq. Adamlara bildiriş paylanır, sonra biz də gedib soruşuruq ki, aparıb pulu banka, poçta keçirmisən, yoxsa, yox. Keçirməyibsə, deyirik ki, hardan tapırsan, tap, nə qədər sərf eləmisən, onun pulunu keçir. Hamı da gətirib ödəyir pulunu. Gələnlər qazın öz işçilərdir, biz sadəcə bu işə nəzarət edirik".
   Rayonun Qaz Satış İdarəsinin sədri Nizami İsgəndərov isə deyir ki, ödəmələrdə heç bir problem yoxdur. Problem olmasa da, o da bu əməliyyatda iştirak edirdi: "Ödəyirlər, ancaq problemi olana da kömək edirik, ödəyirlər. Fırlanıb nəzarət edirik ki, kim verir, kim vermir, nəzarət edib yoxlayırıq".
   Müəllim Mehman Əliyev deyir ki, müdirləri onlara göstərişin icra hakimiyyətindən gəldiyini deyib. Gədəbəy rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Sədaqət Abbasov isə deyir ki, bu işin icra hakimiyyətinə heç bir aidiyyatı yoxdur, bu haqda deyilənlər yalandır: "Elə bir göstəriş yoxdur. Hər bir adam işıq-qaz pulunu verməlidir. İşığın-qazın pulunun maaşa dəxli yoxdur".
   
Xəbər xidməti
"Dəmiryolları QSC", ARDNŞ və "Azərenerji" qanunsuz tikintilərin tam siyahısını hökumətə təqdim etdi
Ancaq bu qurumlar tikililərin taleyi barədə hansı qərarın veriləcəyini bilmir
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti dəmir yollarının təhkim zolağındakı obyektlərin siyahıya alınması prosesini yekunlaşdırmaq üzrədir. Səhmdar Cəmiyyətdən verilən məlumata görə, artıq obyektlərin əksəriyyəti qeydiyyata alınıb.
   "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, ötən həftə Nazirlər Kabinetində mühafizə zolağında zəbt edilən ərazilərdə inşa edilən qanunsuz obyektlərin siyahıya alınması ilə bağlı müşavirə keçirilib və bu barədə dəmir yoluna tapşırıqlar da verilib. Həmin tapşırığa əcasən, dəmir yolunun mühafizə zolağındakı qanunsuz obyektlərin siyahıya alınmasına başlanıb. Artıq ayın sonuna qədər bu siyahı dəqiqləşdirilməli və Nazirlər Kabinetinə təhvil verilməlidir. Həmin obyektlərin nə vaxt köçürüləcəyinə və obyekt sahiblərinə kompensasiyaların verilib-verilməməsinə gəlincə, N.Əzməmmədov bildirib ki, bu məsələ Nazirlər Kabinetinin verdiyi qərardan asılı olacaq.
   Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti tabeliyində olan, "Azərenerji" ASC isə iri enerji ötürücü xətlərinin keçdiyi ərazilərdə yerləşən qanunsuz tikililər olduğunu bildirmişdi. Həmin obyektlərin köçürülməsilə bağlı vəziyyətin hansı yerdə olmasına dair suala isə ARDNŞ mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev də Dövlət Neft Şirkətinə məxsus ərazilərdə yerləşən qanunsuz tikililərin siyahısının Nazirlər Kabinetinə göndərildiyini dedi. Ancaq onların sökülüb-sökülməyəcəyi hələ məlum deyil: "Biz təklif etmişik ki, mədən ərazilərində, Dövlət Neft Şirkətinə məxsus digər ərazilərdə göstərilən tikililərin olması qanunsuzdur və bununla bağlı tədbir görülməsini xahiş edirik. Amma həmin obyektlərin sökülməsi barədə qərarı biz deyil, hökumət verir. Nazirlər Kabineti hansı qərarı çıxarsa, biz ona qane olacağıq". "Azərenerji" Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən də bildirdilər ki, elektrik naqillərinin altında qanunsuz tikilən obyektlərin siyahısı tutulub və Nazirlər Kabinetinə göndərilib. Lakin onların həmin ərazidə qalması, yoxsa köçürülməsi barədə qərarı yalnız Nazirlər Kabineti verə bilər.
   
