BŞİH Heydər Əliyev adına Sarayla Dövlət Dram Teatrı arasındakı sahədə tikilən parkın adına aydınlıq gətirdi
.jpg)
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Heydər Əliyev adına Sarayla Dövlət Dram Teatrı arasındakı sahədə parkın salınması ilə bağlı açıqlama yayıb.
BŞİH-nin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilir ki, bəzi mətbu orqanlarda tez-tez Heydər Əliyev Sarayı ilə Azərbaycan Dövlət Dram Teatrının arasındakı sahədə "Qış bulvarı"nın tikiləcəyilə bağlı yanlış məlumatlar dərc olunur: "Bu mənbəyi məlum olmayan məlumata aydınlıq gətirərək bildiririk ki, həmin ərazidə naməlum "Qış bulvarı" deyil, Bakı şəhərinin Baş planına uyğun olaraq şəhərimizin daha da gözəlləşməsi və şəhər sakinlərinin istirahətinin yaxşılaşdırılması məqsədilə müasir, gözəl şəhər parkının salınması nəzərdə tutulur".