"Nar Mobile"nin Şirvan şöbəsinə pulla işçi yığan dələduz tutuldu
Şirvanda vətəndaşları aldadaraq pullarını mənimsəyən şəxs istintaq cəlb edilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan Şəhər Polis Şöbəsindən məlumat verib. Məlumatda bildirilir ki, Şirvan şəhər sakini Xudatov Oqtay Mirzə oğlu ayrı-ayrı vaxtlarda sakinləri "Nar Mobile" Şirvan şəhər şöbəsinin "Betta" MMC təhlükəsizlik idarəsinə mühafizəçi vəzifəsinə işə düzəldəcəyini vəd edərək, onlardan müxtəlif məbləğdə pul alaraq aldadıb. O, Şirvan sakinləri Rəşad Xəlilovdan 400 manat, Kərim Dadaşovdan 700 manat, Rəşid Musayevdən 600 manat və Elvin Rəsulovdan 600 manat alıb.
Fevralın 18-də Oqtay Xudatov əməliyyat axtarış tədbirləri nəticəsində qohumunun toyunda yaxalanaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.