"Nizami" metrosunda telefon
oğrusu Nazim Heydərov yaxalandı
Metroda daha bir cibgir yaxalandı. Bu barədə məlumatı "OLAYLAR"a Bakı Şəhər Baş Polis İdarəsindən veriblər.
Hadisə fevralın 22-də "Nizami" metrostansiyasında baş verib. Saat 14:30 radələrində Xırdalan şəhər sakini Nazim Heydərov Lənkəran şəhər sakini Füzuli Zamanovun cibindən mobil telefonunu oğurlayıb. Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cibgir dərhal yaxalanıb.