.jpg)
Mərkəzi Seçki Komissiyası dairə və məntəqə seçki komissiyaları işçilərinin əməkhaqlarını vermir. Bu barədə "OLAYLAR"a dairə seçki komissiyalarının əməkdaşları xəbər verib.
Artıq 25 gündür, işçilərin əmək haqlarını ala bilmədiyi deyilən məlumatda bildirilir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məntəqə və dairə seçki komissiyaları işçilərinin maaşlarını verməyəcəyini bildirib. Məsələyə Mərkəzi Seçki Komissiyası da münasibət bildirib. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev "OLAYLAR"a bildirib ki, həqiqətən də maaşlarda gecikmələr var. Amma bu, texniki problemlərlə bağlıdır: "Burda heç bir qərəz yoxdur. Sadəcə olaraq, həmin şəxslərin işləri fevralın 2-də başa çatıb. Ona görə də bu şəxslərin maaşları həmin vaxtdan sonra hesablanmağa başlanıb. Yaxın bir-iki günə həmin şəxslərin maaşları tam veriləcək.