Müşfiq ABDULLA
Türkiyədən Azərbaycana bir "KamAZ" silah keçirənlərin məhkəməsi başlayıb
Hacı Şərəf Türkiyədə silahı kimdən alıb?
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycana külli miqdarda silah keçirməkdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən prosesdə prokuror təqsirləndirilən Səyavuş Eyvazovun 8 il, Qürbət Nəcəfovun 7 il, İlham Rəhimovun 7 il, Elçin Ələkbərovun 9 il azadlıqdan məhrum edilməsini istəyib.
   Qeyd edək ki, bu iş üzrə təqsirləndirilən Türkiyə vətəndaşı Hacı Şərəf və İntiqam Vəliyevin istintaqı ayrılıb.
   Proses martın 10-da davam etdiriləcək.
   Xatırladaq ki, Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun Azərbaycana külli miqdarda silah keçirilməsinin qarşısının alınması ilə bağlı yaydığı məlumatda bildirilirdi ki, 2008-ci il oktyabrın 13-ü, saat 13.00 radələrində Qazax-Bakı avtomagistral yolunun 343-cü km-də yerləşən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 723 saylı Yol Patrul Xidməti postunda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində vəzifələrini yerinə yetirən polis əməkdaşları tərəfindən özünü şübhəli aparan Vəliyev İntiqam Fərman oğlunun idarə etdiyi "KamAZ" markalı, 35 BE 715 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanılıb. Avtomaşına baxış keçirilərkən onun yük hissəsindən Rusiya, Türkiyə və ABŞ istehsalı olan 157 ədəd yivsiz ov və pnevmatik silahlar, 26 qutu müxtəlif çaplı patronlar, 10 qutu patron gilizləri, 3 qutu ov tüfənginin ehtiyat hissələri və 300 ədəd qandal aşkar edilib.
   Toplanmış material üzrə Gəncə Şəhər Polis İdarəsinin istintaq şöbəsində ilkin araşdırma aparılaraq, həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 228.4-cü maddələrilə cinayət işi başlanıb. Cinayətin törədilməsində vəzifəli şəxslərin, eləcə də xarici ölkə vətəndaşlarının iştirak etməsi ehtimalı və aktuallığı nəzərə alınaraq, cinayət işi istintaqın davam etdirilməsi üçün Gəncə şəhər Prokurorluğuna həvalə edilib.
   İstintaqla müəyyən olunub ki, Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən, İstanbul-Bakı arasında sərnişin və yük daşıması ilə məşğul olan "Öz Nuhoğlu" şirkətinin Bakı nümayəndəliyinin işçisi Səyavuş Eyvazov Sumqayıt şəhərində ov silahlarının, onların komplekt hissələrinin və döyüş sursatlarının satışı ilə məşğul olan "Franki" firmasının rəhbəri Qürbət Nəcəfov, əvvəllər "Qırmızı körpü" sərhəd-keçid məntəqəsində "Broker" təşkilatında işləmiş Ağstafa rayon sakini İlham Rəhimov və Türkiyə vətəndaşı Hacı Şərəf adlı şəxslə cinayət əlaqəsinə girərək, yivsiz ov və pnevmatik silahların, patronların, ov tüfənginin ehtiyat hissələrinin və qandalların qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi barədə razılığa gəlib.
   Bu məqsədlə Hacı Şərəf Türkiyədə hələlik istintaqa məlum olmayan mənbədən əldə etdiyi yuxarıda qeyd olunan silah-sursatı Sumqayıt şəhər sakini Qürbət Nəcəfova satış məqsədilə çatdırılması üçün Türkiyə-Gürcüstan sərhədindən qanunsuz keçirməklə Səyavuş Eyvazova təhvil verib. Səyavuş Eyvazov həmin silah-sursatı adları hələlik istintaqa məlum olmayan Gürcüstan vətəndaşlarının "QAZel" markalı avtomaşınına yükləyərək Gürcüstan-Azərbaycan sərhədinə gətirib və malların qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsi üçün tanışı İlham Rəhimova müraciət edib. İlham Rəhimov 2008-ci il oktyabrın 13-də həmin silah-sursatı "Sınıq körpü" gömrük postundan gömrük nəzarətindən kənar keçirərək Qazax rayonunun Şıxlı kəndi ərazisində İntiqam Vəliyevə məxsus "KamAZ" markalı avtomaşına yükləyib və Sumqayıt şəhərinə apararkən polis əməkdaşları tərəfindən saxlanılıb.
   İstintaqla müəyyən edilib ki, dəstə üzvləri əvvəllər də bir neçə dəfə ov silahlarını, onun ehtiyat hissələrini və patronlarını qaçaqmalçılıq yolu ilə Azərbaycana gətiriblər. Törətdiyi cinayət əməllərinə görə Səyavuş Eyvazov, Qürbət Nəcəfov və İlham Rəhimov qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilib.
İlham Əliyev ikinci erməni dövləti istəyənlərə qəti mesaj verdi
"Azərbaycan torpağında ikinci erməni dövləti yaradılmayacaq". Prezident İlham Əliyev fevralın 23-də Lökbatan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binanın açılışı mərasimində çıxışı zamanı belə deyib.
   Prezident bildirib ki, bu gün dünya birliyi və xüsusilə bu münaqişə ilə məşğul olan vasitəçilər məsələnin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasını təklif edir: "Əminəm ki, bu yanaşma məsələnin tezliklə həll olunmasında bizə kömək göstərəcək. Çünki bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdədir".
   "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir" deyən İlham Əliyev əlavə edib ki, "heç vaxt Azərbaycan torpağında ikinci erməni dövləti yaradılmayacaq. Heç vaxt Dağlıq Qarabağ müstəqil olmayacaq. Bunu bütün dünya bilir. Ermənistan bu həqiqəti nə qədər tez dərk etsə, məsələ öz həllini o qədər də tez tapar. Məsələ öz həllini tapandan sonra bölgədə sülh tam şəkildə bərqərar oluna bilər.Çünki Ermənistan-Azərbaycan münaqişəsi bölgənin ən böyük problemidir. Bu problem həll olunmadan heç bir başqa problem öz həllini tapa bilməz".
   
