.jpg)
Məşhur siyasi xadimlərə çəkmə atılması ilə bağlı hadisələr sırasına daha bir insident daxil olub. İspaniyada rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana çəkmə atılıb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, naməlum şəxs Andalusiyanın paytaxtı Sevilyanın hava limanına yola düşmək üçün avtomobilə əyləşən Ərdoğana çəkmə ataraq, "Yaşasın Kürdüstan!" deyə hayqırıb. Çəkmə baş nazirdən yan ötüb, həmin şəxs isə təhlükəsizlik xidməti tərəfindən saxlanıb.
Xatırladaq ki, 2008-ci ilin dekabr ayında bir müddət əvvəl ABŞ-ın keçmiş prezidenti Bağdadda səfərdə olarkən iraqlı jurnalist Müntəzir əz-Zeydi çəkməsini ona atıb və buna görə də həbs olunub.
İspaniya polisi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana ayaqqabı atan şəxsin həbsi ilə bağlı qərar çıxarıb. Həmin şəxsin Suriya vətəndaşı, 27 yaşlı etnik kürd olduğu üzə çıxıb. Onun artıq 1 ildir Sevilyada yaşadığı müəyyən edilib.