.jpg)
Bakıda mənzildə köməksiz vəziyyətdə qalan ana və bala aşkar edilib. Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, FHN-ə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açıb mənzilə daxil olublar. Mənzilə baxış keçirilərkən 1943-cü il təvəllüdlü Sevil Qurbanovanın yataqda hərəkətsiz vəziyyətdə olduğu aşkar olunub. Keçirilmiş müayinə zamanı S.Qurbanovanın vəfat etdiyi müəyyən edilib. S.Qurbanovanın qızı isə xəstə vəziyyətdə aşkarlanıb. Qızın ruhi xəstə olduğu məlum olub. Xilasedicilər Sevil Qurbanovanın cəsədini və xəstəni aidiyyəti üzrə təhvil veriblər.