.jpg)
"Azerbaijan Airlines" (AZAL) QSC dövlət aviaşirkəti Bakı-Naxçıvan-Bakı marşrutu ilə müntəzəm sərnişin reyslərinin həyata keçirilməsindən uzaqlaşdırılıb. Bu reysləri özəl şirkət olan "Turan Air" həyata keçirəcək. Bu şirkət Silk Way Holding qrupuna məxsusdur. "AZAL" bu reysi başqa şirkətə versə də, rəsmi olaraq heç bir izahat vermir. Qeyd edək ki, bu reys "TuranAir"ə veriləndən öncə aviabiletin qiyməti 40 manatdan 75 manata qaldırılıb. Bundan başqa, aviadaşıyıcı hər bilet üçün dövlət büdcəsindən əlavə 20 manat alır.
Hazırda mövsümlə bağlı Naxçıvana reyslər gündə iki dəfə olur. Yayda onların sayı sutkada 4-5, bəzənsə daha çox olur. Uçuşlar TU-154-lə həyata keçirilir. Maraqlıdır ki, bir müddət əvvəl AZAL özünün bütün sovet istehsalı olan aviaparkını "Turan Air"ə verib.