Daxili İşlər Nazirliyinin iki mühüm Mərkəzi açıldı
Dünən Bakının Maştağa qəsəbəsində Daxili İşlər Nazirliyinin (DİN) yeni inşa edilmiş Atıcılıq Tirinin istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Əvvəlcə daxili işlər nazirinin qarşılanma mərasimi olub, nazir müavini, polis general-leytenantı Əsgər Ələkbərov binanın istismara hazır olması barədə raport verib.
   Nazirliyin müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunduğunu vurğulayan R.Usubov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti Atıcılıq Tirinin imkanlarından səmərəli istifadə etməklə öz fiziki hazırlıqlarını daha da artıracaqlar ki, bu da cinayətkarlıqla mübarizəyə, ictimai asayişin və təhlükəsizliyin qorunmasına öz müsbət təsirini göstərəcək. Sonra daxili işlər naziri Atıcılıq Tirinin açılışını bildirən lenti kəsib və kompleks ilə yaxından tanış olub. R.Usubov nəqliyyat vasitələrinə dövlət texniki baxışının daha keyfiyyətli aparılması üçün müasir avadanlıq, ölçü cihazları və digər zəruri vasitələrlə təchiz edilmiş yeni 11 xətli Müayinə Mərkəzi ilə də tanış olub.
İsa Qəmbər dediklərinin arxasında dayandığını bildirdi
Kim necə başa düşür, düşsün...
"Mən indiyə qədər xarici ölkələrin xüsusi xidmət orqanlarına işləyən agentlərlə bağlı mövzuda nə demişəmsə, hamısının arxasında dayanıram. Dediyim və demədiyim sözlərlə bağlı isə kim hansı şərhləri irəli sürübsə, onları necə dərk edibsə, bu onların problemidir".
   Bu açıqlamanı APA-ya Müsavat Partiyasının başqanı İsa Qəmbər verib. Onun sözlərinə görə, indiki mərhələdə dediyi sözlərin kifayət qədər təsirli olduğunu düşünür: "Eyni zamanda o da göründü ki, bu mövzu kifayət qədər ağrılı mövzudur. Açığı, cəmiyyət də hələ bu mövzuya tam hazır deyil. Onsuz da cəmiyyətin çoxsaylı problemləri var, daha böyük bir təhlükə haqqında məlumatı eşitmək istəmir. Halbuki, təhlükə çox ciddidir. Bu xarici təsir Azərbaycana həddindən artıq böyük təhlükə yaradır. Onlar hakimiyyətdə də çox ciddi mövqelərə malikdirlər. Cəmiyyətdə də güclüdürlər və müxalifətə də kifayət qədər sirayət ediblər. Ona görə də bu təhlükə barədə cəmiyyətə xəbərdarlıq etmək lazımdır və mən də bunu etdim. Hesab edirəm ki, mesaj cəmiyyət tərəfindən alındı". Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin "İsa Qəmbər xarici ölkələrin nümayəndələrilə görüşlərdə mənim əleyhimə kampaniya aparır və mənim Rusiyanın agenti olduğumu iddia edir" fikirlərinə münasibət bildirən İ.Qəmbər bu fikirləri əsassız olduğunu vurğulayıb: "Açıqlamalarımdan sonra mənə qarşı "səlib yürüşü"nün başlanacağı barədə fikrimi söyləmişdim. Amma bundan qəti narahat deyiləm. Həqiqətlər deyilməlidir. Həqiqətlərin yaratdığı nəticələrə isə əvvəl-axır hər kəs boyun əyir". O, Lalə Şövkətin "İsa Qəmbər mənimlə düşmənçilik aparır" fikrinə belə münasibət bildirib: "Belə bir məşhur ifadə var ki, zəiflər başqa adamlar haqqında, ortalar hadisələr barədə, güclülər isə ideyalar barədə danışır, düşünür və bu istiqamətdə hərəkət edirlər. Mən hamını güclü olmağa dəvət edirəm". Müsavat başqanı bildirib ki, bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində real və həqiqi müxalifətin bir araya gəlməsinin zəruri olması barədə öz fikirlərini bildirib və təkliflərini açıqlayıblar: "Bu bizim yanaşmamızdır. Biz heç kimlə şərtlə danışmırıq və onu da bildiririk ki, Müsavat Partiyası ilə şərtlə, ultimatumla danışmağın bir anlamı yoxdur. Təklifimiz real müxalifətin, Rəsulzadə-Elçibəy yolunda olan qüvvələrin birliyidir. Belə birliyi yaratmağa çalışırıq". ALP-nin bu siyahıda olub-olmaması barədə suala cavab olaraq İ. Qəmbər bildirib ki, "Biz real, səmimi və Rəsulzadə-Elçibəy yolunda olan müxalifətin birliyinin tərəfdarıyıq və bu təklifi açıq şəkildə səsləndirmişik".
"Gündəlik Bakı" qəzetinin rəhbəri ilə heç bir dostluğum yoxdur"
Qafar Çaxmaqlı bu qəzetin ona qarşı məqsədli təxribatla məşğul olduğunu deyir
"Gündəlik Bakı" kimi qəzetin müdafiəsinə ehtiyacım yoxdur"
"Mənim "Gündəlik Bakı" adlı qəzetlə və onun rəhbərliyilə hər hansı dostluğum, əməkdaşlığım olmayıb. Ona görə də, bu qəzetdə barəmdə yazılanlar həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır".
   Bu bəyanatla Mətbuat Şurası İdarə Heyətinin ehtiyat üzvü, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri Qafar Çaxmaqlı çıxış edib. Q.Çaxmaqlının sözlərinə görə, son günlər bəzi "reket qəzetlər" Mətbuat Şurasına qarşı öz səhifələrində təhqir, böhtan dolu yazılar yazmaqdadır: "Barəmizdə yazılanları Azərbaycan ictimaiyyəti birmənalı qəbul etmir.
   Mən də adı qara siyahıya salınmış "Gündəlik Bakı" qəzetində gedən yazıların təhlilini apararaq belə qənaətə gəldim ki, İdarə Heyətinin ehtiyat üzvü kimi öz etirazımı bildirim.
   Bu günlərdə "Gündəlik Bakı" qəzetilə bağlı mətbuatda çıxış edərək qeyd etmişəm ki, bu qəzet mənə qarşı təxribatla məşğul olur. Bu qəzet təxribat xarakteri daşıyaraq barəmdə yazır ki, guya onların rəhbərliyilə dostam. Mənim "Gündəlik Bakı" qəzetinin rəhbərliyilə heç bir dostluğum yoxdur, sadəcə tanışlığım var.
   Qəzet yazır ki, guya mən onların dostu, himayəçisiyəm. Onlar mənim heç vaxt dostum olmayıb, mən onlara yazı verməmişəm. Mənim xəbərim olmadan Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasını tərifləyən yazı yazıblar. Guya bu təşkilatın dövlət qayğısına ehtiyacı var.
   Qəzet Qafar Çaxmaqlının böyük işlərlə məşğul olduğunu yazır. Mənim "Gündəlik Bakı" kimi qəzetin dəstəyinə heç vaxt ehtiyacım olmayıb və olmayacaq da. Mən bu qəzetin barəmdə yazdıqlarına etirazımı bildirirəm. Onlar bu cür yazı verməklə müəyyən məqsədlər güdürlər".
   
