"Xocalı günü" Ankaradakı Keçiören bələdiyyəsindəki abidə yad ediləcək
Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirəcək. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu tədbirlər çərçivəsində fevralın 24-də Qazi Universitetinin diş həkimliyi fakültəsində "Azərbaycanda qanayan yara:
Xocalı qətliamı" mövzusunda konfrans həyata keçiriləcək. Fevralın 25-də isə yenə həmin universitetin "Memar Kəmaləddin" salonunda "Xocalı qətliamı - sözün bitdiyi yer" adı altında tədbir həyata keçiriləcək.
Fevralın 26-da Ankaranın Keçiören bələdiyyəsində tədbirlər silsiləsi həyata keçiriləcək. İlk olaraq bələdiyyədəki "Xocalı qətliamı qurbanları" abidəsinin önünə əklil qoyulacaq, nitqlər söyləniləcək. Sonra "Esterqon" qalasında "Xocalıda yaşanan dram" adlı sərgi açılacaq. Sərginin açılışından sonra Heydər Əliyev Fondunun dəstəyilə çəkilmiş "Xocalı qətliamı" filmi nümayiş etdiriləcək, "Xocalıya ədalət" kampaniyası çərçivəsində imzalar toplanacaq. Sərgi 1 həftə davam edəcək.
Xəbər xidməti