.jpg)
Bakıda fəaliyyət göstərən apteklərdən biri qarət edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Bakı şəhər sakini Elnur Mirzəyevə məxsus Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 15-də yerləşən aptekdən açıq qapıdan keçmək yolu ilə 159 manat dəyərində dərman preparatları oğurlanıb. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Aqil Carıyev tutularaq məsuliyyətə cəlb olunub.