Eldar XƏYAL
Avropa komissarı Bakıda İranla bağlı hələlik açıqlanmayan müzakirələr aparıb
Piter Semnebi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansısa qiymətli saydığı şansdan danışdı
"Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müəyyən şans yaranıb. Bu şansı itirməmək çox vacibdir".
   APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıda jurnalistlərə açıqlamasında deyib. O, ötən il danışıqlar prosesinin çox inamlı irəlilədiyini söyləyib: "İndi bu şansı itirmək olmaz. Hazırda həmsədrlərin tərkibi dəyişir. Şans itirilsə, bu proses daha da uzanacaq".
   Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib.
   APA-nın xəbərinə görə, P.Semnebi görüşdən sonra jurnalistlərə açıqlamasında Azərbaycan-AB əlaqələri, Dağlıq Qarabağ münaqişəsinin həlli, enerji və İranla bağlı məsələləri müzakirə etdiklərini deyib.
   O, İranda baş verənlərin Azərbaycana kifayət qədər güclü təsiri olduğunu dərk etdiklərini söyləyib: "Bundan başqa, Azərbaycan İran haqqında Avropa Birliyində olmayan biliklərə, məlumatlara sahibdir. Ona görə də İran məsələsini Azərbaycanla müzakirə etmək bizim üçün çox vacibdir".
   
Xəbər xidməti
Əli Əhmədov YAP-ın qərargahında ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan üzrə direktoru Ceyk Consla partiyanın mənzil qərargahında görüş keçirib.
   Partiyanın mətbuat xidmətindən APA-a daxil olan məlumata görə, görüşdə fəaliyyətə başladığı gündən bu tarixədək BRİ ilə YAP arasındakı əməkdaşlıq, birgə layihələrin uğurlu nəticələri barədə geniş fikir mübadiləsi aparılıb. Hər iki tərəf qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu bildirib və gələcəkdə də əlaqələrin davam etdirilməsinin zəruriliyi vurğulayıb.
   
ATƏT-in Minsk Qrupunda yeni rusiyalı həmsədr barədə xəbərlər təkzib edildi
İqor Popov özü danışdı
Rusiyanın Mozambikdə fəaliyyət göstərən səfiri İqor Popov özünün ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupunda rusiyalı həmsədr təyin olunması haqda məlumatı təsdiqləmir.
   Bu barədə Trend News-a RF-in Mozambik və Svazilenddəki səfirliyinin katibi Yekaterina Mixaleviç məlumat verib.
   "Cənab səfir özünün mümkün təyinatı ilə bağlı sizin agentliyin sorğusunu cavablandırıb və bildirib ki, yanlışlıq baş verib. Onun ATƏT-in Minsk Qrupu ilə heç bir əlaqəsi yoxdur və bu məlumatdan təəccüblənib" - deyə Mixaleviç bildirib.
   Srağagün Ermənistanın News.am saytı İqor Popovun ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunda yeni rusiyalı həmsədr təyin olunmasının mümkünlüyü haqqında məlumat yayıb. NEWS.am bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrə istinadən bildirib.
   İqor Popov 2005-ci ilin iyulundan RF-nin Mozambik Respublikasında və Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiridir. Nazirliyin mərkəzi aparatında və xaricdə müxtəlif diplomatik vəzifələrdə çalışıb, RF XİN-in MDB ölkələri üzrə birinci departamentinin direktor müavini olub.
   
   
"Hyundai Sonata" avtomobillərində də qüsur aşkarlandı
3,7 min maşın geri çağırılır
Cənubi Koreyanın "Hyundai Motor" şirkəti yeni "Sonata 2011" modelinin satışını dayandırır.
   "APA-Economics"in məlumatına görə, buna səbəb yeni modelin qapılarında qüsurun aşkarlanması olub. Məhz bu səbəbdən şirkətin rəhbərliyi müvəqqəti olaraq "Sonata 2011" modelinin satışını dayandırır və artıq dilerlərə verilmiş 3,7 min ədəd bu model avtomobili geri çağırır. Dilerlər isə, öz növbəsində, artıq 1,3 min "Sonata 2011" modelini realizə edib ki, bu avtomobillər də geri çağırılacaq.
Tovuzda iki intihar...
Biri özündə, digəri Aşağı Öysüzlükdə...
Tovuz rayonunda iki intihar hadisəsi baş verib. Tovuz Rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, Tovuz rayon sakini, 1977-ci il təvəllüdlü Məmmədov Arif Məzahir oğlu yaşadığı evin yanında yardımçı tikilidə kəndirlə özünü asıb.
   Digər intihar hadisəsi rayonun Aşağı Öysüzlü kəndində baş verib. Kənd sakini, 1972-ci təvəllüdlü Rüstəmov Nadir Akif oğlu yaşadığı mənzilin yanında yerləşən yardımçı tikilidə özünü asaraq intihar edib.
   Hər iki faktla əlaqədar Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
   
Kəlbəcərli Məhbubə insan alverinə görə həbs edilib
Kəlbəcər rayon sakini insan alveri faktı ilə əlaqədar tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Rayon sakini Məhbubə Həşimova DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanıb. M.Həşimova gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar təqsirləndirilir. Fakt üzrə cinayət işi başlanıb, isatintaq aparılır.
   
   
Ermənistanda girov saxlanan 4113 azərbaycanlının siyahısına azı 100 nəfər də əlavə ediləcək
Ermənistanda girov saxlanan azərbaycanlıların siyahısı genişlənə bilər. Əsirlər, Girovlar və İtkin Düşənlər üzrə Dövlət Komissiyasının katibi Şahin Sayılov belə hesab edir.
   "Bu gün Azərbaycanın 4113 vətəndaşı itkin düşmüş kimi qeydiyyata alınıb. Onların barəsində 783 şahid ifadəsi toplanıb ki, həmin ifadələr onların erməni girovluğunda olması faktını təsdiqləyir. Bu siyahı daha 80-100 nəfər əlavə olunmaqla genişlənə bilər, çünki Ermənistanda azərbaycanlı girovların olmasına dair yeni materiallar toplanıb" - deyə N.Sayılov Trend News-a bildirib. Sayılovun sözlərinə görə, artıq bir neçə ildir ki, Azərbaycanın Əsirlər, Girovlar və İtkin Düşənlər üzrə Dövlət Komissiyası Azərbaycan reallıqlarının dünyaya çatdırılması üzrə iş aparır. Erməni girovluğunda olan Azərbaycan vətəndaşları haqqında materiallar Dövlət Komissiyası tərəfindən toplanaraq fransız, ingilis və ərəb dillərinə tərcümə olunub və insan hüquqlarının müdafiəsi üzrə institutların hamısına göndərilib. Materiallarda ermənilər tərəfindən azərbaycanlı girovlara qarşı törədilən zorakılıq, qəddarlıq aktları ətraflı təsvir edilir.
   
Yanukoviçin andiçməsinə Azərbaycandan Artur Rəsizadə gedir
Ukraynanın yeni seçilmiş prezidenti Viktor Yanukoviçin fevralın 25-də keçiriləcək inauqurasiya mərasimində Azərbaycanı baş nazir Artur Rəsizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
   Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev məlumat verib. Qeyd edək ki, Bolqarıstan, Türkiyə, Rumıniya, Macarıstan, Litva, Polşa və Latviya prezidentləri inauqurasiya mərasimində iştirakını təsdiq edib. ABŞ-ı prezident Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyms Consun rəhbərlik etdiyi nümayəndə heyəti, Avropa Birliyini təhlükəsizlik məsələləri və xarici siyasət üzrə ali nümayəndə Ketrin Eşton təmsil edəcək.
   Ümumilikdə inauqurasiyaya 100-ə yaxın xarici nümayəndə heyəti qatılacaq.
   
Quba sakini Oqtay Məmmədov çardaqdan asılmış vəziyyətdə tapıldı
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, srağagün saat 23:30 radələrində rayonun Hacıhüseynli kənd sakini Oqtay Məmmədov özünü asıb.
   Mərhumun meyiti yaşadığı evin çardağından asılmış vəziyyətdə aşkar edilib. O.Məmmədovun özünə qəsd etməsinin səbəbləri hələlik məlum olmasa da, onun spirtli içki aludəsi olduğu bildirilir. Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
   
"Neftçi"nin keçmiş prezidenti qəzaya düşüb
Əkbər Hacıyev xəstəxanaya aparılıb
"Neftçi"nin sabiq prezidenti Əkbər Hacıyev xoşagəlməz hadisə ilə üzləşib. Fanat.az pia.az saytına istinadən xəbər verir ki, sabiq klub başçısı şəxsi avtomobilində qəzaya uğrayıb.
   Qəzadan dərhal sonra yaxınlıqdakı xəstəxanaya aparılan Hacıyevin səhhətinin normal olduğu bildirilir. Qeyd edək ki, Əkbər Hacıyev "Neftçi"nin prezidenti postundan istefa verəndən sonra "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru təyin olunmuşdu və hazırda bu müəssisəyə rəhbərlik edir. Onu "Neftçi"də Sadıq Sadıqov əvəzləyib.
   
Dağıstanın daxili işlər nazirinin qətlinin üstü tam açıldı
Sifarişçi və icraçılar həbs olunub
Dağıstanın daxili işlər naziri Adilgəray Maqomedtahirovun qətlinin təşkilatçıları və icraçıları həbs olunub.
   APA-nın "İnterfaks"a istinadən yaydığı məlumata görə, xəbəri təsdiqləyən Rusiya Baş Prokurorluğu yanında istintaq komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin saxlanan şəxslərin adlarını açıqlamayıb. Markin bu şəxslərin müstəntiqlərin apardığını məqsədyönlü işlər nəticəsində müəyyənləşdirilərək saxlandığını deyib. Ümumilikdə hüquq-mühafizə orqanlarının bu işlə bağlı 5 nəfəri həbs etdiyi bildirilir.
   
   
   
   
Novruz bayramı ümumdünya statusu aldı
BMT 300 milyon adamın 21 mart gününü rəsmən Beynəlxalq Novruz Günü elan edib
BMT Baş Assambleyası 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib. APA-nın BMT mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Beynəlxalq Novruz Günü münasibətilə hazırlanan qətnamənin preambula hissəsində bildirilir ki, "yeni gün" mənası verən, martın 21-də, gecə və gündüzün bərabərləşdiyi gün qeyd olunan Novruz bütün dünyada 300 milyon nəfərdən artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Bu bayram artıq 3000 min ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd olunur. BMT, həmçinin, Novruz bayramının UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini alqışlayıb. Qətnamənin mətni Azərbaycanın BMT-dəki nümayəndəsi tərəfindən təqdim olunub. O bəyan edib ki, bu bayram mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanı həvəsləndirməyə istiqamətləndirilib.
Deputatın Sumqayıtda güllələnmiş qohumunun yanına heç kim buraxılmır
Fevralın 20-də Sumqayıtda baş vermiş güllələnmə hadisəsində yaralanan İsmayıl Balayev fevralın 24-ü saat 10:40-da yenidən xəstəxanaya yerləşdirilib.
   Lent.az-ın Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasından aldığı məlumata görə, travma şöbəsinə yerləşdirilən Balayevin yuxarı ətraflarında (qolu və çiyni) olan bıçaq yaraları öz ağırlığını saxlayır. İsmayıl Balayev, hələ ki, psixoloji şokdadır.
   Yaralının yaxın qohumunun Lent.az-ın müxbirinə verdiyi məlumata görə, İsmayıl Balayevin yerləşdirildiyi palata hüquq-mühafizə orqanları tərəfindən qorunur. Onun yatdığı palataya qohumları belə buraxılmır.
   Qeyd edək ki, 20 fevralda Sumqayıt şəhər 3-cü mikrarayon 13/31-ci binanın qarşısında ata və oğul - İsmayıl və Vüqar Balayevlər səhər saatlarında işə gedərkən silahlı hücuma məruz qalmışdılar.
   Hadisə nəticəsində Vüqar Balayev ölüb, İsmayıl Balayev isə yaralı və şok vəziyyətində xəstəxanaya yerləşdirilmişdi. İ.Balayev 21 fevralda evə buraxılmışdı.
   Balayevlər Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin qohumlarıdır.
   
Türkiyədən İtaliyaya keçmək istəyən azərbaycanlılar saxlanıb
Türkiyədən qanunsuz yollarla İtaliyaya getmək istəyən Azərbaycan vətəndaşları saxlanıb.
   Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Muğla Jandarma Komandanlığı əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qanunsuz yolla İtaliyaya getmək istəyən 33 nəfər gözaltına alınıb.
   Gəmi vasitəsilə İtaliyaya keçmək istəyənlərin əsasən Fələstin, İran, Birma, Əfqanıstan vətəndaşları olduğu bildirilir. Tutulanlar arasında Azərbaycan vətəndaşları da var.
   Bu şəxsləri qanunsuz yolla İtaliyaya aparmaq istəyən 8 Türkiyə vətəndaşı da həbs edilib.
   
Gədəbəyin Düzyurd kənd sakini özünü asıb
Gədəbəy Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, fevralın 23-də saat 23.00 radələrində Gədəbəy rayon Düzyurd kənd sakini, 1992-ci il təvəllüdlü Məsimov Seymur Rafiq oğlu yaşadığı evin həyətindəki tövlədə özünü iplə asıb. İntiharın səbəbləri məlum deyil, faktla bağlı araşdırma aparılır.
Şəmsiyyə Bəylərqızı keçmiş İran səfiri ilə süni mayalanmaya getdiyini təsdiqləyən qəbz göstərdi
Əfşar Süleymani Azərbaycanda arvadını, İranda pulunu itirdi
Dünən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda Şəmsiyyə Bəylərqızı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ilə evliliyi və ondan uşağının olması barədə bəyanatlarını keçmiş səfirin təkzib etməsinə etiraz olaraq mətbuat konfransı keçirib.
   Şəmsiyyə Bəylərqızı Əfşar Süleymaninin uşağının atası olması və ona aliment kəsilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarını, Türkiyədə süni mayalanmaya razılıqla bağlı Əfşar Süleymaninin öz xəttilə yazdığı qəbzi, Bakıda, İranda, Türkiyədə və Avropa ölkələrində birgə çəkdirdikləri bir albom şəkli nümayiş etdirib.
   Ş.Bəylərqızının vəkili Elçin Qəmbərov deyib ki, nümayiş etdirilən sənədlər həqiqidir və Ə.Süleymaninin Ş.Bəylərqızı ilə evli olduğunu sübut edir. "Şəmsiyyə Bəylərqızı Əfşar Süleymanidən boşanma ilə bağlı İran məhkəməsinə də müraciət edib. İran məhkəməsi Ə.Süleymanini ötən ilin noyabrında həbs edib və 250 000 dollar girov müqabilində azad buraxıb. Onun həbsinə səbəb, İran qanunlarını pozaraq, diplomat kimi səfir olduğu ölkədə evlənməsidir. İran qanunlarına görə, diplomat nikahda olduğu halda işlədiyi ölkənin vətəndaşı ilə evli ola bilməz. Məhkəmə, həmçinin, Ə.Süleymaninin mülkiyyətinə həbs qoyub", - deyə o qeyd edib.
   Xatırladaq ki, İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani Şəmsiyyə Bəylərqızının onu aldatdığını bildirib. Onun dediyinə görə, Azərbaycanda bizneslə məşğul olmaq istəyən iranlıları Şəmsiyyə Bəylərqızı ilə tanış edib. Ş.Bəylərqızı iranlılardan 1 milyon 200 min dollar alıb və onlara bizneslə məşğul olmaq üçün vasitəçilik etməyib. Sonra isə pulları geri qaytarmayıb. Keçmiş səfir Ş.Bəylərqızı ilə evli olduğunu da inkar edir.
   Şəmsiyyə Bəyələrqızı isə Ə.Süleymani ilə evli olduğunu və ondan süni mayalanma yolu ilə uşaq dünyaya gətirdiyini bildirir.
 
 
 SON XƏBƏRLƏR
2010-02-25 Şəmsiyyə Bəylərqızı keçmiş İran səfiri ilə süni mayalanmaya getdiyini təsdiqləyən qəbz göstərdi
2010-02-25 Gədəbəyin Düzyurd kənd sakini özünü asıb
2010-02-25 Türkiyədən İtaliyaya keçmək istəyən azərbaycanlılar saxlanıb
2010-02-25 Deputatın Sumqayıtda güllələnmiş qohumunun yanına heç kim buraxılmır
2010-02-25 Novruz bayramı ümumdünya statusu aldı
2010-02-25 Dağıstanın daxili işlər nazirinin qətlinin üstü tam açıldı
2010-02-25 "Neftçi"nin keçmiş prezidenti qəzaya düşüb
2010-02-25 Quba sakini Oqtay Məmmədov çardaqdan asılmış vəziyyətdə tapıldı
2010-02-25 Yanukoviçin andiçməsinə Azərbaycandan Artur Rəsizadə gedir
2010-02-25 Ermənistanda girov saxlanan 4113 azərbaycanlının siyahısına azı 100 nəfər də əlavə ediləcək
2010-02-25 Kəlbəcərli Məhbubə insan alverinə görə həbs edilib
2010-02-25 Tovuzda iki intihar...
2010-02-25 "Hyundai Sonata" avtomobillərində də qüsur aşkarlandı
2010-02-25 ATƏT-in Minsk Qrupunda yeni rusiyalı həmsədr barədə xəbərlər təkzib edildi
2010-02-25 Əli Əhmədov YAP-ın qərargahında ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb
2010-02-25 Avropa komissarı Bakıda İranla bağlı hələlik açıqlanmayan müzakirələr aparıb
2010-02-25 "Gündəlik Bakı" qəzetinin rəhbəri ilə heç bir dostluğum yoxdur"
2010-02-25 Daxili İşlər Nazirliyinin iki mühüm Mərkəzi açıldı
2010-02-25 İlham Əliyev ikinci erməni dövləti istəyənlərə qəti mesaj verdi
2010-02-25 Türkiyədən Azərbaycana bir "KamAZ" silah keçirənlərin məhkəməsi başlayıb
2010-02-25 "Dəmiryolları QSC", ARDNŞ və "Azərenerji" qanunsuz tikintilərin tam siyahısını hökumətə təqdim etdi
2010-02-25 Gədəbəydə qaz pulu yığılmasının yeni üsulu(?) ətrafında mübahisə düşüb
2010-02-25 Bakıxanovda Quliyevlər ailəsində ər arvadı bıçaqladı
2010-02-25 Hökumət martın sonlarında qanunsuz tikililərlə bağlı qəti qərar verəcək
2010-02-25 5 deputatdan 4-ü Ombudsmanlığa üç namizəddən hansına səs verəcəyini hələ bilmir
2010-02-25 Şirvan şəhərində orta məktəbə "bomba qoyuldu"
2010-02-25 "Fərhad Süleymanovun həbsi onun peşə fəaliyyəti ilə bağlı deyil"
2010-02-25 Rektor BDU ərazisində dini icmaların olmasına qarşıdır
2010-02-25 Reket qəzetlər Mətbuat Şurası İH-nin üzvlərini üz-üzə qoymaq istəyir
2010-02-25 İranda media qurumları xəbərdarlıq edilmədən cinayət məsuliyyətinə cəlb olunacaq
2010-02-25 NATO generalı 27 mülki şəxsə görə əfqan xalqından üzr istədi
2010-02-25 İran parlamentinin üzvləri Xocalı günü Tehrandakı səfirliyimizə gələcək
2010-02-25 Xocalı faciəsindən bəhs edən rep videoklip çəkildi
2010-02-25 Dini Komitədə Xocalı tədbiri...
2010-02-25 Müsavat Əli Kərimlinin təklifini "gərginləşdirici" amil hesab etdi
2010-02-25 Türkiyə səfirliyinin bir neçə əməkdaşını öldürən ermənilər 25 il sonra həbsxanadan buraxılıb
2010-02-25 "Taliban" lideri ələ keçdi
2010-02-25 Avropa Komissiyası Türkiyədə hərbçilərin həbsindən narahatlığını bildirib
2010-02-25 Türkiyə Baş Prokurorluğu Ərdoğanın 2 deputatı barədə araşdırmaya başladı
2010-02-25 Səfir Mahir Əliyev ötən il prezident İlham Əliyevlə Suriya prezidentinin "qaz razılaşmasını" açıqladı
2010-02-25 "HƏMAS" liderinin oğlu İsrail kəşfiyyatının casusu olduğunu etiraf edib
2010-02-25 İsrail dünyaya ultimatum verdi
2010-02-25 Ermənistanın AŞ PA-dakı nümayəndəsi "Sürix protokolları" barədə ölkəsinin əsl niyyətini açdı
2010-02-25 Amerika Universitetinin baş analitikindən Türkiyə-Azərbaycan münasibətlərinə dair şok rəy...
2010-02-25 Ekspertlər İranın Azərbaycanla münasibətləri süni şəkildə gərginləşdirmək niyyətini müzakirə edir
2010-02-25 Cəlal Həsənovun "Mercedes"ini qaçırıb Badamdarda aşırdılar
2010-02-25 Nazirlər Kabinetinin 145 saylı qərarı ilə Konstitusiya və "Vətəndaşlıq qanunu" arasında ziddiyyət üzə çıxıb
2010-02-25 Dəvəçidə "Azercell"dən oğurluq edən şəxslər tutuldu
2010-02-25 Biləcəridə 156 saylı marşrut avtobusu Babək sakini Ziyafət Adıgözəlovu vurdu
2010-02-25 Molokan bağındakı 1900-cü ildən qalmış Atlantlı evin damını sökməyə başlayıblar
2010-02-25 "Azərittifaq" Kənd Təsərrüfatı yarmarkaları barədə iddiasını ortaya qoydu
2010-02-25 Abşeron ekoloji problemlər məngənəsində...
2010-02-25 UEFA danışılmış oyunlara görə 3 hakimi cəzalandırdı
2010-02-25 "Hoffenhaym" Araz Abdullayevi transfer etmək istəyib
2010-02-25 Bu gün Avroliqanın 1/16 final mərhələsinə yekun vurulacaq
2010-02-25 "Fənərbaxça" "Sanderlend"in oyunçusunu Türkiyəyə gətirir
2010-02-25 Mourinyo İngiltərə yığmasından niyə imtina edib?
2010-02-25 Foqts Premyer Liqanı ələ saldı
2010-02-25 Milan Baroş yaşıl meydanlara dönür
2010-02-25 "Qalatasaray" Sərvətin "Rubin"ə keçidinə razılıq verib?
2010-02-25 Ermənilər Türkiyəyə dadanıb
2010-02-25 "Neftçi" müvəqqəti olaraq Şakir Qəribov və Arif Əsədova tapşırıldı
2010-02-25 19-cu Polis Bölməsi marşrutda telefon oğurlayan şəxsi yaxaladı
2010-02-25 Nəsimi rayonunda ikimərtəbəli idman-sağlamlıq mərkəzində sauna yandı
2010-02-25 Yasamalda çoxmərtəbəli binada yanğın baş verib
2010-02-25 Bakı-Novxanı yolunda "VAZ-09" "Tayota" ilə toqquşdu
2010-02-25 Nəriman Nərimanov milli-azadlıq uğrunda mübarizə aparıb?
2010-02-25 Qardaşı arvadını qətlə yetirən yevlaxlının məhkəməsi başlayıb
2010-02-25 Ağsaqqallar, ağbirçəklər də boşanırsa, cavanlara nə deyək...
2010-02-25 Azərbaycan paytaxtında xeyli miqdarda keyfiyyətsiz və istifadəyə yararsız qida məhsulu satışdan çıxarılıb
 
 
 
Copyright (c) Bakı Xəbər 2009